Microsoft Word son dialektik corafiya docx



Yüklə 93,55 Kb.
Pdf görüntüsü
səhifə74/90
tarix29.10.2017
ölçüsü93,55 Kb.
#7408
1   ...   70   71   72   73   74   75   76   77   ...   90

  Ağazeynal A. Qurbanzadə 
 
198 
 
 
 
 İqtisadi inkişafın  qarşılıqlı  asılılıq  formulası  
 
Keçən əsrin 70-ci illərindən başlayaraq iqtisadi inkişafnın funksional nəzəri 
baxışlarının siyasi-iqtisadi önəmində yeni bir mərhələninin formalaşmasının 
əsası qoyulmağa başlanmışdır. Virtual cəmiyyətinin tələblərinə uyğun olaraq 
milli dayanıqlı inkişafının  funksional strukturlarında qarşılıqlı əlaqələrinin ye-
ni formalı konsepsiyalarının yaranmasına səbəb olmuşdur. Bu konsepsiyalarının 
daxilində funksional asılılığının nəzəri baxışlarının mövqeyi mühüm yer tutur.  
İqtisadi inkişafın funksional qarşılıqlı asılılıq termini ilk dəfə S.Hoffman 
(ABŞ) tərəfindən istifadə olunmuşdur. Sonrakı illərdə R.Kuper tərəfindən elmi 
mənbə kimi əsaslandırılmışdır. Təhlillər göstərir ki, qarşılıqlı asılılıq səviyyə-
sinin optimallıqlığının artırılması nəticəsində dövlətlərarası xarici əlaqələrinin 
formalaşması və onun iqtisadi-sosial struktur sahələrinin ərazi təşkilinin qarşı-
lıqlı inkişafının təminatı  yüksəlir. 
İqtisadi inkişafın qarşılıqlı asılılıq sistemi özünün müxtəlifliyi, diversifika-
siya istiqamətinin formulası ilə fərqlənir. İqtisadi-sosial funksionallığının for-
malaşması sistemində dünya ölkələrinin bir-biri ilə asılılığının fonunda  demək 
olar ki, neoliberal model çərçivəsində fəaliyyət göstərməsi ilə bağlıdır. Məsələ 
onunla izaf olunur ki, neoliberal bazar modeli ölkələrinin virtual inkişafının 
manevr imkanlarını məhdudlaşdırmaqla yanaşı, beynəlxalq səviyyədə tam gü-
cü ilə fəaliyyət göstərməsinə məhdudiyyətlər yaradır. 
Müasir dövrdə neoliberalizmin “güc” qüvvəsinin coğrafi məkanı ABŞ sayı-
lır. Bu səbəbdən də ABŞ iqtisadi-siyasi cəhətdən dünyanın ağırlıq mərkəzinə, 
qlobal müstəvidə dünya ölkələrinin dəyişiklik və asılılıq sisteminin reallığına 
çevrilməsi ilə fərqlənir. Bu səbəbdən də ABŞ-da baş verən siyasi-iqtisadi dəyi-
şikliklər tez bir zaman çərçivəsində planetar xarakerə vevrilməsinə səbəb olur. 
Strateji dəyişkənlik siyasəti ABŞ dövlətinin başlıca ideya istiqaməti olub, da-
vamlı olaraq dünya ölkələrinə öz nəzarətini gücləndirir. 
Geosiyasi təhlillər göstərir ki, inkişaf etmiş ölkələr tam mənada “klassik 
dövlət” funksiyasını daşımaq iqtidarında deyildirlər. Onlar geniş miqyas çərçi-
vəsində qloballaşma mühitinin təsirinə uyğun hərəkət edirlər. Müasir dövrdə 
transmillişmə siyasətinin coğrafiyasının sərhədləri lokal çərçivədən qlobal 
çərçivəyə doğru transfer olumuşdur. Bu səbəbdən də dünya ölkələrinin iqtisa-
di-siyasi formalaşmasında “qütbləşmə” prosesi daha da aktivləşmişdir. Qütb-
ləşmə siyasəti mövcud metodoloji arsenalın virtuallaşan yeni dövrünün tələb-
lərinə adekvat olmadığını, kardinal siyasi-iqtisadi dəyişkənliklərinin məqsədini 
önəmə gətirmişdir. 


Dialektik coğrafiya
 
 
 
199
 
 
Müasir dövrə qədər davam edən ölkələrin iqtisadi inkişafının nəzəri baxış-
ları müəyyən dərəcədə dəyişikliklərə məruz qalmışdır. Ölkələrin iqtisadi-sosial 
dialektikasının davamlı inkişafının coğrafiyası yeni nəzəri-metodoloji funksi-
yalarının yaradılmasının problemləri ilə üzləşmişdir. Coğrafi reallıq ondan iba-
rətdir ki, dünya ölkələrinin davamlı inkişafının metodologiyaının  əsası elmi 
fəlsəfəyə daha da yaxınlaşmaqdan ibarətdir. Bu məqsədlə, dialektik coğrafiya 
elmi tədqiqatlarında ərazi-istehsal strukturlarının kompleksliyi problemlərinin 
önəmə gətirilməsi ideyalarına üstünlük təşkil edilməsindən ibarət olmasıdır.  
Fikrimizi əsaslandırmaq məqsədində bir sıra metidoloji situasiyalarına diq-
qət yetirək. İlkin olaraq qlobal funksional transformasiyasının strateji mövqe-
yinin seçilməsi və optimal variantlarının potensialının  əsaslandırılmasıdır. 
İkincisi isə qlobal mühitin yaratdığı interpretasiya formalarından ölkənin gələ-
cək inkişafına tətbiqi hesab edilir. Qeyd etmək lazımdır ki, qlobal funksional 
xəritəsinin  situasiya səviyyə müxtəlifliyi arasında fərqlərin mövcudluğu bütün 
ölkələr üçün xarakterikdir. 
Müasir qlobal mühitin yaratdığı qeyri-xətti inkişafın nəticəsində “iqtisadi 
insan” fəaliyyətinin asılılığının mütləqliyinə səbəb olmuşdur. Bu səbəbdən də 
asılılığının paradiqmal yeniləşməsinin zəruriliyi ölkələrin funksional iqtisadi 
və strateji inkişaf prosesində yeni məzmunun formalaşmasına gətirib çıxart-
mışdır. 
Dünya ölkələrinin funksional xəritəsinin çərçivəsində tarixi-siyasi dövrləri-
nin dialektik asılılığı “məhsullar”ın hesabına qərarlaşmışdır. XIX əsrin axırla-
rından başlayaraq “klassik” inkişaf dövrünün başa çatması və yeni dövrün baş-
lanması ilə əvəzlənmişdir. Planetar səviyyədə baş verən asılılığının səviyyəsi-
nə uyğun ölkələrarası dəyşikliklər istehsalın, kapitalın, işçi qüvvəsinin miqra-
siyasının aktivləşməsini özündə ehtiva edir. Avropanın inkişaf etmiş ölkələri-
nin iqtisadi-siyasi və sosial qrumlarının digər regionlarına (xüsusən Amerika 
materikinə) asılılıq mühitinin miqrasiyası bir sıra funksional dəyişkənliyinin 
yaranmasında mühüm strateji əhəmiyyət kəsb etmişdir. 
Funksional coğrafi sistemlərin dialektikasında istehsal və kapitalın dayanıq-
lığının nəticəsində inkişaf etmiş ölkələrinin yaranmasına, inhisarçı blokların 
yeniləşməsinə səbəb olmuş və nəticədə isə qloballaşma xəritəsinin strategiya-
sında qütbləşmənin aktivləşməsinə səbəb olmuşdur.  
Qloballaşan funksional iqtisadi-siyasi xəritəsinin başlanğıcı ilkin olaraq 
Qərb ölkələrində formalaşmış  və  tədricən digər regionlarına miqrasiya olun-
muşdur.  XIX əsrin sonu ərəfəsində (1870-ci il) dünya sənaye məhsulları isteh-
salında B.Britaniya-44%, Almaniya-34%, Fransa -18%, ABŞ -11% mövqe üs-
tünlüyünə malik olmuşlar. XX əsrin  əvvəllərindən başlayaraq sənaye funksi-


Yüklə 93,55 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə