Ağazeynal A. Qurbanzadə
204
sursları 270 mlrd. ton həcmindədir. Geoloji təhlillərə əsasən yer kürəsində də-
mir filizin potensiaı ehtiyatı 600 mlrd.ton proqnozlaşdırılmışdır. Dünyanın
yeddi ölkəsində dəmir filiz yataqlarının potensialı yüksəkdir.
Dünyanın faydalı qazıntılarının xəritəsində inkişaf etmiş sənaye ölkərinin
təsnifatında ən çox iqtisadi effektə malik olan mineral resurs ehtiyatları Avs-
traliya = uran, dəmir, manqan; CAR = manqan, xromit, platin, qazıl, almaz,
uran; Kanada = uran,
qurğuşun, sink, kobalt, qızıl, kalium duzları; ABŞ = mis,
molibden, fosfat xammalı və s.
Qeyri-yanacaq mənşəli mineral resurs kompleksinin
təqribi hesablamalara
əsasən 50%-i, neft-qaz resurslarının 60-50%-ə qədəri inkişaf etməkdə olan
ölkərinin coğrafi məkanlarında cəmləşmişdir. Ümumi konteksdə isə yuxarıda
göstərilən resurslarının emalı sahələrinin 20%-i inkişaf etməkdə olan ölkələri-
nin payına düşür. Faktiki olaraq dünya çərçivəsində fosfat xammal ehtiyatının
85%-i, qalayın-87%-i, kobaltın-87%-i, o cümlədən mis, qurğuşun, nikel və s.
sənaye əhəmiyyətli filiz yataqlarının yarıdan çoxu həmin qrup ölkələrinin po-
tensial resurslarının tərkibini təşkil edir. Dünya neft ehtiyatının 60%-dən çoxu
İran körfəzi ölkələrinin payına düşür.
Dünyanın iqtisadi inkişaf tempini idarə edən sənaye ölkələri qeyri-yanacaq
mineral resurs xammalının cəmi 35%-ni istehsal edir. Lakin qeyri-yanacaq
xammalın istehlakı isə 64%-ə bərabərdir. Bu səbəbdən də ölkələr arasında di-
ferensiallaşma xarakterikdir. Avropa İttifaqı ölkələri öz tələbatlarını 65%-ə qə-
dərini ödəmək qabiliyyətinə malik olmasına dair mənbələr mövcuddur. Avro-
pa
ölkələrində, eləcə də ABŞ-da neft-qaz ilə təmin olunması səviyyəsi çox da
yüksək deyildir. Yaponiyada təbii resurs imkanları məhduddur.
Elmi mənbələrinin təhlilləri göstərir ki, ölkə daxili miqyasında ərazi-isteh-
sal kompleksinin yaradılması və idarəedilməsi məqsədilə ölkənin təbii resurs
potensialına malik olub-olmamasından bir o qədər asılı deyildir.
Problem on-
dan ibarətdir ki, hər bir ölkənin iqtisadi-sosial təminatında təbii resurslarının
kəmiyyət və keyfiyyət reallıqları çərçivəsində ərazi-istehal kompleksinin təş-
kilinin dayanıqlığı ilə üzlaşmasından ibarət olmasıdır.
Qlobal iqtisadi əlaqələr sistemində mineral resurs xammalları potensial öl-
kələrarası ticarətin formalaşması və dinamik inkişafında strateji mahiyyətə
malikdir. Ölkələrarası təbii resurs ixracının xüsusi
çəkisi təqribən il ərazində
20-22% arasında dəyişilir. Beynəlxalq ticarət təşkilatlarının məlumatına əsa-
sən ümumi təbii resurs ixracının tərkibində 55%-i nisbətində karbohidrogen
xammal məhsulları təşkil edir.
Elmi-texniki potensialı zəif olan ölkələr qrupunda əsasən xammal resursla-
rını ixrac etmək yolu ilə iqtisadi - sosial inkişafı təmin etməklə formalaşırlar.
Dialektik coğrafiya
205
Sənaye potensialına malik olmayan ölkələrinin ÜDM-nun başlıça gəlir mənbə-
yi ixracyönümlü resurslarının hesabına yaradılır (Marvitaniya-73% dəmir fili-
zinin, Zair-75% misin, Qvineya-73% boksitin ixracı hesabına və s.).
Elmtutumlu və kapitaltutumlu istehsal sahələrinə uyğunlaşmağa
cəhd göstə-
rən inkişaf etməkdə olan ölkələr artıq daxili resurs imkanlarının hesabına əra-
zi-istehal komplekslərinin yaradılması siyasətini həyata keçirirlər. Bu reallıqla
əlaqədar olaraq TMK-lar artıq inkişaf etməkdə olan ölkələrdəki axtarış-kəş-
fiyyat geoloji işlərinə qoyulan sərmayələri idən-ilə azaltmaqdadır.
Geosiyasi xəritənin funksional strategiyası
Yer kürəsinin ümumi sahəsi 510 mln. km
2
, bunun 362 mln. km
2
(71%-i) oke-
an, 148 mln.km
2
materik ərazilərindən ibarətdir. Şimal yarımkürəsində okean
suları ümumi ərazinin 60.6%-ni, materik sahə isə 39.4% təşkil edir. Cənub
yarımkürəsində okean suları-81%, materik isə 19%-ə bərabərdir. Şimal yarım-
kürəsində materikin sahəsi cənub yarımkürəsinə nisbətən 10.4 % artıqdır.
Dünya ölkələrinin şimal-cənub, qərb-şərq coğrafi məkanlarının siyasi xəri-
təsində siyasi və iqtisadi inkişafının səviyyəsinə uyğun ölkələr və ərazi inzibati
təsnifatlarına bölünür. Beynəlxalq səviyyədə tanınmış 193
müstəqil dövlətlər
mövcuddur. Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən müstəqil 192
dövlətı üzv kimi tanımışdır. Yalnız Vatikan şəhər - dövləti BMT-nın üzvi de-
yildir. Geosiyasi dialektik inkişafının xəritəsinin şimal yarımkürəsində dünya
ölkələrinin 79.2 %-i, cənub yarımkürəsində isə 20.8%-i cəmləşmişdir. Dünya
ölkələrinin 80.3%-i şərq və 19.7%-i isə qərb coğrafi məkanında yerləşmişdir.
Dayanıqlı iqtisadi inkişaf səviyyəsinin strateji xəritəsinin dialektikasının əsa-
sını təşkil edən ölkərinin iqtisadi inkişafının təsnifatında Qərbi Avropa ölkələri
(Almaniya, Fransa, B.Britaniya və s.) mütləq üstünlüyə malikdir. Dayanıqlı
iqtisadi inkişfının xəritəsində dünya ölkələri üzrə (37 ölkə) 73%-i Avropada,
16.2%-i Asiya və hər ikisi 5.4%-ni təşkil edən Şimali
Amerika və Avstraliya
coğrafi məkanlarında yerləşmişdir.
Müasir iqtisadi və sosial xəritəsinin dialektikasına əsasən BMT-nin ekspert-
ləri tərəfindən dünya ölkələrini ümumi formada üç təsnifata ayırırlar:
*iqtisadi cəhətən dayanıqlı inkişafa malik olan ölkələr;
*inkişaf etməkdə olan ölkələr;
*keçid iqtisadiyyaı ölkələri.
Qloballaşan dünya ölkələrinin strategiyasının müasir
geoiqtisadi xəritəsi ye-
ni dialektika ilə formalaşır. Əsas problem ondan ibarətdir ki, ölkələr arasında
siyasi-iqtisadi və idealoji yeni güc mərkəzininin konturları müəyyənləşir, iq-