Microsoft Word umidlerin izi ile son 10. 02. 2012



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə33/42
tarix01.07.2018
ölçüsü1,72 Mb.
#52556
1   ...   29   30   31   32   33   34   35   36   ...   42

 
 
129 
Bu qadınlardan biri Rəna idi. Ata-anasının və  həyat 
yoldaşının gözü qabağında  öldürülməsindən sonra dili 
tutulmuş,  üz-gözü  əyilmişdi. 30-32 yaşı olan bir gəlin idi. 
Qorxudan 3 aylıq uşağını da salmışdı. Xarici görünüşcə o 
qədər də  gözəl olmayan bu qadının  üz cizgilərinin  əyilməsi 
onu bir az da eybəcərləşdirmişdi. Ermənilərin təbirincə desək, 
heç bir işə yaramırdı. Elə  bütün gün sakit oturur, heç bir 
söhbətə qarışmırdı. Heç Allah ümidinə verilən yeməyi də 
yemək istəmirdi. 
Biri də 50-yə yaxın  yaşı olan Həlimə xala idi.  Yəqin ki, o 
da onların işinə yaramırdı. Həlimə xala gec ailə qurmuş, gec 
də  övlad tapmışdı. Onu da Allah ona çox görmüşdü. Həlimə 
xalanın qaytarılması hamımızın ürəyindən olan məsələ idi.  
Qədim dayı bu hadisədən yaman məyus oldu. Bir bizə 
baxırdı, bir də hara baxacağına yer axtarırdı. Bəs bu üç qız?-
deyə qapıçıya tərəf yeridi.  
-Onlara sahib çıxan yoxdur, sizə isə xeyli pul veriblər,- deyib 
alçaqcasına hırıldadı. 
- Kim verib o pulu?  
-Sənin qardaşın, elə bilirdin, səni neçə vaxtı burda havayı 
saxlayırlar? Hətta nazınla da oynayırdılar. Qardaşın külli 
miqdarda pul ödəyib səni almaq üçün. Di tez ol, laqqırtı 
vurma! 
-Mənim əvəzimə bu qızlardan aparın,-deyib geri çəkildi. 
-Nə boş-boş danışırsan? Dedim axı çərənləmə! Düş qabağıma. 
Qədim dayını qucaqlamaq üçün, narahat olma demək  üçün 
ona yaxınlaşmaq istədikdə sinəmdən dəyən avtomat qundağı 
məni yerə sərdi.  
Beləcə vidalaşa bilmədiyimiz ay yarımlıq  əzab yoldaşımız, 
havadarımız, ağsaqqalımız da getdi.... Gedəndə: “Sizin 
qaytarılmağınız  üçün  əlimdən gələni edəcəyəm, narahat 
olmayın!”-deyib birdəfəlik getdi.  


 
 
130 
Bir neçə saat bundan əvvəl  ölümü qaytarılmaqdan  üstün 
tutan qəlbim indi azadlıq eşqi ilə yanırdı. Ramili görmək 
arzusu ilə qovrulurdu. Hər  şeyi danışardım Ramilə, hər  şeyi 
deyərdim ona, o məni başa düşməsə idi də, sadəcə ona 
danışar, sonra da ayrılardım. Lap belə o, məni  öz  əlləri ilə 
öldürsəydi də... Bu, mənim vüsalım olardı. Qarğanın səsinə 
niyə təmiz qəlblə inanmadığım, niyə bunun düzgün çıxacağına 
əmin ola bilmədiyim üçün özümü qınayır, peşmançılıq hissi ilə 
külə  dönürdüm. Sonrakı peşmançılıq fayda vermir. Bəlkə  də
sidq  ürəklə inansa idim, Tanrının mərhəmətinə  Qədim dayı 
qədər inansa idim, mən də qaytarılmışdım... Bu da təsadüfün 
həqiqətə çevrilməsindən sonrakı reallığın peşmançılığı..... 
Amma erməninin dediyi “sizin üçün külli miqdarda pul 
ödəyiblər” cümləsi məni sarsıtmışdı.  
Doğrudanmı, biz kimsəyə lazım deyildik? Doğrudanmı 
Ramil bu qədər etinasız idi? Doğrudanmı, o, yazdığımız 
məktubu oxuyub məni qurtarmaq üçün  çarə axtarmayıb? 
Bəlkə, o, mənə hirslənib, hələ də burda yaşamağım üçün məni 
qınayır. Bəlkə  də, o, məndən  əl  üzüb.  Əslində, bu fikirlər 
ağlıma gəlsə də, inana bilmirdim. Qarğanın səsinin xoş xəbər 
gətirdiyinə inanan Qədim dayı kimi. Amma qəlbimdəki ikilik 
daima məni daxildən yeyirdi. Hər şeyə şübhə edir, hər şeydən 
əmma  çıxarırdım. Ağlıma gələn bu fikirləri  ürəyim qəbul 
etmirdi. Çünki ağıl bəzən hislərin təsiri ilə yanlışlıqlara düçar 
ola bilər, amma ürək heç vaxt özündən başqa heç  nəyə 
inanmazdı. Mən də ürəyimin səsinə qulaq asıb Ramildən əlimi 
üzmədim. Axı  ürəyim onun idi. İnsan az hallarda özünə 
xəyanət edər, bu az hallar isə az hallarda baş verərdi.... 
Həyat, mən və Samirə qaldıq. Samirə heç olmasa danışır, o 
əzabların içində hərdən gülürdü də. Bəzən elə bilirdim Samirə 
bu girovluqdan o qədər də  əziyyət  çəkmirdi.  Çünki 
danışıqlarından başa düşürdüm ki, istədikləri hər  şeyi edirdi. 


 
 
131 
Amma sonralar onun etdiyi inanılmaz hərəkət mənim onun 
haqqındakı düşüncələrimi məhv etdi... 
Həyat isə gözəlliyi ilə baş gicəlləndirirdi. Çox cazibədar qız 
idi. Bu, Ramilin bölgüsünə görə üçüncü tip qadınlardan idi. O, 
qadınları  üç qrupa bölürdü: sevmək, oxşamaq, həyat yoldaşı 
etmək istədiyin qadın, anan, bacın olmağa layiq olan qadın, 
aşnan, gəzdiyin ola biləcək qadın. Bunu qadınların gözünə 
baxarkən gördüyünü, ağlına gələ bilən ilk fikir olduğunu 
deyirdi. Məhz Həyatın gözlərinin parlaqlığı, qaynarlığı, 
oynaqlığı ilə ilk gördüyümdə qadın olmağıma baxmayaraq 
məni də heyrətə gətirmişdi. Gürcü qızlarına bənzər gözləri elə 
parıldayırdı ki, nənəm demiş: “adama gəl-gəl deyirdi”. Amma 
onun gözlərindəki kədər gizlənməyə  çalışır, bəzən qaçmağa 
yer axtarırdı. Göründüyü üçün utanırdı bu gözəllikdən. Bədən 
quruluşu isə qalın qış paltarlarının altından da diqqəti cəlb 
edirdi. Həyatdakı  gözəllik elə idi ki, dünyanın istənilən 
özündən deyən kişisini diz çökdürərdi qarşısında. Bəzən 
qadınlar öz aralarında dediyi kimi, “kişi olsa idim, bu qızdan 
keçməzdim”. Bəli, bu qız o qədər gözəl idi. Hərdən 
düşünürdüm ki, Samirədəki şıltaqlıq, uca səsli şaqraq gülüşlər 
bu qızda olmalı idi. Ya da ki, bunun gözəlliyi Samirədə. O 
zaman vəhdət görə bilərdik. Həyat bu qədər gözəlliyə 
baxmayaraq,  çox sakit, həyalı, fağır qız idi. Bu da tanrının 
yaratdığı ziddiyyət idi. Həyatın xasiyyəti ilə, xarici görünüşü 
bir-birini tamamlamırdı. Bəlkə  də, bu qız  öz sevdiyinin 
yanında olsa idi, onun gözəlliyi ona mükəmməl yaraşardı. 
Amma indi heç yaraşmırdı. Ermənilərsə buna məhəl 
qoymurdular. Onu tez-tez  öz yatağına salan Qaribyan adlı 
mayor  bu gözəlliyi görməmək üçün yaradılmışdı. Bir gözünü 
müharibədə itirmiş bu mayor gözünün qisasını onun 
gözlərindən  çıxırdı. O gözlərə onu təhqir edilmiş formada 
göstərməklə... 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə