Microsoft Word umidlerin izi ile son 10. 02. 2012



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə25/42
tarix01.07.2018
ölçüsü1,72 Mb.
#52556
1   ...   21   22   23   24   25   26   27   28   ...   42

 
 
96 
16 yaşlı  qızı ilə girov düşən Səkinə adlı  gəlini aramızda 
görmədik. Səkinə  Qədim dayının  əməliyyat olduğu otağa 
keçmiş, axşamkı “mərasim”dən sonra özünü bağışlaya 
bilməyib pəncərənin barmaqlığından asmışdı.  Çünki həmin 
gecə  bütün qadınları harasa aparmışdılar. Vaskanyan bizi 
qorxutmaq  üçün, xüsusən də  mənə  nümunə  göstərmək  üçün 
Səkinənin qızını bizim yanımızda cinsiyyət orqanından vurdu.  
Sonra ikisini də meşəyə atdırdı.  
– Əgər qızlardan kimsə özünü öldürmək istəsə, onun əlimizdə 
olan qohumunu, ya da burdakılardan birini öldürəcəyəm. 
Qaçmağa isə heç  cəhd etməyin,-deyib,  mənə  xüsusi nəzər 
yetirdi. Sanki dediklərinin hamısını mənə deyirdi.  
Beləliklə, mən bundan sonra Gülcahan üçün yaşadım. İndi 
də yaşayıramsa, bu onun üçündür. Bu, illər  çəkəcək, amma 
deyəsən, sonu olmayacaqdı....  Ölümdən qorxduğum  üçün 
Gülcahanı özümə təsəlli etdiyimi də az düşünməmişəm. Amma 
o hisləri yaşamayan  şəxs,  ölümün o anda ən yaxşı  məlhəm 
olduğunu birmənalı şəkildə başa düşər.  
 
 
 


 
 
97 
 
 
 
 
 
 
 
 
 
 
13. Xatirələr sorağında 
 
   Axı insanlar nəyə  görə dinc yaşamaq istəmirlər?! Nəyə 
görə ta qədimdən bu günə, bu gündən sabaha düşündükləri 
kimisə məhv etmək, torpaqlar, mülklər ələ keçirmək, özündən 
zəif olanları qorxu altında saxlamaqla onlara hakim olmaq 
istəyidir?! ... 
... ... ... 
   Ramil  vaxtın necə  ötdüyünü hiss etmədən beynini yoran 
bu suallara cavab tapa biləcəyinə hələ də ümid edərək növbəti 
dəfə siqaret yandırmaq istəyirdi ki, həyat yoldaşı Nərminənin 
səsi eşidildi: 
– Ay Ramil, yenə nə olub?! Niyə özünə zülm edirsən? 
Nərminənin nə vaxt qapını açdığı, onun iş otağından keçib 
arxa həyətə düşməsini hiss etməyən Ramil sanki indi yuxudan 
ayılırmış kimi səksəndi. Bu o qədər ani oldu ki, əlindəki 
siqaret yerə  düşdü. Sən demə,  Nərminə xanım iki-üç saatdır 
onun nə vaxt evə qayıdıb süfrəyə  gəlməsini gözləyirmiş. Ona 
mane olmamaq üçün narahat etməməyi düşünmüşdüsə  də, 
artıq dözməyib ardınca gəlmişdi. Başa düşmüşdü ki, əri yenə 
də  özünü yaxşı hiss etmir. Belə olanda həmişə onun yanında 
olmağı, ona dəstək olmağı arzu etsə  də, Ramil bu 


 
 
98 
vəziyyətlərində  tək qalmaq üçün qaçırdı. Bu isə  hər dəfə onu 
ürəkdən sevən Nərminəni incik salırdı. Hərdən də qadın özünü 
danlayırdı belə şeyləri görəndə. Bir az əvvəl isə “gərək Ramil 
evdə olmayanda Aytəkinlə  əməlli başlı danışam ki, artıq 
böyük qızdır, yersiz suallar verməsin”,-deyə  düşünüb  özünü 
növbəti dəfə məzəmmət eləmişdi. Axı qızı bu gün həmin sualı 
verməsəydi, Ramil də belə olmayacaqdı... 
– Neynirsən məni?! – Ramil cavab gözləyən həyat yoldaşına 
nəhayət ki, cavab verdi. 
– Necə  yəni, neynirsən? Heç bilirsən nə  qədər siqaret 
çəkmisən? Bayaq bu qutunu mənim yanımda açmısan, bax, 
demək olar indi boşdur! Günorta yeməyinin vaxtı da keçib. 
Aytəkin deyir ki, heç olmasa, bu gün atam evdə olduğu üçün 
onunla yemək istəyirəm. Onsuz da uşaq son günlərdə  çox az 
yeyir. Çox narahatam buna görə. 
– Yaxşı, yaxşı, sən get hazırla, mən siqaret çəkib gəlirəm. 
– Süfrə hazırdır... – Nərminə bunu deyib daha cavab 
gözləmədən getdi. Bilirdi ki, əri ilə  söz güləşdirməyə ehtiyac 
yoxdur. Onsuz da o həmişə  öz bildiyini edirdi. Ramil ilə ilk 
evlilik illərində buna alışmasa da, sonradan necə olmuşdusa, 
hər  şeydə  qərar vermək məsələlərini  ərinə saxlayırdı. 
Doğrudur, müsəlman kişisinin 
özünəməxsus ailəçilik 
mentalitetini nəzərə alsaq, bunda qəribə heç  nə yox idi. 
Nənələrin dediyi kimi, “kişi nə dedi odur, öl dedi öl, qal dedi 
qal!” olmalı idi. Amma Nərminə etiraf etməli idi ki, son illərdə 
bu baxımdan  ərinə  əməlli-başlı  müstəqillik vermişdi. Ramilin 
bu açıq-aşkar üstünlüyü isə həyat yoldaşı Nərminəni qətiyyən 
narazı, incik salmırdı. Ona ailədə hamı  güvənirdi. 
Uzaqgörənliyi, bacarığı, istedadı, ailəcanlılığı hamı  üçün 
örnək idi. Qohumları onun qohumcanlı olmasından 
ağızdolusu danışırdılar. Ramil üçün  ən həssas olan məsələ 
Vətən anlayışı idi. Vətən! Məhz beş  hərfdən ibarət bu kəlmə 


 
 
99 
haqqında Ramilin günlərlə danışacağı  söhbətləri var idi. Bu 
kəlmə onun üçün namus, qeyrət, vicdan kəlmələri qədər ali 
idi. Onun bu həssaslığını ailə  üzvləri, dostlar, iş yoldaşları 
hamısı yaxşı bilirdilər. Həmişə bu mövzuda söhbət zamanı 
diqqətli olmağa  çalışırdılar. Müharibənin ağrı-acılarını 
görmüş, əsir düşməsə də, əsirlik həyatının nə demək olduğunu 
yaşayanlar qədər bilmiş, cavanlıq illərinin ən əziz xatirəsini – 
sevgilisi Aytəkini itirmişdi o... Onun beyninin neyronlarından 
ürəyində  hərəkətə  gələn qanına qədər hakim olan Vətən 
kəlməsinin belə müqəddəsləşməsinin səbəblərindən idi bunlar. 
Dostları torpaqlarımız uğrunda canlarını  fəda edəndə o da 
onlarla bərabər ölmək istəmiş, məzara girmək istəmişdi. Canı 
yanmışdı. Amma həmişəki kimi ürəyinin səsinə deyil, 
beynində  düşündüklərini etməyi seçmiş, ağır yaralar alandan 
sonra da bir az dirçələn kimi döyüşlərin  ən ağır olduğu 
bölgələrə getmişdi.  Ölmək  üçün yox, məhz  öldürmək, qisas 
almaq, qələbə  çalmaq, vətəndaşı olduğu torpağın igid 
övladlarının mübarizliyini göstərmək  üçün hər zaman məğrur 
dayanmışdı... 
 
*** *** *** 
– Nərminə?! – iş otağına girən Ramilin səsi eşidildi. Sən demə 
həyat yoldaşı bayaq ondan ayrılıb süfrəni hazırlamaq  üçün 
getsə də, ərinin iş otağına keçəndə bir az oturmaq adı ilə fikirli 
halda yuxuya dalıbmış. Ramil ona yaxınlaşanda bir neçə saat 
əvvəl özünün oxuduğu kitabı yoldaşının əlində gördü. 
– Bəs, sən süfrə hazırlamağa getmişdin? – Ramil üzündəki 
təbəssümü gizlətməyib söz atdı. Mən də tələsik gəldim ki, bəs 
ay aman, yeyib qurtardılar mənə qalmadı. 
–  Çox tələsik gəlmisən! – bu dəfə  də  özünə yenicə  gələn 
Nərminə  söz atdı. Hiss etdi ki, ən azı 10-15 dəqiqə  ərinin iş 
kreslosunda beləcə yuxuya dalıbmış. İndi əri onu çağıranda da 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə