Microsoft Word Shafag Asiman Seismic 3d eia 23 Aug 11 aze doc



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə6/38
tarix14.01.2018
ölçüsü5,07 Kb.
#20773
1   2   3   4   5   6   7   8   9   ...   38

BP Azərbaycan
                                                                 
Şəfəq Asiman Dəniz Bloku 3D Seysmik Кəşfiyyat Tədqiqatı   
 
 
Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi  
 
AETC/P140167_Rev03  
11
 
 
Azərbaycan Respublikası  tərəfindən qəbul olunmuş beynəlxalq sazişlər arasında hər 
hansı münaqişə baş verərsə beynəlxalq sazişlərin təminatları tətbiq olunacaq.   
 
Konstitusiya eyni zamanda (Bənd 39) hər bir insana sağlam ətraf mühitdə yaşamaq hüququ, 
ekologiyanın vəziyyəti barədə  məlumat  əldə etmək və  ətraf mühitlə bağlı qanunvericiliyin 
pozulması nəticəsində yaranan şəxsin və ya mülkiyyətin zədələnməsi üçün kompensasiya əldə 
etməyi təmin edir.   
 
3.4  Hasilat Pay Bölgüsü Sazişi  
 
Şəfəq-Asiman HPBS Xəzər Dənizinin Azərbaycan Sektorunda Şəfəq-Asiman yatağının birgə 
işlənməsi üçün rəsmi öhdəlik sazişidir. ARDNŞ  və Podratçı arasında imzalanmış bu saziş 
Şəfəq –Asiman Layihəsinin bütün mərhələlərinə  tətbiq olunur və (hələki tətbiq olunmayıb) 
Azərbaycan qanunları  tərəfindən təsdiq olunur. HPBS şərtləri altında Podratçı bütün HPBS 
şərtləri üçün Şəfəq-Asiman dəniz yatağının kəşfiyyatı, işlənməsi və karbohidrogenlərin 
hasilatı üçün hüquqları vardır. HPBS bildirir ki, əməliyyatların həyata keçirilməsi ümumi ətraf 
mühit, digər təbii mənbələr və mülkiyyət nəzərə alınmaqla və  həyat,  ətraf mühit və 
mülkiyyətin qorunmasına əsas diqqətin yetirilməsi məqsədi ilə reallaşdırılmalıdır.  
 
HPBS-nin 26.1 Bəndi qeyd edir:   
 
“Podratçı ARDNŞ  və Azərbaycan Respublikasının Ekologiya və  Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə 
birlikdə Neft Əməliyyatlarının nizamlanması üçün uyğun olan təhlükəsizlik və ətraf mühitin qorunması 
standartları və təcrübələrini hazırlayacaq. Təhlükəsizlik və ətraf mühitin qorunması standartları Xəzər 
Dənizinin xüsusi ekoloji xarakteristikasını  nəzərə alacaq və uyğun olduğu kimi, (i) dünyanın digər 
hissələrində  kəşfiyyat və hasilat əməliyyatlarının həyaya keçirilməsi ilə beynəlxalq Neft sənayesi 
standartları  və  təcrübələri və (ii) Azərbaycanın mövcud təhlükəsizlik və  ətraf mühitlə bağlı 
qanunvericiliyini tətbiq edəcək. Bu cür standart və təcrübələr ilə birlikdə ətraf mühit keyfiyyəti ilə bağlı 
əsas məqsədlər, texniki iqtisadi qiymətləndirmə  və kommersiya gəlirliyi kimi məsələlərə  də diqqət 
yetiriləcək.  
 
HPBS-nin 26.2 Bəndi tələb edir ki:   
 
“Podratçı Neft Əməliyyatlarını Ekoloji Standartlara uyğun olaraq düzgün, təhlükəsiz və effektiv şəkildə 
həyata keçirəcək və  məhdudiyyət qoyulmadan səth, dəniz-dibi, dəniz, hava, göllər, çaylar, heyvanlar 
aləmi, bitkilər, məhsul və digər təbii mənbələr və mülkiyyət də  daxil olmaqla ümumi ekologiyanın hər 
hansı potensial pozulmasını azaltmaq məqsədi ilə Ekoloji Standartlara uyğun olaraq bütün mümkün 
fəaliyyətləri həyata keçirəcək. Fəaliyyətlərin vaciblik ardıcıllığı  həyat,  ətraf mühit və mülkiyyətin 
qorunmasından ibarət olacaq. Podratçı Əlavə 9-un I hissəsində qeyd olunduğu kimi Neft Əməliyyatları 
ilə  əlaqədar olaraq həyata keçirilmiş  fəaliyyətlərin bütün sağlamlıq, təhlükəsizlik və  ətraf mühit 
aspektlərini əhatə edən birləşdirilmiş idarəetmə sistemini həyata keçirəcək.”.) 
 
HPBS-nin 26.4 Bəndi Podratçıdan tələb edir ki:   
 
“Ekoloji Standartlardan daha ciddi olmaması şərti ilə bu cür qanun və nizamnamələrin ictimaiyyətin 
sağlamlığı, təhlükəsizlik və ətraf mühitin qorunması və bərpası ilə əlaqədar olaraq ümumi tətbiq oluna 
bilən cari və gələcək Azərbaycan qanunları və nizamnamələrinə uyğun hərəkət edəcək”. 
 
HPBS-nin Ekoloji Standart və Təcrübələrinin IX Əlavəsi seysmik tədqiqatların aşağıdakıların 
tətbiq olunması ilə həyata keçirilməsini tələb edir:   
•  Ətraf Mühitə Təsirin qiymətləndirilməsi;  


BP Azərbaycan
                                                                 
Şəfəq Asiman Dəniz Bloku 3D Seysmik Кəşfiyyat Tədqiqatı   
 
 
Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi  
 
AETC/P140167_Rev03  
12
 
 
•  Fövqəladə hallara qarşı proseduralar, neft dağılmalarına qarşı cavab tədbirləri planı, 
tullantıların idarə olunması planı  və audit proqramı da daxil olmaqla seysmik 
əməliyyatlar üçün sağlamlıq, təhlükəsizlik və ətraf mühitin idarə olunması planı.  
 
3.5  Beynəlxalq və Regional Ətraf Mühit Konvensiyaları   
 
Hər hansı yeni qurğuların Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi də daxil olmaqla ekoloji 
sənədlərin hazırlanması tələbləri də eyni zamanda HPBS-nin I B (1) Bölməsinin IX Əlavəsinin 
şərtidir. HPBS-nin bütün ömrü ərzində  həyata keçirilməsi vacib olan xüsusi ekoloji 
standartları HPBS-nin IX Əlavəsində razılaşdırılıb (Əlavə 2A).   
Müstəqillik qazandıqdan sonra Azərbaycan müasir bazar iqtisadiyyatına doğru hərəkət etmək 
məqsədi ilə keçmiş Sovet İttifaqından qalma siyasi, rəsmi və müəssisə  çərçivələrinin 
islahatlarını axtarır. Uyğun olaraq, son illərdə Azərbaycan Hökuməti bu hədəfə  dəstək 
məqsədi ilə beynəlxalq və regional proseslərə qoşulub.  Şəfəq –Asiman yatağının seysmik 
tədqiqatı layihəsinin  əhatə dairəsinə uyğun olan Azərbaycanda hal-hazırda qüvvədə olan 
beynəlxalq və regional konvensiyalar aşağıdakı Cədvəl 3.1 və Cədvəl 3.2-də təqdim olunub.   


BP Azərbaycan   
 
Şəfəq-Asiman Dəniz Bloku 3Ö Seysmik Кəşfiyyat Tədqiqatı   
 
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi  
 
 
AETC/P140167_Rev03  
13
 
 
Cədvəl 3.1: Beynəlxalq Konvensiyaların Xülasəsi  
Konvensiya   
Məqsəd   
Statusu   
İqlim Dəyişikliyi Barədə BMT Struktur 
Konvensiyası   
İstixana qazı emissiyaları barədə  məlumatları müqayisə etmək 
və planlaşdırmada iştirak etmək.  
Azərbaycandan rəsmi olaraq xüsusi azaltma hədəflərinə cavab vermək 
tələb olunmur   
Bern Konvensiyası     
Yabanı flora və fauna və onların təbii sakinləri barədə 
konvensiya  
2002-ci ildən Azərbaycanda qüvvədədir  
Bazel konvensiyası     
İlkin olaraq sərhədlər arası  təhlükəli tullantıların hərəkəti ilə 
məşğul olur.   
Azərbaycan 2001-ci ildə qoşulub  
Davamlı Üzvi Çirkləndiricilər Barədə 
Stokholm Konvensiyası   
Azaldılma və ya aradan qaldırılma məqsədi ilə dioksin, furan, 
heksaxlorbenzol və PCB atılmalarının azaldılması.  
Azərbaycan 2004-cü ildə qoşulub  
Ozon Təbəqəsinin Qorunmasına Dair Vyana 
Konvensiyası   
Konvensiyanın Monreal Protokolunda da müəyyən olunduğu 
kimi ozon təbəqəsinə təsir edən maddələrdən istifadə və onların 
hasilatını  məhdudlaşdıran rəsmi razılaşma tələbləri də daxil 
olmaqla ozon qatının qorunması üçün beynəlxalq səyləri 
istiqamətləndirmək üçün struktur   
Azərbaycan 1996-cı ildə qoşulub  
Bioloji Müxtəliflik barədə Konvensiya   
Komponentlərindən davamlı istifadə  və  gəlirlərin  ədalətli və 
bərabər bölünməsi də daxil olmaqla Bioloji müxtəliflik barədə 
konvensiya  
Azərbaycan 2000-ci ildə Konvensiyanın tərəfi olub   
Beynəlxalq Dənizçilik Təşkilatı  
Bu  ƏMTQ üçün uyğun olan əsas IMO konvensiyaları 
aşağıdakılardır: MARPOL – gəmilərdən atılmalar və 
emissiyalara nəzarəti  əhatə edən I – VI Əlavələri London 
Konvensiyası – tullantılar və digər maddələrin atılması ilə 
dənizin çirklənməsinin qarşısını almaq Yığılmaya Qarşı 
Sistemlər Konvensiyası Ballast Suyu və Çöküntülər Barədə 
Konvensiya  
2004-cü ildə Azərbaycanda qüvvəyə minib. Yazılma zamanı Azərbaycan 
Konvensiya protokolunun tərəfi olmayıb. Yazılma zamanı Azərbaycan 
tərəfindən qəbul olunmayıb (onu qəbul edən ölkələr üçün 2008-ci ildə 
qüvvəyə minib). Yazılma zamanı Azərbaycan tərəfindən qəbul 
olunmayıb (və onu qəbul edən ölkələr üçün hələki qüvvəyə minməyib).  
 
 
 
 
 
 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə