Microsoft Word turkcess ozet kitap docx



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə84/115
tarix19.10.2018
ölçüsü2,88 Mb.
#74851
1   ...   80   81   82   83   84   85   86   87   ...   115

 
 
 163
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Son illərdə “əlverişsiz” ailə növlərinin sayı da artmaqdadır. Ailə rifahının əlverişsiz olmasının səbəbi isə 
valideynlərdə  alkoqolizm,  uşaqların  tərbiyəsindəki  nəzarətsizlik,  ailədənkənar  sahələrdə  valideynlərin 
özünüinkişafa olan tələbatlarının  olmaması və  s. təşkil edir. Bu  tip  ailələrdəki  valideynlər  üçün  bir  qrupa  aid 
olmaq və orda hansısa bir yeri tutmaq tələbatı, ətrafdakı insanların diqqətindən istifadə etmək, onların sevgi və 
hörmət obyekti olmaq kimi dəyərlər üstünlük təşkil edir. Onlar üçün ətrafdakı insanlarla qarşılıqlı münasibətlərə 
girmək  sadəcə  öz  şəxsi  qiymətləndirməsini  artırmaq  üçün  vacibdir.  Başqaları  ilə  qarşılıqlı  münasibətlərə 
girmədikləri halda onlar özlərini alçaldılmış hiss edirlər. Bu səbəbdən də sıx münasibətlər onlara təhlükəsizlik 
hissi bəxş edir. Bu cür insanlar valideyn olduqda isə, uşağın tərbiyəsi zamanı xaotik davranışlar nümayiş etdirir, 
onların davranışlarının nəticələri haqqında düşünmürlər [3, səh. 26-27]. 
Bu cür ailələrin fərqləndirici xüsusiyyətlərindən biri də qeyri-sabit olmalarıdır. Bu ailədə böyüyən uşağa 
bu və ya digər bir şeyi niyə etmələri barədə çox nadir hallarda izahat verirlər. Tərbiyə əsasən cəza və qadağalar 
üzərində qurulur. Nəticədə isə yeniyetmədə onun davranışını tənzimləyəcək normalar formalaşmır. Onlar daima 
xarici nəzarətə ehtiyac duyurlar və zamanla bu tələbat daha kəskin olmağa başlayır. Nəticədə isə yeniyetmələrdə 
qismən və ya tamamilə ailəni tərk etmək istəyi yaranmağa başlayır. Belə ailələrdə böyüyən yeniyetmələri daha 
çox onlara emosional təsir göstərən, dinamik məşğuliyyətlər cəlb edir və onlarda deviant davranışın səviyyəsi 
digərlərinə nisbətdə daha yüksək olur. Bu cür yeniyetmələrin davranışında başqalarına qarşı zor tətbiq etmək 
halları daha çox müşahidə olunur.  
Əlverişsiz ailə mühitində böyüyən yeniyetmələrdə əməyə münasibətdə laqeydlik yönəlişliyi ilə rastlaşmaq 
ehtimalı daha çox olur. Onlar zəhmətkeşlik, səbr, inadkarlıq kimi keyfiyyətlərə daha az əhəmiyyət verirlər. Əməyə 
bu  cür  münasibətin  olması  fonunda  isə  onların  fəaliyyəti  hansısa  məqsədə  çatmaq  məqsədi  ilə  deyil,  öz 
davranışlarında hansısa mənfi nəticələrdən qaçmaq cəhdləri ilə tənzimlənir. Daima ətrafdakı insanlarla və sosial 
institutlarla  qarşı-qarşıya  gəlmək  bu  cür  ailələrdə  ətrafdakı  insanlara  (qonşulara,  iş  yoldaşlarına,  hər  hansı 
müəssisənin əməkdaşlarına) qarşı inamsızlığın formalaşmasına gətirib çıxarır.  
Müasir cəmiyyət və yeni dövrün tələbləri yeni bir ailə forması da meydana çıxarıb ki, biz bu tip ailələri 
karyera tipli ailələr adlandırırıq. Bu cür ailələrdə valideynlər daima iş və karyera, maddiyyat, iqtisadi və sosial 
prestij ardınca qaçır. Onlar yüksək sosial status əldə etmək üçün bir- birləri ilə mübarizədə olurlar. Karyera ilə 
həddindən  artıq  məşğul  olmaq,  bütün  diqqətini  maddi  təminatın  yaxşılaşdırılmasına  vermək,  əyləncələrə 
oriyentasiyanın yüksək olması bu cür ailələrdə yeniyetmənin şəxsiyyətinin formalaşmasına və tərbiyəsinə şüurlu 
münasibətin olmamasına gətirib çıxaran amillər rolunda çıxış edir ki, bunun da nəticəsində yeniyetmədə deviant 
davranış  meydana  çıxır.  Bir  qayda  olaraq,  bu cür  ailədə  böyüyən  yeniyetmələrdə  öz  yaşadığı yerin  hüdudları 
çərçivəsində qapalı bir həyat və digər həmyaşıdlarından kənarlaşma halları müşahidə olunur.  
Son illərdə mütəxəssislər diqqəti daha çox cəmiyyətdə natamam ailələrin sayının artmasına cəlb edirlər. 
Bu  cür  ailələrin  formalaşmasının  bir  neçə  səbəbi  olur.  Birincisi,  ər-arvadın  boşanması  nəticəsində  yaranmış 
ailədir. Statistika göstərir ki, son illərdə rəsmi qeydiyyata alınan göstəricilərə nəzər salsaq, on minə yaxın uşaq 
və  yeniyetmə  boşanma  səbəbindən  bir  valideynini  itirmişdir.  Natamam  ailənin  yaranmasının  ikinci  səbəbi  isə 
nikahdankənar doğumların olmasıdır ki, bu sahədə də göstəricilər günü-gündən artmaqdadır. Natamam ailələrin 
yaranmasının başqa bir səbəbi isə ailə başçısının ölümü ilə bağlı olur [4, səh. 13]. 
Natamam  ailələrin  problemlərindən  biri  də  bu  ailədə  böyüyən  yeniyetmənin  tərbiyəsi  və 
sosializasiyasıdır. Bu gün cəmiyyətimizdə hər 10 ailədən birində yeniyetmı valideynlərinin birindən məhrum olmuş 
olur.  Bu  cür  ailələr  ciddi  maddi  problemlərlə  qarşı-qarşıya  qaldığı  üçün  bu  ailədə  böyüyən  yeniyetmələr  öz 
həmyaşıdları  ilə  müqayisədə  ciddi  maddi  çətinliklərlə  üz-üzə  qalırlar.  Bundan  əlavə,  bu  cür  ailədə  böyüyən 
yeniyetmələrdə  valideynlərinin  birinin  olmaması  ondan  natamam  şəxsiyyətin  formalaşmasına,  aqressiyaya, 
insanlara qarşı inamsızlığın olmasına, həmyaşıdları ilə münasibətlərdə çətinliklərin meydana çıxmasına gətirib 
çıxarır.  
Müxtəlif  tipli  ailələrdə  böyüyən  yeniyetmələrin  şəxsiyyətinin  formalaşmasını  tədqiq  edərkən  biz  daha 
sonra iki istiqamətdə psixoloji diskomfort məsələsinə də nəzər salırıq: birincisi, natamam ailənin fəaliyyətində 
obyektiv çətinliklərə reaksiya kimi meydana çıxan təşviş və ikincisi, ailə rifahının əlverişsiz olmasının nəticəsi kimi 
yeniyetmələrdə  formalaşan  şəxsi  problemlər.  Birinci  istiqamətdə  apardığımız  sorğu  zamanı  yeniyetmələrdə 
ailədəki maddi çətinliklərlə bağlı təşviş ( natamam ailədə 39%, tam ailədə 22%), doğmalarının sağlamlığına görə 
təşviş hissi (46% və 35%), ailədə konfliktlərlə (6% və 19%) bağlı yaranan təşviş halları aşkar edilmişdir. Aldığımız 
faiz göstəriciləri natamam ailələrdə tam ailələr ilə müqayisədə maddi təminatın aşağı olmasını təsdiq edir. Bundan 
əlavə,  natamam  ailələrdə  valideynlərinin  birinin  olmaması  səbəbindən  digər  valideyninin  sağlamlığına  görə 
narahatlıq və onu itirmək qorxusu tam ailələrdəki yeniyetmələrə nisbətdə daha yüksək olur.  
Təşviş formalaşdıran ikinci qrup səbəblər isə yeniyetmələrin şəxsi problemləri ilə əlaqədar olur. Onlarda 
qorxu valideynləri ilə  aralarında baş verən münaqişələrdən (29% natamam və 19% tam ailələrdə), həmçinin də 
təlim proqramının mənimsənilməsindəki çətinliklərdən (24% və 15%) qaynaqlanır. Aşkar edilmişdir ki, boşanma 
halları  yeniyetmənin  valideynləri  ilə  konfliktə  girməsinə  əhəmiyyətli  dərəcədə  təsir  göstərir.  Onlarda  hər  bir 
valideyni  ilə  ayrı-ayrılıqda  münasibət  qurmağın  vacibliyindən  irəli  gələn  yüksək  həyəcanlılıq  formalaşmağa 
başlayır. Bəzən də valideynlərinin boşanması yeniyetmənin ürəyində ata və anasına qarşı düşmənçilik hissinin 
yaranmasına da səbəb olur. Natamam ailədə kişi etalonunun olmaması səbəbindən yeniyetmədə identifikasiya zəif 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə