Microsoft Word turkcess ozet kitap docx



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə75/115
tarix19.10.2018
ölçüsü2,88 Mb.
#74851
1   ...   71   72   73   74   75   76   77   78   ...   115

 
 
 141
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Ədəbi-Tarixi, Nəzəri-Estetik Fikirdə Psixologizm  Probleminin Öyrənilməsi Və 
Qoyuluşuna Dair 
Fərziyev Xanverdi Turab oğlu 
Azərbaycan Milli Elmlər Akademiyası  
 Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu 
Müstəqillik Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi  
xanverdi@rambler.ru 
 
 
XÜLASƏ 
Psixologizm probleminin  öyrənilməsi onun  bir sıra  mühüm və zəruri cəhətlərinin  üzə  çıxmasına imkan 
verir.  Psixologizm  və  ya  psixloji  təhlil    ədəbi-tarixi    hadisə  olmaqla    yanaşı      nəzəri-estetik  amil  kimi 
müəyyənləşərək qavranılır. Bədii əsərdə ədəbi-estetik fakt kimi  müəyyənləşən  psixologizm və ya psixoloji təhlil, 
proses, vəziyyət, hal, məqam hiss-emosiyalar, düşüncələr, hərəkətlər, davranışlar, münasibətlər, müəllif təhkiyyəsi 
və təsviri   və bədii dil   şəklində üzə çıxır. Bu baxımdan psixoloji  analiz  və ya psixologizm  müəllif  psixologiyası, 
onun personajları, geniş  mənada cəmiyyətin  psixologiyası (sosial qrup, epoxa) vəhdət halında birləşərək   müəllif  
şəxsiyyətinin  və yaradılmış obrazların,  qəhrəmanların  ümumiləşmiş bədii ifadəsində  aşkarlanır. 
Açar sözlər: psixologizm, nəzəri, estetik, ədəbi, tarixi 
 
 
 
 


 
 
 142
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Təhkiyədə Milliliyin İfadə Üsulları (Azərbaycan Və Türkiyə Hekayələri Əsasında) 
 
Şəfizadə Sima Tofiq qızı 
Azərbaycan Milli Elmlər Akademiyası  
 Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu 
Türk xalqları ədəbiyyatı  şöbəsinin kiçik elmi işçisi 
sima_adass@mail.ru 
 
Xülasə 
Obrazın  milli  xarakterinin  gerçək  mahiyyəti  təkcə  milli  dəyərlər  sisteminin  müxtəlifliyi  prizmasından 
təhlil olunmur. Hekayədəki millilik anlayışı, obrazın daxili dünyasını tamamlayan çalarlar, geyim tərzi, davranış 
qaydaları,  həyat  hadisələrinə  milli-mənəvi  əxlaq  normalarından  yanaşmaq  bacarığı  yazıçı  təhkiyəsi  vasitəsilə 
tamamlanır.  Bu  baxımdan  Azərbaycan  yazıçıları  Varisin  “Zalımlar,  babam  və  əncir  ağacı”,  Ələsgər 
Davudoğlunun “Qumru” hekayəsi və Türkiyənin məşhur hekayə ustaları olan Rasim Özdenören “Ailə”, Selim 
İlerinin “Gəlinlik kız” adlı hekayələri təhkiyədə millilik, obrazların davranış və geyim tərzləri kontekstindən çıxış 
edərək təhlil olunacaqdır.  Varis nağıl mətninin simvolikasına sığınmaqla oxucuya çatdırmaq istədiyi millilik abu-
havasına “Zalımlar, babam və əncir ağacı” adlı hekayəsində köhnə Azərbaycan kişisinə məxsus mənəvi dəyərlərin 
süjete gətirilməsi ilə nail olmuşdur. Selim İlerinin “Gəlinlik kız” hekayəsində isə türk qadınına məxsus mental 
xüsusiyyətlər  və  etnik-mənəvi  yaddaşın  daşıyıcısı  sayılan  səciyyəvi  cizgilər  xülasənin  predmeti  olaraq  diqqət 
mərkəzində olacaqdır. Rasim Özdenörenin “Ailə” hekayəsində kasıb Anadolu məhəlləsində yaşayan bir ailənin 
daxilində yaşananlar, qazanılan və itirilən hər bir detal onların hissləri və düşüncələri ilə birbaşa əlaqəlidir. Evin 
təsvirindən tutmuş obrazların hər birinin təsvirinə kimi təsvir və təhkiyədə milli kolorit və canlılıq hiss olunur. 
Ümumiyyətlə, bədii nəsrdə milliliyin güclü alınması milli koloritə söykənir. Evlərini özlərinin arxası, dayağı, pis, 
yaxşı  günlərinin  şahidi  hesab  edən  bu  evin  qadınları  evə,  ailəyə  bağlılıqları,  milli  əxlaq  və  vərdişlərə  olan 
sadiqlikləri ilə hekayə daxilində özünəməxsus özək yaratmış olurlar. Onu da qeyd edək ki, adət-ənənələr və əxlaqi 
dəyərlər  milliliyi  artıran  mexanizmin  bir  hissəsidirlər.  Əsas  məqsəd  olaraq  hekayələr  bu  prizmadan  təhlil 
ediləcəkdir.  Yazıçının  yazı  vasitələrindən  biri  də,  obrazın  xarakterini  yaratmaqla  yanaşı  onun  daxili 
xüsusiyyətlərini  yerli  şəraitə  bağlamaqdır.  Bu  cəhət  xarakterə  bir  kolorit  aşılayır,  onun  milli  keyfiyyətlərinin 
tamamlanmasına kömək edir. Vətən dağlarının, çaylarının adı, həmin yerlərə məxsus gül-çiçəyin ətri, heyvan və 
quşların görünüşü və digər təbii təsvirlər Ələsgər Davudoğlunun “Qumru” hekayəsinə zəngin boyalar verir. Kökə, 
yuvaya bağlılıq isə hüzur və millilik abu-havası yaradır. Bu cür yanaşma  insan mənəviyyatına qarşı diqqət və 
həssaslığı artırır, təhkiyəyə isə təbiilik gətirir. 
Açar sözlər: milli xarakter, yazıçı təhkiyəsi, hekayə 
 
 
 
 
 


 
 
 143
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Metinlerarasılık Ve Postmodernizm Bağlamında Kamal Abdulla’nın “Parisin Seçimi” 
Hikâyesi 
 
Fatih Keskin 
Gazi Üniversitesi TÖMER, 06fatihkeskin@gmail.com 
 
ÖZET  
Azerbaycanlı yazar Kamal Abdulla’nın “Parisin Seçimi” isimli hikâyesi, Yunan mitolojisinin yakışıklı 
âşığı Paris etrafında şekillenen mitik anlatıya yeni bir yorum getirmektedir. Edebiyat teorisinin metinlerarasılık 
başlığı altında ele aldığı şekilde bir yeniden yorumlama çabasının ürünü olan hikâye, Yunan mitolojisinin bilinen 
bir anlatısını postmodern çağın çok kültürlü ve çok alternatifli dünyasına uygun şekilde dönüştürüme uğratarak 
insanlığın evrensel boyuttaki bazı psişik özelliklerine göndermede bulunur. Hikâyenin temel gerilim ve çatışma 
noktasını iktidar, bilgelik ve aşk seçenekleri arasında bir tercih yapmaya itilen insanoğlunun, nefsini zorlayan 
zaaflar üçgenindeki dramatik seçimi oluşturur. Bütün insanlığın bir temsilcisi olarak bu dramatik seçimi yapmakla 
görevlendiren Paris, kendi içsel çatışmasını bir sonuca ulaştırırken aynı zamanda hikâyenin entrik düğümünü de 
çözmüş  olur.  Ancak  bir  ana  metin  özelliği  gösteren  mitik  Paris  anlatısı  ile  hikâye  arasında  entrik  düğümün 
çözülmesi aşamasında büyük bir farklılık ortaya çıkar. Mitolojide aşkın temsilcisi olarak karşımıza çıkan Paris, 
hikâyede ise sahip olduğu tek tercih hakkını güç ve iktidardan yana kullanır. Paris’in hikâyede yaptığı seçim; 
ezberlenmiş  olay  örgüleriyle  kolektif  bellekte  yer  edinmiş  ve  donukluklarından  dolayı  metaforik  ifade 
kabiliyetlerini yitirmeye başlamış olan geleneksel ve mitik anlatılara yeniden hayat vermek amacıyla yapılmış iyi 
niyetli bir başkaldırı örneği mahiyetindedir. Bu türdeki bir başkaldırı; mitik anlatıyı kolektif bellekten tamamen 
silmeye  değil,  tam  tersine  yeni  sorgulamalara  kapı  aralayarak  anlatının  içinde  barındırdığı  evrensel  mesaja 
yeniden devingenlik kazandırmaya yöneliktir. Paris’in serüveni, antik çağdaki bağlamından kısmen koparılarak 
postmodern sorgulamalara imkân verecek şekilde yeniden kurgulanmıştır. Bu sayede hikâye, insanın kendi içsel 
çatışmalarına karşı yeni bir farkındalık seviyesi oluşturma işlevini üstlenebilmektedir. Hikâyenin dikkat çeken bir 
başka özelliği ise bilimsel yaklaşımın öncelendiği modern zamanlar boyunca mitik düşünceden hayli uzaklaşan 
okuyucuyu antik çağın olağanüstü anlatı dünyasıyla buluşturmasıdır. Bu, mümkün olduğunca mitik düşünceden 
de beslenmeye gayret eden postmodern edebiyatın modern dönem duvarını aşarak köklerini mitoloji toprağına 
salma sürecine de bir katkı anlamına gelir. Modernizm sonrasının farklı arayışları çerçevesinde mitik anlatılara 
yönelişin bir örneğini teşkil eden hikâyenin incelenmesinde de postmodernizmin ruhuna uygun olarak hermeneutik 
bir yaklaşım esas alınacaktır. 
Anahtar Kelimeler: Kamal Abdulla, Postmodernizm, Metinlerarasılık, Mitoloji, Hikâye, Parisin Seçimi. 
 
 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə