Microsoft Word son dialektik corafiya docx



Yüklə 93,55 Kb.
Pdf görüntüsü
səhifə71/90
tarix29.10.2017
ölçüsü93,55 Kb.
#7408
1   ...   67   68   69   70   71   72   73   74   ...   90

Dialektik coğrafiya
 
 
 
191
 
 
müxtəlif mənbələrə, o cümlədən beynəlxalq hesabatlara istinad olunmaqla 
Economic Intelligence Unit tərəfindən hazırlanan “Həyat Keyfiyyəti İndeksi” 
aşağıdakı doqquz göstəricini ehtiva edir: - sağlamlıq; - ailə  həyatı; - ictimai 
həyat; - maddi rifah; - siyasi stabillik və  təhlükəsizlik; - coğrafi mühit; - iş 
təhlükəsizliyi; - siyasi azadlıqlar; - gender bərabərliyi.   
Bir sıra ölkələrdə hər nəfərə düşən ÜDM-in həcminin yüksək olmasına bax-
mayaraq, yaşayış keyfiyyətinin aşağı olması iqtisadi artımının iqtisadi in-
kişafla dəstəklənmədiyini ortaya qoyur.  
Həyat standartlarını ölçmək üçün alternativ yanaşmalardan biri də, Cənubi 
Afrikanın İctimai Tədqiqatlar Fondu (South African Audience Research Foun-
dation, SAARF) tərəfindən hazırlanmışdır və marketinq araşdırmalarında ge-
niş istifadə edilir. Bu metodun digərlərindən əsas fərqi ondadır ki, bu zaman 
gender bərabərliyi, urbanizasiya səviyyəsi və s. kimi indikatorların əvəzinə hə-
yat standartı baxımından daha konkret göstəricilərindən istifadə edilir. 
 
 
Həyat keyfiyyəti və yoxsulluğun coğrafiyası 
 
Yoxsulluğun coğrafiyası - sadəcə iqtisadi yanaşma deyil, sosial və  əxlaqi 
xüsusiyyətləri ilə birlikdə kompleks problemdir. Qeyd edək ki, BMT-nin 
“Minilliyin İnkişaf Məqsədlər” proqramlarının ən birincisi məhz ifrat yoxsul-
luğun və aclığın aradan qaldırılmasından ibarətdir.  
BMT-nin ekspertlərinin üzünmüddətli təhlil və araşdırmalarının  əsasında 
həyat keyfiyyətinin coğrafiyasına dair tövsiyələrinə əsasın üç hədəf yoxsullu-
ğun önəmində məqsədli olaraq aşağıdakı kimi qəbul edilir: 
                                                                                                      
 
 
 
 
 Ümumiyyətlə, yoxsulluq anlayışını izah etmək üçün vahid yanaşma möv-
cud deyil və əsasən aşağıdakı yanaşmalarının tərzinə uyğun elmi mənbələrində 
rast gəlmək mümkündür. 
Mütləq yoxsulluq. Bu mənbədə yoxsulluq coğrafiyasının səviyyəsi Dünya 
Bankı tərəfindən irəli sürülən yoxsulluq səviyyəsi kimi təyin olunmuşdur: 

 
Zəif inkişaf etmiş ölkələr üçün alıcılıq qabiliyyəti paritetinə görə bir 
nəfər üçün gündəlik 1,25 ABŞ dolları həcmində təyin olunmuşdur. 

 
İnkişaf etməkdə olan ölkələr üçünsə 2 ABŞ dolları səviyyəsində müəy-
yənləşdirilmişdir. 
Gündəlik gəliri - 1 
ABŞ dollarından az 
olan əhalinin nisbətini 
yarıyadək azaltmaq. 
Qadınlar və gənclər də daxil  
olmaqla hər kəsə layiqli iş tə-
min etməklə tam və məhsul-
dar məşğulluğa nail olmaq. 
Aclıqdan əziyyət 
çəkən əhalinin nis-
bətini yarıyadək 
azaltmaq. 


  Ağazeynal A. Qurbanzadə 
 
192 
 
 
Bu metod vasitəsi ilə yoxsullua dair məlumatlarının əldə edilməsi və ölçül-
mə baxımından asan olsa da, real mənzərəni tam əks etdirmir. Öz növbəsində, 
Ərzaq və  Kənd Təsərrüfatı  Təşkilatı (FAO) iş qabiliyyətinin bərpa olunması 
ilə bağlı  əsas ehtiyacların ödənilməsi məqsədilə bir nəfər üçün gün ərzində 
tələb olunan qida istehlakının enerji dəyərinin 2100 kilokalori səviyyəsində 
olduğunu bildirir. 
Nisbi yoxsulluq. Bu tip yoxsulluq yanaşmasına görə isə bir ölkədə  həyat 
standartları üçün tələb olunan xərclərin səviyyəsi gəlirlərindən yüksək olan 
fərdlər (və ya ailələr) yoxsul sayılırlar. Ona görə də nisbi yoxsulluq standartı 
hər bir cəmiyyət üçün fərqli olmaqla birlikdə, həm də ümumi rifah səviyyəsi-
nin dəyişməsindən asılıdır.  
Subyektiv yoxsulluq. Təyin olunmuş bu yanaşmada fərdlərin öz rəyləri (sor-
ğu) əsasında müəyyən edilir. Subyektivlik amilinə baxmayaraq, sosial bir prob-
lem kimi yoxsulluğun qiymətləndirməsində nisbətən daha məqbul yanaşmadır.  
Məhrumiyyət yanaşması yoxsulluğu sosial təcridin bir növü kimi qəbul edi-
lir. Yəni, yaşayış səviyyələri həm fiziki, həm də sosial baxımdan yaşadıqları 
cəmiyyətdə hakim olan həyat standartlarından  əhəmiyyətli dərəcədə  aşağı 
olanlar yoxsul hesab edilir.  
İnsan həyatına yoxsulluğun birbaşa və dolayı yollarla təsirlərini (savadsız-
lıq, aclıq, qidalanma, xəstəliklərlə mübarizə və s.) nəzərə alan və 1997-ci ildən 
etibarən Birləşmiş Millətlər Təşkilatının  İnkişaf Proqramının  İnsan  İnkişafı 
Hesabatında öz əksini tapan insani yoxsulluq anlayışı Amartya Sen tərəfindən 
irəli sürülən qabiliyyət yanaşmasına əsaslanır.  
İnsan inkişafı ilə bağlı 2010-cu ilin hesabatında Oxford Universiteti ilə bir-
likdə insani yoxsulluq yanaşması daha da inkişaf etdirilərək Çoxfaktorlu Yox-
sulluq İndeksi təqdim olunmuşdur. Məlum olduğu kimi, İnsan İnkişafı İndeksi 
üç alt indeksə əsaslanır ki, bunlardan biri yaşayış standartlarıdır. Yaşayış stan-
dartları da öz növbəsində adambaşına ÜDM göstəricisi ilə müəyyən edilir. Di-
gər tərəfdən Çoxfaktorlu Yoxsulluq İndeksi təhsil illəri, içməli su kimi İnsan 
İnkişafı İndeksinin əhatə etdiyi bir sıra alt göstəricilərini də ehtiva edir.  
Bu baxımdan çoxfaktorlu yoxsulluq yanaşmasının ortaya qoyulması ilə bir-
likdə “yoxsulluğa qarşı mübarizədə iqtisadi artıma, yoxsa insan inkişafına fo-
kuslanmalı?” sualı da xüsusi əhəmiyyət qazanmışdır. Yoxsulluq səviyyəsinin 
ölçülməsində  ən yeni yanaşma olan Çoxfaktorlu Yoxsulluq İndeksi (ÇYİ) 
fərdlərlə bağlı səhiyyə, təhsil və yaşayış standartı üzrə bir sıra çatışmazlıqlarını 
da nəzərə alır.  
Ümumilikdə isə, yoxsulluqla mübarizədə milli infrastruktur formalaşdırıl-
malı, bir sıra beynəlxalq qurumlar tərəfindən dəstəklənən müəyyən layihələr 


Yüklə 93,55 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə