Microsoft Word Su ehtuyatlari docx



Yüklə 13,72 Kb.
Pdf görüntüsü
səhifə120/122
tarix26.10.2017
ölçüsü13,72 Kb.
#6559
1   ...   114   115   116   117   118   119   120   121   122

17. Su ehtiyatlar¯n¯n inteqrasiyal¯ idarə edilməsi ³zrə milli ...
331 
İori/Qabırrı çaylarında Xəzərin qızıl balığının yox olmasına səbəb oldu. Aşa-
ğıdakı  şək. 17.3 ekosistemin deqradasiyasını  səciyyələndirir və TDA-nın sə-
bəb-nəticə təhlilinə əsaslanır. 
Şək.17.3. 
Ekosistemin deqradasiyası transsərhəd məsələsi üçün səbəb–nəticə 
diaqramı 
Kökdə duran səbəblər 
Ekosistemlərin deqradasiyasının  əsas səbəbi-ekoloji  şəraitin pisləşməsi, 
canlıların yaşayış yerlərinin fraqmentasiyası və məhvidir. Kür hövzəsində bu 
hadisələr  əsasən 1950-ci ildən sonrakı iqtisadi fəaliyyətlə bağlıdır (Ессекин, 
2006). Bu tendensiya insanlara göstərilən ekosistem xidmətləri funksiyalarının 
dəyərləndirilməməsinin ekosistemin deqradasiyası üçün kökdə duran səbəb 
olduğunu göstərir. 
Əhalinin artımı, urbanizasiya və gəlir əldə etmək üçün mübarizə, ekosis-
temlərin deqradasiyasının aparıcı  səbəbidir. Kənd yaşayış  məntəqələrinin bir 
hissəsində yoxsulluq və bununla bağlı  ərzaq problemləri, alternativ enerji 
mənbələrindən istifadə imkanının olmaması, torpaq, su və digər təbii ehtiyat-
ların effektiv idarə olunmaması belə vəziyyəti yaradan əlavə səbəblərdir. Kür 
çayı hövzəsində ekosistem xidmətlərinin effektiv iqtisadi qiymətlən-
dirilməməsi, bu köhnə təcrübənin davam etməsinə və hövzədə ekosistemlərin 
hələ də deqradasiyasına imkan verir. 


332
II 
H²SSƏ. Su ehtiyatlar¯n¯n idarə edilməsi 
Təsirlər
 
Ətraf mühitə təsirlər: 
 Çay hövzələrinin axım formalaşan  əsas hissələrində yerüstü və
yeraltı suları təmizləmək üçün lazım olan mühafizə funksiyaları
və təbii filtrasiyanın itirilməsi;
 Çay axımın dəyişməsi;
 Kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin qazılması və tor-
pağın strukturunun pozulması  nəticəsində subasarların su-ba-
taqlıq ekosistemlərinin itirilməsi, həm də çay su ekosistemlərinin
öz-özünü təmizləmə potensialının azalmasına səbəb olur;
 Daşqın, eroziya və ziyanvericilərin kəskin artması kimi təbii
proseslərə qarşı müqavimətin zəifləməsi;
 Su mikro və makroflora və faunasında dəyişikliklər üzvi tul-
lantıların və digər çirkləndiricilərin parçalanmasına təsir etdiyinə
görə, çirklənməni idarə etmək üçün su mühitində  təbii tənzim-
ləmə xidmətlərinin azalması;
 Bitki örtüyünün deqradasiyası eroziya proseslərinə gətirib çıxarır
və o da öz növbəsində torpağın münbitliyinin itməsinə səbəb olur
ki, bu da gələcəkdə hər hansı bitki bərpa tədbirlərinə mane ola-
caq.
Sosial təsirlər: 
 İnsanların rifahının mühüm tərkib hissəsini təşkil edən  ərzaq,
sığınacaq, təmiz hava və su, şəxsi təhlükəsizlik, təbii fəlakətlər-
dən qorunma kimi əsas tələbatları təmin edən ekosistem xidmət-
lərinin itirilməsi;
 Ət, balıq, yanacaq, odun, dərman və su daxil olmaqla insanlar
üçün dəyərli xidmətlər göstərən təbii, bioloji, kimyəvi və fiziki
ekosistem proseslərinin itirilməsi;
 Təbii tuqay meşələrinin azalması nəticəsində daşqınlardan insan
həyatına ziyan riskinin artması;
 Hövzədə təmiz və sağlam ətraf mühit və eko-turizmdən istifadə
imkanlarının itirilməsi;
 Yaxşı sosial infrastruktur olan, həmçinin istirahət və təhsil məq-
sədləri üçün istifadə edilən çay ekosisteminin itirilməsi.
Daşqınlar 
Daşqın hadisəsi Kür hövzəsində geniş yayılmışdır. Daşqınlar ilk öncə 
təbii prosesdir və ekosistemlərin təbii və sağlam fəaliyyətinə kömək edir. La-
kin, iqlim dəyişmələri və  əhalinin artımı da bu hadisələrin tezliyini və  sərt-


17. Su ehtiyatlar¯n¯n inteqrasiyal¯ idarə edilməsi ³zrə milli ... 
333 
 
liyini artırır. Daşqınların mənfi təsirlərinə əmlak və insan həyatının itirilməsi 
misal ola bilər. Bu hadisələr dövlət büdcəsindən infrastrukturun bərpasına, 
zədələnmiş  və ya məhv olmuş  əmlak üçün kompensasiyasına və ÜDM üçün 
əlavə  xərclərə  gətirib çıxarır. Iqlim dəyişmələri ilə  əlaqədar  əlavə  səbəblər 
hövzənin bəzi  ərazilərində otlaqlardan hədsiz istifadə  və meşələrin qırılması 
səbəbindən ekosistemlərin deqradasiyası, eləcə  də daşqının təsir zonalarında 
tikinti işlərinin aparılmasıdır.  Əlavə  səbəblərə misal kimi daşqınlara cavab 
strukturlarının köhnəlmiş yanaşmalardan istifadəsi və  təsirə  məruz qalan 
ərazilərdə yuxarı və aşağı axın icmaları arasında koordinasiyanın olmaması da 
göstərilə bilər Bu sahədə kökdə duran əsas səbəb daşqını idarəetmədə müasir 
təcrübələrin olmamasıdır. 
Çayların axımı və hidravlik xüsusiyyətlərinə insanın təsiri kəskinləşsə də, 
daşqın iqlim ilə bağlı təbii hadisədir. Daşqınlar zamanı subasarlarda torpaqlar 
lillə  zənginləşir, balıqların kürü tökməsi üçün şərait yaxşılaşır, su-bataqlıq 
ekosistemlərində su təzələnir. Lakin bu faydalara baxmayaraq, daşqınlar 
adətən, insanların həyat və  əmlak itkisi ilə  nəticələnən və ətraf mühitə ziyan 
vuran təhlükəli hadisə hesab edilir. İnsanlar subasarlarda məskunlaşıb kənd 
təsərrüfatı ilə  məşğul olduqda, daşqınlar onlar üçün real təhlükəyə çevrilir. 
İqlim dəyişmələri daşqın riskini daha da artırır. 
Kür hövzəsində daşqın  əslində transsərhəd problemdir. Yüxarı axında 
çayın rejimində və hidravlik xüsusiyyətlərində baş verən dəyişikliklər faktiki 
olaraq aşağı axında daşqın riski və daşqın təhlükəsinə təsir göstərir. Hövzənin 
bütün hissələrində bir çox əhəmiyyətli dəyişiklik edildiyini nəzərə alaraq, daş-
qın riskinin idarə edilməsinə transsərhəd məsələ kimi baxılmalıdır (şək.17.4).  
 
Kökdə duran səbəblər 
Azərbaycan və Gürcüstanda yüksək daşqın riskinin kökdə duran səbəbi 
daşqından qorunma üzrə köhnəlmiş lokal struktur həllərə  əsaslanan yanaş-
manın tətbiqidir. Halbuki, inteqrasiyalı milli daşqın idarəetmə planlarının hə-
yata keçirilməsində əsas diqqət transsərhəd çay hövzəsi səviyyəsində qarşılıqlı 
tədbirlərə edilməlidir. Daşqının effektiv idarəetmə planı, daşqının miqyası və 
tezliyini, həmçinin onun vurduğu zərərin azaldılması üçün struktur və qeyri-
struktur tədbirlərdən istifadəni nəzərdə tutmalıdır. Daşqın mürəkkəb prosesdir 
və onun idarə edilməsi planı çox sektorlu olmalıdır. Çayların hidroloji və hid-
ravlik xüsusiyyətləri, su və torpaq ehtiyatlarından istifadə və subasarlarda fə-
aliyyət,  əmlakın dəyərləri, sosial-iqtisadi faktorlar, ekoloji şərait və bir çox 
məsələlər haqqında milli və transsərhəd səviyyədə məlumatların bir araya gə-
tirilməsi üçün təşkilatlar koordinasiya edilməlidir. Kəsişən məsələ kimi iqlim 
dəyişmələrinin daşqının tezliyi, gücü və vurduğu ziyana təsiri məhduddur. 
 


Yüklə 13,72 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə