Ağazeynal A. Qurbanzadə
202
Neft-qaz strateji resurs kimi dayanıqlı inkişafında əsas xammal məhsulla-
rından biridir. Geoloji tədqiqatlarının yekun göstəricilərinə əsasən neft-qaz re-
surs potensialının areallarının ümumi miqyasının sərhədləri 70 mln. km
2
-dən
(yer kürə səthinin 16%) çoxdur. Neft-qaz təbii resursları yanacaq-energetikası
kompleksinin strateji komponentidir. Sənaye ölkələrinin energetika siyasətin-
də, milli təhlükəsizlik konsepsiyasında mühüm mövqeyə malikdir. Qlobal iqti-
sadi-siyasi inkişafının tələbləri konteksində neft-qaz resursları dayanıqlı inki-
şafının əsası hesab olunur. Odur ki, yer kürəsinin neft-qaz resurslarının poten-
sialı müasir texnoloji iqtisadiyyatda transmilli mahiyyət kəsb etməklə yanaşı,
ölkələrin başlıca davamlı resurs təminatının strategiyası kimi qəbul edilir.
Neft resurslarının ehtiyatlarının arealları ilə məşğul
olan alimlərinin hesab-
lamalarına əsasən, yer kürəsində potensial maksimal ehtimal həddi 310-315
mlrd. ton olmasına dair ideyalar irəli sürürlər. Lakin müasir dövrdə kəşf olun-
muş neft ehtiyatları isə 136 mlrd. tona bərabərdir. Dünya baş verən elmi-tex-
niki tərəqqinin yüksəldiyi dövrdən başlayaraq neftdən sənaye məqsədləri üçün
istifadə XIX əsrdən başlayaraq istifadə edilməyə başlamış və XIX əsrdə yerin
təkindən 120 mlrd. ton neft hasil edilmişdir. XXI əsrin əvvəlində isə dünya
neft hasilatı 3.34 mlrd. ton təşkil etmişdir. Dünyanın neft ölkələrində hər gün
10.3 mln.ton neft hasil edilir. “Dünya Energetika Şurası”nın ekspertlərinin
hesabatlarına əsasən dünyanın neft xəritəsində hasilatının 65%-ni on öl-
kələrində cəmləşmişdir: Səudiyyə Ərəbistanı (12%),
ABŞ və Rusiya hər ikisi -
(10%), İran, Venesuella, Meksika, Çin, Norveç, B.Britaniya və İraq hərəyə -
4-5% Dünya neft ixrac potensialının 17%-i Səudiyyə Ərəbistannın payına dü-
şür (Rusiya10%, İran, İraq-4-6% və s.). Ən böyük istelakçı ölkə ABŞ sayılır.
ABŞ dünya neft idxalının ən böyük istehlakçı ölkəsi hesab olunur. Məntiqi
olaraq ölkə neft bazarının 60%-i idxal məhsuluna bağlıdır (hər gün 11 mln.
barrel neft idxal edir). İnkişaf etmiş ölkələrdə neft rezervləri 4 mlrd. barrel he-
sablanır. Dünya miqyasda enerji balansının 40%-i neft resurslarının təminatı-
na əsaslanır.
Dünyada unikal və nəhəng yataqlar bütün neft yataqlarının 2%-ni
təşkil edir
və hasilatının 80%-i verir. Dünyanın ən iri neft yatağı” Qafar” Səudiyyə Ərə-
bistanın ərazisində yerləşir. Bu yataqda hasilatın 100 il davam edəcəyi proq-
nozlaşdırılır. Meksikaya mənsub Kantarre yatağı tarixdə belə miqyaslı yataqlar
aşkar edilməmişdir.
Neft ixrac edən ölkələr OPEK təşkilatında birləşmişlər. OPEK dünya neft
hasilatının 41%-nə nəzarət edir. Hər il dunya bazarında 1.5 mlrd. ton neft ixrac
potensialına malikdir.
Dialektik coğrafiya
203
Planetin ən zəngin neft resursuna malik olan Yaxın
və Orta Şərq ölkələrində
dünya neft ehtiyatlarının 63%-i cəmləşmişdir. Bu ehtiyatlar ümumilikdə 95.6
mlrd. tona bərabərdir. Regionda 63 nəhəng neft yataqları yerləşmişdir. Dünya
ehtiyat, hasilat və ixracati ilə üstünlüyə malik olan Səudiyyə Ərəbistanı bu
regionda yerləşir. Bu ölkəyə mənsub ehtiyatlar 35.3 mlrd.tona bərabərdir. Ru-
siya ərazisində dünya proqnoz neft ehtiyatlarının 12% və daş kömürün 20%-i
cəmləşmişdir. Ölkə büdcəsinin 40%-i neft-qaz sənayesindən daxilolmalar hesa-
bına formalaşır. Rusiyada hər il orta hesabla 360 mln.ton neft hasil edilir.
Təbii qazın mənbələrdə ehtiyatı 400 trln.m
3
həcmində göstərirlir. Hər il 2-2.5
trln.m
3
qaz çıxarılır. Qaz ehtiyatına görə Rusiya-48.1 trln.m
3
, İran-22.0, Qatar-
8.5, BƏƏ-5.8, Əlcəzair-3.7 trln.m
3
və s. ölkələri fərqlənirlər. Hər il dünya
ölkələrində orta hesabla 2.6 trln.m
3
qaz istehsal olunur ki, bununda 60-70%-i
ABŞ, Almaniya,
Yaponiya, Fransa və s. Avropa ölkələrində istelak olunur.
Son 25 ildə enerji istehlakı 40% artmışdır. Bu artım tempində neftin xüsusi
çəkisi yüksək kəmiyyətə malikdir. Dünyanın əsas neft istehlakçısı ABŞ-dır
(48%). Müasir dövrdə dünyanın 80 ölkəsində 2.8-3.2 mlrd. ton neft istehsal
olunur (ümumi ehtiyatın 2%-i həcmində). Karbohidrogen xammalları hər bir
ərazi-istehsal kompleksinin dayanıqlı inkişafının əsasını təşkil etməklə yanaşı,
onun kapital dəyərinin müəyyən hissəsini özündə birləşdirir. Qlobal miqyasda
karbohidrogen resurslarının həcminin artması öz növbəsində hər bir istehsal
sahələrinin optimal səviyyədə artması deməkdir.
Regional anlamda Fars körfəzi ölkələri dünyanın
neftlə zəngin ən əhəmiy-
yətli geoiqtisadi və geosiyasi potensialı hesab olunur. Xəzər dənizi hövzəsi öl-
kələri yanacaq enerji resurslarının həcminə görə dünyanın geoiqtisadi və geo-
siyasi regionlarından sayılır. ABŞ ekspertlərinin hesablamalarına əsasən Xəzər
hövzəsi ölkərinin (İrandan başqa) birgə yanacaq və energetika resurs ehtiyatla-
rı 51-57 mlrd. tona yaxındır. ABŞ ekspertlərinin fikrincə, bu hövzədə yalnız
neft resursunun miqdarı 35-37 mlrd. tondur.
İqtisadçı analitiklərinin ideyalarına əsasən mineral
xammal resurs ehtiyatla-
rının kifayət qədər olması heç də dayanıqlı inkişafın bütün istehsal tsikllərinin
yaradılmasını təmin etmək qeyri mümkündür. BMT-nin ekspertlərinin verdik-
ləri statistik kəmiyyətlərinə görə qeyri-yanacaq mineral xammal ehtiyatının or-
ta hesabla 37%-i, neftin isə 6%-i “yeddilər” qrup ölkələrinin payına düşür. Bu-
nunla yanaşı mineral resurslarının emalı kompleksinin 80 %-ə qədəri inkişaf
etmiş sənaye ölkələrində formalaşmışdır.
Metal filizləri metallurgiya ərazi-istehsal kompleksin dayanıqlı inkişafını
təmin edən xammal resursları hesab edilir. Metallogen kompleksində dəmir
filiz resursları strateji iqtisadi cəhətdən effektlidir.
Kəşf edilmiş dəmir filiz re-