Microsoft Word Tebriz folkloru doc



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə26/98
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#54600
1   ...   22   23   24   25   26   27   28   29   ...   98

 

  

١٢١



Bir günnәn müctehid olanmassan. 

Bir günün çörәyi ya qarnında olsun, ya xurcununda. 

Bir il әvvәl sözü çörәh, sora toyux-pilo. 

Bir iş gör ki, hәmişә görәsәn. 

Bir iş gör, nә şiş yana, nә kabab. 

Bir kәllә qәnd, bir tümәn pul, bir malla, vәssәlam. 

Bir kibrit bir xәrmәnә bәsdi. 

Bir kişmiş, qırx qәlәndәr. 

Bir qabırqası çatmır. 

Bir qapı bağlansa, yüz qapı açılar. 

Bir qarın çörәhdәn ötür iki adamın minnәtin çәkmәzlәr. 

Bir qat elәdih yetişmәdi, iki qat eliyax bәlkә yetişә. 

Bir qәtrә bal, yüz dana arı. 

Bir qotur geçi bir sürünü qotur elәr. 

Bir lәhzә şer kimi yaşamax, yüz il tülkü kimi yaşamaxdan 

yaxşıdı. 

Bir lәhzәnin ğәflәti yüz il dalı salar. 

Bir misqal qızıl yüz eybi örtәr. 

Bir napakdan ötür mәçidin qapısın bağlamazlar. 

Bir oxla iki nişan. 

Bir pakın, bir dә napakın duası mustәcab olar. 

Bir para adamı dindirmәsәn, yaxşıdır. 

Bir sәbr elә, min әfsus yemә. 

Bir sәmimi mürid bir şişdanq kәntdәn yaxşıdı. 

Bir söz danış, söz olsun. 

Bir subay oğlan, bir mitil yorqan. 

Bir şәhәr, iki nırx. 

Bir şәm yanar, min pәrvanә yanar. 

Bir şәmlә yüz çirax yanar. 

Bir tikә çörәyi it dә yeyir. 

Bir tikәni bülmüyәn, min tikәni dә bülmәz. 



 

  

١٢٢



Bir vaxt iynә deşiyinnәn geçәr, bir vaxt dәrvazadan geçmәz. 

Bir vaxt qurd oldun, bir vaxt da qoyun ol. 

Bir yaxşılıx qalar, bir dә yamannıx. 

Bir yara vur, karlı vur. 

Bir yemirәm diyәnnәn qorx, bir geymirәm diyәnnәn. 

Bir Yusuf, yüz müştәri. 

Bir az ye, bir az ver, bir az da saxla. 

Biri acınnan paltarın satırdı, biri dedi, qәmә  qınıynan 

dәyişirsәn? 

Biri batman olanda biri dә gәrәk yarım batman olsun. 

Biri çәrşәnbә günü itirir, o biri çәrşәnbә günü tapır. 

Biri işlәr, on biri dişlәr. 

Biri kәsir, o biri tikir. 

Biri ölmәsә, biri dirilmәz. 

Biri toxdu, birinә çörәh yox. 

Biri toxluxdan çatlayır, o biri acınnan ölür. 

Birin dedin, birin eşid. 

Birin gördün gözü qıyıx, sәn dә әvvәl gözüvü qıy. 

Birin kәndә yol vermirdilәr, kәdxudanın evin soruşdu. 

Birin yandır, birin qandır. 

Birinә dedilәr dәdәn acınnan öldü, dedi varıdı, yemәdi, 

öldü. 


Birinә su verib o birini susuzluxdan öldürmә.  

Birinin zәrәri, o birinin mәnfәәti olar. 

Birlih, bütünlih zәfәrdi. 

Birlih harda, dirilih orda. 

Bir zaddan ki, kökәlmiyәcәyәm, niyә arıxlıyım. 

Bismillah deyilmәmiş toxum yöndәmsiz çıxar. 

Bismillahla donquz darıdan çıxmaz. 

Bizә bu keçәdәn  börk olmaz. 

Bizim damımızdan alçax dam tapılmaz. 



 

  

١٢٣



Bizim әlimiz boş olsa, gözümüz toxdu. 

Bizim gәlinin heç eybi yoxdu, kordu, keçәldi, ürәk get-

mәsi var. 

Bizim malımız minar başında, özgәlәrinki tağar altında. 

Bizov qalar, böyüyüb öküz olar. 

Boğanı xamdan açıblar. 

Borcla çaxır içәn iki dәfә ölәr. 

Borcu sәn elәmisәn, girovi özgәsi qoyub. 

Borcu vaxtında verәn etibar qazanar. 

Borcu vermәsәn qurtulmaz, yolu getmәsәn. 

Borcun çıxdı yüz tümәnә, hәr gecә ye qiymә-pilo. 

Boş çuval ayaq üstә durmaz. 

Boş damardan qan çıxmaz. 

Boş әldәn nә gәlir. 

Boş әlinәn bazara gedәn xurcununan qayıtmaz. 

Boş küzәni dolu küzüyә vurma. 

Boş süfrәyә nә dua? 

Boş torbayla at tutulmaz. 

Boş tutan bәrk yiyәr. 

Boşdan min çıxar, bәrkdәn bir. 

Boyaxçı öz sәkqәlin boyamağa acizdir. 

Börkçü öz başına börk tapmaz. 

Börkü başa isti-soyuxdan ötürә qoymazlar. 

Börkü göyә atsan, yerә düşәnә kimi yüz mallax vurar. 

Börkün at göyә, fırıldayıb gәlәnә min hadisә baş verәr. 

Böyügün sözün eşitmәh әdәbdәndi. 

Böyüh adamlar dedihlәrinә әmәl edәllәr. 

Böyüh andı dostunun başınadı. 

Böyüh balıx xırda balığı udar. 

Böyüh başın böyüh dә bәlası olar. 

Böyüh daş götürmәh vurmamax әlamәtidi. 



 

  

١٢٤



Böyüh olanın qursağı da gәn olar. 

Böyüh tikә boğazda qalar. 

Böyühdә güc olar, yalan olmaz. 

Böyühlәrin gözü dar olar. 

Böyühlüh Allaha yaraşar. 

Böyühlüh әğlinәndi, yaşınan dәyil. 

Böyühlüh istiyәn özünü çiçih tutar. 

Böyüyә böyük deyiblәr, çiçiyә çiçik . 

Böyüyün tanımıyan tanrısını da tanımaz. 

Bu ağacdan o ağaca fәrәcdi. 

Bu dünya kәrvansaradı, bu qapıdan gәldin, o qapıdan ge-

dәrsәn. 


Bu dünyada zalım şah ol ya adil vәzir, hәr ikisi ölәcәk. 

Bu dünyanın xoşluğu da ğәm-ğussәdi. 

Bu dünyanın işi әvәz-әvәzdi. 

Bu düzdür ki, yoğurt süddәndi. 

Bu eşşәh dәyirmana getmәz. 

Bu әl o әlә mohtac olmasın. 

Bu әlin o әldәn xәbәri yoxdu. 

Bu gün bacararsan bilmәzsәn, sabah bilәrsәn bacarmazsan. 

Bu gün mәnә, sabah sәnә. 

Bu gün toxumu әk, sabaha macal yox. 

Bu gün yemәyin var, sabahı unutma. 

Bu günkü yumurta sabahın toyuğunnandı. 

Bu günün bağırsağı sabahın quyruğunnan yaxcıdı. 

Bu günün işin sabaha qoymax tәnbәllihdi. 

Bu günün qızı sabahın anasıdı. 

Bu günün sabahı da var. 

Bu günün şadlığını sabaha qoyma. 

Bu günün zәhmәti gәlәcәyin asudәliyinә sәbәb olar.   

Bu günün zülümü sabahın qarannığıdı. 



 

  

١٢٥



Bu imamzadәdәn möcüzә görunmüyüb. 

Bu iş hәzrәti fil  işidi. 

Bu iş puludu, hamam pulu ayrıdır. 

Bu qafilә sona kimi axsar. 

Bu qәdәr otlamısan hanı quyruğun. 

Bu quyu bu da ip, bismillah. 

Bu mәnimki, bu minbәrinki, bu da nәnәqızın, dahi nәyi 

qaldı. 


Bu ölü bir belә şivәnә dәymәz. 

Bu sәkqәl, bu qeyçi, hәr ikisi sәnin әlindә. 

Bu yaxınnıxda yola bu bahalıxda kirayә. 

Bu zәhmәtlә çörәk qazan, ver Qulucan yesin, dindirәndә 

dә yaman desin. 

Bucaxdan getsә, ocaxdan getmәz. 

Buğazdan aşağa gedәnnәn sora halvayla çuğundurun fәrqi 

yoxdu. 


Buğazın yeddi buğumu var. 

Buğda görsәdir, arpa satır. 

Buğda yedik, beheşdәn çıxdıx. 

Buğdadan buğda bitәr, arpadan arpa. 

Buğdan un oldu, dәyirmanda qalmaz. 

Buğdanı әlәdin, әlәyi yırtma. 

Buğdanin dadını arpa vermәz. 

Buğdanin dәni qızıldır, samanı gümüş. 

Buxarı әyri olsa, tüstüsü necә düz çıxsın. 

Buxçadaki әynimdә, taxçadakı qarnımda. 

Bulamac dәliyә qaldı. 

Bulanmasa, durulmaz. 

Bulut ağlamasa, çәmәn gülmәz. 

Bundan sora әlivi öz cibindә qızdır. 

Bundan sora göydәn düşәndә öz evivә düş. 



Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə