Microsoft Word umidlerin izi ile son 10. 02. 2012



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə29/42
tarix01.07.2018
ölçüsü1,72 Mb.
#52556
1   ...   25   26   27   28   29   30   31   32   ...   42

 
 
111 
Sən də  rədd ol da, haradan peyda oldun?! – oğlan bunu 
deyib dilənmək  üçün avtobusun açıq qapısından içəri 
soxulmaq istəyən dilənçi oğlana var gücü ilə təpik vurdu. 
– Qoy itsin cəhənnəmə, məni işə salma, – avtobus sürücüsünün 
amiranə səsi eşidildi. 
– Lazım dayı, bunu əvvəllər görməmişdim, deyəsən, təzə 
gətiriblər,-konduktor oğlan indicə  təpiklə vurduğu dilənçi 
oğlana işarə etdi. 
– Hə, Allah bilsin kimin itidir! – sürücü  həvəssiz dillənib 
müştərilərin yol haqqı olaraq köhnə peçenye qutusuna atdığı 
pulları sahmanlamağa başladı. 
– Ay, oğul, o fağırı niyə vurdun?! Görmürsən ruhi xəstədir! – 
arxa oturacaqda əyləşən qoca qadının səsi eşidildi. 
– Sən də sakit ol, ay nənə, sənə nə var e?! Sən onu tanımırsan, 
oğrunun biridir!  
Oğlan tanımadığı dilənçi oğlan haqqında mühakimə 
yürüdüb vəziyyətdən çıxmaq istədi. 
– At getdik! Üç  dəqiqə oldu, – dayanacaqda durma vaxtının 
tamam olduğunu işarə edən sürücü köməkçisinə dilləndi. 
– Hələ yarım dəqiqə qalıb ay Lazım dayı, niyə  tələsirik e? – 
təzə yandırdığı ucuz siqaretini həvəslə  sümürən yeniyetmə 
konduktor vaxtı uzatmaq istədi. Amma vurduğu dilənçi 
oğlanın hələ  də yerdən qalxmadığını  görüb bərk qorxmuşdu. 
On səkkiz-iyirmi yaşlarında olan bu dilənçiyə bədəncə cılız və 
zəif göründüyünə  görə  əslində daha az yaş vermək olardı. 
Amma tük basmış sifəti bunu demirdi. Nəhayət ki, özünə gəlib 
ayağa qalxaraq konduktorun sifətinə acıqla baxdı, sonra isə 
yenidən dayanacağın arxasındakı yerinə qayıtdı. 
– Sür getdik e! – onun özünə  gəldiyini görən yeniyetmə 
deyəsən,  özü  də onunla bərabər qurtulmuşdu. Hətta yarıya 
qədər çəkmədiyi siqaretini da atıb sürücüsünə göstəriş verdi. 


 
 
112 
– Hə, “malış”, deyəsən özünə gəldin axı sən də, – sürücü Lazım 
da ona söz atıb avtobusu hərəkətə gətirdi. 
 
*** *** *** 
 
 
Ramil məktəbin darvazasına  çatanda ayaq saxlayıb geri 
döndü. Bütün diqqəti ilə bayaqkı dilənçi oğlanı axtarırdı. 
Avtobusdan düşəndən sonra həmin oğlanı dayanacağın 
arxasında oturan görsə  də, indi o, orada deyildi. Siqaret 
yandırıb bir az aralıdakı sakit bir yerdə dayanmaq istəyirdi ki


 
 
113 
telefonuna zəng gəldi. Nömrə tanış gəlsə də, ekranda hansısa 
ad çıxmadı: 
– Bəli! – tərəddüdlə telefonu qulağına apardı. 
– Salam, ata, mənəm! Bəs gəlmirsən, tədbirimiz indi başlayır 
axı! 
–  Çatmışam, qızım, narahat olma – yadına düşdü ki, bu 
Aytəkinin müəlliməsi Gülər xanımın nömrəsi idi. Keçən dəfə 
də  zəng etmişdi. Yəqin ki, Aytəkinin həyəcanlandığını  görüb 
özü  zəng edib ki, onunla danışıb səsini eşidə bilsin. İndi hiss 
etdi ki, qızının səsində, həqiqətən də, həyəcan var idi. Axı 
birinci dəfə idi ki, belə bir tədbirdə aparıcılıq edəcəkdi. 
Əlindəki yarımçıq siqareti zibil qutusuna atıb darvazaya tərəf 
getdi. Və yalnız darvazadan içəri keçib sağa – məktəbə  tərəf 
dönmək istəyəndə ani olaraq bayırdakı  həmin dilənçi oğlanı 
gördü.  Üst-başından  çirkab tökülən bu adamın bir az əvvəl 
onun zibilqabıya atdığı siqareti götürüb damağına qoyduğunu 
gördü. Dilənçi bunu o qədər cəld etdi ki, sanki insanların 
onun bu hərəkətini görməyəcəyinə  əmin idi. Necə olsa, onun 
da  özünə  görə  qüruru var idi. Amma ətrafdakı “canlı  ölülər” 
buna laqeyd və biganə yanaşırdılar. Hətta o, zibilqabını ələk-
fələk eləsəydi də, çoxlarının ona yazığı gəlməyəcəkdi. Halbuki 
o dünəndən həsrət qaldığı bircə  bütöv, heç olmazsa, yarı 
siqaret axtarırdı  həmin zibilqabıda. Və  ətrafda olan 
çoxlarından fərqli olaraq onun qüruru var idi. Bayaq onu 
təpiklə vuran konduktor oğlanın, demək olar ki, bütöv atdığı 
siqaretinə da əl uzatmamışdı buna görə... 
 
 
 
 


 
 
114 
 
 
 
 
 
 
 
 
 
16. Erməni məhəbbəti 
 
– Sənin adın nədir? 
– Əli. 
– Soyadın nədir? 
– Qurbanov. 
Jor üzünü qapıçıya tutub: “Bu oğlanı istəyirəm”,-dedi.  
– Kişilərin qiyməti bahadır. Gərək bir az da artıq verəsən,-
deyən qapıçıya: 
– Kəs səsini, boş-boş danışma. Baha olduğu  üçün yüzlərlə 
kişini  öldürüb  çayın qırağında  çalaya basdırdınız?! Mən 
bilirəm, kim bahadı, kim ucuzdu. Bu dəqiqə sizə  türk qızı 
lazımdır. Öz arvadlarınızın  da işini başqaları görsün. Onların 
kişiləri sizin qadınlarınızı öz istəkləri ilə yatağa salsın, siz isə, 
əlinizə  fürsət düşmüşkən onları zorlayın. Heç indiyə  qədər 
görmüsüz ki, bir türk qızı erməni arvadı və aşnası olsun. Yox, 
görə bilməzsiz. Amma erməni qızları  həmişə azərbaycanlı 
kişisinin qarşısında təslim olub. Minlərlə erməni qadını var ki, 
bu gün də Azərbaycanda  ərinin yanındadır. Bizim bu cür 
olmağımızı  da liderləriniz etdi. Böyük Ermənistan xülyası 
üçün.... Elə generallarımız oldu ki, öz arvadlarını belə  türk 
yatağına saldı. Biz də onların kişiliyini gördük, həzzindən 


 
 
115 
doya bilmədik. Pis öyrəndik.  İndi gəlmisiniz mənə qiymət 
oxuyursunuz:        
– Kişilər bahadı...  
Mən kiməm ki, mənə belə dedilər, mən də dedim də. Ay Jor,  
nə mənim üstümə düşmüsən? 
– Kim deyib sənə, o psixopat Vaskanyan? Qələt edir. Mən 
Safaryana beş min dollar pul saymışam. Oğlumu qaytarmaq 
üçün oğul verməliyəm. Bu uşağın adını  mənə veriblər. Bunu 
sağ  çıxara bilsəm,  ömürlük həbs cəzasına məhkum olunmuş 
oğlumu qaytaracaqlar. Onlardan bir hərbçi var, onunla 
danışmışam, pulunu da vermişəm. Vəziyyətin qarışıqlığından 
istifadə edib oğlumu turmədən çıxaracaqlar. Azərbaycanlılara 
da ayrıca pul vermişəm. Bu uşağın da dayısı ona pul verib, 
qaytarmaq üçün. O puldan Safaryana da çatır. Heç nədən sizə 
pul qazandırıram, indi mənə  gəliş  gəlmək istəyirsiz? Başınıza 
oyun açaram, deyəsən, məni tanımırsınız? 
– Hanı e? Bizə bir şey  çatır ki, işğal zamanı evlərdən nə 
götürdük, odur. Başqa heç  nə vermirlər. Mən də bilirəm ki
əsirlərin hamısını satırlar. Safaryan və Vaskanyan sadəcə əmr 
verməyi bacarır. Mənə  dəxli yoxdur, Vaskanyana de, kimi 
istəyirsən apar.  
Döşlərinin arasından yüz dollar çıxararaq qapıçının cibinə 
basıb: 
 –Daha  çox danışma, uşağı endir aşağıya, maşında 
gözləyirəm, Vaskanyanına da deyərsən ki, Jor belə istədi. -
deyib iri addımlarla ləngər vura-vura qapıdan çıxdı. 
Bu Jor adlanan kişi cüssəli, hündür boylu, yaşına uyğun 
olmayan makiyajlı, kök qadın Qarabağda yuxarılarla  əlaqəsi 
olan qadınlardan idi. İki dəfə ərə getmişdi. Birinci əri erməni, 
ikinci  əri azərbaycanlı idi. Çox qətiyyətli qadına bənzəyirdi. 
Dili var idisə, dilçəyi də var idi.  


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə