Microsoft Word son dialektik corafiya docx



Yüklə 93,55 Kb.
Pdf görüntüsü
səhifə75/90
tarix29.10.2017
ölçüsü93,55 Kb.
#7408
1   ...   71   72   73   74   75   76   77   78   ...   90

  Ağazeynal A. Qurbanzadə 
 
200 
 
 
onal strukturlarının xüsusi çəkisi ABŞ-ın hesabına artması ön plana keçmiş və 
müasir dövrə qədər bu artım hegomonluq səviyyəsini saxlamaqdadır. 
Asılılığın sistemləşməsinin coğrafiyası yeni məzmunlu virtuallaşan cəmiy-
yətin dialektikası  həlledici üstünlüyə çevrilməsi erasının başlanmasına səbəb 
olmuşdur. Bu erada ilkin olaraq insan həyat səviyyəsinin  coğrafiyasında yeni 
funksiyalara çevrilməsinə: “kreativ resurs-iqtisadi inkişaf”nın mövqeləri ak-
tivlikliyinə səbəb olmuşdur. “Elm-industrial” tərəqqinin formalaşması siyasəti 
Qərb ölkələrinin strateji maraqlarının üzərində qurulduğu səbəbindəndir ki, 
həmin ölkələr qlobal dayanıqlı funksional inkişafının coğrafiyasında liderlik 
statusuna malikdirlər. 
İqtisadi inkişafının qlobal sisteminin dialektikasında qeyri-formal qurum: 
“Böyük yeddilik” unikal strategiyaya malikdir. Qlobal miqyasa malik olan bu 
qruma (1970-ci ildə yaranmışdır) ABŞ, Yaponiya, Almaniya, Böyük Brita-
niya, Fransa, İtaliya və Kanada daxildir. Onun fəaliyyətininin forması dövlət 
başçılarının birgə zirvə görüşləridir. Zirvə görüşlərində bir mənalı olaraq 
qlobal iqtisadi və sosial problemlərinin həlli məsələlərinin önəmə  gətirilməsi 
hesab edilir. 
Son dövrlərdə dünya ölkələrinin siyasi-iqtisadi inkişafda yeni ritmik forma-
laşma meyilləri artmaqdadır. İlkin olaraq milli dəyərlərə söykənən iqtisadi-so-
sial və siyası kompleks qarşılıqlı əlaqələrinin məzmununda keyfiyyət formala-
rının inkişaf etdirilməsi məsələləri diqqət mərkəzinə çevrilməsidir. Aparılan 
araşdırmalara görə, problemin kompleks həlli ölkələrarsı iqtisadi-siyasi dialoq-
larının  əsasında optiamllığının səviyyəsi artmış  və istehsal sahələrinin  ərazi 
təşkilindəki fərqlərinin azalması müşahidə olunur. 
Qərb ölkələrinin inkişaf etməkdə olan ölkələrlə strateji əməkdaşlığına dair 
L.Pirson tərəfindən irəli sürülən bərabər  əməkdaşlıq nəzəri baxışının mühüm 
əhəmiyyəti mövcuddur. Bu nəzəri baxışın strategiyasında inkişaf etməkdə olan 
ölkələrinin səyinə əsaslanaraq yardım siyasətinin (ticarət,investisya və s.) hə-
yata keçirilməsini özündə birləşdirir. 
Elmi mənbələrdə bu yanaşma tərzi bir çox hallarda ölkələrinin iqtisadi ası-
lılığın inkişaf problemləri ilə  əlaqələndirilməsi fikirləri üstünlük təşkil edir. 
Fikirlərin  əsasını  Qərb ölkələrinin zəif inkişaf etmiş ölkələrinin iqtisadi-sosial 
həyat tərzinin  müəyyən dərəcə də yüksəldilməsinə xidmət etməsi məsələlərini 
təşkil edir.  
Qlobal nəzəri baxış nöqtələrində neotəkamül, modelləşmə yanaşmaların 
coğrafiyası ənənəvi cəmiyyətdən müasir cəmiyyətə keçid dialektikası kimi qə-
bul olunmuşdur. Bu nəzəri baxışların ideya mənbəyində müasir iqtisadi artıma 
keçidi maddi maraq dairəsi ilə yanaşı, həmçinin mənəvi dəyərlərlə, sosial 


Dialektik coğrafiya
 
 
 
201
 
 
struktur sahələrinin davamlığını  təmin edilməsi ilə  əlaqələndirilməsidir. Mo-
dernləşmə konsepsiyasının metodoloji əsasları M.Vederin, T.Pirsonun, Ş.Ey-
zenştadın və başqalarının tədqiqatlarında verilmişdir. 
Modernləşmə  nəzəri yanaşmaların  əsas mənbəyində qlobal dəyişkənliklə-
rinə söykənən siyasi və iqtisadi inkişafla birlikdə, təbii resursların  geostrateji 
funksiyalarının müxtəlif cəhətlərini əhatə edən məsələlərin kompleks inkişafı 
asılılığın strategiyasının durur. Dialektik əsaslarla təbii resurs tsikllərindən is-
tifadə edilməsi regionun effektli strategiyasını  təmin edir və onu reallaşdırır. 
Geoloji tədqiqatlara  əsasən yer kürəsində 250-dən artıq təbii resurs (faydalı 
qazıntı növləri) potensialı areallar əmələ gətirirlər. Təsnifat nöqteyi-nəzərdən 
təbii resurslar kəmiyyət və keyfiyyət göstəricilərinə görə inkişaf etməkdə olan 
ölkələr (İEOÖ) fərqlənirlər. 
Enerji ehtiyatlarının ≈ 70 %-ə yaxın hissəsi neft və qazla ödənilir. Proqnoza 
görə, XXI yüzillilin əvvəllərində istilik-nüvə elektrik stansiyalarının müxtəlif 
variantlarının yaranması enerji probleminin əsaslı  həlli yollarında və istifadə 
olunması effektli mühit yaranacaqdır. Son illərdə enerji mənbələrindən istifadə 
edilməsinə diqqət yetirilir.
152
 Beləliklə, XXI yüzilliyin enerji ehtiyatında neftin 
və qazın rolu xeyli azalacaq və onların əvəzində mikrobioloji sintezdə - süni 
zülal, dərman maddələri və bitkiləri mühafizə vasitələri alınmasında əsas xam-
mal kimi istifadə olunacaqlar. 
Mineral potensial ehtiyatlarn istehsalında karbohidrogen resurs tsikllərinin  
ehtiyatı təmiatının təsnifatında kömur (70%); neft-qaz resursları (27%) üstün-
lük kəmiyyətinə malikdirlər. Kömür resursları strateji xaraktera malik olmaqla 
yanaşı yer kürəsində ən çox yayılan (3.7minə qədər) karbohidrogen hövzələ-
rindən sayılır. Geoloji təhlillər göstərir ki, kömür hövzələri ümumi materik 
ərazinin 15%-ni əhatə etməklə, dünya ölkərinin  əksəriyyətində (84 ölkə) kö-
mür yataqları yerləşmişdir. Dünya ölkələrinin kömür resurslarının potensial 
ehtiyatı (geoloji ehtiyat) 15 trln.tona yaxın hesablanmışdır. 
“Dünya Energetika Şurası”nın məlumatına əsasən kömür resurs ehtiyatının  
əsasını (60%) daş və qonur (30%) kömürləri təşkil edir. Yüksək keyfiyyət ba-
lansına malik olan antrasit kömür yataqları  sənaye cəhətdən daha effektlidir. 
Dünya ölkələri sistemində potensial kömür resurslarının balans ehtiyatının 
80%-i ABŞ-Çin-Rusiya coğrafi məkanlarında cəmləşmişdir. Ümumiyyətlə
kömür resurs potensialı şimal yarımkürəsində (90%) daha cox areallar əmələ 
gətirirlər.     
                                                            
152
  ABŞ-da 4.5 meqavatt elektrik enerjisi qoz qabığının, 8.5 meqavatt badam qabığı, şaftalı   
      və  qara gavalı çəyirdəyi hesabına istehsal olunur. 


Yüklə 93,55 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə