121
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve
Sosyal Bilimler Sempozyumu
27-30 Haziran 2018/Bakü-Azerbaycan
IV. International Symposium on Educational and
Social Sciences in Turkish Cultural Geography
27-30 June 2018/Baku-Azerbaijan
Milli-Azadlıq Hərəkatında Azərbaycan Poeziyasının Rolu (1960—1980-ci İllər)
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun XX əsr Azərbaycan Ədəbiyyatı
şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə
fəlsəfə doktoru Hicran Sədi qızı Nəsibova
Azərbaycan bədii fikrinin inkişaf meyllərini xalqın mill-mənəvi dirçəlişi, folklora, mifə, klassik poetik
ənənələrə – kökə qayıdışla səciyyələndirən proses hələ 1960-ci illərdən başlamışdır. Onun intensiv (davamlı)
proses halına keçməsi 1980-ci illərdəki milli-azadlıq hərəkatı ilə bağlıdır.
1980-ci illərin ortalarında xalqı kütləvi surətdə meydanlara çıxaran (itən) azadlıq və istiqlal ideyaları
hələ 1960–70-ci illərdə milli ruhda yazılmış bir sıra əsərlərdə öz əksini tapmışdır.
Əli Kərim, Bəxtiyar Vahabzadə, Məmməd Araz və başqa sairlərin poeziyasında rəsmi siyasi-ictimai
ehkamlara, sistemin əxlaqi və təfəkkür tərzinə qarşı ciddi etirazlar ifadə olunmuşdu. Onların əsərlərində xalqın
tarixi-taleyi ilə bağlı problemlər qaldırılır, şəxsiyyətin mənəvi azadlığı məsələləri irəli sürülürdü.
Poeziyada yeni qəhrəmanı ilə təşəkkül edən yeni müstəqil mərhələ başlanır ki, bu mərhələ totalitar
rejimin hər cür təzyiqlərindən əsas mahiyyətini–insanın mənəvi azadlığı ideyasını ləyaqətlə qoruya bilir.
Poeziya bu mühüm cəhəti ilə cəmiyyətə təsir etdi, onu daxilən zənginləşdirdi. Müstəqillik meylini ehtirasa
çevirdi. Odur ki, 1980-ci illərin ortalarında meydanlara axışanlar həmin lirikanın qəhrəmanları idilər.
Azərbaycan milli-azadlıq hərəkatı öz bədii-tarixi mərhələsini məhz bu dövrdən başladı. Bu dövr
poeziyasında artıq sovet sisteminin ideoloji ehkamlarından xilas olmuş milli poeziyanın meylləri formalaşmışdı.
Bu dövrün poeziyasına xas olan poetik, fəlsəfi xüsusiyyətləri aşkara çıxarmaq üçün belə bir təsnifatı
izləyəcəyik:
80-ci illər poeziyasında vətənin bütövlüyü ideyasını səciyyələndirən ideya-bədii xüsusiyyətləri
ümumiləşdirmək.
Qarabağ problemi və onun bədii-tarixi yorumunu, qaçqınlığın, didərginliyin milli faciə kimi poeziyada
ifadəsini səciyyələndirmək.
Meydan hərəkatı, onun tarixi mənasının poetik tərənnümü, imperiya siyasətinin əsas mahiyyətini açan
şeir nümunələrinin təhlili.
Müasir poeziyada şəhidlik mövzusu ilə bağlı rekviyem janrının formalaşması, “20 Yanvar” faciəsi ilə
əlaqədar poetik fəryadların səciyyəsi.
Müasir Azərbaycan seirinin xalqımızın keçdiyi tarixi yolun bütün məziyyətləri ilə işıqlandırılmasında,
inqilabi hərəkatın səlnaməsində tutduğu şərəfli mövqeyini göstərmək.
Açar sözlər: Milli-azadlıq hərəkatı, poeziya, meydan hərəkatı, Qarabağ, Qanlı yanvar.
122
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve
Sosyal Bilimler Sempozyumu
27-30 Haziran 2018/Bakü-Azerbaycan
IV. International Symposium on Educational and
Social Sciences in Turkish Cultural Geography
27-30 June 2018/Baku-Azerbaijan
Fuad Köprülünün “Əlişir Nəvai” Risaləsi Haqqında
Almaz Ülvi BİNNƏTOVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
“Azərbaycan-Türkmənistan-Özbəkistan
ədəbi əlaqələr”şöbəsinin müdiri,
Filologiya elmləri doktoru, almazulvi1960@mail.ru
XÜLASƏ
Giriş:
Türk dünyası elmi fikrinin görkəmli simalarından biri professor Fuad Köprülü “Əlişir Nəvai” risaləsini
özünün də bir qeydində bildirdiyi kimi, “bu kiçik və sadə risaləni 1941-ci il fevralın 9-da Türkiyədə Nəvai ilə bağlı
keçiriləcək tədbirlərlə əlaqədar” yazıb nəşr etdirmişdir.
“Əlişir Nəvai” risaləsini niyə yenidən tədqiqata cəlb etmək istədik? – sualının ilk cavabı, Əlişir Nəvainin
ədəbi şəxsiyyətinə və irsinə ehtiramdan, türk ədəbi dilinin, elmi dilinin bünövrəsi tarixinə müraciətdən irəli gəldi.
XX əsr türk elmi fikrinin nəhənglərindən olan Mehmed Fuad Köprülünün Nəvai haqqında düşüncələrinin dəyəri
də əsas meyarlarımızdan oldu.
Fuad Köprülü tədqiqatlarından sonra, özünün də bu risalədə qeyd etdiyi kimi, Türkiyədə Nəvai irsinin
təbliği və tədqiqi istiqamətində böyük işlər görüldü.
İstanbulda keçirilən "Keçmişdən gələcəyə Xoca Əhməd Yəsəvi" adlı beynəlxalq konfransda (26-28
sentyabr, 2016) türkoloq-nəvaişünas Kemal Eraslanın “Əlişir Nəvainin “Nəsaim ül-məhəbbbət” təzkirəsinin əldə
etdiyimiz keçi dərisi üzərindəki nadir və qədim əlyazması üzərində tədqiqatlarımız davam edir, yaxın illərdə
araşdırmaçılara təqdim ediləcək” – sözü yeniliklərin hələ davam etdiyinə sübutdur.
Bu kimi çox araşdırmaların adını çəkə bilərik, amma Fuad Köprülü tədqiqləri bütün bu işlərin özülündə
dayanır.
Metod - Tədqiqatın yeniliyi:
Türkiyə ədəbiyyatşünaslığından fərqli olaraq, Azərbaycan ədəbiyyatşünaslığının o dövrü üçün bu
tədqiqat yeni bir şey deyildi. Bu əsərin “Biblioqrafiya”sında göründüyü kimi, nə əsrin əvvəllərində Baxçasarayda
(1902) Ə.Nəvainin "Mühakimət ül-lüğəteyn” əsərinin (İ.Qaspiralının giriş məqaləsi ilə Azərbaycan dilində) kitab
şəklində çapından, nə də 1907-1916-ci illər arasında Ə.Həsənzadənin “Dəbistan” və “Dirilik” dərgilərində da-
vamlı olaraq dərc edilmiş "Təracümi-əhval Əlişir Nəvai" adlı irihəcmli məqalələrindən bəhs edilmir.
Firudin bəy Köçərlinin (1863-1920) “Azərbaycan ədəbiyyatı tarixinin materialları” (1925-ci il nəşri)
kitabı “Əlişir Nəvai” adlı elmi məqaləsi ilə açılır: “
Bu şair əslən cığatay türklərindən isə də, Azərbaycan şüərası
arasında artıq hörmət və şöhrət kəsb
etmişdir və onlara Nəvainin təsiri artıq dərəcədə olubdur. Buna da ümdə
səbəb onun təbi-lətifindən törəyən asari-nəfisə və əşari-məmduhəsi olubdur ki, çox şirin və dadlı dil ilə rişteyi
nəzmə çəkilmişdir”.
Eləcə də, Özbəkistanda Əlişir Nəvai haqqında ilk elmi tədqiqatlar 1920-ci illərin əvvəllərində milliyətcə
krımtatarı olan Özbəkistanda fəaliyyət göstərən Əbdürrəhman Sədi və Əbdürrauf Fitrət tərəfindən yazıldı.
Azərbaycandan Daşkəndə sürgün edilən Maqsud Şeyxzadənin 1930-cu ildə özbəkcə yazdığı ilk elmi
məqaləsi də Ə.Nəvai haqqında oldu.
1926-cı ildə I Bakı Türkoloji Qurultayında Ə.Nəvai ədəbi şəxsiyyətinə və irsinə verilən yüksək dəyər,
Türkiyəyə dönən F.Köprülü bu istiqamətdə yeni tədqiqatlara, yeni təqdimatlara ehtiyac olduğunu gördü və Türkiyə
elmi fikrində “Əlişir Nəvai” adlı elmi, ədəbi yeniliklərin ortaya qoyulmasına stimul oldu. Nəvai haqqında yazılmış
bu qısa mətn – “Əlişir Nəvai” risaləsi o dövr Türkiyə elmi üçün yenilik idi: ondan sonra Ə.Nəvai haqqında dolğun,
geniş tədqiqatlar yazıldı, bu gün də yazılır. Əsərləri Türkiyə türkcəsində nəşr edildi, bu gün də nəşr olunur.
Mübahisə və təkliflər:
Haqqında söhbət gedən risalədə bu tədqiqatlardan söz açılmamaşının əsas səbəblərindən biri yəqin ki,
sovet sərhədlərinin bağlı olması ilə məşhur professorun həmin əsərləri əldə edə bilməməsi idi.
F.Köprülünün yazdığı kimi, “Nəvainin əsərləri, yalnız öz şəxsiyyətini öyrənmək üçün deyil, yaşadığı
dövrün ümumi mənzərəsini anlamaq üçün də birinci dərəcəli sənədlərdir”.
İnanırıq ki, məşhur türk tarixçisi, ədəbiyyatşünası, professoru Fuad Köprülünün bu kiçik əsər
tədqiqatçıların diqqətini cəlb edəcəkdir.
Açar Sözlər:
Əlişir Nəvai, Fuad Köprülü, I türkoloji qurultay, özbək ədəbiyyatı, tük xalqları ədəbiyyatı,
Azərbaycan-Türkiyə-özbək ədəbi əlaqələri
Dostları ilə paylaş: |