Microsoft Word turkcess ozet kitap docx



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə88/115
tarix19.10.2018
ölçüsü2,88 Mb.
#74851
1   ...   84   85   86   87   88   89   90   91   ...   115

 
 
 170
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Azərbaycanda Həyat Səviyyəsi Yüksəldilməsi, Qeyri-Bərabərliyin Yaranma Səbəbləri və 
İçtimai Siyasi Sabitlik  
Azəraycan Dpvlət İqtisad Universiteti 
i.f.d.K.A Nəcəfova 
 
Içtimai  maraqlar  nöqteyi-  nəzərdən  ölkədə  pozitiv  sabitlik vəziyyətinə  keçid  optimal  sosial-bərabərlik 
formalaşdıra bilər. İstənilən inkişaf mərhələsində mövcud içtimai-siyasi və sosial vəziyyət arasında qarşılıqlı əlaqə 
mühüm  tədqiqat  obyektidir.  Bu  baxımdan  qeyri-bərabərliyin  yaranma  səbəb-nəticələri və  aradan  qaldırılması 
yollarının araşdırılması günün aktual tələbidir. Bundan əlavə qeyri-bərabərliklə ölkənin daxili sabitliyi arasında 
qarşılıqlı əlaqə və asılılıqlar da qiymətləndirilməlidir. Əhalinin rifahının daha da yüksəldilməsi ölkədə aparılan 
sosial-iqtisadi nəticələrin prioritet istiqamətini təşkil edir. Bu baxımdan əhalinin rifahının yüksəldilməsi, fiziki və 
sosial sağlamlığının yaxşılaşdırılmasına yönəldilən əsaslı dövlət siyasəti həyata keçirilir. 
 Qeyri-bərabərlik  anlayışı  altında  hər  şeydən  əvvəl  gəlirlərin  qeyri-bərabər  bölğüsündən  irəli  gələn 
vəziyyət  başa  düşülür.  Gəlirlərin  əhali  təbəqələri  arasında  ədalətli  bölgüsü  eyni  zamanda  yoxsulluğun 
azaldılmasına yönəldilən dövlət siyasəti baxımından əhəmiyyətlidir. Qeyd olunan bölgü metodoloji cəhətdən  Cini 
indeksi ilə qiymətləndirilir. Dünya üzrə hesablamalara görə bu indeksin 1% azalması gündəlik gəlirin 1 dollardan 
az olanların gəlirlərinin 4% artımına səbəb ola bilər. Qeyd etmək olar ki, Azərbaycanda Cini indeksinin kəmiyyəti 
2001-ci  ildə  0,35-ə,  2002-ci  ildə  isə  0,236-ya  bərabər  olmuşdur.  Bu  əmsalın  “0”-a  yaxınlaşması  gəlirlərin 
xərclərlə bərabər olması vəziyyətini əks etddirməsi həmin dövrdə respublikada yoxsulluğun və təbəqələşmənin 
real məzənnəsini əks etdirir. Qeyri-bərabərliyin tədqiqi zənginliyin və yoxsulluğun müxtəlif sxemlərinin təhlilinə 
istinad etməlidir. Bu onunla əlaqədardır ki, son dövrlərdə formalaşmış yeni konsepsiya və metodlar yoxsulluğu 
istehlakın lazımi səviyyədə olmaması kimi qiymətləndirilməsini istisna edir. Belə yanaşma həmçinin yoxsulluğun 
aradan qaldırılması mexanizminə də fərqli yanaşma formalaşdırır. Belə ki, yoxsulluğa qarşı mübarizənin sosial 
transferlərlə  aparılması  aztəminatlı  təbəqənin  istehlak  səviyyəsini  yüksəltsə  də  problemi  kökündən  həll  etmir. 
Tanınmış yazıçı Viktor Hüqo öz yazılarından birində qeyd edirdi ki, biz yardım göstərilmiş yoxsullar deyil, aradan 
qaldırılmış yoxsulluq istəyirik. 
Insanların normal yaşayışı üçün “təhlükə” törədən və cəmiyyətdə onların mənəvi-psixaloji sıxıntısına 
səbəb  olan  amillərdən  biri  sosial  qeyri-bərabərlikdir.  Sosial  qeyri-bərabərliyin  səciyyəsi  üçün  əksər  hallarda 
əhalinin  cari  gəlirlərinin  differensiallaşdırılması  göstəricilərindən  istifadə  olunur.  Bir  qayda  olaraq  həmin 
göstəriciləri aşağıdakı kimi qruplaşdırmaq olar: 1.Yüksək təminatlı 20% əhalinin orta gəlirinin aşağı təminatlı 20 
%  əhalinin  orta  gəlirinə  nisbəti;  2.Gəlirin  differensiallaşdırılması  əmsalı;  3.Gəlirlərin  təmərküzləşdirilməsi 
indeksi 
Sosial qeyri-bərabərliyin səbəblərinə gəldikdə isə demək olar ki,  Milli iqtisadiyyatın real portretini təsvir 
edərək xammal hasilatı və ixrac, həmçinin bu fəaliyyət növünə xidmət edən maliyyə sektorunun inkişafını misal 
göstərə bilərik. Qeyd etmək lazımdır ki, hətta ardıcıl təkmilləşdirmə aparmadan effektiv institutların fəaliyyətinin 
saxlanılması mütləq şəkildə durğuluğu və növbəti durqunluğa səbəb olur. Bu baxımdan ölkənin daxili sabitliyinin 
müsbət  keyfiyyət  kimi  qəbul  edilməsi,  həm  də  keçmiş  pozitiv  sabitliyin  yenisinin  xeyrinə  olaraq  daim  inkar 
olunmasıdır.  Ardıcıl olaraq yeni pozitiv, daxili sabitlik vətəndaşların müxtəlif sosial, siyasi və içtimai qruplar 
arasında  dialoq ve kompromislərin axtarışı mexanizmləri vasitəsilə təkamül yolu ilə formalaşır. Bu halda qeyri-
bərabərliklərlə  formalaşmış  vəziyyət  sabitliyin  hansı  ssenarisinə  gətirib  çıxarır?  kimi  sual  yaranır:  Və  qeyri 
bərabərliklərin  cari  tipinin  formalaşmasının  yuxarıda  qeyd  olunan  obyektiv  səbəbləri  özünün  konservasiyası 
halında neqativ sabitlik yaradır.  Bu ssenari çərcivəsində hərəkət trayektoriyası daha bir neçə il ölkədə sabitliyin  
xarici əlamətləri ilə xarakterizə oluna bilər. Burada cəmiyyət üzvlərinin davranışının  müxtəlif cəhətlərinə diqqət 
yetirmək lazımdır. 
Birinci, orta hesabla son on ildə davranışında aşağıdakı davranış formaları- cinayətkatliq, alkoqolizm, 
narkomaniya,  özünəqəsd,  ailə  münaqişəsi,  təhsilə  mənfi  münasıbət,  aşaği  intellekt  səviyyəsi  olanların  xüsusi 
çəkisini müəyyən etmək lazımdır. 
Ikinci, vətəndaşlar arasında ölkə daxilində yerləşmə və miqrasiya əhval-ruhiyyəsini təhlil etmək tövsiyyə 
olunur. Belə hadisələrin daha cox baş verdiyi ölkələrdə onları şərtləndirən əsas səbəblər demək Vətəndaşların 
özünü reallaşdırma perspektivlərinin olmaması. Bu əsasən iqtisadiyyatın arxaik strukturundan, iqtisadi fəaliyyət 
sferalarının qeyri-bərabər inkişafından irəli gəlir. a) Imitasion siyasi sistemin mövcudluğu; b)Müasir beynəlxalq 
standartlarla müqayisədə geridə qalmış təhsil və səhiyyə sistemi. Məhz yuxarıda göstərilən səbəblərdən 2008-
2009-cu illər iqtisadi böhran ərəfəsində bir sıra ölkələrdə orta sinfin (təbəqənin) inkişafı demək olar ki, dayandı. 
Bundan əlavə perspektivli və peşəkar kadrların ölkədən tədricən axını baş verdi. 
Sabitliyin  saxlanılması  adı  altında  cıxışlarla  gizlədilən  bütün  bu  neqativ  meyllərə  əhalinin,  ölkənin 
regionları arasında yenidən bölüşdürülməsi  prosesi də əlavə olunur. Ölkənin paytaxtına və iri sənaye şəhərlərinə 
əhalinin axını güclənir, digər regionlarda isə yaşlıların və əmək qabiliyyəti olmayanların sayı  üstünlük təşkil edir. 
Cox təəssüf ki, hələlik Azərbaycanda da oxçar vəziyyət müşahidə olunur. Bakı-Abşeron iqtisadi rayonu respublika 
əhalisinin ən cox cəmləşdiyi region və ən böyük biznes mərkəzi olaraq qalmaqdadır.  


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə