Microsoft Word umidlerin izi ile son 10. 02. 2012



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə34/42
tarix01.07.2018
ölçüsü1,72 Mb.
#52556
1   ...   30   31   32   33   34   35   36   37   ...   42

 
 
132 
Bura gətirilən yüzə yaxın insandan üç  qız qalmışdıq. Bu, 
bizim bildiyimiz idi. Öldürülənləri və qaytarılanları görmüş, 
qalanlardan isə  xəbərimiz yox idi.  Beləcə bizi qarşıda yeni 
vəhşiliklə dolu macəralar gözləyirdi. Bu macəralar  ölümə 
yaxınlaşdıracaq, sonra da kimsəsiz, vəhşi sahillərə atacaqdı... 
Öldürüb-dirildəcəkdi...... 
 
 
 


 
 
133 
 
 
 
 
 
 
 
 
 
19. Təhlükə uzaqda deyil 
 
   Maşın kiçik  çaylaq daşları  tökülmüş sahəyə daxil oldu. 
Bura Bakı kəndlərindən birində yerləşən kiçik evin həyəti idi. 
Tahir bir maşının güc-bəla ilə keçə bildiyi darısqal küçəyə 
nəzər yetirib vaxt itirmədən taybatay açılan darvazanı 
bağladı. Cəld maşına tərəf gedib qonağını salamladı: 
– Xoş gördük! Nəhayət ki, səni görə bildik! 
– Tapşırıq necə keçdi? – gələn  şəxs vaxt itirmədən 
salamlaşaraq birbaşa evə qalxdı. 
Gəl otur, danış  görək, – gələn adamın diqqətli baxışları 
Tahirin  üzünə zilləndi. Səbirsizliklə onun nə deyəcəyini 
gözləyirdi. Bu xəbər son günlərdə onun bütün vaxtını alan 
hansısa bir sualın cavabı üçün çox vacib idi. 
– Həsrəti tapşırdığın kimi məktəbin qarşısında düşürdüm. 
Özüm isə... 
– Həsrət həmin dilənçi oğlanın adıdır? – qonaq onun sözünü 
kəsdi. 
– Hə. 
– Yaxşı sonra? Əvvəldən axıra qədər izləyə bildin Ramilin 
oraya gəlib-getməsini? 
– Bütün tapşırıq boyu orada oldum. Yəqin ki, fikrimizdən 
yayınan heç  nə olmayıb. Mən gəldiyimiz maşınla Həsrəti 


 
 
134 
məktəbin qarşısındakı dayanacaqda düşürəndən sonra 
yaxınlıqda maşının içində izləməyə başladım. Ramil gəlib 
məktəbə girəndən sonra isə dilənçi oğlanı  sürücü ilə buraya 
göndərdim.  Özüm isə Ramilin tədbirdən qayıtmasını 
gözlədim. 
– Ramil həmin dilənçi oğlanı tanıyırdı, səncə? Bizim əsas 
məqsədimiz onun Həsrəti tanıyıb-tanımadığını  aşkara 
çıxarmaq idi. Sən buna yaxşı nəzarət edə bildin də? 
– Bəli,  əsas diqqət mərkəzində olan bu idi. Ramil məktəbə 
gələndə sanki oğlana yaxınlaşmaq istəyirdi. Amma telefonuna 
gələn zəngdən sonra tələsik məktəbə girdi. Məncə, o dilənçi 
oğlanı tanımırdı. 
– Tahir, əminsən buna? 
– Məncə, hə. Çünki Həsrət də onu görəndə üzü nə isə şübhəli 
bir  şey ifadə etmirdi. Sonra isə Ramil qızı ilə  tədbirdən 
qayıdıb evlərinə getmək üçün dayanacağa gəldi. 
– Sən tapşırıq yerindən nə vaxt çıxdın? 
– Onlar gedəndən təxminən iyirmi dəqiqə sonra. 
– Sənin dediklərindən aydın olur ki, Ramil bu oğlanı tanımır. 
Yaxşı  bəs onda?.. – gələn  şəxs fikrini tamamlamayıb siqaret 
yandırdı. Sonra sanki yadından çıxacaqmış kimi tələsik əlavə 
etdi: 
– Qulaq as, sən sabah Gəncəyə getməlisən. Al, burada 
axtaracağın adamın adı  və 17-18 il yaşadığı  ünvan yazılıb. 
Onu tapmaq mənim üçün çox vacibdir. 
– Yaxşı. Sabah tezdən çıxım? 
– Hə. Gecikməyək. Onsuz da bu iş  çox uzandı. Hə, Zaur ilə 
Salah neyləyirlər? Dünən mənə zəng etmişdilər. 
– Çoxdandır, səni görmək istəyirlər. 
– Gəncədən qayıdandan sonra toplaşarıq – gələn adam bunu 
deyib ayağa qalxdı. 
– Oğlanı özün də danışdıracaqsan? 


 
 
135 
– Hə, tapşır gözlərini bağlasınlar, maşından səsyazma cihazını 
götürüm, gəlirəm. 
   Gələn adam həyətdə saxladığı “BMW” markalı maşının 
yanına  çatanda  çox fikirli idi. Neçə  gündür  ümidlə, bəlkə  də 
həvəslə üzərində dayandığı şübhələrindən biri indi şaxələnərək 
daha da çətinə düşmüşdü. O, bu iş üçün xüsusi tapşırıq almasa 
da, şəxsi şübhələri ilə buraya qədər gəlib çıxmışdı. İndi yolun 
yarısından qayıtmaq heç  cür onun ağlına batmırdı.  Çünki o, 
general-mayor Kamil Əzimovun rəhbərlik etdiyi məxfi 
şöbənin  ən təcrübəli agenti idi. Bu işdə  xüsusi bacarığının 
olması son bir ildə yeni fəaliyyətə başlamış bu qurumun əsas 
adamına  çevirmişdi onu. İndi də  özü izinə  düşdüyü bu 
müəmmalı hadisənin sonuna çıxmadan rahat ola 
bilməyəcəkdi. Orta yaş dövrünə bir neçə il əvvəl qədəm qoyan 
təcrübəli  əməliyyatçı indi bu iş  üçün bütün enerjisini 
xərcləməyə hazır idi. Keçmiş  şöbədən  ən yaxın köməkçiləri 
Salah və Zaurdan kömək almağa bir-iki dəfə  cəhd etsə  də, 
sonradan bu fikirlərindən daşınmışdı.  Çünki keçmiş 
köməkçilərindən yalnız Tahir onun – mayor Mikayıl 
Qüdrətovun  əslində  məxfi  şöbədə  çalışdığını bilirdi. Xocalı 
faciəsi ilə bağlı universitetdə keçirilən həmin tədbirdə Ramili 
görəndən sonra onu araşdırmaqla bağlı da bütün işləri Tahir 
həyata keçirirdi. Aytəkin adlı  həmin girov qızın dəftərini 
oxumağa başladığı  gündən bəri  şübhələndiyi bütün 
məqamların  üstünü  açmaq istəyində olsa da, uzun illər 
keçdiyinə  görə ardıcıl fikir yürütmək mümkün olmurdu. 
Həmin girov qızın dəftərinin sonunda yazılanları isə, demək 
olar ki, hər gün nəzərdən keçirir və hər dəfə yeni nəsə aşkara 
çıxarmağa  ümid edirdi. Çətinliklə olsa da, Həsrət adlı bu 
dilənçi oğlanı tapa bilmişdi. Qüdrətov yanılmırdısa, bu oğlan 
Aytəkinin  əmisi oğlu olmalı idi. Əgər Həsrət, həqiqətən də, 
onun axtardığı  uşaq idisə, deməli, o, doğulmamışdan  əvvəl 


 
 
136 
anası erməni girovluğunda olarkən ciddi işgəncələrə  məruz 
qalmışdır. Sonra isə anası digər erməni  əsirləri ilə 
dəyişdirilərək Azərbaycana gətirilir. Girovluqda olarkən 
aldığı  işgəncələrin ucbatından bu oğlan da psixi və ruhi 
baxımdan qüsurlu doğulmuşdu. Qüdrətov bir anlıq bunu 
düşünüb ondan nəyinsə  öyrənməyin o qədər də asan 
olmayacağı  qənaətinə  gəldi. Amma hər halda səbirli olaraq 
hər şeyi sonuna qədər götür-qoy etmək, mümkün olduqca çox 
məlumat toplamaq lazım idi... 
 
 
 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə