Microsoft Word turkcess ozet kitap docx



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə67/115
tarix19.10.2018
ölçüsü2,88 Mb.
#74851
1   ...   63   64   65   66   67   68   69   70   ...   115

 
 
 123
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Ümmügülsüm: Ey Gözəl Vətənim, Sənin Eşqinlə!  
 
Almaz Ülvi BİNNƏTOVA 
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu 
“Azərbaycan-Türkmənistan-Özbəkistan  
ədəbi əlaqələr”şöbəsinin müdiri,  
filologiya elmləri doktoru, almazulvi1960@mail.ru 
 
XÜLASƏ 
Giriş: 
1918-20-ci il ədəbi tarixində nisbətən yaşlı yazıb-yaradan ədiblərimizlə yanaşı, yeni ictimai-siyasi dövr 
ədəbiyyatının gənc nəsli bəlkə də yetkin və püxtələşmiş qüvvə kimi xüsusi yer tutdu. Orijinal duyumlu, coşqun 
hissli, azadlığa qovuşmaq yanğısı ilə ilhamlanan bu ədəbi nəsil mənəvi-psixoloji sahədə daha uğurlu mübarizə 
xətti götürdülər. Demokratiya və milli müstəqillik uğrunda mübarizə meydanında, xüsusən poeziya səhifəsində ən 
qaynar görünən, düşünən, milli bəşəri duyğu ilə coşub-çağlayan gənclik idi. Həyatın bərkinə-boşuna düşməyən, 
ancaq səmimi, dupduru duyğular burulğanında qaynayan gənclik poeziyası əsasən milli təfəkkürün qaynaqlarına 
güvənirdi. 1918-ci il ədəbi mühitinə qədəm qoymuş gənc şairlərdən  –  26 yaşlı Əhməd Cavad, 18 yaşlı Cəfər 
Cabbarlı,  19  yaşlı  Əli  Yusif,  19  yaşlı  Ümmügülsüm  və  başqalarının  poeziyalarının  mayası  şeirimizin  milli 
köklərinə bağlı idi.  
Metod  –  Tədqiqatın  yeniliyi:  Ümmügülsüm  Azərbaycan  Demokratik  Respublikasının  ədəbi-mədəni 
tarixində  şərəfli  yeri  və  öz  dəstixətti  olan  milli  şairədir.  Milli  ədəbi-mədəni,  ictimai-siyasi  tariximizi  öz 
səhifələrində  yaşadan  1918-ci  ildən  nəşrə  başlayan  Azərbaycan  Demokratik  Cümhuriyyətinin  orqanı 
“Azərbaycan”  qəzetində,  daha  sonra  həmin  dövrün  demokratik  ruhlu  mətbuat  orqanlarında  –  “İstiqlal”, 
“Qurtuluş”, “Məktəb”, “Füqarə füyuzatı”, “Şərq qadını” və s. qəzet və məcmuələrdə Ümmügülsüm imzasına rast 
gəlirik.  Qəribə tale – mübarizliyindən dönməyən bir ruh bu gün yenidən səmamızda dolaşır. Hazırkı müstəqil 
dövlətçilik tariximizdə əzəlki günəş zərrəsiylə sanki həyatımıza daxil olur.  
Ümmügülsüm,  yazıb-yaradanlar  içində  sayılan-seçilən  gənc,  sonralar  imzası  ilə  tanınmış  yazıçı  olan 
Seyid Hüseyn Sadiqzadə (1887-1938) ilə ömür-gün sevdası bağlayıb. Ümmügülsüm dünyasındakı azadlıq eşqi ailə 
eşqi ilə yanbayan olub. Amma o Ana idi. Milli azadlıq eşqi ilə könlünün gözü yanan gənc Ümmügülsüm hər misrası 
ilə sanki millət azadlığı yoluna, istiqlaliyyət yoluna çıraq tutmaq istəyib. Orijinal, fidan poeziyası ilə buna nail 
olub. Poetik əzəmət və qürur, haray və çırpınan hissləri milli ictimai siyasi fəaliyyətini bütövləşdirir, 1918-1920-
ci il ADR ədəbi-mədəni mühitində Ümmügülsüm xətti ayrıca görünür:  
Ey türk, sən ey qəhrəman, igid oğlu türklərin, 
Şanlı, ulu babanın öyüdünü unutma. 
Sən də yürü o yolu, ad çıxarsın əsgərin, 
Ulular ardınca get, başqa bir yolu tutma. 
– bu misraların nəfəsi şair hisslərindən doğan estetik baxış yox, dəli sevgiylə çırpınan pıçıltıdır, ilahi 
eşqlə ünü göylərə ucalan haraydır, yeri-göyü titrədən könül hıçqırığıdır.  
Xalq milli özünəqayıdış mərhələsinə tam keçmək üçün inqilablar, milli azadlıq inqilabları yolunu  –  milli 
müstəqillik  və  demokratiya uğrunda  mübarizə xəttini  seçdi.  Bu  vaxt  milli  özünüdərketmə   –   qan  qeyrəti, qan 
yaddaşı daha çox kara gəldi.  
Bu,  yenilməzlikdir,  fədailikdir.  Milli  müstəqillik  və  demokratiya  uğrunda  mübarizə  tərənnümü 
Ümmügülsüm yaradıcılığında “Ey türk oğlu”, “Əməlim”, “Əsgər anasına”, “Yollarını bəklərəm”, “Yolunda”, 
“Yurdumun qəhrəmanlarına” şeirlərində könül açan misralarla qatarlanıb.  
1900-cu ildə Bakının Novxanı kəndində doğulan, 1938-ci ildə milli əqidəsinə görə həyat yoldaşı (Seyid 
Hüseyn  1937-ci  ildə  həbs  olunub)  ilə  birlikdə  repressiya  qurbanı  olaraq  uzaq  Sibirə  (Mordova  MR  Yavas 
qəsəbəsindəki  Temlaq  əmək islah  düşərgəsinə) göndərilir. Ağır  xəstəlikdən  kor qalacağını  düşünən və bundan 
qorxan Ummügülsüm 1943-cü ildə SSRİ XDİK-nın Xüsusi Müşavirəsinə ərizə ilə azadlığa buraхılmasını хahiş 
edir.  Onun  azad  olunmasına  yalnız  1945-ci  ilin  aprel  ayında  qərar  verilir.  Artıq  sürgün  günlərinin  geridə 
qaldığına, uşaqlarına və evinə qovuşduğuna yenicə sevinmiş Ümmügülsüm Bakıya dönür, amma 20 gün sonra ona 
şəhərdə qalmaq yasaqlanır. 44 yaşında balaları ilə birgə Şamaxıya göçürülür və beş ay sonra (1945-ci ildə) qızı 
Qumralın qucağında həyatla vidalaşır.  
 
 
 


 
 
 124
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Doğu Ortaklığı Kapsamında AB-Azerbaycan İlişkileri 
Doç. Dr. Murteza HASANOĞLU 
Cumhurbaşkanlığına Bağlı Devlet İdarecilik Akademisi 
m_hasanoglu@yahoo.com.tr 
 
Yrd. Doç. Dr. Çiğdem ŞAHİN 
Niğde Ömer Halisdemir Üniversitesi & Bakü Avrasya Üniversitesi (Doktora Sonrası Araştırmacı) 
csahin@ohu.edu.tr 
Avrupa Birliği’nin (AB) 21. yüzyıla başlangıç politikalarından biri, son büyük genişleme dalgasının ilk 
ayağında 10 yeni üyenin  de Birliğe  katıldığı 2004  yılında uygulama koyduğu  Avrupa Komşuluk Politikası’dır 
(AKP). AB’nin 2004’te ulaştığı sınırlara göre Doğu ve Güneyde yer alan coğrafi ve jeopolitik komşuları olarak 
kabul  ettiği  ülkelerle  ilişkilerini  yürütmek  için  kurguladığı  bu  politikaya,  Azerbaycan  Güney  Kafkasya  grubu 
içinde 2005 yılında dahil edilmiştir. 16 ortak ülkeyle yürütülen AKP’nin özel bir boyutu olarak Doğu Ortaklığı 
(DO)  2009  yılında  ayrıca  oluşturulmuştur.  AB’nin  DO  ülkeleri  olarak  belirlediği  Azerbaycan,  Gürcistan, 
Ermenistan, Beyaz Rusya, Moldova ve Ukrayna ile ilişkilerinde özel bir boyuta ihtiyaç duyulmasının bir sebebi, 
aynı yıllarda Akdeniz için Ortaklık inisiyatifi içinde yer alan Güney komşuları yanında bir denge oluşturmakken, 
diğer önemli sebebi özellikle 2007 yılından itibaren Avrupa pazarında Rusya kaynaklı enerji krizlerinin yarattığı 
güçlüklere karşı özel ilgi gerektiren transit komşuları daha fazla kazanmaktır. İşte bu kapsamında AB’nin DO 
içinde en öne çıkan ülke olarak Azerbaycan’a yönelik politikasını ayrıca incelemek gerekmektedir. 
Tüm bu geniş kapsamlı bölgesel politikalar, AB’nin bu üyelik perspektifi olmayan komşularına yönelik 
ikili ve çok taraflı ilişkiler yapısını içermektedir. Ancak her bir ülkenin, özellikle DO’ya dahil ülkelerin günümüze 
kadarki  durumları  incelendiğinde,  Azerbaycan’ın  özel  bir  konumda  yer  aldığı  görülmektedir.  AB  ile 
Azerbaycan’ın  2006  yılında  imzaladıkları  Enerji  Alanında  Stratejik  Ortaklığa  İlişkin  Mutabakat  Zaptı’ndan 
itibaren AKP içinde Azerbaycan’ın önemi yükselmeye başlamış, partner ülkeler da ortak bir demokrasi, refah, 
istikrar ve işbirliği alanı oluşturmaya yönelik DO’nun oluşturulmasıyla konumu daha da güçlenmiştir. Bununla 
birlikte imzalanması beklenen Çerçeve Anlaşma konusunda yaşanan anlaşmazlıklar, Karabağ sorununda AB’nin 
ve özellikle Ermenistan’ın da içinde olduğu DO’nun işlevselliği konusundaki şüpheler, Azerbaycan’ın bu ortak 
alandan beklentilerini tartışmalı hale getirmiştir. 
Bu kapsamda çalışmada öncelikle AKP ve DO yapısı kısaca incelenecek, AB’nin partner ülkelere yönelik 
teknik ve mali destekleri ile beklentileri değerlendirilecektir. Ardından Azerbaycan’ın DO’na dahil olması ve bu 
yapı  içindeki  yeri  detaylı  olarak  incelenecektir.  Son  olarak  ise  günümüze  kadar  karşılıklı  ilişkilerin  somut 
ilerleyişlerinin  değerlendirilmesiyle,  Azerbaycan’ın  DO  kapsamındaki  kazanımları/karşılanmayan  beklentileri 
tartışılacaktır.  Çalışmada  AB  resmi  mevzuatı  esas  olmak  üzere,  ilgili  devletlerin  resmi  düzeyde  raporları  ve 
açıklamaları, teknik ve stratejik analizler, ilgili yazında yer alan tartışmalardan faydalanılacak, mevcut durum 
analiz edilecektir. 
Anahtar Kelimeler: AB, Azerbaycan, Komşuluk Politikası, Doğu Ortaklığı 
 
 
 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə