170
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve
Sosyal Bilimler Sempozyumu
27-30 Haziran 2018/Bakü-Azerbaycan
IV. International Symposium on Educational and
Social Sciences in Turkish Cultural Geography
27-30 June 2018/Baku-Azerbaijan
Azərbaycanda Həyat Səviyyəsi Yüksəldilməsi, Qeyri-Bərabərliyin Yaranma Səbəbləri və
İçtimai Siyasi Sabitlik
Azəraycan Dpvlət İqtisad Universiteti
i.f.d.K.A Nəcəfova
Içtimai maraqlar nöqteyi- nəzərdən ölkədə pozitiv sabitlik vəziyyətinə keçid optimal sosial-bərabərlik
formalaşdıra bilər. İstənilən inkişaf mərhələsində mövcud içtimai-siyasi və sosial vəziyyət arasında qarşılıqlı əlaqə
mühüm tədqiqat obyektidir. Bu baxımdan qeyri-bərabərliyin yaranma səbəb-nəticələri və aradan qaldırılması
yollarının araşdırılması günün aktual tələbidir. Bundan əlavə qeyri-bərabərliklə ölkənin daxili sabitliyi arasında
qarşılıqlı əlaqə və asılılıqlar da qiymətləndirilməlidir. Əhalinin rifahının daha da yüksəldilməsi ölkədə aparılan
sosial-iqtisadi nəticələrin prioritet istiqamətini təşkil edir. Bu baxımdan əhalinin rifahının yüksəldilməsi, fiziki və
sosial sağlamlığının yaxşılaşdırılmasına yönəldilən əsaslı dövlət siyasəti həyata keçirilir.
Qeyri-bərabərlik anlayışı altında hər şeydən əvvəl gəlirlərin qeyri-bərabər bölğüsündən irəli gələn
vəziyyət başa düşülür. Gəlirlərin əhali təbəqələri arasında ədalətli bölgüsü eyni zamanda yoxsulluğun
azaldılmasına yönəldilən dövlət siyasəti baxımından əhəmiyyətlidir. Qeyd olunan bölgü metodoloji cəhətdən Cini
indeksi ilə qiymətləndirilir. Dünya üzrə hesablamalara görə bu indeksin 1% azalması gündəlik gəlirin 1 dollardan
az olanların gəlirlərinin 4% artımına səbəb ola bilər. Qeyd etmək olar ki, Azərbaycanda Cini indeksinin kəmiyyəti
2001-ci ildə 0,35-ə, 2002-ci ildə isə 0,236-ya bərabər olmuşdur. Bu əmsalın “0”-a yaxınlaşması gəlirlərin
xərclərlə bərabər olması vəziyyətini əks etddirməsi həmin dövrdə respublikada yoxsulluğun və təbəqələşmənin
real məzənnəsini əks etdirir. Qeyri-bərabərliyin tədqiqi zənginliyin və yoxsulluğun müxtəlif sxemlərinin təhlilinə
istinad etməlidir. Bu onunla əlaqədardır ki, son dövrlərdə formalaşmış yeni konsepsiya və metodlar yoxsulluğu
istehlakın lazımi səviyyədə olmaması kimi qiymətləndirilməsini istisna edir. Belə yanaşma həmçinin yoxsulluğun
aradan qaldırılması mexanizminə də fərqli yanaşma formalaşdırır. Belə ki, yoxsulluğa qarşı mübarizənin sosial
transferlərlə aparılması aztəminatlı təbəqənin istehlak səviyyəsini yüksəltsə də problemi kökündən həll etmir.
Tanınmış yazıçı Viktor Hüqo öz yazılarından birində qeyd edirdi ki, biz yardım göstərilmiş yoxsullar deyil, aradan
qaldırılmış yoxsulluq istəyirik.
Insanların normal yaşayışı üçün “təhlükə” törədən və cəmiyyətdə onların mənəvi-psixaloji sıxıntısına
səbəb olan amillərdən biri sosial qeyri-bərabərlikdir. Sosial qeyri-bərabərliyin səciyyəsi üçün əksər hallarda
əhalinin cari gəlirlərinin differensiallaşdırılması göstəricilərindən istifadə olunur. Bir qayda olaraq həmin
göstəriciləri aşağıdakı kimi qruplaşdırmaq olar: 1.Yüksək təminatlı 20% əhalinin orta gəlirinin aşağı təminatlı 20
% əhalinin orta gəlirinə nisbəti; 2.Gəlirin differensiallaşdırılması əmsalı; 3.Gəlirlərin təmərküzləşdirilməsi
indeksi
Sosial qeyri-bərabərliyin səbəblərinə gəldikdə isə demək olar ki, Milli iqtisadiyyatın real portretini təsvir
edərək xammal hasilatı və ixrac, həmçinin bu fəaliyyət növünə xidmət edən maliyyə sektorunun inkişafını misal
göstərə bilərik. Qeyd etmək lazımdır ki, hətta ardıcıl təkmilləşdirmə aparmadan effektiv institutların fəaliyyətinin
saxlanılması mütləq şəkildə durğuluğu və növbəti durqunluğa səbəb olur. Bu baxımdan ölkənin daxili sabitliyinin
müsbət keyfiyyət kimi qəbul edilməsi, həm də keçmiş pozitiv sabitliyin yenisinin xeyrinə olaraq daim inkar
olunmasıdır. Ardıcıl olaraq yeni pozitiv, daxili sabitlik vətəndaşların müxtəlif sosial, siyasi və içtimai qruplar
arasında dialoq ve kompromislərin axtarışı mexanizmləri vasitəsilə təkamül yolu ilə formalaşır. Bu halda qeyri-
bərabərliklərlə formalaşmış vəziyyət sabitliyin hansı ssenarisinə gətirib çıxarır? kimi sual yaranır: Və qeyri
bərabərliklərin cari tipinin formalaşmasının yuxarıda qeyd olunan obyektiv səbəbləri özünün konservasiyası
halında neqativ sabitlik yaradır. Bu ssenari çərcivəsində hərəkət trayektoriyası daha bir neçə il ölkədə sabitliyin
xarici əlamətləri ilə xarakterizə oluna bilər. Burada cəmiyyət üzvlərinin davranışının müxtəlif cəhətlərinə diqqət
yetirmək lazımdır.
Birinci, orta hesabla son on ildə davranışında aşağıdakı davranış formaları- cinayətkatliq, alkoqolizm,
narkomaniya, özünəqəsd, ailə münaqişəsi, təhsilə mənfi münasıbət, aşaği intellekt səviyyəsi olanların xüsusi
çəkisini müəyyən etmək lazımdır.
Ikinci, vətəndaşlar arasında ölkə daxilində yerləşmə və miqrasiya əhval-ruhiyyəsini təhlil etmək tövsiyyə
olunur. Belə hadisələrin daha cox baş verdiyi ölkələrdə onları şərtləndirən əsas səbəblər demək Vətəndaşların
özünü reallaşdırma perspektivlərinin olmaması. Bu əsasən iqtisadiyyatın arxaik strukturundan, iqtisadi fəaliyyət
sferalarının qeyri-bərabər inkişafından irəli gəlir. a) Imitasion siyasi sistemin mövcudluğu; b)Müasir beynəlxalq
standartlarla müqayisədə geridə qalmış təhsil və səhiyyə sistemi. Məhz yuxarıda göstərilən səbəblərdən 2008-
2009-cu illər iqtisadi böhran ərəfəsində bir sıra ölkələrdə orta sinfin (təbəqənin) inkişafı demək olar ki, dayandı.
Bundan əlavə perspektivli və peşəkar kadrların ölkədən tədricən axını baş verdi.
Sabitliyin saxlanılması adı altında cıxışlarla gizlədilən bütün bu neqativ meyllərə əhalinin, ölkənin
regionları arasında yenidən bölüşdürülməsi prosesi də əlavə olunur. Ölkənin paytaxtına və iri sənaye şəhərlərinə
əhalinin axını güclənir, digər regionlarda isə yaşlıların və əmək qabiliyyəti olmayanların sayı üstünlük təşkil edir.
Cox təəssüf ki, hələlik Azərbaycanda da oxçar vəziyyət müşahidə olunur. Bakı-Abşeron iqtisadi rayonu respublika
əhalisinin ən cox cəmləşdiyi region və ən böyük biznes mərkəzi olaraq qalmaqdadır.
Dostları ilə paylaş: |