Microsoft Word turkcess ozet kitap docx



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə66/115
tarix19.10.2018
ölçüsü2,88 Mb.
#74851
1   ...   62   63   64   65   66   67   68   69   ...   115

 
 
 121
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Milli-Azadlıq Hərəkatında Azərbaycan Poeziyasının Rolu (1960—1980-ci İllər) 
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat 
İnstitutunun XX əsr Azərbaycan Ədəbiyyatı 
şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə  
fəlsəfə doktoru Hicran Sədi qızı Nəsibova 
        
Azərbaycan  bədii  fikrinin  inkişaf  meyllərini  xalqın  mill-mənəvi  dirçəlişi,  folklora,  mifə, klassik  poetik 
ənənələrə  –  kökə  qayıdışla  səciyyələndirən  proses  hələ  1960-ci  illərdən  başlamışdır.  Onun  intensiv  (davamlı) 
proses halına keçməsi 1980-ci illərdəki milli-azadlıq hərəkatı ilə bağlıdır. 
1980-ci illərin ortalarında xalqı kütləvi surətdə meydanlara çıxaran (itən) azadlıq və istiqlal ideyaları 
hələ 1960–70-ci illərdə milli ruhda yazılmış bir sıra əsərlərdə öz əksini tapmışdır. 
Əli  Kərim,  Bəxtiyar  Vahabzadə,  Məmməd  Araz  və  başqa  sairlərin  poeziyasında  rəsmi  siyasi-ictimai 
ehkamlara, sistemin əxlaqi və təfəkkür tərzinə qarşı ciddi etirazlar ifadə olunmuşdu. Onların əsərlərində xalqın 
tarixi-taleyi ilə bağlı problemlər qaldırılır, şəxsiyyətin mənəvi azadlığı məsələləri irəli sürülürdü. 
Poeziyada  yeni  qəhrəmanı  ilə  təşəkkül  edən  yeni  müstəqil  mərhələ  başlanır  ki,  bu  mərhələ  totalitar 
rejimin hər cür təzyiqlərindən əsas mahiyyətini–insanın mənəvi azadlığı ideyasını ləyaqətlə qoruya bilir. 
Poeziya bu mühüm cəhəti ilə cəmiyyətə təsir etdi, onu daxilən zənginləşdirdi. Müstəqillik meylini ehtirasa 
çevirdi. Odur ki, 1980-ci illərin ortalarında meydanlara axışanlar həmin lirikanın qəhrəmanları idilər. 
Azərbaycan  milli-azadlıq  hərəkatı  öz  bədii-tarixi  mərhələsini  məhz  bu  dövrdən  başladı.  Bu  dövr 
poeziyasında artıq sovet sisteminin ideoloji ehkamlarından xilas olmuş milli poeziyanın meylləri formalaşmışdı. 
Bu  dövrün  poeziyasına  xas  olan poetik, fəlsəfi xüsusiyyətləri  aşkara çıxarmaq  üçün  belə  bir  təsnifatı 
izləyəcəyik: 
80-ci  illər  poeziyasında  vətənin  bütövlüyü  ideyasını  səciyyələndirən  ideya-bədii  xüsusiyyətləri 
ümumiləşdirmək. 
Qarabağ problemi və onun bədii-tarixi yorumunu, qaçqınlığın, didərginliyin milli faciə kimi poeziyada 
ifadəsini səciyyələndirmək. 
Meydan hərəkatı, onun tarixi mənasının poetik tərənnümü, imperiya siyasətinin əsas mahiyyətini açan 
şeir nümunələrinin təhlili. 
Müasir poeziyada şəhidlik mövzusu ilə bağlı rekviyem janrının formalaşması, “20 Yanvar” faciəsi ilə 
əlaqədar poetik fəryadların səciyyəsi. 
Müasir Azərbaycan seirinin xalqımızın keçdiyi tarixi yolun bütün məziyyətləri ilə işıqlandırılmasında, 
inqilabi hərəkatın səlnaməsində tutduğu şərəfli mövqeyini göstərmək. 
Açar sözlər: Milli-azadlıq hərəkatı, poeziya, meydan hərəkatı, Qarabağ, Qanlı yanvar. 
 
 
 
 


 
 
 122
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Fuad Köprülünün “Əlişir Nəvai” Risaləsi Haqqında 
 
Almaz Ülvi BİNNƏTOVA 
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu 
“Azərbaycan-Türkmənistan-Özbəkistan  
ədəbi əlaqələr”şöbəsinin müdiri,  
Filologiya elmləri doktoru, almazulvi1960@mail.ru 
 
XÜLASƏ 
Giriş: 
Türk dünyası elmi fikrinin görkəmli simalarından biri professor Fuad Köprülü “Əlişir Nəvai” risaləsini 
özünün də bir qeydində bildirdiyi kimi, “bu kiçik və sadə risaləni 1941-ci il fevralın 9-da Türkiyədə Nəvai ilə bağlı 
keçiriləcək tədbirlərlə əlaqədar” yazıb nəşr etdirmişdir.  
“Əlişir Nəvai” risaləsini niyə yenidən tədqiqata cəlb  etmək istədik? – sualının ilk cavabı, Əlişir Nəvainin 
ədəbi şəxsiyyətinə və irsinə ehtiramdan, türk ədəbi dilinin, elmi dilinin  bünövrəsi tarixinə müraciətdən irəli gəldi. 
XX əsr türk elmi fikrinin nəhənglərindən olan Mehmed Fuad Köprülünün Nəvai haqqında düşüncələrinin dəyəri 
də əsas meyarlarımızdan oldu.   
Fuad Köprülü tədqiqatlarından sonra, özünün də bu risalədə qeyd etdiyi kimi, Türkiyədə Nəvai irsinin 
təbliği və tədqiqi istiqamətində böyük işlər görüldü.  
İstanbulda  keçirilən  "Keçmişdən  gələcəyə  Xoca  Əhməd  Yəsəvi"  adlı  beynəlxalq  konfransda    (26-28 
sentyabr, 2016) türkoloq-nəvaişünas Kemal Eraslanın “Əlişir Nəvainin “Nəsaim ül-məhəbbbət” təzkirəsinin əldə 
etdiyimiz  keçi  dərisi  üzərindəki  nadir  və  qədim  əlyazması  üzərində  tədqiqatlarımız  davam  edir,  yaxın  illərdə 
araşdırmaçılara təqdim ediləcək” – sözü yeniliklərin hələ davam etdiyinə sübutdur.  
Bu kimi çox araşdırmaların adını çəkə bilərik, amma Fuad Köprülü tədqiqləri bütün bu işlərin özülündə 
dayanır. 
Metod - Tədqiqatın yeniliyi: 
Türkiyə  ədəbiyyatşünaslığından  fərqli  olaraq,  Azərbaycan  ədəbiyyatşünaslığının  o  dövrü  üçün  bu 
tədqiqat yeni bir şey deyildi. Bu əsərin “Biblioqrafiya”sında göründüyü kimi, nə əsrin əvvəllərində Baxçasarayda 
(1902) Ə.Nəvainin "Mühakimət ül-lüğəteyn” əsərinin (İ.Qaspiralının giriş məqaləsi ilə Azərbaycan dilində) kitab 
şəklində çapından, nə də 1907-1916-ci illər arasında Ə.Həsənzadənin “Dəbistan” və “Dirilik” dərgilərində da-
vamlı olaraq dərc edilmiş "Təracümi-əhval Əlişir Nəvai" adlı irihəcmli məqalələrindən bəhs edilmir.   
Firudin bəy Köçərlinin (1863-1920) “Azərbaycan ədəbiyyatı tarixinin materialları” (1925-ci il nəşri) 
kitabı “Əlişir Nəvai” adlı elmi məqaləsi ilə açılır: “
Bu şair əslən cığatay türklərindən isə də, Azərbaycan şüərası 
arasında artıq hörmət və şöhrət kəsb 
etmişdir və onlara Nəvainin təsiri artıq dərəcədə olubdur. Buna da ümdə 
səbəb onun təbi-lətifindən törəyən asari-nəfisə və əşari-məmduhəsi olubdur ki, çox şirin və dadlı dil ilə rişteyi 
nəzmə çəkilmişdir”.  
Eləcə də, Özbəkistanda Əlişir Nəvai haqqında ilk elmi tədqiqatlar 1920-ci illərin əvvəllərində milliyətcə 
krımtatarı olan Özbəkistanda fəaliyyət göstərən Əbdürrəhman Sədi və Əbdürrauf Fitrət tərəfindən yazıldı.  
Azərbaycandan  Daşkəndə  sürgün  edilən  Maqsud  Şeyxzadənin  1930-cu  ildə  özbəkcə  yazdığı  ilk  elmi 
məqaləsi də Ə.Nəvai haqqında oldu. 
1926-cı  ildə I  Bakı  Türkoloji  Qurultayında  Ə.Nəvai ədəbi  şəxsiyyətinə və irsinə  verilən yüksək  dəyər, 
Türkiyəyə dönən F.Köprülü bu istiqamətdə yeni tədqiqatlara, yeni təqdimatlara ehtiyac olduğunu gördü və Türkiyə 
elmi fikrində “Əlişir Nəvai” adlı elmi, ədəbi yeniliklərin ortaya qoyulmasına stimul oldu. Nəvai haqqında yazılmış 
bu qısa mətn – “Əlişir Nəvai” risaləsi o dövr Türkiyə elmi üçün yenilik idi: ondan sonra Ə.Nəvai haqqında dolğun, 
geniş tədqiqatlar yazıldı, bu gün də yazılır. Əsərləri Türkiyə türkcəsində nəşr edildi, bu gün də nəşr olunur.  
Mübahisə və təkliflər: 
Haqqında söhbət gedən risalədə bu tədqiqatlardan söz açılmamaşının əsas səbəblərindən biri yəqin ki, 
sovet sərhədlərinin bağlı olması ilə məşhur professorun həmin əsərləri əldə edə bilməməsi idi. 
F.Köprülünün  yazdığı  kimi,  “Nəvainin  əsərləri,  yalnız  öz  şəxsiyyətini  öyrənmək  üçün  deyil,  yaşadığı 
dövrün ümumi mənzərəsini anlamaq üçün də birinci dərəcəli sənədlərdir”. 
İnanırıq  ki,  məşhur  türk  tarixçisi,  ədəbiyyatşünası,  professoru  Fuad  Köprülünün  bu  kiçik  əsər 
tədqiqatçıların diqqətini cəlb edəcəkdir. 
 
Açar Sözlər
Əlişir Nəvai, Fuad Köprülü, I türkoloji qurultay, özbək ədəbiyyatı, tük xalqları ədəbiyyatı, 
Azərbaycan-Türkiyə-özbək ədəbi əlaqələri 
 
 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə