Ağazeynal A. Qurbanzadə
188
miqyasını nizamlayır və yeni xidmət sahələrinin coğrafiyasının həssaslığını
təmin edir.
İnsan rifahın yüksəlməsi və ya aşağı düşməsi ilk növbədə onun müxtəlif
komponentlərinin faydalığının son sərhədləri arasndakı nisbətətlərdən asılıdır.
İqtisadi inkişafı sürətlə artan ölkələrdə insanların həyat tərzinin olmasına sə-
bəb yüxarıdakı ideyalara söykənməsi ilə əlaqəlidir. Bu əlaqələrinin metodoloji
çərçivəsində obyektiv zəruri və sosial həssaslığı mövcuddur.
Tarixən iqtisadi inkişafın sənayeləşdirmə mərhələsindən başlayaraq mütləq
təlabatlar üstün mövqeyə malik olması ilə fərqlənmişdir. Sonrakı dövrlərdə isə
iqtisadi inkişafın yüksəlməsi əsasında maddi istehsalın təlabatında həssaslıq
nisbətən az nümayiş olunur.
İqtisadi artım istehsal prosesinə əlavə istehsal amillərinin (əmək, kapital və
s.) cəlb olunması, yaxud istehsal texnologiyasının təkmilləşməsi nəticəsində
ümumi daxili məhsulun (ÜDM) həcminin, o cümlədən hər nəfərə düşən ÜDM-
in həcminin yüksəlməsidir. Məntiqi düşüncədən göründüyü kimi iqtisadi artım
əsasən kəmiyyət dəyişməsini, yəni əhalinin həyat səviyyəsinin yüksəlməsinə
imkan verən daha çox əmtəə və xidmətlərin istehsalını ifadə edir. İqtisadi ar-
tımdan fərqli olaraq iqtisadi inkişaf dedikdə iqtisadiyyatdakı keyfiyyət dəyi-
şikliyi başa düşülür. İqtisadi inkişaf əlavə iqtisadi artım üçün əsas yaratmaqla
birlikdə, sosial-iqtisadi və mədəni strukturda, həmçinin əhalinin həyat səviyyə-
sində keyfiyyət dəyişikliyinə yol açır. Dolayısı ilə, geniş mənada iqtisadi inki-
şaf anlayışı həm kəmiyyət, həm də keyfiyyət dəyişməsini ehtiva edir. ÜDM
milli hesabatlar sisteminin və iqtisadiyyatın ən mühüm göstəricilərindən biri
kimi istehsal fəaliyyətinin son nəticəsinin, son istehlak üçün istehsal olunmuş
əmtəə və xidmətlərin dəyəri ilə ölçülür. O, özündə iqtisadi-sosial inkişafının
bütün sahələri üzrə yaradılan ümumi əlavə dəyərlə xalis vergilərin cəmini əks
etdirir.
Funksional inkişafın həssaslıq kəmiyyətin parametrləri
BMT-nın təklif etdiyi (1990-cı il) həssaslı insan inkişaf indeksi konsepsiya-
sında ÜDM-in hər nəfərə düşən göstəricilər indeksi kəmiyyətləri etalon kimi
qəbul olunmuşdur. Aparılan araşdırmalarının optimal səviyyəsinin parametrlə-
rinə görə bu indeks kəmiyyətlərinin reallıqları iqtisadi inkişafının fəaliyyətində
önəmli effekt yaradır. Bu indeks ümumi formada milli gəlirin hər nəfərə düşən
məbləğ kəmiyyətinin göstəricisi əsasında hesablanır. 2000-ci ilin sonundan
başlayaraq həssaslı inkişaf indeksi şkalası 0-dan 1-dək bölünmüşdür və kəmiy-
yət göstəricisi 0.4-dən aşağı olan ölkə yoxsul hesab edilir.
Dialektik coğrafiya
189
Funksional inkişafın həssaslığı çərçivəsində Qlobal Məcmu Məhsul,sənaye
istehsalı, beynəlxalq ticarət, ölkələrdə həyat səviyyəsinin dinamikası və s. iq-
tisadi-sosial və satrateji indikatorlar fəaliyyət göstərirlər. Strateji araşdırmala-
rın nəticələri göstərir ki, son dövrlərdə Qlobal Məcmu Məhsulun kəmiyyət
göstəricilərində ABŞ, Avropa İttifaqı, Yaponiya və qismən Çin üstünlüyə ma-
likdirlər.
Dünya Bankının strateji proqnozlarına görə yaxın 25 il dövründə inkişaf et-
məkdə olan ölkələrinin potensial funksional strukturlarının əsas hərəkətverici
qüvvəsininin aktivlik hala çevrilməsi gözlənilir. Məntiqi nəticəyə əsasən bu
tipli ölkələrin iqtisadi-sosial potensial səviyyələrinin 2030-cu illər ərəfəsində
Qlobal Məcmu Məhsulun həcminin iki dəfə artması gözlənilir. Başqa ifadə ilə
desək,bu dövrdə Qlobal Məcmu Məhsulun mütləq həcmi 72 trln. $ dollara ça-
tacaq. Bu kəmiyyət göstəricisi inkişaf etməkdə olan ölkələrinin xüsusi çəkisi
isə 38%-ə bərabər olması proqnozlaşdırılmışdır.
Təhlillərə əsasən, Qlobal Məcmu Məhsulun dəyişilməsinə uyğun olaraq
inkişaf etməkdə olan ölkələr qrupunun xüsusi çəkisi 22%-dən 32%-ə qədər
genişnəlməsi gözlənilir. Asiya, Şərqi Avropa, Latın Amerika ölkələri Qlobal
Məcmu Məhsul səviyyələrinə görə inkişaf etmiş ölkələrə yaxınlaşması (Türki-
yə, Meksika, Hindistan, Argentina və s.) gözlənilir.
Müasir dövrdə əhali artımının təxminən 76%-i inkişaf etməkdə olan ölkə-
lərinin hesabına formalaşır. BMT-nin hesablamalarına əsasən inkişaf etməkdə
olan ölkələr üzrə gündəlik gəliri bir dollardan az olan insanların sayı (1 mlrd.-
dan çox) iki dəfə azalacaqdır. İnkişaf etməkdə olan ölkələrdə illik 4000-17000
dollara qədər gəliri olan insanların sayı dünya əhalisinin 15%-ni əhatə edilmə-
si gözlənilir.
Qlobal Məcmu Məhsula görə ölkələrin təsnifatı: ABŞ-21.69%; Qərbi
Avropa ölkələr-21.4%; Çin- 12.0%; Yaponiya -7.0%; Hindistan -6.0%-ə
sahibdirlər .
Ağazeynal A. Qurbanzadə
190
On yeddinci önəm
Həyat keyfiyyətinin funksional coğrafiyası
“Həyat keyfiyyəti” anlayışının indikatorları
Elmi mənbələrində “həyat keyfiyyəti” anlayışı sosial məsələlərini əhatə
etnəklə yanaşı, istehsal və qeyri-istehsal sahələrinin keyfiyyət dinamikasını,
siyasi, hüquqi, coğrafi və s. ideyalarını özündə birləşdirir.
Həyat keyfiyyəti funksionallığına görə obyektiv və subyektiv gerçəkliyə
malikdir. Obyektiv gerçəkliyə insanların miqrasiyası, ölüm faizi, gəlirlərin
bərabərlik bölgünüsünün dərəcəsi, təhsilinin keyfiyyəti, cəmiyyətdə baş verən
“əsəbi” hadisələr (cinayətkarlıq, narkomaniya, intihar, boşanma və s.). da-
xildir. Subyektiv gerçəkliyə isə müxtəlif sosial, psixoloji və s. ictimai rəy
sörğuları daxil edilir.
Məntiqi yanaşma ondan ibarətdir ki, həyat keyfiyyəti çoxfunksional an-
layış olduğundan onu vahid göstəricilər əsasında təhlil edilməsində çətinliklər
mövcuddur. Həyat keyfiyyəti anlayışı, insanın layiqli gəlir səviyyəsinə sahib
olduğu, fizioloji tələbatları ilə yanaşı sosial və mədəni ehtiyaclarının da
ödəndiyi inkişaf etmiş cəmiyyəti ifadə edir. Buna müvafiq olaraq, həyat key-
fiyyəti - ictimai mənafeyi ön planda tutan, iqtisadi inkişafının həssaslığına
əsaslanan bir anlayışı təmsil edir.
Sosial həyat keyfiyyətinin səviyyə artımının yüksəldilməsi dövlətinin başlı-
ca məqsədləri aşağıdakılardır: - insanın minimum yaşayış səviyyəsini və stan-
dartlarını təmin etmək; gəlirlərin ədalətli bölgüsünə nail olmaq; ictimai mal və
xidmətlərin təklifini artırmaq və bunun davamlılığını təmin etmək və s.
Həyat keyfiyyəti və onun indikatorları insanların gəlir səviyyəsi, yığımları,
istehlak xərcləri içərisində qeyri-ərzaq mallarının xüsusi çəkisi, səhiyyə xid-
mətlərindən istifadə səviyyəsi və s. kimi olduqca müxtəlif amillərlər də birba-
şa əlaqəlidir. Bu baxımdan həyat keyfiyyət indikatorları ölçülərkən ayrı-ayrı
məqsədlərinin də ön plana çəkilməsi məqsədəuyğundur.
Sosial indikatorlar həyat keyfiyyətlərin insan qrupları arasında yayılmasının
orta səviyyəsini əks etdirir. Sosial indikatorlarının səviyyəsini ölçmək üçün
Dostları ilə paylaş: |