Microsoft Word turkcess ozet kitap docx



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə85/115
tarix19.10.2018
ölçüsü2,88 Mb.
#74851
1   ...   81   82   83   84   85   86   87   88   ...   115

 
 
 164
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
gedir və tənha ana övladında bu çatışmazlığı kompensasiya etmək üçün öz valideynlik rolunu bəzən dəyişməli olur 
[5, səh. 39]. Ancaq çox hallarda bu dəyişiklik faciəvi nəticələrə də gətirib çıxara bilir və nəticədə yeniyetmə həm 
atasından, həm də  ana obrazından məhrum olmuş olur.  
Beləliklə, bütün bunları nəzərə almaqla müasir cəmiyyətdə bütün növ ailələrdə böyüyən yeniyetmələrin 
cəmiyyətə adaptasiya olması üçün lazımı tədbirlərin görülməsi mütləqdir. 
Açar sözlər: ailə, yeniyetmələr, sosial-peşə statusu, natamam ailələr, çoxuşaqlı ailələr, sosializasiya 
 
 
 


 
 
 165
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Fransız romantizmin nəzəri prinsipləri 
Əbdüləzizova Sədaqət Davud qızı 
Bakı Dövlət Universiteti 
Dünya ədəbiyyatı kafedrasının dissertantı 
“Azərbaycan dilinin tətbiqi məsələləri elmi-tədqiqat mərkəzi” laborant 
samira_mamedli@mail.ru 
 
Viktor  Hüqo yaradıcılığı  fransız  romantizmi tarixində xüsusi  yer  tutur.  Bu  gözəl  söz  ustasının  adı və 
yaradıcılığı  çox  qısa  bir  müddətdə  Fransada  romantizm  hərəkatının  təntənəsinin  simvoluna  çevrildi.  Onun 
simasında romantizm, ilk növbədə, tam bir sıra səciyyəvi prinsiplərə əsaslanır. Bunların ən önəmlilrəindən biri 
qabaqcıl  yazıçıların  şəxsiyyətin  obyektiv  aləm  və  sosiumla  qarşıdurması  ideyasını  müdafiə  etmələridir.  Bu,  o 
deməkdir ki, şəxsiyyət, ilk növbədə, mənəviyyatın yeganə sığınacağı kimi dərk edilir. Eyni zamanda, insan kainatın 
mərkəzidir  və  bu  səbəbdən  də  romantizmdə  dünyanın  dəyişdirilməsinin  unikal  mənbəyi  qismində  nəzərdən 
keçirilir. Məhz mənəviyyat prinsipinə belə sitayiş nəticəsində romantik fikrin məntiqi dini təfəkkür sistemlərini 
asanlıqla qəbul edir. Həmin sistemlər isə, bir qayda olaraq, romantik «iki dünya» struktur prinsipinə uyğun gələn 
«tərkidünyalıq aləmi» prinsipinin gerçəkləşdirilməsinə can atır.   
V.Hüqo  Avropanın  möhtəşəm  klassik  ədəbiyyatının  ən  yaxşı  ənənələrinin  müdafiəsində  öndə  getdi  və 
onun  romantik  dünyagörüşünün  növbəti  prinsipi  ən  müxtəlif  janrlarda  yazmaq  istəyi  oldu.  Məsələn,  odalara, 
əsasən, Orta əsr mövzularında, fantastik motivlərlə yazılmış balladalar əlavə edildi. O dövr romanları «qotik» və 
romantik hiddəti ən kəskin formalarda nümayiş etdirir, onlarda «yerli kolorit» poetikası önəmli rol oynayırdı. 
V.Hüqonun müxtəlif janrlı əsərlərdə istifadə etdiyi «Şərq motivləri» də belə bir «yerli kolorit»in təzahürlərindən 
biri idi.  
Tipik fəal romantik kimi, Viktor Hüqo tam bir sıra nəzəri prinsipləri əldə rəhbər tutur, bunların əsasında 
yüksək  bədii  dəyərə  malik  əsərlər  yaradırdı.  Eyni  zamanda,  biz  sənətkarın  Şərqə  xüsusi  marağının  da  şahidi 
oluruq. Lakin bu, heç də Fransada yenicə təşəkkül tapmaqda olan dəbə, yaxud novatorluq ənənələrinə elementar 
riayətdən irəli gəlmirdi.  
Açar sözlər: V.Hüqo, romantizm, Şərq, dəniz, səma 
 
 


 
 
 166
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Piaget’in Bilişsel Gelişim Kuramına Göre Bakış Behiç Ak’ın Gülümseten Öyküler 
Serisi’nde “Çocuk Kahramanlar” 
Doç.Dr.Esma DUMANLI KADIZADE 
Doç.Dr.; Mersin Üniversitesi, Eğitim Fakültesi,Türkçe Eğitimi Bölümü, 
 esma-dumanli@hotmail.com 
 
Didem AKINCI 
Mersin Üniversitesi, Türkçe Eğitimi Bölümü, Yüksek Lisans Öğrencisi 
 
 
Özet 
Bu  çalışma  Behiç  AK’ın  on  iki  öykü  kitabındaki  çocuk  kahramanların,  Piaget’in  Bilişsel  Gelişim 
Kuram’ına göre incelenmesi üzerine kurulmuştur. Amaç, yazar Behiç AK’ın kahramanlar üzerinden okuyucularda 
hangi bilişsel becerileri yokladığı ve kitapların hangi bilişsel düzeydeki çocuk okuyuculara hitap ettiğine ilişkin 
ipuçlarını  ortaya  çıkarmaya  çalışmaktır.  Bu  bağlamda  Behiç  Ak  tarafından  yazılan  Gülümseten  Öyküler 
Serisinden,  ‘Güneşi  Bile  Tamir  Eden  Adam’,  ‘Akvaryumdaki  Tiyatro’,  ‘Geçmişe  Tırmanan  Merdiven’,  ‘Pat 
Karikatür  Okulu’,  ‘Buzdolabındaki  Köpek’,  ‘Alâaddin’in  Geveze  Su  Boruları’,  Vapurları  Seven  Çocuk’  , 
‘Galata’nın Tembel Martısı’ isimli kitaplar basit seçkisiz örnekleme yöntemi ile çocuk kahramanların davranışları 
ve söylemleri, Piaget’in gelişim dönemi amaçlarıyla ilişkilendirilerek açıklanmış, bu kahramanların hangi gelişim 
evresinde  olabileceği  saptanmıştır. Bulgular incelendiğinde,  ele alınan kahramanların üç farklı  bilişsel düzey 
davranışta/söylemde bulunduğu gözlenmiştir. Bu üç düzey Piaget’in  işlem öncesi, somut işlemsel ve soyut işlemsel 
dönemi iken, kahramanlarda duyusal motor dönemine ait bir bilişsel beceri örneğine rastlanmamıştır. Çalışmada 
Piaget’in bilişsel gelişim dönemleriyle ilişkilendirilebilecek toplam (f:67) davranış ve söyleme ulaşılmıştır. Bunlar 
arasından en fazla soyut işlemsel dönem düzeyinde (f:42) örneğe rastlanmıştır. Bu düzeydeki söylemlerin toplamı 
diğer iki düzey söylemlerinin toplamından fazladır. Soyut işlemsel dönemini ise işlem öncesi dönem (f:10) ve somut 
işlemsel dönem (f:15) ile izlemiştir. 
Anahtar Kelimler: Bilişsel Gelişim, Piaget’in Bilişsel Gelişim Kuramı, Behiç Ak 
 
 
 
 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə