Microsoft Word umidlerin izi ile son 10. 02. 2012



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə35/42
tarix01.07.2018
ölçüsü1,72 Mb.
#52556
1   ...   31   32   33   34   35   36   37   38   ...   42

 
 
137 
 
 
 
 
 
 
 
 
 
20. Tayqulaq Andranik 
 
Ay Aytəkin, sən bilərsən, bu Andranik kimdir ki? Tarix 
oxumusan, məni başa sal görüm. 
– Ermənilərin tarixi qəhrəmanıdır. XX əsrin  əvvəlində 
yaşayıb. Samirənin bu sualına məcburən belə  qısaca cavab 
verdim. Heç danışmaq istəmirdim. Bu gün Gülcahan yaman 
yadıma düşmüşdü. Onun yaşadığını Vaskanyan desə  də, 
inanmırdım.  Əslində, onun haqqında Vaskanyandan 
soruşmurdum, amma o məni ram etmək  üçün Gülcahanın 
yaşadığını, dostlarından birinin yanında qaldığını deyirdi. 
Hətta ona müqavimət göstərməyim  üçün yatağına atdığı 
zaman Gülcahanın daha qabiliyyətli olduğunu söyləyir və 
iyrənccəsinə  gülürdü. Mənim müqavimət göstərməyim onu 
cuşa gətirirdi elə bil. Mən nifrətimdən onu cırmaqlayır, döyür, 
üzünə  tüpürür, cəhdlərinin qarşısını almağa  çalışırdım. O da 
qışqırır, bağırırdı. Amma o, bundan zövq alırdı, ehtirası 
artırdı, getdikcə daha çox qışqırmağımı istəyirdi. Qarşılığında 
döyür,  əllərimi  çarpayıya bağlayır,  ölüm anının bir 
addımlığında boğazımı buraxır, taqətdən düşdüyünü hiss 
edirdim. O, işini bitirirdi...  
 
 


 
 
138 
Mən sonralar bildim ki, mənim  çılğınlığım, mübarizə 
aparmaq istəyim onu daha da ehtiraslandırır. Bunu bir dəfə 
Samirəyə danışmışdım. O da məni  öyrətmişdir ki, artıq 
bizimki bizdən keçib. Sən heç bir müqavimət göstərmə, gör nə 
günə düşəcək, o alçaq. Amma bunu bacarmırdım. İmkanım da 
olmurdu ki, ondan qisas alım. Artıq Gülcahanı da yaddan 
çıxara, unuda bilərdim, sadəcə ondan qisasımı alım, bu, 
mənim üçün dünyaya bərabər idi. Dünən axşam da o yadıma 
salmışdı. Demişdi ki, hə,  nə deyirsən, Gülcahanın ermənilərə 
necə kef verdiyini görmək istəyirsən?  Əlbəttə, görmək 
istəyirdim, kef verdiyini yox, Gülcahanı  görmək istəyirdim. 
Amma qürurum imkan vermirdi ki, bunu ona deyim. Özümü 
yenilməz göstərməyə məcbur edirdim. Yazıq bacım, axı o uşaq 
idi... 
İndi də o yadıma düşmüşdü. Dünənki işgəncələrdən sonra 
Gülcahan elə hey yadıma düşürdü.  


 
 
139 
Dünənki hər şey: Vaskanyanın məni üç erməni dostuna təklif 
etdiyi də, gecənin yarısına qədər qollarımdan  çarpayıya 
bağlanmağım da, əyyaş dığaların yıxılıb yatana qədər məndən 
istifadə etmələri də, gecənin bir yarısı Vaskanyanın məni 
təpikləyə-təpikəyə binamıza gətirməsi də, Andranikin şərəfinə 
məni alçaltmaları da yadımdan  çıxmışdı. Sadəcə, “istəyirsən 
Gülcahanın ermənilərə necə kef verdiyini göstərim sənə” 
ifadəsi qulaqlarımdan getmirdi. Ən dəhşəti isə Həyatın başına 
gətirilənlər idi. Onun başına gətirilən mənim və ya Samirənin 
də başına gətirilə bilərdi. Amma bizi xilas edən Həyatın 
bizdən qəşəng olması idi. Tiqranın avçarkası ilə cinsi əlaqədə 
hansımızın olmasını  müəyyənləşdirmək  üçün  əyyaşlar  əvvəlcə 
püşk atdılar, amma sonra o itə  ən gözəl kimdir onu təqdim 
etməliyik deyib Həyatı seçdilər. Buna ad verə bilmirəm... 
Sadəcə  dəhşət, vahimə, faciə, iyrənclik,  üfunət,  şərəfsizlik, 
vicdansızlıq daha nə  qədər bu tip söz var idisə, bu səhnəyə 
vermək olardı... Həyat hər  şeyi içində  çəkirdi... gələndən heç 
nə demirdi... deməyə bir şey də yox idi. Sadəcə bir-birimizə 
baxır, ağlayırdıq.... Gözlərimizdən axan yaş damcılarını  əkib 
cücərtmə imkanı olsa idi, bitən bu ağacın bütün gördüklərimizi 
və çəkdiklərimizi əks etdirəcəyinə heç şübhəm yoxdur.  
Samirə isə, deyəsən, hər  şeyi unutmuşdu. Amma o planlı 
qız idi. Deyirdi sən bax, onların başına nə oyun açacağam. Nə 
deyirlər, edəcəyəm. Onsuz da zorla elətdirirlər. Amma fürsət 
tapan kimi qisasımı alacağam. Almadan ölə bilmərəm. İndi də 
bu Andranikin kimliyi onu narahat edirdi. Çünki onun adı 
tez-tez  çəkilir, qisasını  türklərdən alırıq deyirdilər. Təhsilli 
olmadığından əlavə, məlumatı az olan bir qız idi bu Samirə. 
 
 
 


 
 
140 
-Aytəkin, bu Andranikə bizimkilər nə edib? Əslində  nə 
ediblərsə az ediblər, amma bunları belə dəli edən nədir?  
Çiynimdən vuraraq xəyallardan zorla ayırdı məni. 
-Nə dedin? 
-Deyirəm bu Andranikə bizimkilər nə edib? 
-Düzdür, nə universitetdə, nə  də  məktəbdə Andranik 
haqqında heç  nə keçmirdilər. Amma canlı tarix kitabı olan 
nənəm “adıbatmış” haqqında çox danışırdı bizə. Rəhmətlik də 
hər dəfə onun adının yerinə adıbatmış deyirdi. Samirənin 
israrla soruşması məni o hadisələri danışmağa məcbur etdi. 
1918-ci il erməni-müsəlman davası zamanı bu adıbatmış 
ətrafına  çoxlu erməni toplayıb Ağrıda, Naxçıvanda, 
Zəngəzurda müsəlman qanı  içirdi. Arvad, uşaq, qoca, cavan 
bilmir, türk olan hər kəsi  öldürürdü. O zaman da vəziyyət 
qarışıq idi. Türkiyədə  də  kəndlərə  qəfildən girir, kütləvi 
şəkildə camaatı  qırırdı. Nəinki türkləri, Türkiyədə yaşayan 
kürdləri də kütləvi şəkildə qırmış, kanallara doldurtdurmuşdu.  
O adıbatmış  öz dəstəsi ilə Naxçıvanın kiçik kəndlərinə  də 
girir, həmin işgəncələri onlara da yaşadırdı. Erməni 
birləşmələri gəlib Nehrəmə yaxınlaşır. Bu nehrəmlilər də 
tamam başqa adamlardı elə bil. Elə qorxmaz, elə  mərd 
camaatdır ki, dediklərini edən, polad kimi əyilməz adamlardı. 
Əslində bu nehrəmli adı  gələndə  nənəmin gözləri işıldayırdı. 
Elə  fəxrlə danışırdı ki, bu nehrəmlilərdən, adam bu kəndin 
camaatı ilə  fəxr edirdi. Nənəmin atası nehrəmli idi. Nənəm 
Naxçıvan  şəhərində  böyüyüb boya-başa  çatmışdı. Atası 
öləndən sonra kənd ilə  əlaqələri zəifləmişdi. Hər il 
məhərrəmlikdə  hökmən Seyid Əqil Ağanın qəbri yerləşdiyi 
imamzadəyə  Aşura mərasiminə gedərdi. Hətta onun fikrincə, 
nehrəmlilər  çox savadlı  və  ağıllı adamlar idi. Nənəmin  özünə 
görə dindar, bizə görə mövhümatçı olması da, elə nehrəmlilərə 
bağlılığından idi. 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə