Microsoft Word umidlerin izi ile son 10. 02. 2012



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə28/42
tarix01.07.2018
ölçüsü1,72 Mb.
#52556
1   ...   24   25   26   27   28   29   30   31   ...   42

 
 
107 
sübut etmək cəhdi o qədər də asan olmayacaqdı. Mən 
bunların heç birinə razı olmazdım. “Birdən məni 
qaytardılar?”- sualı  məni narahat etdiyi üçün  özümü 
məzəmmət edirdim.  
Qədim dayı ziyalı adam olduğu  üçün Qırmızı  Xaç 
cəmiyyəti haqqında  çox  şey bilirdi. Onların gəlməsi, bizim 
qurtulmağımız deməkdir-deyir və buna əminliklə inanırdı. 
Hətta bizə təsəlli üçün, işgəncələrə səbrlə dözməyi də məsləhət 
görürdü. Sakit olmağa,  əzmli olmağa  çağırırdı.  İntihar etmək 
istəyənləri isə bu işdən çəkinməyə çağırırdı. Bunun Qurana da 
zidd olduğunu deyirdi. Amma bizə  söz verirdi ki, əsirlikdən 
qurtaran kimi, hamımızın qisasını alacaqdı. Necə ki, 
Əsgəranda ermənilərin başına oyun açmış, onlara qan 
uddurmuşdu. Bu gördüklərini isə heç vaxt unutmayacağına 
söz vermişdi. O qədər nurani insan idi ki, o danışanda hər şeyi 
unudurduq, heç bir iyrənc xatirə yadımıza düşmürdü. Bəlkə də, 
bizim yanımızda olmasa idi, əksəriyyətimiz ən azından intihar 
etməyə  cəhd etmişdik. O, türk mentalitetinə yaxından bələd 
idi. Buna görə  də  özü onun əksinə  hərəkət edirdi bəzən. 
Deyirdi ki, çılğın davranıb nə edəcəyik? Ən yaxşı halda kiməsə 
bir  şillə atarıq, yumruq vurarıq,  özümüzü  öldürərik. Amma 
burdan sağ çıxıb yenidən bunlara bəla olmaq lazımdır. Qisas 
üçün yaşamağımız lazımdır. Silah götürüb döyüşərsiniz. 
Orduya xidmət edərsiniz.  Ölüm hər  şeyin həlli demək deyil. 
Tək ölməkdənsə bir erməni belə öldürüb ölmək daha yaxşıdır-
deyirdi.  
Axşamları ermənilərin  əyləncəsinə  çevrilir, səhərləri 
ağrılardan,  əzabdan birtəhər durur, yenə  də axşamı 
gözləyirdik. Deyəsən, hər  şeyin dərmanı olan zaman bizi də 
alışdırırdı. Əyyaş erməni zabitlərinin hər gecəki qiyaməti bizi 
gün-gündən məhv edirdi. Qonşu otaqlarda döyülən 
azərbaycanlıların səsindən kim olduqlarını müəyyənləşdirir,  


 
 
108 
bizim otağa nə vaxt gələcəklərini gözləyirdik. Dörd divarı 
olan otaqda gizlənməyə  də yer tapa bilmirdik. Gecənin 
düşdüyünü, səhərin açıldığını barmaq boyda olan dəmir 
barmaqlıqdan müəyyənləşdirirdik. Otaq daima ala- qaranlıq 
olurdu. Gecələr isə  işıq olmadığından zülmət içində olurduq. 
Bu zülmət məni illərlə  ağuşuna alacaq, gizlədəcək, 
uçurumlardan uçurumlara aparacaqdı... 
 
 
 
 
 
 
 
 


 
 
109 
 
 
 
 
 
 
 
 
 
 
15. Qaranlıqdakı şahid 
 
– Ramil müəllim, arxayın olun, onsuz da dərsim bitmişdi, – 
Tofiq müəllim auditoriyaya girməmiş bu sözləri deyib 
təbəssümlə içəri keçdi. 
Məktəbdə  qızının tədbirində olmaq üçün Ramil özü 
dostundan onun seminar dərsini bu günlük  əvəz etməsini 
istəmişdi. İndi bir daha saatına baxıb pilləkənlərlə aşağı endi. 
Deyəsən, gecikirdi. 
 
*** *** *** 
Görəsən, necə olacaq?! Aytəkinim yaxşı danışa biləcəkmi?! 
Özünü itirsə, heç yaxşı olmayacaq. Qızının da özü kimi belə 
məsələlərdə  həssas olduğunu xatırlayıb bir anlıq kövrəldi. 
Ətrafdakı insanların diqqət obyekti olmamaq üçün  üzünü 
yana – avtobusun bayıra baxan şüşəsinə tərəf çevirdi. İctimai 
nəqliyyatdan da istifadə etmək son dövrlər  onu çox sıxırdı. 
Həkimi sükan arxasına oturmağa icazə vermədiyinə  görə 
həmişə onu qınasa da, onun haqlı olduğunu da inkar etmirdi. 
Çünki  öz maşınını  sürərkən fikirli olduğundan dəfələrlə pis 
vəziyyətlərdə qalmışdı. Hətta keçən il az qalsın maşınla adam 
da vuracaqdı. Bundan sonra bir müddət avtomobil idarə 


 
 
110 
etməməyi özünə  söz verdiyinə  görə maşınını da satdı.  İndi də 
avtobusda, metroda olarkən gördüklərinə  göz yuma bilmir
daxilən əsəbiləşib sarsıntı keçirirdi. 
Gözləri yolboyu yüksək sürətlə şütüyən maşınlara baxsa da, 
fikirləri yenə  də naməlum yerlərdə  cərəyan edirdi. Arabir 
maşınlar arasında tələsik yolu keçən insan da onun diqqətini 
cəlb edirdi. Bu insanları onunla eyni avtobusda oturub 
sərnişinlik edən digərləri ilə müqayisə də edirdi. Amma bu çox 
az  çəkirdi. Yenə  də  öz fikirlərinə qayıdırdı.  İnsanların nəyə 
görə belə  cılızlaşdığı onu indi daha çox yorur, sanki sonsuza 
qədər davam edəcək mübahisəli müqayisələr burulğanına 
sürükləyirdi. Uşaqlar isə bunların içərisində yeganə pak 
varlıqlar idi. Məhz onlar hər  şeyi görür, böyüklərinin 
“ibrətamiz məsləhətlərinə” qulaq asır və bunlarla oturub-
dururdular. Hərdən bu məsləhətlərə  gülənlər, inanmayanlar, 
qulaqardına vuranlar da tapılırdı. Bu, uşaqları  əyləndirmək 
üçün özünü gülünc vəziyyətə salan klounun halına bənzəyirdi. 
Uşaqları  əyləndirmək istəsə  də,  uşaqlar ondan qorxur
ağlayaraq, sanki ustalıqla maskalanaraq gizlədilməyə çalışılan 
əsl simanı ətrafda olan “böyüklərə” çatdırmağa çalışırdılar. 
– Düşən var “astanovkada”? – 13-14 yaşlı yeniyetmənin 
ciyiltili səsi onu fikirlərindən ayırdı. Məktəbin qarşısındakı 
dayanacağa  çatmışdı.  Əlindəki manatlığı  özünü “konduktor” 
adlandıran bu uşağa uzatdı. 
– Xırda yoxdur, ay dayı?! – üz-gözündən sırtıqlıq yağan oğlan 
dilləndi. Hiss olunurdu ki, məktəbə-zada getməyib səfil həyatı 
keçirir. Köhnə yarımqol köynəyinin döş cibindən görünən 
ucuz siqaret də bundan xəbər verirdi. 
– Yaxşı  düş get, düş get..! Mənim də  xırdam yoxdur, – uşaq 
Ramil müəllimin cavab vermədiyini görüb əda ilə dilləndi. 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə