Microsoft Word turkcess ozet kitap docx



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə73/115
tarix19.10.2018
ölçüsü2,88 Mb.
#74851
1   ...   69   70   71   72   73   74   75   76   ...   115

 
 
 136
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Şangay İşbirliği Örgütü’nün Güvenlik İşbirliğine Yaklaşımında Diğer Uluslararası 
Örgütlerle İlişkileri 
Dana KASKABAYEVA 
Doktora öğrencisi, Hacettepe Üniversitesi, Kamu Hukuku bölümü, kdb-83@mail.ru 
Özet 
Şangay İşbirliği Örgütü (ŞİÖ), Soğuk Savaş bittikten sonra kurulan ve güvenlik merkezli amaçlara sahip 
bir  uluslararası  örgüttür.  Bu  yönüyle  ŞİÖ,  kısa  sürede  gelişmiş;  amaçları,  faaliyetleri  ve  potansiyeli  ile 
uluslararası toplumun dikkatini çekmiştir. Birçok devlet ve uluslararası kuruluş, ŞİÖ ile temas kurma ve işbirliği 
olanaklarını  araştırma  konusunda  çaba  göstermeye  başlamıştır.  Özellikle  11  Eylül  sonrasındaki  gelişmeler, 
ŞİÖ’nün gerek bölgesel gerekse küresel düzeydeki konumunu güçlendirmiştir.   
Örgütün  faaliyetleri  bazı  alanlarda  birçok  uluslararası  yapıyla  kesişmektedir.  Zaten  örgütün  diğer 
uluslararası kuruluşlarla işbirliğinin geliştirmesine yönelik yaklaşımı, ŞİÖ Şartı’nda resmen ilan edilmiştir. Bu 
bildiride de temel kesişim alanı olan güvenlik odaklı bir inceleme yapılacak; ŞİÖ’nün diğer uluslararası örgütlerle 
ilişkisi, güvenlik çerçevesinde ele alınacaktır.  Örgütün güvenlik alanındaki yaklaşımı ve kabulleri ile Birleşmiş 
Milletler  (BM),  Küzey  Atlantik  Paktı  Teşlikatı  (NATO)  ve  Kollektif  Güvenlik  Anlaşması  Örgütü  (KGAÖ)  gibi 
uluslararası kuruluşlar ile ilişkileri, taraflar arasında imzalanan belgeler üzerinden değerlendirilecektir ve bir 
uluslararası  hukuk  kişisi  olan  ŞİÖ’nün  uluslararası  toplum  içindeki  önemli  diğer  aktörlerle  ilişkisi 
değerlendirmeye tabi tutulacaktır. 
Anahtar Kelimeler: Şangay İşbirliği Örgütü, BM, NATO, KGAÖ, Uluslararası Terörizm, Uluslararası 
Terörizmle Mücadele. 
 
 
 


 
 
 137
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Türk Qəhrəmanlıq Dastanı – Edigey 
Qumru Şəhriyar 
AMEA-nın Folklor İnstitutunun elmi işçisi 
BAAU-nun dissertantı 
 
“Edigey” dastanı özündə canlı tarixi əks etdirən əvəzsiz mənbələrdən biri olmaqla yanaşı, eyni zamanda 
qəhrəmanlıq  səlnaməsidir.  Dastanın  30-dan  çox  müxtəlif  variantları  mövcuddur.  Bunlar  Krım-tatarlarına, 
başqırdlara, qazaxlara, qaraqalpaqlara, noqaylara, özbəklərə, baraba tatarlarına,
 
dağlı altaylara və s. bir sıra 
türk xalqlarına aiddir. Edigey dastanın müxtəlif variantlarında İdigey, İdukay, Yedigey, İdige, İdiqu və İdik olaraq 
adlandırılır.  Bu  dastanın  dəfələrlə  noqay,  rus,  tatar,  qazax  dillərində  yayınlanmasına  və  tədqiq  olunmasına 
baxmayaraq, dastan hələ də alimlər tərəfindən maraqla qarşılanır. 
Məqalədə dastan haqqında ətraflı məlumat veriləcək, Edigeyin tarixi şəxsiyyət olmasından bəhs ediləcək 
və dastanın tədqiqat tarixinə nəzər yetiriləcəkdir. 
 
Açar sözlər: Edigey, dastan, noqay, türk, qəhrəman  
 
 
 


 
 
 138
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Multikultural Cəmiyyət 
 Həvilova Fəxriyyə Həvil qızı 
Bakı Dövlət Universiteti,  
Arxeologiya və etnoqrafiya kafedrasının muəllimi,  
tarix üzrə fəlsəfə doktoru   
Havilova.f.bdu@gmail.com 
  
Multikulturalizm tərcümədə   çox mədəniyyətlilik deməkdir. Çoxmədəniyyətlilik dedikdə isə ilk növbədə 
etnik, irqi, dini və mədəni müxtəlifliklər, bu müxtəlifliklərin əsasını təşkil edən dəyərlər nəzərdə tutulur. Müasir 
dövrdə dünya  ölkələrinin əksəriyyətində  etnik, irqi,  dini və mədəni  müxtəlifliklər  mövcuddur.  Bu  müxtəlifliklər 
tarixi  prosesin  inkişafının   nəticəsi  kimi  obyektiv  xarakter  daşıyır.  Onlar  xalqların  etnik-mədəni  dəyərlərini, 
mədəniyyətlərini  xarakterizə  etməklə  onların  dünyagörüşü  və  fəaliyyətlərinin  əsasını  təşkil  edir  və  həyatında 
müsbət rol oynayır. 
Multikulturalizm 1960-cı illərin sonunda Kanadada meydana gəlmişdir. Termin kimi o, 1970-ci illərdə 
ədəbiyyatda əks  olunmuşdur.  The  Harper  Colins  sosiologiya  lüğətində  (1991)  Multikulturalizmə  belə  bir tərif 
vermişdir: “Multikulturalizm – bir çox cəmiyyətlərin xüsusiyyəti kimi plüralizmin mövcudluğunun etiraf olunması 
və inkişafı  deməkdir.  Multikulturalizm  mədəni  müxtəlifliyin,  məsələn  azlıqların dilinin  məsələsini  öz  qarşısına 
qoyur. Eyni zamanda o, azlıqların mədəniyyətinin müdafiəsi ilə əsas mədəniyyətin qeyri-bərabər münasibətlərini 
nəzərdə saxlayır”. 
Multikulturalizm – sosial ədalət, imkanların bərabərliyi, demokratiya kimi anlayışların müzakirə olunan 
terminləri sırasına daxildir. 
Multikulturalizm  etnik-mədəni  müxtəlifliklərin  və  onların  əsasını  təşkil  edən  dəyərlərin  qorunması  va 
inkişafını  nəzərdə  tutur.  Bu  isə,  insanların  hüququ  və  azadlıqlarının  müdafiə  olunmasının  tərkib  hissəsidir. 
Multikulturalizmi təbliğ edən ölkə onu dövlət ideologiyasının tərkib hissəsi, dövlət siyasəti səviyyəsinə qaldırır. 
Bir  sosial  hadisə  kimi  meydana  gələn  multikulturalizmin  inkişafının  sonrakı  mərhələləri  onun  dövlət 
ideologiyasına, dövlət siyasətinə daxil olmasıdır. Bu mərhələlərin reallaşmasında əsas rol dövlətə məxsusdur. 
Multikulturalizmin vətəndaşların hayat tərzinə çevrilməsi, onun inkişafının ən yüksək mərhələsidir. Bu 
mərhələdə   vətəndaş  cəmiyyəti  multikulturalizmin  cəmiyyətdə  yayılmasında  olduqca  fəal  rol  oynayır. 
Multikulturalizm ideyaları ictimai şüurda möhkəmlənir. Azərbaycanda multikulturalizmin dövlət siyasəti və həyat 
tərzinə çevrilməsi onun yüksək inkişaf mərhələsindən xəbər verir. 
Etnik,  irqi,  dini  va  mədəni  müxtəlifliklər  dövlət  tərəfindən   tənzimlənmədikdə  və  yaxud  düzgün 
tənzimlənmədikdə cəmiyyətin inkişafının müxtəlif sahələrində ciddi problemlərə, hətta münaqişələrə səbəb olur. 
Buna  görə  də  bu  müxtəlifliklərin  düzgün  tənzimlənməsi  hər  bir  çoxmədəniyyətli  dövlət  üçün  böyük  praktiki 
əhəmiyyət kəsb edir. 
Beləliklə,  multikulturalizm  ilk  növbədə  mədəniyyətin  ictimai  inkişafda  aparıcı  rol  oynadığını,  etnik- 
mədəni qrupların maraqlarının tanınmasını va həyata keçirilməsi ideyasına əsaslanır. Bu qrupların tələblərinin 
əsasında dil və din məsələsidir. 
Multikulturalizm siyasi ideologiyanın vacib bir hissəsi olaraq, etnik qrupların qarşılıqlı münasibətlərinin 
tənzimlənməsinə yönəlmişdir. 
Azərbaycanın  davamlı  sosial-iqtisadi  inkişafını  müəyyən  edən  əsas  amillərdan  biri  ölkədə  ardıcıl 
yeridilən  multikulturalizm  siyasəti  olmuşdur.  Respublikada  yayılmış  mədəni  və  dini  müxtəlifliyin  qorunması 
istiqamətində 
həyata 
keçirilən 
siyasət 
nəticəsində 
regionlarda 
sosial 
yönümlü 
layihələr  realizə  etmək  mümkün  olmuşdur. 
Multikulturalizm elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait yaradır. 
Bu, ölkə əhalisinin etnik irqi və dini müxtəlifliyindən asılı olmayaraq, onların hamısının hüquq və azadlıqlarına 
hörmətlə əlaqədardır. 
Multikultural cəmiyyətdə hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini 
inkişaf  etdirmək,  ana  dilində  məktəb  açmaq,  qəzet  və  jurnal  dərc  etdirmək  sahələrində  bərabər  hüquqlara 
malikdir. Multikulturalizm siyasəti assimilyasiyanı inkar edən inteqrasiyaya aparır. Məhz buna görə də bu siyasəti 
təkcə siyasi elita deyil, eyni zamanda millətin yüksək vəzifə tutmayan digər nümayəndələri ilə yanaşı həm də milli 
və dini azlıqlar da dəstəkləyirlər. 
 Açar sözlər: demokratiya, pozitiv, liberal, tolerant, strategiya, plüralizm 
 
 
 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə