Microsoft Word Shafag Asiman Seismic 3d eia 23 Aug 11 aze doc



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə4/38
tarix14.01.2018
ölçüsü5,07 Kb.
#20773
1   2   3   4   5   6   7   8   9   ...   38

BP Azərbaycan                                                                    Şəfəq Asiman Dəniz Bloku 3Ö Seysmik Tədqiqat 
 
 
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi  
 
AETC/P140167_Rev03  
4
 
 
Seysmik tədqiqat sahəsinin tanınmış  dənizçilik xətti və ya tanınmış balıqçılıq sahələri 
üzərində yerləşməməsi səbəbi ilə dənizdə iqtisadi dənizçilik və ya iqtisadi balıqçılığa heç bir 
birbaşa iqtisadi təsirlərin olması gözlənilmir və ümumilikdə seysmik tədqiqat sahəsi iqtisadi 
cəhətdən emal olunan növlərin  əsas balıq kürüləmə  və çoxaldılması sahələrindən uzaqda 
yerləşir. Əlaqədar quru əməliyyatları çox az və ya heç bir ciddi sosial-iqtisadi təsirlərə malik 
olmayacaq və yerli iqtisadiyyat üçün tarazlıq halında məhdud qısa müddətli birbaşa gəlir 
təmin etməlidir. Orta müddətdə əgər tədqiqatın nəticələri əhəmiyyətli dərəcədə karbohidrogen 
ehtiyatlarının mövcudluğunu göstərərsə daha ətraflı kəşfiyyat fəaliyyətləri və potensial olaraq 
təsdiq olunmuş ehtiyatlar ilə  əlaqədar olaraq hər hansı sonrakı  işlənmə  fəaliyyətləri 
Azərbaycan Respublikası üçün vacib birbaşa illik gəlirləri təmin edəcək.  
Ümumilikdə seysmik tədqiqatın vaxtı  və yerinin nəticəsi kimi potensial təsirlər və 
narahatçılığı azaltmaq və aradan qaldırmaq məqsədi ilə həyata keçiriləcək azaltma tədbirləri 
ilə ətraf mühitə əhəmiyyətli dərəcədə təsirlərin olması gözlənilmir.  
 


BP Azərbaycan                                                                    Şəfəq Asiman Dəniz Bloku 3Ö Seysmik Tədqiqat 
 
 
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi  
 
AETC/P140167_Rev03  
5
 
 
2.  GİRİŞ   
2.1  Ümumi Məlumat  
2.1.1  Hasilat Pay Bölgüsü Sazişi  
BP və ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 7 oktyabr 2010-cu il tarixində 
Xəzər Dənizinin Azərbaycan Sektorunda Bakıdan cənub-şərq istiqamətində 125 km uzaqlıqda 
yerləşən  Şəfəq-Asiman yatağının birgə  kəşfiyyatı  və  işlənməsi barədə Hasilat Pay Bölgüsü 
Sazişi (HPBS) imzalamışlar, Şəkil 2.1-ə baxın.  
HPBS özü 7 oktyabr 2010-cu il tarixində imzalanmış və Şəfəq Asiman Müqavilə Sahəsinin 
birgə  işlənməsi və hasilatı üçün rəsmi hərtərəfli razılaşmanı  təşkil edir. Kommersiya və 
texniki tələbləri müəyyən etməklə  bərabər bu eyni zamanda BP şirkətinin layihə  və 
əməliyyatlarının hər zaman sadiq olduğu ekoloji standart və təcrübələri də müəyyən edir.   
2.1.2  Əvvəlki Şəfəq –Asiman Kəşfiyyat Fəaliyyətləri  
Kaspian Geofizikal şirkəti 1995 – 1999-cu illər arasında  Şəfəq və Asiman strukturları 
üzərində  (əvvəllər D8 – D10 adlanırdı) qeyri-eksklüziv 2Ö seysmik tədqiqat fəaliyyətlərini 
həyata keçirmişdir. Bu işlərin nəticəsində təxminən 800 km sahənin 2Ö seysmik məlumatları 
əldə olunmuşdu.  
2.1.3  Təklif Olunan BP Şəfəq Asiman Kəşfiyyat Fəaliyyətləri  
BP  şirkəti 2011-ci ilin 3-cü və 4-cü rüblərində  və 2012-ci ilin 1-ci rübünə  qədər uzanma 
ehtimalı ilə  Şəfəq və Asiman strukturları üzərində  ənənəvi 3Ö seysmik tədqiqatları  həyata 
keçirməyi planlaşdırır.  
Tədqiqatların əsas məqsədi geoloji struktur və sahədə olan hər hansı geoloji təhlükələr barədə 
təfsilatlı  məlumat  əldə etmək, eyni zamanda strukturların iqtisadi cəhətdən səmərəli 
karbohidrogen ehtiyatlarını qiymətləndirməkdir. 


BP Azərbaycan   
 
 
Şəfəq Asiman Dəniz Bloku 3Ö Seysmik Tədqiqatı   
 
 
 
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi  
 
AETC/P140167_Rev03  
6
 
 
 
Şəkil 2.1:    Şəfəq –Asiman Müqavilə Sahəsinin Yerləşməsi
BP Azərbaycan Kəşfiyyat  
Pulkovo 1942 GK Zonası 9N   
En   
Uzunluq  
Tarix: 22 Noyabr 2010-cu il   
Tam Açılma Sahəsi 
Gəminin Əməliyyat 
Sahəsi         
HPBS Sahəsi   
Əsas / Prospekt     
SW 2D Naviqasiya     
Koordinatların İstinad Sistemi: 
Pulkovo 1942 GK Zonası 9N 
Sənədin adı: 


BP Azərbaycan                                                                    Şəfəq Asiman Dəniz Bloku 3Ö Seysmik Tədqiqatı   
 
 
Ət raf Mühitə Təsirin Qiymətləndirilməsi  
 
AETC/P140167_Rev03  
7
 
 
 
2.2  Seysmik Tədqiqatın Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi 
(ƏMTQ)  
Seysmik tədqiqat kəşfiyyat və hasilat prosesində ilk mərhələdir və qeyri-intruziv 
əməliyyatdır, bununla da potensial ətraf mühit təsirləri və təsir sahələri qazıma və hasilat ilə 
müqayisədə daha az əhəmiyyətli və daha az yayılmışdır.  
Bu ƏMTQ-nin əsas məqsədi iki hissədən ibarətdir:  
•  İlk olaraq, təklif olunan seysmik fəaliyyətlərə  Xəzər  ətraf mühitinin 
həssaslığı barədə cari fikirləri təqdim etmək;  
•  İkinci, fəaliyyətlərin  əks təsirlərin qarşısı almaq və ya azaltmaq üçün 
həyata keçirilməsini təmin etmək məqsədi ilə lazımi tədbirləri müəyyən 
etmək və potensial təsirləri qiymətləndirmək.  
Bu hesabat aşağıdakı əsas elementləri özündə birləşdirir:  
•  Seysmik tədqiqat  əməliyyatları üçün qanunverici baza və  nəzarətlərə 
baxış;  
•  Tədqiqatların texniki təfsilatlarını təmin edən layihə izahatı;  
•  Əməliyyat və pnevmotop və karbohidrogenlərin mövcudluğuna  əsas 
diqqət yetirməklə atılma və emissiyaların müəyyən olunması;  
•  Əsas problemlərlə əlaqədar ətraf mühitin izah olunması;  
•  Qəza hadisələri də daxil olmaqla tədqiqatın mümkün təsirlərinin 
qiymətləndirilməsi;  
•  Müəyyən olunmuş təsirlərin qarşısını almaq və ya azaltmaq üçün azaltma 
tədbirlərinin müzakirəsi.  
2.3  Əhatə Dairəsi və Məsləhətlər  
2.3.1  BP Daxili Əhatə Dairəsi  
BP Qrup tələblərinə
1
 uyğun olaraq 31 avqust – 1 sentyabr 2010-cu il tarixlərində həm BK, 
həm də Azərbaycandan BP Ətraf Mühit, Sosial və Kəşfiyyat Qrupu nümayəndələri tərəfindən 
iştirak olunan Ətraf Mühit və Sosial (ƏM və S) Baxış Seminarı təşkil olunmuşdur.  
Seminarın  əsas məqsədi  Şəfəq Asiman seysmik tədqiqat fəaliyyətləri ilə  əlaqədar olan əsas 
ətraf mühit və sosial həssaslıqların ilkin mərhələdə başa düşülməsi və müəyyən edilməsinə 
imkan yaratmaq və layihə ömrü müddətində  və  əməliyyatlar zamanı idarəetməni 
təkmilləşdirmək məqsədi ilə potensial təsirlərə diqqət yetirməkdir.  
                                                           
1
  BP Qrup Müəyyən Olunmuş Təcrübələr – Yeni Giriş Layihələri, Böyük Layihələr, Beynəlxalq 
Səviyyədə Qorunan Sahə Layihələri və Müəyyən Olunma Danışıqları üçün Ətraf Mühit və Sosial 
Tələblər (GDP 3.6-0001).
 
 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə