Microsoft Word turkcess ozet kitap docx



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə70/115
tarix19.10.2018
ölçüsü2,88 Mb.
#74851
1   ...   66   67   68   69   70   71   72   73   ...   115

 
 
 130
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Azərbaycanın Etnik Tarixi İlə Bağlı Məsələlər Axc Dövlət Xadimlərinin Əsərlərində 
 
Dos.Dr. Ramil AĞAYEV 
AMEA Tarix İnstitutu, Bakı, Azərbaycan 
ramilmahir@gmail.com  
 
Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) qurucuları və fəallarından bir çoxu (M.Ə.Rəsulzadə, M. 
B. Məmmədzadə, C.Zeynaloğlu, M.H.Vəliyev (Baharlı), K.Odər və başqaları) həm Cümhuriyyət dövründə, həm də 
onun  devrilməsindən  sonrakı  dövrdə  yazmış  olduqları  əsərlərində  Azərbaycan  tarixinin  bir  sıra  məsələləri,  o 
cümlədən əhalisi və onun etnik tərkibi ilə ilə bağlı maraqlı fikirlər söyləmişlər.   
M.Ə.Rəsulzadə (1884-1955) özünün “Qafqaz türkləri” əsərində hunlar, sabirlər və xəzərlərin Dərbənd 
keçidi vasitəsilə Cənubi Qafqaza daxil olaraq, Azərbaycanın şimal torpaqlarında məskən saldıqlarını, bir sıra 
hallarda Arazın o biri tayına, yəni indiki Cənubi Azərbaycan ərazisnə də keçdiklərini, Azərbaycan türk xalqının 
formalaşmasında mühüm rol oynadıqlarını qeyd etmişdir.  
M.Ə.Rəsulzadə “Azərbaycan cümhuriyyəti” adlı əsərində türklərin Azərbaycanı ikiyə bölən Araz çayının 
hər iki tərəfində  məhkum  deyil, hakim bir  millət kimi  məskən  saldıqlarını, Azərbaycan ərazisinin  “daima türk 
elinin oturağı və türk xanlarının ovlağı” olduğunu, xüsusilə vurğulamışdır. 
M.Ə.Rəsulzadənin “Azərbaycan şairi Nizami” əsərində də Azərbaycan türkləri və onların dili haqqında 
maraqlı  məlumatlara  rast  gəlinir.  O,  türk  ədəbi  dilinin  gec  formalaşmasının  səbəblərini  də  izah  etməyə 
çalışmışdır. 
AXC ordusunun zabiti Cahangir Zeynaloğlu (1892-1944) “Müxtəsər Azərbaycan tarixi” adlı əsərində 
albanlar  haqqında  məlumat  vermiş  və  Albaniyanın  məhz  Şimali  Azərbaycan  olduğunu  qeyd  etmişdir.  O, 
“Şirvanşahlar yurdu” adlı əsərində isə orta əsrlər dövründə Şirvanda yaşayan xalqlar və tayfalar haqqında daha 
ətraflı məlumat vermişdir.  
AXC  Dövlət  Bankının  müdiri  vəzifəsində  çalışmış  M.H.Vəliyev  (Baharlı)  (1896-1937)  özünün 
“Azərbaycan:  (Fiziki,  coğrafi,  etnoqrafik  və  iqtisadi  oçerk)”  adlı  əsərində  Azərbaycanın  polietnik  mənzərəyə 
malik olduğunu ön plana çəkərək onu “etnoqrafik xəzinələr muzeyi” adlandırmışdır. Onun əsərində gəngərlər, 
peçeneqlər,  bulqarlar,  qarqarlar  haqında  məlumat  verilir.  O,  gəngərləri  peçeneqlərlə  eyniləşdirir  və  onların 
Naxçıvan əhalisinin əsasını təşkil etdiyini göstərir. M.H. Vəliyev (Baharlı) maskutları türkmənşəli sayır və qeyd 
edir ki, bu tayfanın adına ilk dəfə Herodotun əsərində rast gəlinmişdir. O, Şabran şəhərinin adının da sabirlərlə 
bağlı olması haqqında fikirlərin mövcud olduğun bildirir. Müəllif xəzərlərin Azərbaycan tarixində böyük rolunu 
qeyd edərək, bu adın mənasını da izah etməyə çalışmışdır. 
M.H.Vəliyev öz əsərində talışlar, tatlar, yəhudilər, udinlər, avarlar, ingiloylar, ləzgilər, eləcə də buduq, 
qrız, cək, xınalıq və haput etnik qrupları haqqında da bəhs etmişdir. O, udin adına qədim türk kitabələrində də 
rast gəlindiyini bildirir. Müəllif ərəblərin köçürmə siyasətinin Azərbaycanın etnik mənzərəsinə təsirini də qeyd 
etmişdir. 
Müsavat partiyasının fəal üzvlərindən M. B. Məmmədzadənin (1898-1959) “Azərbaycan tarixində qədim 
türk Albaniya”  adlı əsərində “Albaniya” adının dağlıq, yüksəklik, bəyazlıq, parlaqlıq, qəhrəmanlıq, hakimiyyət 
kimi bir çox mənalar ifadə edən xalis türkcə bir kəlmə olduğunu və digər bənzər kəlmələrin də ondan törəndiyini 
qeyd etmişdir. M.B.Məmmədzadə belə qənaətə gəlir ki, “Albaniya türk ölkəsi” olmuşdur. 
Gənc  yaşlarından  AXC  Xarici  işlər  nazirliyində  fəaliyyətə  başlayan  Kərim  Odərin  (1901-1981) 
“Azərbaycan”  adlı  əsərində  Azərbaycanın  hüdudları,  əhalisinin  etnik  tərkibi,  azəri  türkcəsi  haqqında  xüsusi 
paraqraflar vardır. Müəllif yazılı qaynaqlara və kitabələrə istinad edərək, belə bir nəticəyə gəlir ki, Sasanilər və 
Ərəb xilafəti dövründə Azərbaycanın şimal sərhəddi Dərbənd olmuşdur.  
Beləliklə,  AXC  dövlət  xadimlərinin  əsərində  Azərbaycan  etnik  tarixi  ilə  bağlı  bir  sıra  maraqlı 
məlumatlara rast gəlinir və bu məlumatların bir çoxu mötəbərdir. 
 
Açar sözlər: Azərbaycan, Qafqaz, xəzərlər, türk, etnos. 
 
 
 
 


 
 
 131
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
1917 Devrimi’nin Ardından Azerbaycan’da Sosyalizmin Propagandasını Yapan “Al 
Bayrak” Gazetesi 
Huseyn AHMEDOV 
h-ahmedov1989@yandex.com 
Niğde Ömer Halisdemir Üniversitesi 
Çar  monarşisi  Bolşevikler  tarafından  1917  yılında  devrildikten  sonra  sadece  Rusya’da  değil,  onun 
müstemlekelerinde  de  sosyalizm  propagandası  yapılmaya  başlatılmıştır.  O  dönemde  Azerbaycan’da  faaliyet 
gösteren komünist ideolojiyi temsil eden Hümmet partisi kendi propagandasını hayata geçirmek için “Al Bayrak” 
gazetesini yayınlatmıştır. 
            Al Bayrak gazetesi, 4 Şubat 1918 yılında Tiflis’te faaliyete başlamıştır. 1919 yılında Tiflis’teki 
faaliyeti  durdurulmuş  ve  gazete  Bakü’ye  taşınmıştır.  Hükümete  muhalif  olan  gazetenin  yazılarında  dönemin 
hâkimiyeti keskin bir  şekilde eleştirildiği için  31  Mart  1920 tarihinde Al Bayrak’ın  faaliyetine  son verilmiştir. 
Gazetenin ilk müdürü Ahmet Cevdet, daha sonra ise Ali Haydar Garayev olmuştur. 
            Karışık siyasi dönemde çıkan gazetede sosyalist ideolojiye hizmet eden yazılar kaleme alınmış ve 
halk  devrime  aktif  şekilde  katılmaya davet edilmiştir.  Bunun yanı  sıra  I.  Dünya  Savaşı’nda yer  alan  ülkelerin 
siyaseti  sert  bir  şekilde eleştirilmiştir.  Gazetede  siyasi yazıların yanı  sıra edebî  yazılara  da  zaman  zaman yer 
verilmiştir. 
            Al Bayrak gazetesinde Ahmet Cevdet, Ali Kulu Kamküsar, Ali Haydar Garayev, Nimet Besir gibi 
siyasi  şahsiyetlerin  ve  aydınların  yazıları  çıkmıştır.   Bu  çalışmada  1917  devriminden  sonra  Azerbaycan’da 
faaliyete  başlayan  Al  Bayrak  gazetesi  ele  alınacak  ve  içinde  yer  alan  konular  ve  yazarlar  hakkında  bilgi 
verilecektir. 
Anahtar Kelimeler:Sosyalizm, Al Bayrak, Gazete, Azerbaycan 
 
 
 
 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə