Microsoft Word turkcess ozet kitap docx



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə87/115
tarix19.10.2018
ölçüsü2,88 Mb.
#74851
1   ...   83   84   85   86   87   88   89   90   ...   115

 
 
 169
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Mil-Qarabağ Bölgəsinin İlk Tunc Dövrü Qəbir Abidələri 
Cəmilə HƏSƏNOVA 
Baş müəllim, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 
hasanovacemile@mail.ru  
Mövzunun aktuallığı. Azərbaycanın qədim dövr abidələrinin zənginliyi baxımından əhəmiyyətli dərəcədə 
fərqlənən tarixi Qarabağ ərazisində arxeoloji tədqiqatlara hələ XIX əsrin 90-cı illərindən başlanılmışdır. Həmin 
vaxtdan keçən müddətdə bir neçə nəsil arxeoloqlar tərəfindən çoxsaylı və müxtəlif dövrləri əhatə edən yaşayış və 
qəbir  abidələri  qeydə  alınmış,  bir  çoxlarında  arxeoloji  qazıntılar  aparılmışdır.  Həmin  arxeoloqların  bəziləri 
peşəkarlıqdan  kənar  olsa  da,  əksər  hissəsi  sözün  əsl  mənasında  öz  peşəsinin  sirrlərinə  dərindən  bələd  olan 
mütəxəssislər olmuşdur. Bütövlükdə isə onların hamısı və hər birinin arxeoloji qazıntılarının nəticəsində elmi-
ictimaiyyətə dəyərli və tutarlı mənbələrə sahib olmuşlar.  
Giriş. Əldə olunan faktiki dəlillər bir sıra xüsusi istiqamətli və ya ümumiləşdirilmiş tədqiqat işlərinin 
ərsəyə  gəlməsində  qiymətli  mənbə  rolunu  oynamışlar.  Mövzumuz  təkcə  Qarabağla  deyil,  bütövlükdə  Mil-
Qarabağla bağlı olduğu üçün, Qarabağın arxeoloji baxımdan öyrənilməsi ilə yanaşı, eyni ifadələri Mil bölgəsinə 
də aid edirik. Doğrudur, burada arxeoloji araşdırmalara bir qədər gec (az qala yüz il fərqlə) başlanmışdır. Bir 
neçə abidə nəzərə alınmazsa, burada araşdırmalar əsasən axtarış, kəşfiyyat xarakterli olub və vizual müşahidələrə 
əsaslanmışdır.  
Bütövlükdə mövzunun əhatə etdiyi Mil-Qarabağın arxeoloji baxımdan yetərincə öyrənilməsi faktını inkar 
etmək  olmaz.  Özü  də,  arxeoloji  dövrləşmənin  bütün  mərhələləri,  demək  olar  ki  əhatə  olunmuşdur.  Poleolit 
dövründən  tutmuş  orta  əsrlər  dövrünə  qədər.  Lakin  bu  ilk  baxışda  belə  görünür.  Çünki,  çox  halda  arxeoloji 
tədqiqatlar regionun bu və ya digər bölgəsini, ərazisini əhatə etmişdir. Həm dövr, həm də ərazi baxımından. Belə 
tədqiqatlar var və bu haqda təqdim olunan dissertasiyada yeri gəldikcə yetərincə məlumat getmişdir.  
Mil-Qarabağ bölgəsi fərdi götürüldükdə bu və ya digər tarixi mərhələsinin ayrıca götürülmüş bir tədqiqat 
obyekti  kimi  işlənilməsinə  isə  ilk  dəfə  müraciət  edilir.  Buda  tədqiq  olunan  mövzunun  aktuallığının  əsas 
göstəricilərindən biri də bundadır.  
Mövzunun aktuallığı  həmçinin,  Mil-Qarabağın ilk tunc  dövrü  ilə bir  sıra  problemlərin tədqiqata cəlb 
edilməsi ilə bağlıdır. Məsələ burasındadır ki, mövzu ayrıca yaşayış yerləri, yaxud qəbir abidələri, həmçinin fərdi 
halda keramika və ya daş alətləri yox, həmin dövrün həm yaşayış, həm axirət dünyası ilə bağlı abidələrini, həm 
də artefaktlarını kompleks şəklində əhatə etmişdir. Bu faktın özü də mövzunun aktuallığına müsbət təsir göstərən 
amillərdəndir. 
Mövzunu  aktual  edən  əsas  faktorlar  sırasında  tədqiqata  cəlb  olunmuş  bölgənin  bir  sıra  ərazilərinin 
erməni təcavüzkarlarının işğalı altında qalması ilə həmin yerlərdəki abidələrin talehinin qeyri-müəyyən qalması 
ilə  bağlıdır.  Erməni  vandallarının  çox  güman  ki,  başqa  dövr  abidələri  ilə  yanaşı  mövzumuzun  əhatə  etdiyi 
Xankəndi,  Xaçınçay,  Qaraköpəktəpə və  s. kimi  ilk  tunc  dövrü  abidələrini yaxşı  halda  özünüküləşdirilməsi,  pis 
halda isə dağıtması və yer üzündən silməsi təhlükəsini də nəzərdan qaçırmaq olmaz. Odur ki, hələ də işğal altında 
qalan ərazilərimizin dövründən və təyinatından asılı olmayaraq, abidələrinin yeni-yeni tədqiqatlara cəlb edilməsi 
vacib məsələ kimi daima gündəmdə durmalıdır. Bu mövzunu qələmə almaqla biz, imkan daxilində bu sahəyə öz 
töhfəmizi verməyə çalışmışıq. Çünki, gənc nəslin çox hissəsi həmin ərazilərin varlığı, xüsusiyyəti, mövqeyi, tarixi 
keçmişi  haqqında  bəlkə  də,  kifayət  qədər  məlamata  malik  deyillər.  Təqdim  olunan  dissertasiya  işi,  həm  də 
yaddaşların təzələnməsinə yardımçı olar. 
Tədqiqatın  əhatə  etdiyi  bölgənin  ilk  tunc  dövründə  sosial-iqtisadi,  ictimai-siyasi,  dini-ideoloji 
dünyagörüşü,  ətraf  əlamlə  təmasda  olması,  mədəni-iqtisadi  əlaqələrin  durumu  və  bir  çox  başqa  məsələlərin 
təhlilində yaşayış yerləri ilə yanaşı qəbir abidələrinin də bir mənbə kimi rolu böyükdür.  
Qeyd etmək lazımdır ki, ilk tunc dövrünə aid qəbir abidələri heç də tədqiqatın əhatə etdiyi ərazinin hər 
yerində eyni dərəcədə öyrənilməmişdir. Belə ki, Füzuli və Beyləqan bölgəsində, yəni Mil düzünün əsas zonasında 
bu  dövrün  qəbir  abidələrinə  hələlik  rast  gəlinməmişdir,  daha  doğrusu  aşkar  olunmamışdır.  Burada  yerüstü 
əlamətləri olan qəbir abidələrinə də, demək olar ki, təsadüf edilməmişdir. Qarabağ bölgəsinə aid dağlıq zonanın 
Füzuli rayonun ərazisində son tunc dövrünün kurqan abidələri (xüsusilə Qarabulaq kurqanları) tədqiqata cəlb 
olunmuşdur. Burada da ilk tunc dövrü qəbirləri hələlik məlum deyil. Doğrudur, Beyləqan rayonunun İmamverdilər 
və Asqallar kəndləri arasındakı möhtəşəm Saraytəpə kurqan abidəsi yerləşir. Lakin burada qazıntı aparılmadığı 
üçün  kurqanın  dövrü  haqqında  söz  demək  çətindir.  Hərçənd  ki,  Ağcabədinin  Salmanbəyli  kəndinin  yanındakı 
Üçtəpələrdən birində  A.A.İyessenin apardığı tədqiqatlar nəticəsində onun ilk tunc dövrünə aid olması müəyyən 
edilmişdir [114, s. 153-194]. Yəni, güman edirik ki, Saraytəpə kurqanının da nəzəri baxımdan ilk tunc dövrünə 
aid olmasını ehtimal etmək olar. Lakin bu fərziyyədir. 
Mil zonası ilə müqayisədə Qarabağın düzənlik, dağətəyi və dağlıq zonasında ilk tunc dövrünün qəbir 
abidələri həm aşkar olunmuş, həm də bu abidələrdə arxeoloji qazıntılar aparılmışdır. 
 Açar sözlər: Mil-Qarabağ, ilk tunc, qəbir abidələr, kurqan, dəfn adəti 
 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə