96
16 yaşlı qızı ilə girov düşən Səkinə adlı gəlini aramızda
görmədik. Səkinə Qədim dayının əməliyyat olduğu otağa
keçmiş, axşamkı “mərasim”dən sonra özünü bağışlaya
bilməyib pəncərənin barmaqlığından asmışdı. Çünki həmin
gecə bütün qadınları harasa aparmışdılar. Vaskanyan bizi
qorxutmaq üçün, xüsusən də mənə nümunə göstərmək üçün
Səkinənin qızını bizim yanımızda cinsiyyət orqanından vurdu.
Sonra ikisini də meşəyə atdırdı.
– Əgər qızlardan kimsə özünü öldürmək istəsə, onun əlimizdə
olan qohumunu, ya da burdakılardan birini öldürəcəyəm.
Qaçmağa isə heç cəhd etməyin,-deyib, mənə xüsusi nəzər
yetirdi. Sanki dediklərinin hamısını mənə deyirdi.
Beləliklə, mən bundan sonra Gülcahan üçün yaşadım. İndi
də yaşayıramsa, bu onun üçündür. Bu, illər çəkəcək, amma
deyəsən, sonu olmayacaqdı.... Ölümdən qorxduğum üçün
Gülcahanı özümə təsəlli etdiyimi də az düşünməmişəm. Amma
o hisləri yaşamayan şəxs, ölümün o anda ən yaxşı məlhəm
olduğunu birmənalı şəkildə başa düşər.
97
13. Xatirələr sorağında
Axı insanlar nəyə görə dinc yaşamaq istəmirlər?! Nəyə
görə ta qədimdən bu günə, bu gündən sabaha düşündükləri
kimisə məhv etmək, torpaqlar, mülklər ələ keçirmək, özündən
zəif olanları qorxu altında saxlamaqla onlara hakim olmaq
istəyidir?! ...
... ... ...
Ramil vaxtın necə ötdüyünü hiss etmədən beynini yoran
bu suallara cavab tapa biləcəyinə hələ də ümid edərək növbəti
dəfə siqaret yandırmaq istəyirdi ki, həyat yoldaşı Nərminənin
səsi eşidildi:
– Ay Ramil, yenə nə olub?! Niyə özünə zülm edirsən?
Nərminənin nə vaxt qapını açdığı, onun iş otağından keçib
arxa həyətə düşməsini hiss etməyən Ramil sanki indi yuxudan
ayılırmış kimi səksəndi. Bu o qədər ani oldu ki, əlindəki
siqaret yerə düşdü. Sən demə, Nərminə xanım iki-üç saatdır
onun nə vaxt evə qayıdıb süfrəyə gəlməsini gözləyirmiş. Ona
mane olmamaq üçün narahat etməməyi düşünmüşdüsə də,
artıq dözməyib ardınca gəlmişdi. Başa düşmüşdü ki, əri yenə
də özünü yaxşı hiss etmir. Belə olanda həmişə onun yanında
olmağı, ona dəstək olmağı arzu etsə də, Ramil bu
98
vəziyyətlərində tək qalmaq üçün qaçırdı. Bu isə hər dəfə onu
ürəkdən sevən Nərminəni incik salırdı. Hərdən də qadın özünü
danlayırdı belə şeyləri görəndə. Bir az əvvəl isə “gərək Ramil
evdə olmayanda Aytəkinlə əməlli başlı danışam ki, artıq
böyük qızdır, yersiz suallar verməsin”,-deyə düşünüb özünü
növbəti dəfə məzəmmət eləmişdi. Axı qızı bu gün həmin sualı
verməsəydi, Ramil də belə olmayacaqdı...
– Neynirsən məni?! – Ramil cavab gözləyən həyat yoldaşına
nəhayət ki, cavab verdi.
– Necə yəni, neynirsən? Heç bilirsən nə qədər siqaret
çəkmisən? Bayaq bu qutunu mənim yanımda açmısan, bax,
demək olar indi boşdur! Günorta yeməyinin vaxtı da keçib.
Aytəkin deyir ki, heç olmasa, bu gün atam evdə olduğu üçün
onunla yemək istəyirəm. Onsuz da uşaq son günlərdə çox az
yeyir. Çox narahatam buna görə.
– Yaxşı, yaxşı, sən get hazırla, mən siqaret çəkib gəlirəm.
– Süfrə hazırdır... – Nərminə bunu deyib daha cavab
gözləmədən getdi. Bilirdi ki, əri ilə söz güləşdirməyə ehtiyac
yoxdur. Onsuz da o həmişə öz bildiyini edirdi. Ramil ilə ilk
evlilik illərində buna alışmasa da, sonradan necə olmuşdusa,
hər şeydə qərar vermək məsələlərini ərinə saxlayırdı.
Doğrudur, müsəlman kişisinin
özünəməxsus ailəçilik
mentalitetini nəzərə alsaq, bunda qəribə heç nə yox idi.
Nənələrin dediyi kimi, “kişi nə dedi odur, öl dedi öl, qal dedi
qal!” olmalı idi. Amma Nərminə etiraf etməli idi ki, son illərdə
bu baxımdan ərinə əməlli-başlı müstəqillik vermişdi. Ramilin
bu açıq-aşkar üstünlüyü isə həyat yoldaşı Nərminəni qətiyyən
narazı, incik salmırdı. Ona ailədə hamı güvənirdi.
Uzaqgörənliyi, bacarığı, istedadı, ailəcanlılığı hamı üçün
örnək idi. Qohumları onun qohumcanlı olmasından
ağızdolusu danışırdılar. Ramil üçün ən həssas olan məsələ
Vətən anlayışı idi. Vətən! Məhz beş hərfdən ibarət bu kəlmə
99
haqqında Ramilin günlərlə danışacağı söhbətləri var idi. Bu
kəlmə onun üçün namus, qeyrət, vicdan kəlmələri qədər ali
idi. Onun bu həssaslığını ailə üzvləri, dostlar, iş yoldaşları
hamısı yaxşı bilirdilər. Həmişə bu mövzuda söhbət zamanı
diqqətli olmağa çalışırdılar. Müharibənin ağrı-acılarını
görmüş, əsir düşməsə də, əsirlik həyatının nə demək olduğunu
yaşayanlar qədər bilmiş, cavanlıq illərinin ən əziz xatirəsini –
sevgilisi Aytəkini itirmişdi o... Onun beyninin neyronlarından
ürəyində hərəkətə gələn qanına qədər hakim olan Vətən
kəlməsinin belə müqəddəsləşməsinin səbəblərindən idi bunlar.
Dostları torpaqlarımız uğrunda canlarını fəda edəndə o da
onlarla bərabər ölmək istəmiş, məzara girmək istəmişdi. Canı
yanmışdı. Amma həmişəki kimi ürəyinin səsinə deyil,
beynində düşündüklərini etməyi seçmiş, ağır yaralar alandan
sonra da bir az dirçələn kimi döyüşlərin ən ağır olduğu
bölgələrə getmişdi. Ölmək üçün yox, məhz öldürmək, qisas
almaq, qələbə çalmaq, vətəndaşı olduğu torpağın igid
övladlarının mübarizliyini göstərmək üçün hər zaman məğrur
dayanmışdı...
*** *** ***
– Nərminə?! – iş otağına girən Ramilin səsi eşidildi. Sən demə
həyat yoldaşı bayaq ondan ayrılıb süfrəni hazırlamaq üçün
getsə də, ərinin iş otağına keçəndə bir az oturmaq adı ilə fikirli
halda yuxuya dalıbmış. Ramil ona yaxınlaşanda bir neçə saat
əvvəl özünün oxuduğu kitabı yoldaşının əlində gördü.
– Bəs, sən süfrə hazırlamağa getmişdin? – Ramil üzündəki
təbəssümü gizlətməyib söz atdı. Mən də tələsik gəldim ki, bəs
ay aman, yeyib qurtardılar mənə qalmadı.
– Çox tələsik gəlmisən! – bu dəfə də özünə yenicə gələn
Nərminə söz atdı. Hiss etdi ki, ən azı 10-15 dəqiqə ərinin iş
kreslosunda beləcə yuxuya dalıbmış. İndi əri onu çağıranda da
Dostları ilə paylaş: |