Microsoft Word Shafag Asiman Seismic 3d eia 23 Aug 11 aze doc



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə13/38
tarix14.01.2018
ölçüsü5,07 Kb.
#20773
1   ...   9   10   11   12   13   14   15   16   ...   38

BP Azərbaycan
                                                                 
Şəfəq-Asiman Dəniz Bloku 3Ö Seysmik Kəşfiyyat Tədqiqatı   
 
 
                                                                 
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi  
 
 
AETC/P140167_Rev03  
28
 
 
 
 
A   
dalğa formasının əmsalıdır. Dairəvi dalğalar üçün A=20.   
B suyun 
dərinliyi və dəniz dibi şəraitdən asılı olan zəifləmə amilidir.   
             C 
akustik seçmə səbəbi ilə sabit zəifləmədir. Açıq sularda bu 0 olacaq.   
Bu formul dairəvi azalma qanununu nəzərdə tutur. Lakin su dərinliyindəki fərqlər seysmik 
siqnalların yaranmasına təsir göstərəcək. Bunun nəticəsində bir çox müəlliflər dayaz sularda 
seysmik siqnallar üçün dairəvi azalma qanunu təklif etmişlər və bu aşağıdakı kimidir:   
 
 
SL = 10 qeyd (r) 
Bu qanun yüksək tezlikli siqnallar üçün düzgün ola bilər, lakin seysmik siqnalların aşağı 
tezlikli təbiəti onların dənizin altındakı qayalıqlarla hərəkət etməsinə səbəb ola bilər ki, buna 
görə  də  dərin sulu şəraitinə daha yaxın olan azalma sürətinə nail ola bilər (yəni, dairəvi 
azalma qanunu (Gausland, 1998)). 
 
4.1.4  Seysmik Tədqiqatın Əks Olunmasının Növləri  
2Ö tədqiqatları   
2Ö tədqiqatlarında bir hidrofon strimersı tək mənbə ilə bərabər tədqiqat gəmisinin arxası ilə 
qoşqu vasitəsi ilə  çəkilir. Dəniz dibindən gələn  əks olunmaların birbaşa strimer / mənbənin 
altında olduğu fərz olunur. Bu mənbənin altındakı strukturun şaquli dilim və ya 2Ö şəkillərini 
yaradır. Tipik 2Ö tədqiqatları geniş sahələri əhatə etmək üçün layihələndirilib və dəniz –dibi 
strukturunun geniş  tədqiqatını  təmin edir. Tədqiqat müddəti bir neçə gündən bir neçə aya 
qədər dəyişir.  
Məlumatların işlənməsi 3Ö tədqiqatları üçün istifadə olunan üsullardan daha sadədir. 2Ö 
məlumatları adətən sınma və ya xətdən kənarda olan geoloji strukturlar nəticəsində yaranan 
hadisələr vasitəsi ilə pozula bilər ki, bu da dəqiq şərhləri çətinləşdirir.  
3Ö tədqiqatları   
Bu gün seysmik tədqiqatlarda istifadə olunan mənbələrin böyük əksəriyyəti 3Ö tədqiqatları 
üçündür. 3Ö tədqiqatlarında çoxlu mənbələr (əsasən iki) ilə birlikdə bir neçə hidrofon 
strimerları  tədqiqat gəmisinin arxası ilə qoşqu ilə  çəkilir.  Şəfəq –Asiman strukturunun 
kəşfiyyatı üçün bu üsul təklif olunur.   
Seysmik dalğaların genişlənən dairəvi dalğa sahələri boyunca hərəkət etdiyi üçün onların səth 
sahəsi vardır. Dəniz-dibini həqiqi  əks etdirən  şəkil sadəcə bütün dalğa sahəsinin nümunəsi 
götürüldükdən sonra əldə olunur. 3Ö seysmik tədqiqatı müşahidənin bir neçə nöqtələrini 
topladığı üçün əks olunan dalğaların şəklini daha dəqiq çəkmək iqtidarındadır. Çoxlu strimer
çoxlu mənbə  tədqiqatları bir çox müxtəlif bucaqlardan (azimut) və  məsafələrdən (uzanan) 
seysmik məlumatların həcmi və ya kubu ilə  nəticələnən nümunələrin götürülməsinə imkan 
yaradır.  
Bu sərhədlərin daha təfsilatlı  və  dəqiq cizgilərini çəkməyə  və  dəniz-dibi geoloji strukturun 
əhatə dairəsini müəyyən etməyə imkan yaradır. Potensial neft və qaz rezervuarları üç ölçüdə 
göstərilərək şərhçilərə azimut üzrə 360 

boyunca kəsiklərlə yer səthinə paralel olan dərinlik 
dilimləri ilə  və  məlumat həcmlərini kifayət qədər kəsən düz sahələr boyunca məlumatları 
yoxlamaq imkanı yaradır. Qırılma və  sınmalar, dib hissənin düz istiqamətləri, məsamə 
mayelərinin mövcudluğu, mürəkkəb geoloji struktur və təfsilatlı stratiqrafiya kimi məlumatlar 
indi ümumilikdə 3Ö seysmik məlumatlar vasitəsi ilə şərh olunur.   
3Ö seysmik məlumatları normal olaraq Şəkil 4.3-də göstərildiyi kimi gəmini döndərmək üçün 
lazım olan vaxtı azaltmaqla eyni istiqamətdəki məlumatlarla bərabər bitişik xətlərin qeyd 
olunmasına imkan yaratmaq üçün istifadə olunan “halqavarı yol” vasitəsi ilə həyata keçirilir. 
Bu məlumatların  şərh olunmasına  əks təsir göstərə biləcək süni obyektlərin işlənməsini 


BP Azərbaycan
                                                                 
Şəfəq-Asiman Dəniz Bloku 3Ö Seysmik Kəşfiyyat Tədqiqatı   
 
 
                                                                 
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi  
 
 
AETC/P140167_Rev03  
29
 
 
azaldır. Ümumilikdə tədqiqat sahəsi dolanmış xətlərin mərhələlərlə həyata keçirildiyi sahələrə 
bölünür.  
 
 
 
Şəkil 4.3: Halqavarı yolun atılma istiqaməti  
 
Bu yanaşma ilkin əhatə dairəsini  əldə etmək üçün cavabdehdir. Adətən birinci əhatə 
tamamlandıqdan sonra ikinci və ya bir neçə daxili doldurma yolları  həyata keçirilir. Okean 
cərəyanları strimerlərin  əvvəlcədən proqramlaşdırılmış üzmə koordinatlarının  əldə 
olunmasında nə  qədər dəqiq olduqlarına aydın  şəkildə  təsir göstərir. Daxili doldurmaların 
miqdarına ümumi dəniz şəraiti əhəmiyyətli dərəcədə təsir göstərir.  
Seysmik tədqiqatların digər növlərinə 4Ö tədqiqatları aiddir – yəni, eyni sahəni müəyyən 
müddətdən sonra təkrar tədqiq etmək; sabit maneələrin altının fotoşəkillərinin alınmasına 
imkan yaradan bir neçə gəmidən partlayışlarvə seysmik dalğa sahəsindən daha sonra nümunə 
götürülməsini artırmaq üçün bir neçə gəmidən geniş azimutlu tədqiqatlar.  
4.2  Təklif Olunmuş 3Ö Tədqiqatının Əhatə Dairəsi  
4.2.1  Məqsəd  
Tədqiqatın məqsədi Xəzər Dənizinin cənub qərbində yerləşən  Şəfəq-Asiman strukturlarının 
(əvvəllər uyğun olaraq D8 və D10 adlanırdı) təxminən 1500 km

tam  əhatəli sahəsinin 3Ö 
seysmik məlumatlarını əldə etməkdir.  
4.2.2  Ümumi Baxış   
BP və ARDNŞ (Azərbaycanın dövlətə məxsus neft və qaz şirkəti) strukturların kəşfiyyatı və 
işlənməsini həyata keçirəcək? Kaspian Geofizikal (ARDNŞ  və VesternGeko arasında birgə 
müəssisə) isə BP adından seysmik məlumatları toplayacaq.   
İki strukturlu blok Bakıdan cənub  şərq istiqamətində  təxminən 125 km (78 mil) aralıda 
yerləşir. Bu strukturlar təxminən 650 – 950 metr dərin sulu sahədə yerləşir və rezervuarın 
dərinliyi isə təxminən 7000 metrdir.   


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə