Microsoft Word turkcess ozet kitap docx



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə69/115
tarix19.10.2018
ölçüsü2,88 Mb.
#74851
1   ...   65   66   67   68   69   70   71   72   ...   115

 
 
 127
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Antlaşmanın 16.maddesinde "Türkiye belirlenen sınırları dışında kalan arazi ve adalar üzerindeki haklarından 
feragat  eder"  hükmü  yer  almıştır.  Böylece  Türkiye,  ismi  açıkça  belirtilmese  de,  Adakale'nin  Romanya'ya 
bırakılmasına dair Trianon Antlaşması hükmünü kabul etmiş oluyordu.  
Adakale Kadılığı'ndan Adliye Vekaleti'ne gönderilen 23 Eylül 1923 tarihli telgrafta halkın ve memurların 
durumları  hakkında  nasıl  hareket  edileceği  sorulmaktaydı.  Bunun  üzerine  Başvekalet,  konuyla  ilgili  olarak 
Hariciye Vekaleti'nden görüş istemiştir. 25 Aralık 1923 tarihinde Başvekalet'e sunulan yazıda; Anlaşma tasdik 
edildikten  sonra  Adakale'nin  teslim  işleminin  yapılabileceği,  bu  tarihe  kadar  memurların  görevlerine  devam 
etmeleri  gerektiği,  devir  işleminden  sonra  halkın  Anlaşmanın  diğer  maddelerindeki  hükümlere  göre  istediği 
devletin  vatandaşlığına  geçebileceği  belirtilmiştir.  Türklerin  çoğunluğu  Romanya  idaresinde  adada  kalmaya 
devam etmiştir. Sonuç olarak; barışın engellenmemesi amacıyla, hukuken Adakale üzerinde devam ettirilebilecek 
olan hükümranlık hakkından vazgeçilmiş oluyordu. 
Bildiride;  konu  ile  ilgili  Başbakanlık  Osmanlı  ve  Cumhuriyet  Arşivlerindeki  belgeler,  Antlaşmalar, 
TBMM zabıt cerideleri, telif eserlerden yararlanılarak Adakale'nin hükümranlık hakkının Osmanlı Devleti'nden 
Romanya'ya geçiş süreci ele alınacaktır. 
Anahtar Kelimeler: Adakale, Osmanlı Devleti, Romanya, Lozan Antlaşması, Iron Gates Barajı. 
 
 
 


 
 
 128
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Azərbaycan  Xalq Cümhuriyyəti Dövrünün Publisistikasında Milli  İctimai, Mənəvi 
Problemlərin Bədii Əksi 
 
Səba NAMAZOVA 
filologiya üzrə fəlsəfə doktoru 
Gəncə Dövlət Universiteti 
seba8080@mail.ru 
 
ÖZƏT 
Azərbaycan  Xalq  Cümhuriyyətinə,  hürriyyətçiliyə  münasibət  məsələsi  XX  əsrin  ilk  onilliyinin 
publisistikasında aparıcı mövqedə dayanırdı. Belə ki, Üzeyir Hacıbəylinin “Mühüm məsələlər”, “Ordan-burdan”, 
“İçimizdəki Denikinlər”, Məhəmməd Əmin Rəsulzadənin “Unudulmaz faciə”, “Həşəmətli bir gün”, “Gözlərimiz 
aydın”, Məhəmməd ağa Şahtaxtlının “Azərbaycanda darülfünun”, “Cümhuriyyətimizin beynəlmiləlcə təsdiqi”, 
Hekayənəvisin  “Könüllü”,  Tazənin  “Reminqitunistqalar”,  Nəcəf  bəy  Vəzirovun  “Naleyi-Dərviş”,  Yusif  Vəzir 
Çəmənzəminlinin  “Milli  və  mədəni  işlərimiz”,  Ə.Həmdinin  “Azərbaycanın  böyük  günü”,  “İstiqlal  bayramı”, 
“Rəsmi  bayram”  və  s.  hekayə  və  məqalələrində  ictimai-bədii  fikrin  qarşısında  dayanan  dövrün  başlıca  milli 
mənəvi  problemləri  hərtərəfli  işıqlandırılmış,  onların  ətraflı  şərhi  verilmişdi.  Azərbaycan  Xalq  Cümhuriyyəti 
dövrünün  publisistikası  bədii-estetik  düşüncəyə  fəal,  olduqca  aydın  şəkildə  müraciət  və  müdaxilə  edərək  onu 
müəyyən  dərəcədə  istiqamətləndirmişdi.  Bu  baxımdan  Məhəmməd  Əmin  Rəsulzadə  “Həşəmətli  bir  gün”  adlı 
məqaləsində xalqın əldə etdiyi istiqlalı uca tutacağına əminlik hissi ilə “Azırbaycan xalqı artıq əsarətə getməz! 
Yaşasın Azərbaycan!”-deyə duyğularını hərarətlə ifadə edirdi.  
Məhəmməd Əmin Rəsulzadə “Azərbaycan” qəzetinin 14 yanvar 1920-ci il tarixli “Müstəqil Azərbaycan” 
adlanan xüsusi sayında dərc olunmuş “Gözlərimiz aydın” başlıqlı məqaləsində isə ölkənin istiqlala qovuşmasının 
Paris sülh konfransı tərəfindən tanınması ilə əlaqədar olaraq “Azərbaycan istiqlalı təsdiq edildi!” kəlmələri ilə 
xalqa gözaydınlığı verirdi.  
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa zaman ərzində yalnız siyasi 
düşüncədə deyil, ədəbi fikirdə də öz mövcudiyyətini qürurla təsdiq etmişdi.  
Açar sözlər: Azərbaycan Xalq Cümhuriyyəti, publisistika, məqalə, istiqlal, ədəbi fikir 
 
 
 
  
 
 


 
 
 129
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Əxlaqi-Didaktik Əsərlər və Onların Mənəvi Dəyərləri   
   Kəminə Həvil qızı 
 AMEA Nizami Gəncəvi adına Milli Ədəbiyyat muzeyi 
  filologiya üzrə fəlsəfə doktoru, dosent 
  Mamedova.Kamina@mail.ru 
Klassik  ədəbiyyatın  nümunələrinə  baxarkən  görürük  ki,  bütün  zamanlarda  ailədə  uşaqların  düzgün 
tərbiyə olunması əsas məsələlərdən qəbul edilir. "Avesta" dan başlayaraq, bütün əsərlərdə mənəvi elementlər əsas 
yerlərdən birini tutur. "Avesta" da doğru, düzgün olmaq, daxili va zahiri təmiz olmaq, gözəl işlər görmək, paxıllığa 
qarşı  barışmaz  olmaq,  kimsəsizlərə  əl  tutmaq  ön  plandadır.  Azərbaycan  xalq  ədəbiyyatının  ən  mükəmməl 
strukturlarından  sayılan  "Kitabi-Dədə  Qorqud"  da  başdan  ayağa  öyüd  qaynağıdır.  "Kitabi-Dədə  Qorqud" 
dastanları  dünyagörmüş  el  bilicisi,  el  ağsaqqalı  Qorqud  hikmətamiz  öyüdləri  ilə  başlayır.  Burada  təhsil 
prinsipləri, fəlsəfi düşüncələr insan dəyərində əsas amildir. 
Bütünlüklə tərbiyə mücəssəməsi olan müqəddəs kitabımız "Quran-i Kərim"də təhsil-tərbiyə problemləri, 
valideyn  əlaqələri,  əxlaqi  dəyərlər,  yüksək  insani  məziyyətləri  haqqında  kifayət  qədər  danışılır.  Klassik  ədəbi 
əsərlərin rolundan söz edərkən, böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərlərini xüsusilə qeyd 
etmək lazımdır. 
Klassik  Azərbaycan  ədəbiyyatının  simalarından  olan  M.Füzulinin əsərləri  də əxlaqi  səpkidə yazılmış, 
insani 
məziyyətlər, 
mənəvi 
dəyərlər 
öz 
əksini 
tapmışdır. 
Şərq ədəbiyyatında etik-didaktik əsərlərdən danışarkən N.Tusinin "Əxlaqi-Nasiri" əsəri unudulmamalıdır. 
Klassik mənəvi-didaktik əsərlər əsnasında köklərini Hindistandan götürən uşaqlar və gənclərin düzgün 
intizamında  müəyyən  bir əhəmiyyətə  malik  olan "Kəlilə və Dimnə"  abidəsini vurğulamaq  lazımdır.  "Kəlilə  və 
Dimnə"  məzmununa  görə  mənəvi-didaktik  bir  əsərdir.  Ümumiyyətlə,  "Kəlilə  və  Dimnə"  bütün  dünya  və  Şərq 
ədəbiyyatına  güclü  təsir  göstərən  mənəvi-didaktik  və  allegorik  əsərlərin  formalaşmasında  böyük  əhəmiyyətə 
malikdir. Bu mənada klassik nəsr nümunələri olan "Qabusnamə", "Bəxtiyarnamə", "Sindbadnamə", “Tutinamə“, 
“Mərzbannamə”,  “Səmək  əyyar”,  “Munisnamə”,  “Səfərnamə”,”Əxlaq-i  nasiri”  və  s.  kimi  nəsr  əsərlərini 
göstərmək olar. 
Klassik əxlaqi-didaktik əsər nümunələri indi çox gənc olan uşaqlar üçün yazılmış kitablarda, tələbələr 
üçün nəzərdə tutulmuş dərsliklərdə və oxucular üçün dərc edilmiş kitablarda yer alır. Bu günə qədər gələn klassik 
əsərlər həmişə oxunacaq, seviləcək və həmişə yaşayacaqdır. 
klasik eserler, didaktik nesr, Dede-Korkud 
 
 
 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə