Microsoft Word turkcess ozet kitap docx



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə83/115
tarix19.10.2018
ölçüsü2,88 Mb.
#74851
1   ...   79   80   81   82   83   84   85   86   ...   115

 
 
 161
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
İstedadlı uşaqlarla işləmək üçün pedaqoji kadrların hazırlanması strategiyası və üsulları bu müəllimlərin 
peşəkarlığının  baza tərkibinin formalaşmasını və inkişafını  təmin  etməlidir. Eyni  zamanda istedadlı  uşaqlarla 
işləmək üçün tələb olunan şəxsiyyət keyfiyyətlərinin də formalaşması istiqamətinə də xüsusi diqqət yetirilməlidir.  
Qeyd  edək  ki,  istedadlı  uşaqların  vaxtında  aşkara  çıxarılması,  onlara  göstərilən  dəstək  və  etimad, 
inkişaflarının  təmin  edilməsi  də  təlimin  əsas  məqsədlərindən  biridir.  Xüsusi  olan  daxili  motivasiya  istedadın 
sistemləşmə  tərkiblərindən  (komponentindən)  biri  olduğundan,  onun  inkişafı  şəxsiyyətin  inkişafının  mərkəzi 
problemlərindəndir [1].   
İstedadlılarla  düzgün  münasibət,  ünsiyyət  yaratmaq  pedaqoqdan  professionallıq,  yaradıcılıq,  yüksək 
məntiqi  düşüncə  tələb  edir.  Müsahibə,  dərslərdə  diaqnostika,  yeniliklərin  hansı  formada  qəbul  edilməsi 
səviyyəsinin testin köməyilə yoxlanılması, çətinliyi artırılmış məsələlərlə fərdi iş və s. üsulların köməyi ilə istedadlı 
şagirdlərin aşkar edilməsində xüsusi əhəmiyyət kəsb edir. 
Psixoloqlar istedadlı uşaqlarla işləməli olan müəllimlər üçün zəruri keyfiyyətləri, onların fəaliyyətinin 
tərkib  hissələrini  müəyyənləşdirərək  qeyd  edirlər:  istedadlıların  pedaqogikasının  və  psixologiyasının 
mənimsənilməsi  əsasında  qazanılmış  psixopedaqoji  biliklər,  bacarıqlar  və  vərdişlər  (istedad,  onun  növləri, 
psixoloji  əsasları,  kriteriyaları,  aşkarlanma  prinsipləri  və  s.  haqda  biliklər)  -  istedadlı  uşaqların  psixoloji 
xüsusiyyətləri, onların yaş və fərdi inkişafı barədə məlumatlar; istedadlı uşaqlarla işləyən müəllimlərin peşəkarlıq 
xüsusiyyətləri,  istedadlı  uşaqlarla işin istiqamət  və  formaları  barədə, istedadlılıq  əlamətləri  əsasında istedadlı 
uşaqların  müəyyənləşdirilməsi  metodlarının  hazırlanması  və  tətbiqi  sahəsində  bacarıq  və  vərdişlərə 
yiyələnməlidir. Həmçinin istedadın növü, xüsusiyyəti, şagird kontingenti və konkret təlim şəraiti nəzərə alınmaqla, 
istedadlıların  təliminin  didaktikası  və  metodikası  sahəsində  bacarıq  və  vərdişlər;  istedadlı  uşaqların,  onların 
valideynlərinin  və  digər  ailə  üzvlərinin  psixo-pedaqoji  konsultasiyası  sahəsində  bacarıq  və  vərdişlərini  aid 
etmişlər. Ümumiyyətlə, istedadlı uşaqlarla işləyə bilən hər bir müəllim təlim prosesini nəzarət və idarəçilikdən 
daha çox uşaq istedadının fəallaşdırılmasına, inkişaf etdirilməsinə və şagirdlərdə təlim müstəqilliyinin verilməsinə 
yönəltməlidir [4,5].  
Nəticə:  İstedadlı  uşaqlarla  işləyən  müəllimin işi  mürəkkəb və başa çatmayan  bir  prosesdir. Bu,  fərdi 
inkişaf, daim yenilənmiş bilikləri, həmçinin psixoloqlar, digər müəllimlər və valideynləri ilə sıx əməkdaşlıq tələb 
edir. Bacarıqların daimi artımını, pedaqoji elastikliyini, hələ də yaradıcı bir kəşf və gücü kimi görünənləri tərk 
etməmək bacarığını tələb edir. 
 
 
 
 
 
 
 


 
 
 162
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Müxtəlif Ailə Tiplərində Yeniyetmə Şəxsiyyətinin Formalaşmasının Xüsusiyyətləri 
Azərbaycan Turizm və Menecment Universiteti, 
”Sosial problemlər” istisası üzrə doktorant 
Quliyeva Hafizə Baris qızı 
 
Xülasə: Məqalədə yeniyetmələrin şəxsiyyət kimi formalaşmasında ailənin  əvəzedilməz rolu və buna təsir 
edən əsas amillər: sosial durum və maddi təminatı, ailənin bütöv və ya natamam olması, ailədəki usaqların say 
tərkibi, valideynlərin elm- təhsil səviyyəsi və s.  araşdırılır. 
Ailə  institunun dəyişilməsi şəraitində müxtəlif əlamətlər üzrə ayırd edilən ailə tiplərinin meydana çıxması 
prosesi müşahidə olunur. Əgər struktur (demoqrafik) əlaməti əsas kimi götürsək, bu zaman boşanma hesabına 
yaranan natamam ailələri (ana olur), nikahdankənar doğulanları və dulları, ikinci nikah əsasında yaranan ögey 
ata  olan  ailələri  və  s.  ayırd  edə  bilərik.  Ümumiyyətlə  ailə  cəmiyyətin  və  dövlətin  tərəqqisində,  xüsusən  də 
şəxsiyyətin formalaşmasında mühüm rol oynayır. Sosioloqlar qeyd edir ki, insanın şəxsiyyət kimi formalaşmasında 
və sosiallaşmasında, həmçinin də xalqın milli-mənəvi dəyərlərinin nəsildən-nəsilə ötürülməsində ailə altqurum 
rolunda  çıxış  edir.  Tanınmış  sosioloq  Parsons  qeyd  edir  ki,  ümumiyyətlə  ailə  cəmiyyətə  qarşı  dayanmır,  tam 
əksinə,  o  sosiumun  sabitliyini  təmin  edən  altqurum  sistemi  kimi  digər  sosial  altsistemlər  və  strukturlarla 
münasibətlər  qurmaq  üçün  dəqiq,  eyni  zamanda  şəxsiyyətlərarası  münasibətlərin  dinamikasını  qorumaq  üçün 
vacib əlaqələr formalaşdırır. O. Kont isə qeyd edir ki, ailə münasibətlərində ən əsası mənəvi-emosional ittifaqdır 
və ailənin də rolu fərdlə nəsil arasında vasitəçi olmaqdır [1, səh. 31]. 
Ailəni xarakterizə edən mühüm keyfiyyətlərdən biri də maddi təminatın səviyyəsi hesab edilir. Bu zaman 
ailə büdcəsinə daxil olan gəlirdən daha çox onun ailə üzvləri tərəfindən nə dərəcədə qavranılması önəmlidir. Ailə 
tipologiyasının differensiasiyaedici sosial əlamətləri sırasında ər-arvadın sosial-peşə statusu və təhsil səviyyəsini 
də qeyd etmək olar. 
Belə  bir  sual  meydana  çıxır:  ailənin  müxtəlif  sosial  və  struktur  xüsusiyyətləri  ailədəki  uşaqların 
şəxsiyyətinə, onların sosializasiyası prosesinə necə təsir göstərir?  
Son illərdə Azərbaycanda ailə strukturunun transformasiyası prosesi Avropa tendensiyalarına müvafiq 
getməyə başlayıb. Məsələn, Qərbdə uşaqların hər iki bioloji valideynləri, bacı və qardaşları ilə birgə yaşadığı 
ailələr 50%-dən də aşağıdır. 2010-cu ilin məlumatlarına görə, hər iki bioloji valideynlərin olduğu ailələr ümumi 
ailələrin 69%-ni, təkcə anadan ibarət ailələr 26%, atadan ibarət ailələr isə 5%-ni təşkil edir.  
Azərbaycanda ailə institunun inkişafı perspektivlərini sosioloqlar iki konsepsiya - ailə böhranı və ailənin 
modernizasiyası aspektindən nəzərdən keçirirlər. Günü-gündən artan maraq isə belə bir sual meydana çıxarır: 
nikahın  transformasiyası  prosesi  o  ailədə  böyüyən  uşağın  rifahı  ilə  neçə  əlaqələnir?  Bir  valideynli  və  ögey 
valideyn olan ailələr kimi normativ strukturdan fərqlənən ailələrdə sosializasiya funksiyasının məruz qaldığı mənfi 
təsir    ailə  institutu  böhranın  tərəfdaşları  üçün  əsas  arqument  rolunda  çıxış  edir.  Amerikan  alimi  P.Emeytin 
fikrincə, bu mövqelərdən birini qəbul etmək əvəzinə ailənin inkişafının mənfi nəticələrini analiz etmək lazımdır və 
bundan  sonra    buna  müvafiq  yardım  növləri  hazırlamaq,  eyni  zamanda  da  baş  verən  dəyişikliklərin  müsbət 
tərəflərini görmək məqsədəuyğundur [4, səh.9-11]. 
Ailə  strukturunun  dəyişilməsi  prosesi  kifayət  qədər  yavaş  gedir.    Qeyd  edək  ki,  yeniyetmələrin  əksər 
hissəsi biloji valideynləri ilə yaşayırlar. Indi isə biz ailənin strukturundan asılı olmadan yeniyetmə şəxsiyyətinin 
inkişafını  nəzərdən  keçirək.  Boşanmaların  yeniyetmələrin  sosial  adaptasiyasına  mənfi  təsiri  nəinki 
şəxsiyyətlərarası münasibətlər çərçivəsində, eyni zamanda fəaliyyətin digər sferalarına da təsirsiz ötüşmür. Bir 
qayda  olaraq,  bu  cür  ailələrdə  yeniyetmələrdə  idrak  proseslərinin  ləngiməsi,  təlim  müvəffəqiyyətinin  aşağı 
düşməsi və uğura can atmamaq kimi hallar meydana çıxır. Ancaq aparılan sorğunun nəticələrinə nəzər saldıqda, 
normativ  ailələrdə  böyüyən  yeniyetmələr  ilə  tək  anası  olan  ailələrdə  böyüyən  yeniyetmənin  təhsil  potensialı 
arasında əhəmiyyətli fərqlər nəzərə çarpmır.  
Yeniyetmələrin bir çoxu əhalinin sosial məhdudiyyətli kateqoriyasına qarşı hər zaman mərhəmətli olmur. 
Məsələn, əlil insana kömək etmək istəyi 83% yeniyetmə oğlanda və 90% qızlarda,  köməksiz insana yardım etmək 
85% oğlan və 95% qızlarda, körpə uşağa yardım 63% oğlan və 81% qızlarda müşahidə olunur. Yeniyetmə qızlar 
uşaqlara oğlanlara nisbətən daha yaxşı münasibət göstərir ki, bunu da onların analıq instinkti ilə izah etmək olar. 
Digər göstəricilərə də nəzər saldıqda isə küçədə yaşayan evsiz birinə yazığı gəlmək və ya kömək etmək istəyi 36% 
oğlan və 32% qızlarda, evsiz itlərə yardım istəyi oğlanların 68%-i və qızların 87%-də müşahidə olunur. Yəni, belə 
bir nəticəyə gəlmək olar ki, yeniyetmələr evsiz insanlara evsiz heyvanlardan daha pis yanaşırlar. 
Bundan başqa, alturist yeniyetmə qrupu da ayırd edilir ki, onlar bütün göstəricilərə görə yardım etməyə 
və mərhəmət göstərməyə hazır olurlar (49%). Burada isə maddi təminatı yaxşı olan ailələrdəki yeniyetmə qızlar 
istisna təşkil edir. Köməyə ehtiyacı olanlara yardıma gəlməyən və tamamilə laqeyd olanlar isə 1% təşkil edir. 
Buna müvafiq olaraq da, müxtəlif ailə tiplərində böyüyən yeniyetmələrdə bu göstərici üzrə əhəmiyyətli dərəcədə 
fərqlər nəzərə çarpmır.  


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə