Microsoft Word tarix bay doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə23/25
tarix23.11.2017
ölçüsü0,55 Mb.
#12130
1   ...   17   18   19   20   21   22   23   24   25

 

56 


14 NOYABR 

 

ÜMUMDÜNYA DİABET GÜNÜ 



 

14 noyabr - Ümumdünya Diabet Gününün təsis olunması həkim Frederik Bantiçin adı ilə bağlıdır. 

O, 1921-ci ilin oktyabrında öz tələbəsi Çarlz Bestlə birlikdə ilk dəfə şəkərli diabet xəstəliyinin müalicəsi 

üçün insulin preparatını  kəşf etmişdir. 14 noyabr bu böyük alimin doğum günüdür. Məhz onun şərəfinə 

Beynəlxalq Diabet Federasiyasının (İDF) və Ümumdünya Səhiyyə  Təşkilatının (WNO) qərarına  əsasən 

14 noyabr 1991-ci ildən etibarən Ümumdünya Diabet Günü kimi qeyd olunur. 

Bu tarixi günün beynəlxalq səviyyədə qeyd olunması diabet xəstəliyinin problem və qayğılarını 

üzə çıxarır. Hazırda dünyada 194 milyon nəfər şəkərli diabetli xəstə var. Hər on ildə bu say 2 dəfə artır. 

2005-ci ilədək Azərbaycanda 60000 nəfərə yaxın  şəkərli diabetli xəstə  rəsmi olaraq qeydə alınıb. Bir o 

qədər də insanın qeydiyyatda olmaması güman edilir. Şəkərli diabet təkcə tibbi problem deyil, o həmçinin 

sosial, iqtisadi, psixoloji və hüquqi problemlərin də meydana çıxmasına səbəb olur. 

Bu problemlərin hər birinin vaxtında həlli minlərlə insanın yararlı insan kimi həyata, cəmiyyətə 

qaytarılması, neçə-neçə sınıq qəlbin sevinməsi deməkdir. Şəkərli diabetlə xəstə insanlara hamı və hər kəs 

həm mənəvi, həm də maddi dəstək olmalı, onların problemlərinə qayğı ilə yanaşılmalıdır. 

Ölkəmizdə bu xəstəliyə qarşı mübarizə üçün dövlət səviyyəsində  tədbirlər həyata keçirilir. 2005-ci 

il iyun ayının 7-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Şəkərli diabet üzrə Dövlət 

Proqramı"nı təsdiq etməsi də buna misaldır. Azərbaycan Diabet Liqası isə diabetlə xəstə olan uşaqlar və 

gənclər üçün "Yantus" yay düşərgəsi yaratmışdır.  Şəkərli diabet xəstəliyinin müalicəsində analoqu 

olmayan yüksək keyfiyyətli, Həyat üçün son dərəcə vacib olan "Yantus" preparatının adı ilə adlanan bu 

düşərgədə insulinlə müalicə geniş  tətbiq olunacaqdır. "Yantus" insulininin əvvəlki insulindən fərqi onun 

sutkada bir dəfə vurulması, yüksək keyfiyyətdə olması və qanda şəkərin miqdarını normada saxlamasıdır. 

Belə yay düşərgələri  şəkərli diabetlə  xəstə olan gənc insanların həyat fəaliyyətini yüksəltmək, 

cəmiyyətə inteqrasiyasına kömək etmək və  gələcəkdə diabetin xroniki fəsadlarının nəticəsi kimi əmək 

qabiliyyətini itirməsinin, əlil insana çevrilməsinin qarşısını almaq məqsədilə təşkil olunur. Burada şəkərli 

diabetlə  xəstə olan gənc insan öz xəstəliyi haqqında yeni məlumatlar alır, özünənəzarət qaydalarını 

öyrənir, təlim dərsləri keçir. Təlim almış  gənc öz biliklərini praktik olaraq tətbiq edir, valideyn 

himayəsindən kənar, sərbəst həyat vərdişləri qazanır. Diabetli uşaqların ailələrinin qısa bir müddət 

ərzində olsa da, diabetli xəstələrin əziyyətindən, stressindən azad olmasına imkan yaranır. 



 


 

57 


1 DEKABR 

 

QİÇS-ə QARŞI BEYNƏLXALQ MÜBARİZƏ GÜNÜ 



 

QİÇS - qazanılmış immunçatışmazlığı sindromu deməkdir. 

Hazırda müdhiş miqyas almış QİÇS (ingiliscə AİDS, rusca SPİD) epidemiyası insan həyatı üçün 

təhlükə törədən bəlaya çevrilib. Bu qlobal problem cəmiyyətin bütün təbəqələrini - milləti, icmanı, ailəni, 

hər bir fərdi  əhatə edir və bütün dünya üzrə sosial-iqtisadi inkişafı sarsıdır. Bu xəstəliyə yoluxmuş  şəxs 

orta hesabla 5-10 il ərzində sağlam görünür və  hətta bəzi hallarda orqanizmində bu virusun kök 

salmasından heç özünün də xəbəri olmur. QİÇS o zaman inkişaf etməyə başlayır ki, immun çatışmazlığı 

immun sisteminin mühüm toxumalarının böyük bir hissəsinə yayılmaqla inkişaf edir. Bu zaman inkişaf 

sistemi o qədər zəifləyir ki, artıq orqanizmin müxtəlif yoluxucu və  şiş  xəstəliklərindən müdafiə imkanı 

tamamilə tükənir. BMT-nin QİÇS ilə Mübarizə Proqramının və Ümumdünya Səhiyyə Təşkilatının 2004-cü 

ilin sonunda apardığı  təxmini hesablamalara görə dünyada insanın immunçatışmazlıq virusu (İİV) ilə 

yaşayan insanların sayı  təqribən 42 milyona çatmışdır. QİÇS-dən ölənlərin sayı 24 milyonu keçmişdir. 

QİÇS infeksiyası keçmiş Sovet məkanında da, xüsusilə Ukrayna, Rusiya, Belarus və Moldovada böyük 

sürətlə yayılmaqdadır. Çox təəssüf ki, bu sağalmaz xəstəliyə ölkəmizdə az da olsa (təqribən 850 nəfər) 

adam yoluxmuşdur. 

QİÇS-dən qorunmağın yeganə yolu sağlam həyat tərzi keçirmək və  təsadüfi adamlarla 

münasibətlərdə ehtiyatlı olmaqdır. Hələ 20 il əvvəl biz QİÇS xəstəliyinə çox uzaqda olan bir təhlükə kimi 

baxırdıq. Amma bugünkü reallıq başqadır. Ona görə  də bu sahədə insanları maarifləndirmək üçün 

tədbirlər görülür. Məktəblərin 6-cı sinfindən "Özünü QİÇS-dən qoru" devizi altında xüsusi məşğələlər 

təşkil olunur. Beynəlxalq qurumlar da bunun qarşısını almağa kömək edir. Alimlər "XXI əsrin vəbası" 

adlandırdıqları bu virusa qarşı bütün dünyada müharibə elan etmişlər. QİÇS epidemiyasını "zəmanəmizin 

inkişaf yolunda ən təhlükəli problem" adlandırılan BMT Baş Katibi Kofi Annan bütün hökumətləri bu 

məsələnin həlli zəminində daha güclü və əlaqələndirilmiş bir hərəkat üzrə qlobal işlər görməyə çağırır. 

Azərbaycan hökuməti də bu dəhşətli xəstəliyin qarşısının alınmasında böyük əhəmiyyət verir. 

1996-cı ildə Azərbaycan Parlamenti "İnsanın immunçatışmazlıq virusunun törətdiyi xəstəliyin (AİDS) 

yayılmasının qarşısının alınması" haqqında Qanun qəbul etmişdir. 

Dünyanı bu müdhiş  xəstəliyə qarşı mübarizə aparmağa sövq etmək üçün BMT-nin xüsusi qərarı 

ilə 1 dekabr QİÇS-ə qarşı Beynəlxalq Mübarizə Günü elan edilmişdir. 

 



 

58 


3 DEKABR 

 

ÜMUMDÜNYA ƏLİLLƏR GÜNÜ 



 

İnsanların hamısı eyni olmur. Fiziki cəhətdən sağlam olanlarla yanaşı,  əlillər və  şikəstlər də 

vardır.  Əlillik və  şikəstlik müxtəlif yollarla yaranır: anadangəlmə, müharibələr, yol-nəqliyyat, istehsalat 

qəzaları, xəstəliklər nəticəsində qazanılmış əlillik və şikəstlik vardır. 

Əlillik eyib sayılmamalıdır, çünki bu insanlar fiziki cəhətdən tam olmasalar da, onlarda da nəcib 

ürək, saf insani keyfiyyətlər, yüksək bilik, bacarıq və intellektual qabiliyyətlər vardır. 

İndi dünyada xeyli əlil var. Təkcə Azərbaycanda onların sayı 360 minə çatır. Əlbəttə, onların bir 

hissəsi XX əsrin ən dəhşətli fəlakəti sayılan İkinci Dünya müharibəsinin, Birinci Qarabağ müharibəsinin, 

erməni soyqırımının və terrorunun nəticəsidir.  Əlillər əhalinin başqa təbəqələri ilə müqayisədə daha çox 

sosial müdafiəyə, mənəvi dəstəyə, humanist münasibətə möhtacdırlar. Bu insanlar hətta maddi cəhətdən 

təmin olunsalar belə, isti münasibət, doğmalardan və yadlardan qayğı, mərhəmət və diqqət umurlar. 

Ölkəmizdə  əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirilir. Bu barədə bir sıra dövlət 

əhəmiyyətli proqramlar həyata keçirilmişdir.  Əlillər mənzil, maşın,  əlil arabaları ilə  təmin olunur, 

müxtəlif ölkələrdə dövlət vəsaiti hesabına müalicə və bərpa kursları keçirlər. 

Beynəlxalq aləm də əlillərə qayğı və diqqəti artırıb. Onların hüquqlarının qorunması sahəsində bir 

sıra tədbirlər həyata keçirilib. Onlardan ən mühümü BMT tərəfindən 1983-1992-ci illərdə  həyata 

keçirilmiş  Əlillər Onilliyidir. 1992-ci il oktyabrın 14-də Onilliyin başa çatması münasibətilə BMT Baş 

Məclisi dekabrın 3-nü "Əlilliyi olan insanların Beynəlxalq günü" kimi qeyd olunması haqqında 

Bəyannamə qəbul etmişdir. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi 

olan bütün insanların hüquqlarını qorumaqdır. 

 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə