Microsoft Word son dialektik corafiya docx



Yüklə 93,55 Kb.
Pdf görüntüsü
səhifə78/90
tarix29.10.2017
ölçüsü93,55 Kb.
#7408
1   ...   74   75   76   77   78   79   80   81   ...   90

  Ağazeynal A. Qurbanzadə 
 
206 
 
 
tisadi inkişafın dayanıqlı strategiyası xarakterik olaraq dəyişilməkdədir. Sivil 
iqtisadi inkişaını yaradan qərb dünyasının geosiyası strateji araşdırmaları mər-
kəzlərinin təqdim etdikləri “təkqütüblü” dayanıqlı hesablanmış modellər  əks 
qütüblərin (ölkələrin) qeyri-bərabər reaksiyaları ilə üzləşməkdədir. Məntiqi 
olaraq müasir dünyanın geosiyasi və geoiqtisadi xəritəsinin dialektikasında 
“çoxqütblü” mərkəzləri dinamik olaraq formalaşmaqdadır. 
XXI əsrin ilk dövrlərinə qədər Avropa ölkələrinin dünyanın güc mərkəzlə-
rindən biri kimi dünyanın geoiqtisadi xəritəsində strateji əhəmiyyətli proqram 
və lahiyələrində aktiv iştirak edirdi. ABŞ-ın strateji maraqların dairəsinin ge-
nişlənməsinin səbəbindən, artıq Avropa ölkələrinin məqsədli strateji maraq-
larının qorumaq imkanlarını itirmək üzrədir. Maliyyəçi Corc Soros ideya kimi 
göstərir ki, Avropa İttifaqı (Aİ) və Avropazona (AZ) təhlükə altındadır. “Die 
Welt” nəşri qeyd edir ki, son illərdə baş verən siyasi-iqtisadi strateji funksi-
yalar effektsiz qala bilər. Maraqlı haldır ki, Almaniya artıq özünüün iqtisadi 
inkişafını Avropa geoiqtisadi coğrafi məkanı ilə  məhdüdlaşdırmaq istəmir. 
Ekspertlərin fikrinsə, Aİ-nın tərkibinə daxil olan ölkələr var ki, onların milli 
maraqlarını ümumi birlik maraqlarından üstün tutması  nəticəsində çoxsaylı 
problemlərinin meydana gəlməsinə səbəb olmuşdur. 
Eyni zamanda Fransa, Almaniya kimi ölkələrinin milli-etnik birliklərinin 
amilini tez-tez irəli sürməsi Avrozona daxilində münasibətləri zəiflədir. İqtisa-
di cəhətdən dayanıqlı inkişafa malik olan ölkələr təsnifatına Avropa İttifaqına 
daxil olan 27 ölkə, Qərbi Avropanın digər 3 ölkəsi (İsveçrə, Norveç, İslandi-
ya), ABŞ, Kanada, Yaponiya, Çin, Avstraliya, Yeni Zelandiya daxildir. 
BMT-nın qeydiyyatında (1997-ci ildən) Cənubi Koreya, Sinqapur, Hon-
konq, İsrail və Cənubi Afrika Respublikası da inkişaf etmiş ölkələrinin sırasına 
daxil edilmişdir. Türkiyə və Meksika iqtisadi əməkdaşlıq və inkişaf təşkilatı-
nın üzvü olduqları üçün inkişaf etmiş ölkələrinə aid olunması BMT fərəfindən 
təklif olunur.  
Qlobal miqyasda dayanıqlı iqtisadi inkişaf dərəcəsində ilk növbədə ölkənin 
daxili və xarici siyasətində sahibkar kapitalının miqrasiyasının genişliyi, 
geridə qalmış ölkələrə yardımının fəallığı,beynəlxalq valyuta hesablaşmaların-
dakı üstünlüklərinə əsaslanırlar. Optimal səviyyədə iqtisadi və innovasiya tex-
nologiyalarının potensialı, maliyə mərkəzləri, TMK-lar və s. dayanıqlı mono-
funksionallığını göstərən komplekslər bu ölkələrində artıq iqtisadi inkişafının 
formalaşmışdır. 
Elmi mənbələrinin təhlili və nəticələri göstərir ki, funksional modelinin si-
yasəti əsasən üç bloklarının elmtutumlu, resurstutumlu və kapitaltutumlu = 
sənaye komplekslərinin üzərində qurulmuşdur. Milli iqtisadi inkişafda fəaliy-


Dialektik coğrafiya
 
 
 
207
 
 
yət göstərən müxtəlif institutların ideyaları əsasında sənaye ölkələrinin model-
ləri elmi cəhətdən  əsaslandırılmışdır. Bu modellərinin tədbiqi nəticəsində  sə-
naye ölkələrinin geosiyasi və geoiqtisadi xəritəsinin dayanıqlı inkişafa nail ola 
bilmişlər. 
ABŞ iqtisadiyyatının formalaşmasında bazar münasibətlərinin mövqeyi 
strateji əhəmiyyət kəsb edir. Milli TMK-lar ABŞ-ın iqtisadi-siyasi həyat tərzi-
ni reallaşdırır və tənzimləyir. Kreativ resurslardan istifadə edilməsi sistemində 
bu ölkənin öz xarakterik cəhətləri vardır. Ölkədə elmin inkişafına yatırılan in-
vestisiyalar maksimum səviyyədə dövlət büdcəsinin hesabına həyata keçirilir. 
Dünyanın siyasi-iqtisadi xəritəsində  demokratik sistem üzərində qurulan 
dövlət sahibkarlığı yüksəkdir. Məsələn, Qərbi Avropa ölkələrinin iqtisadi in-
kişaf tempinin səviyyəsi daxili və xarici geosiyasətinin əlaqəsinin çərçivəsində 
formalaşır. 
Sənaye ölkələrində məşğulluq siyasətinin coğrafiyasında kreativ iqtisadi in-
kişaf, ümumi təhsil, işsizlik normasının müəyyən edilməsi (ABŞ-da bu norma 
4-5%, B.Britaniyada 1.2-1.5%-dir) və s problemlərindən ibarətdir. Sənaye öl-
kələrində məşğulluq və işsizlik probleminin həlli yolları bütün dövrlərdə diq-
qət mərkəzində olması xarakterikdir. Məşğulluq siyasətinin həyata keşirilməsi 
nəticəsində  xərclərin xüsusi çəkisi B.Britaniyada 1.6-2.4%, Danimarka 5.8-
7.3%, Almaniyada 3.2-4.3 %, Avstriyada-2.8-4.9 % arasında dəyişilir (2005-
2015 il). 
Sənaye ölkələrinin iqtisadi inkişaf fəaliyyətində daxili bazarının faydalılığı 
tarixən geosiyasətinin diqqət mərkəzində olmuşdur. Hər bir ölkənin daxili 
bazarının həcmi ilk təsnifatda ÜDM-in həcminə görə müəyyənləşir.  İqtisadi 
fəaliyyətinin səviyyəsi, onun idxal və ixrac kvotası ÜDM-də idxal-ixracın xü-
susi çəkisi ilə müəyyən edilir. Məlumdur ki,ərazicə kiçik olan ölkələrdə ixrac 
kvotası (Belçikada-70%, Hollandiyada-56%, İsveçrədə-37% və s.) yüksək ol-
duğuna görə bu ölkələrdə daxili bazar da kiçikdir, beynəlxalq bazar müna-
sibətlərindən çox asılıdır. 
Dünya ölkələrində baş verən iqtisadi inkiaşaf fonunda istehlak tələbi mü-
hüm əhəmiyyət kəsb edir. Daxili bazarın inkişafı məhdud olan ölkələrdə bu tə-
ləbin təsiri daha böyük olur. Məlumdur ki, istehlakın həcmi ilk növbədə əhali-
nin intelektual məşğulluq səviyyəsindən,  əhalinin gəlirlərindən və s. asılıdır. 
İnkişaf etmiş sənaye ölkələrində intellektual əmək üstünlük təşkil etdiyi üçün 
bu sahədə çalışanların  əmək haqqları daha yüksəkdir. BMT-nin iqtisadi eks-
pertlərinin təhlillərinə  əsasən (2010-2014-il) sənaye ölkərlərinin emal sənaye 
komplekslırində çalışan intellekt işçilərinin bir saatlıq əmək haqqı = Almani-
yada-27,  Yaponiyada-25,  ABŞ-da-24 dollar təşkil edir. 


Yüklə 93,55 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə