Microsoft Word Shafag Asiman Seismic 3d eia 23 Aug 11 aze doc



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə10/38
tarix14.01.2018
ölçüsü5,07 Kb.
#20773
1   ...   6   7   8   9   10   11   12   13   ...   38

BP Azərbaycan
                                                                                                                 
Şəfəq-Asiman Dəniz Bloku 3Ö Seysmik Kəşfiyyat Tədqiqatı   
 
 
                                                                 
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi  
 
 
AETC/P140167_Rev03  
21
 
 
3.9  Regional Proseslər  
 
3.9.1  Avropa Birliyi   
 
AB-nin Azərbaycan ilə əlaqələri əsasən AB – Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) və Avropa 
Qonşuluq Siyasəti (AQS) vasitəsi ilə idarə olunur.   
TƏS 43-cü Bəndin şərtləri altında 1999-cu ildə qüvvəyə minmişdir:  
“Azərbaycan Respublikası öz qanunvericiliyinin tədricən  Şuranın qanunvericiliyinə uyğunlaşdırılması üçün səy 
göstərəcək”. 
 
TƏS-nin bir hissəsi kimi AB Direktivləri ilə müqayisədə Azərbaycanın ekoloji qanunvericiliyinin AB 
qiymətləndirilməsi milli qanunvericiliyin AB Direktivlərinə uyğunlaşdırılması üçün bir neçə  məsləhətləri 
müəyyən etmişdir
3
. Buna əsaslanaraq, müəssisə tutumları  və  dəyəri də  nəzərə alınmaqla dəyişən milli 
qanunvericiliyə uyğunlaşdırıla bilən yanaşmanı vurğulayan milli proqram layihəsi hazırlanmışdır
4

Avropa Birliyinin genişlənməsindən sonra AB AQS-nə başlamış  və Azərbaycan 2004-cü ildə bu siyasətin bir 
hissəsi olmuşdur. AQS
5
-nin həyata keçirilməsi üçün hazırkı Milli Bələdçi Proqramına aşağıdakılar da daxil 
olmaqla ekoloji sektorda qanunvericilik islahatlarını dəstəkləmək öhdəlikləri də aiddir:   
•  Azərbaycanın ekoloji qanunvericilik və standartlarının AB standartları ilə uyğunlaşdırılması;  
•  Birləşdirilmiş ətraf mühit rəhbərliyi vasitəsi ilə gücləndirilmiş idarəetmə tutumu;   
•  Ətraf mühitə təsirin qiymətləndirilməsi üçün təkmilləşdirilmiş prosedura və strukturlar; və   
•  Sektorlar üzrə ekoloji planların hazırlanması (tullantı və suların idarə olunması, havanın çirklənməsi və 
s.)  
 
3.9.2  Avropa üçün Ətraf Mühit   
Avropa üçün Ətraf Mühit
6
 Azərbaycan da daxil olmaqla üzv dövlətlərin və  AİK regionu daxilində digər 
təşkilatların əməkdaşlığıdır. Avropa üçün Ətraf Mühit təşkilatının rəhbərliyi altında Bölmə 3.5-də təsvir olunan 
AİK konvensiyalarının təşkil olunması ilə  nəticələnən nazirlər səviyyəsində bir neçə ekoloji konfranslar 
keçirilmişdir.  
 
3.10  Beynəlxalq Neft Sənayesi Standartları və Təcrübələri  
Şəfəq-Asiman seysmik tədqiqatı ilə  əlaqədar fəaliyyətlərin “bu cür qanun və nizamnamələrin (hazırlanmış) 
Ekoloji Standartlardan daha sərt olmaması şərti ilə” milli qanunvericiliyə uyğun olmalıdır (Şəfəq-Asiman HPBS, 
Bölmə 26.4). Təhlükəsizlik və  ətraf mühitin mühafizəsi standartları ETSN ilə  bərabər Podratçı  tərəfindən 
hazırlanacaq və “Xəzər Dənizinin xüsusi ekoloji xarakteristikalarını  nəzərə alacaq və uyğun olduğu kimi, (i) 
dünyanın digər hissələrində  kəşfiyyat və hasilat əməliyyatlarında onların tətbiqi ilə Beynəlxalq Neft sənayesi 
standartları və təcrübələri və (ii) Azərbaycanın mövcud təhlükəsizlik və ətraf mühitlə bağlı qanunvericiliyindən 
istifadə edəcək”.  
Buna görə də uyğun beynəlxalq sənaye standartlarının nəzərə alınması milli qanunvericiliyin tətbiq olunması və 
ya digər müəyyən olunmasında çox vacibdir. Beynəlxalq Neft və Qaz İstehsalçıları Assosiasiyası (NQİ), 
                                                           
3
  Məmmədov, A. & Apruzzi, F. (2004) AB – Azərbaycan arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin Həyata Keçirilməsi 
üçün Dəstək. Ətraf Mühit və Təbii Sərvətlərin istifadəsi barədə Cədvəl Hesabat. Hesabat MDRTD (Müstəqil Dövlətlərin Rifahı 
üçün Texniki Dəstək) üçün hazırlanmışdır.  
4
  SOFRECO (tarixsiz) AB – Azərbaycan arasında TƏS-nin həyata keçirilməsi üçün dəstək. Rəsmi Uyğunlaşdırmanın Layihə 
Proqramı.  
5
  MİQ (2007) Avropa Qonşuluq və Tərəfdaşlıq Vasitəsi, Azərbaycanın Milli Bələdçi Proqramı. 
6
  AİK (2008) Avropa üçün Ətraf Mühit (
http://www.unece.org/env/efe/welcome.html
 )   


BP Azərbaycan
                                                                                                                 
Şəfəq-Asiman Dəniz Bloku 3Ö Seysmik Kəşfiyyat Tədqiqatı   
 
 
                                                                 
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi  
 
 
AETC/P140167_Rev03  
22
 
 
Beynəlxalq Geogiziki Podratçıları Assossiyası (BGPA) və Beynəlxalq Qazıma Podratçıları Assossiyası (BQPA) 
da daxil olmaqla sənaye standartları xüsusi olaraq Şəfəq-Asiman HPBS-də qeyd olunmuşdur.   
3.11  BP Tələbləri  
 
Yeni layihələr üçün (QMOT 3.6-0001) ƏM və T Tələbləri barədə BP Ekoloji Qrupunun Müəyyən Olunmuş 
Təcrübəsinə (QMOT) Şəfəq-Asiman seysmik tədqiqatı Layihəsinə tətbiq oluna bilən minimum tələblər daxildir. 
Bu tələblər Layihəyə  tətbiq oluna bilən  ətraf mühit və sosial sahənin qiymətləndirilməsinin iki əsas 
komponentlərindən ibarətdir; birincisi Təsirlərin  İdarə Olunması Prosesi (TİOP) və  Fəaliyyət Tələbləri (FT). 
Sonuncu ətraf mühit standartlarının əhatəli şəkildə müəyyən olunmasını təqdim edir və burada minimum tələblər 
Şəfəq-Asiman HPBS tərəfindən tələb olunduğu kimi beynəlxalq neft sənayesi standartlarına uyğun olaraq həyata 
keçirilir.  
 
3.11.1 TİOP  
 
TİOP layihənin  ətraf mühitə olan təsirlərini müəyyən etmək və onları qiymətləndirməklə  məşğul olur. Layihə 
təsirlərdən qaçmaq, qarşısını almaq, azaltmaq və aradan qaldırmaq üçün bu məlumatlardan istifadə edir. 
ƏMTİOP tam olaraq canlı prosesdir və aşağıdakılardan ibarətdir:  
1.  Nəzərdən Keçirmə   
2.  Uyğunluq  
3.  Səhmdarlarla Məsləhətləşmə və İctimaiyyətin Cəlb Olunması   
4.  Təsirlərin Qiymətləndirilməsi  
5.  Qalıq Təsirlər  
6.  Öhdəliklərin Həyata Keçirilməsi  
7.  Keçidlərin İdarə Olunması   
 
3.11.2 FT  
 
FT ekoloji fəaliyyətlərin davamlı olaraq həyata keçirilməsinə nail olmaq üçün BP-nin cavab verməsi lazım olan 
kriteriyaları müəyyən edir və Ətraf Mühitə Təsirlərin İdarə Olunması Prosesinin bütün mərhələlərində nəzərdə 
tutulacaq:  
   
FT-1 Hava Keyfiyyəti  
FT -2 İctimaiyyətin Narahatlığı     
FT -3 İctimai Sərmayə   
FT -4 Mədəni İrs  
FT -5 Qazıma, Tamamlanma və Təmir Tullantıları və Atılmalar  
FT -6 İstixana Qazları və Enerjinin İdarə Olunması   
FT -7 Yerli İnsanlar   
FT -8 Məcburi Yenidən Məskunlaşma (iqtisadi və fiziki yerdəyişmə də daxildir) 
FT -9 Dəniz Məməliləri  
FT -10 Ozon Təbəqəsini Məhv Edici Maddələr  
FT -11 Fiziki və Ekoloji Təsirlər (Beynəlxalq Səviyyədə Qorunan Sahələr də daxil olmaqla)   
FT -12 Torpaq və Yeraltı Suların Çirklənməsinin Qarşısının Alınması   


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə