Microsoft Word umidlerin izi ile son 10. 02. 2012



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə42/42
tarix01.07.2018
ölçüsü1,72 Mb.
#52556
1   ...   34   35   36   37   38   39   40   41   42

 
 
164 
qarışacaqdı. Hələ toz-torpaq... Bu daha dözülməz idi. Bu 
fikirlə həyətdə çox ləngiməyib birbaşa küçəyə çıxdı. 
Təmiz hava beyninə yol etdikcə sanki bütün sinirlər səhər 
rütubətinin təsirindən ayılır, işə başlamağa tələsirdilər. 
Qüdrətov  ötən bir ay ərzində baş verənləri xatırlayaraq enli 
küçə ilə  gəlib  şam ağaclarının yaxınlığında dayandı. 
Ciyərdolusu nəfəs alıb yaxınlıqdakı skamyada oturdu. Bu 
dəqiqələrdə Tahirin gətirdiyi adam haqqında düşünürdü. 
Yəqin ki, Aleksey danışardısa, bir ay sürən  şübhələrə az da 
olsa, aydınlıq gələcəkdi.  Əslində, Tahiri Gəncəyə tapşırıq 
dalınca göndərəndə  həmin adamın tapılmasına o qədər də 
inanmırdı. Ancaq, deyəsən, köməkçisinin bir aylıq axtarışı öz 
sözünü demişdi. Buna görə  də Tahiri şəhərdəki bütün 
işlərindən azad edərək ona orada olmasını  və Alekseyin 
tapılmasını tapşırmışdı.  İndi isə, bir neçə saatdan sonra 
Qüdrətov həmin  şahidlə  görüşə biləcəkdi. Mayor onun izinə 
əməliyyata başladığı ilk günlərdən düşsə də, onu danışdıracağı 
gün bu vaxta qismətiymiş. Qüdrətov növbəti siqareti yandırıb 
saatı dəqiqləşdirdi. O gəlirdi... On doqquz  il əvvəl baş vermiş 
müəmmalı avtoqəza hadisəsinin  şahidi... Məhz həmin hadisə 
Qüdrətovun apardığı  əməliyyatla bilavasitə  əlaqədar olmalı 
idi. Onun bütün araşdırması da buna gətirib çıxarırdı... 
 
 
 


 
 
165 
 
 
 
 
 
 
 
24. Aytəkindən Vaskanyana töhfə 
 
Günlər həftələri, həftələr ayları qovurdu. Bəzən insanlar 
deyir ki, heç bilmirəm vaxt hardan gəldi, hara getdi. Mən, 
doğrudan da, bilmirdim günlər hara gedir. Hardan gəldiyini 
isə misqal-misqal, addım-addım görmüşdüm. Hara 
getdiyindən isə heç  xəbərim olmurdu. Vaskanyanın 
azərbaycanlı evində ona xidmət etməklə keçən günlərimdə 
təqvimi belə bilmirdim. Hərdən Vaskanyanın kefi kök, 
damağı  çağ  vəziyyətdə evə qayıtmasından məlum olurdu ki, 
hansısa bir kəndi və ya rayonu ermənilər işğal ediblər. Həmin 
bu günlərdə o, daha da çılğına dönür,  öz sevincini gecə 
saatlarında gəlməsinə baxmayaraq, mənimlə  əylənərək 
keçirirdi. Artıq o, mənə “qancıq” deyə  müraciət etmirdi. Bu 
sözün yerini “türk gözəli” almışdı. Bu ifadədə  böyük bir 
ironiya var idi. Əslində, gözəl olmağıma gözəl, türk olmağına 
da türk idim. Amma onun bunu səsləndirməsi, həm də əyləncə 
üçün səsləndirməsi ironiyadan başqa bir şey deyildi. Bu sözü 
Ramil desə idi, nə  qədər canıma yayılardısa, bu dildən 
eşitməyim bir o qədər öldürücü idi. Amma eşidirdim, həm də 
tez-tez.  İyrəndiyim insandan eşidirdim. Alçaldıqca alçalır, 
yurdumun daşı ilə, torpağı ilə birgə yerlərdə tapdalanırdım.  
Bəzən isə  həftələrlə onun üzünü  görmür, görmədiyimə 
sevinirdim. Amma üzünü gördüyüm günlər görmədiyim günləri 
elə əvəz edirdi ki, o həftələrin necə keçdiyini bilmirdim. Laçını 


 
 
166 
işğal etdikləri gün nə qədər sevinmişdisə, Kəlbəcərin işğalı bu 
sevinci on qat artırmışdı. “Böyük Emrənistana bir şey qalmır. 
Sən də darıxma, qohum-qardaşının hamısını  məhv edəcəyik. 
Sən onlar üçün heç darıxmayacaqsan”-deyir, ürəkdən gülürdü.  
 Tez-tez  qonaqları  gəlir, saatlarla iş otağında nəsə 
danışırdılar.  İş başında olanda onlara çay verdikdən sonra 
məni yenə öz otağıma salıb qapısını bağlayırdı.  
Uşaqlıqda tez-tez gəlib getdiyim Şuşaya həsrət qalmışdım. 
Hər nə edərdisə razı olardım bu gözəl  şəhəri bir dəfə gəzmək 
üçün.  Şuşa uşaqlığımın  şəhəri idi... Həm də  ən böyük  şəhəri. 
Bir vaxtlar elə bilirdim ki, Şuşadan başqa şəhər yoxdu. Ağlım 
kəsəndən sonra bu yeri Bakı tutmuşdu. O Bakı ki, cəmi bir-iki 
il orda oldum. O da qəlbimə  ömrüm boyu gəzdirəcəyim eşqi 
hədiyyə etdi. O eşqi ki, sonralar qəbimdə  qızarmış bir dəmirə 
çevriləcəkdi. Bəlkə də, o eşq olmasa idi, ya bu girovluqda heç 
bircə an da yaşamayacaq, ya da bu qədər  əzab  çəkə-çəkə 
dözməyəcəkdim. Hansısa kitabda oxumuşdum ki, “eşq”  ərəb 
sözü olub sarmaşıq adıdır. Həmin sarmaşıq sarıldığı bitkini, 
ağacı qurudana qədər, ona olan məhəbbətini artırır, onu 
məhv etdikdən sonra özü  də  məhv olurdu. Mənim 
məhəbbətim də mənə elə sarılmışdır ki, məni məhv etməyincə 
mənimlə yaşayacaq, qanımı, ruhumu soracaqdı... 
Şuşa daha çox da yadımda öz paradı ilə qalırdı. Bu parada 
gəlmək  üçün hər ilin yanvarından verilən qəpikləri yığmağa 
başlayardım. Məktəbdə kojik almaq üçün atamın verdiyi 
pulları paradda xərcləmək  üçün toplayardım. Ya da 
müəlliməmizin bizi qədim tarixi olan bu şəhərin abidələrini 
gəzməyə  gətirdiyi günlərdə  xərcləmək  üçün, Bülbülün, 
Üzeyirin, Mir Möhsün Nəvvabın ev müzeylərinin, Qala 
divarının, Qacar sarayının qarşısında, Cıdır düzündə  şəkil 
çəkdirmək üçün yığırdım. 


 
 
167 
 Son  dəfə 11-ci sinfi bitirəndə  gəlmişdik bura. Venetka 
çəkdirmək, uşaqlığımızın son günlərini sinif yoldaşlarımla 
birgə keçirmək üçün. Hətta Üzeyir Hacıbəyovun ev müzeyinin 
qarşısından keçəndə  hələ onuncu sinifdə  mənə  eşq elan edən 
Elxan mənə atmaca ilə “Elə istərdim Leylimlə  əl-ələ tutub 
burdan keçim” deməsi heç yadımdan  çıxmırdı. Fikrini mənə 
bildirəndə ona hirslənmiş, düz bir il onu danışdırmamışdım. 
Uşaq  şıltaqlığı ilə onu hərdən  ələ  də salırdıq qızlarla. Son 
gəzintimizdə elə bu Şuşada “Gəl daşı  ətəyindən tök, axı  mən 
səni  çox sevirəm” deməsi və cavabında isə “Bu Şuşa  şahid 
olsun ki, bu dünyada bir sən, bir də  mən qalsam, səni 
sevməyəcəyəm” cümləsini məndən eşidərkən “buna görə bir 
gün  çox peşman olacaqsan”,- deyib venetkaya şəkil 
çəkdirmədən getmişdi. Ondan sonra bir də heç vaxt mənim 
dalımca gəlməmiş, heç  məktub da göndərməmişdi.  İndi, 
doğrudan da, o sözü dediyimə peşmanam. Nəinki Elxana, 
elimin ən axırıncı adamına da dəyişmədiyim ermənilər mənim 
gözəlliyimdən zövq alır, onu istismar edirlər. Məni bağışla, 
Elxan, məni bağışla... Qəlbini qırdığım  üçün, qədrini 
bilmədiyim  üçün məni bağışla. Həya, ar, namus hesab 
etdiyimiz  üçün bir gülüşümüzü belə  vətən oğlullarına 
əsirgədiyimiz halda, indi bu alçaqların oyuncağına 
çevrilmişik. 
Bu türk torpağında yadların kef etməsi, orda ola-ola yad 
olmağım, uzaq olmağım qəlbimi göynədirdi. Belə bir tarixi 
şəhərin  əsirlikdə olmasını  görəndə  mənim kimi milyonlarla 
insandan birinin əsirliyini yada salmaq bu şəhərə, bu torpağa 
ən böyük xəyanət olardı. Bütün qarabağlıların göz bəbəyi kimi 
sevdiyi, qürur duyduğu bu şəhər indi səssizliyə qərq olmuşdu. 
Yəqin ki, xarabalıqlar içində idi. Bu şəhəri işğal etdiklərinə 
hələ də inana bilmirdim. Həm tarixdən oxuduqlarım, həm də 
rəhmətlik atamın dediklərini nəzər alsaydım, sıldırım 


 
 
168 
qayalıqlar üzərində ucalan bu şəhərə girmək mümkün deyildi. 
Amma fakt faktlığında idi, bura Şuşa idi – işğal olunmuş Şuşa 
şəhəri. O Şuşa ki, ....  
 
*** *** *** 
Son günlər özümü pis hiss etdiyimi o vicdansız Vaskanyan 
da hiss etmişdi. Elə bil qəlbinə mərhəmət gəlmişdi bu alçağın. 
Nəsə  məni son zamanlar çox da incitmirdi. Çox pis hiss 
edirdim  özümü.  Əslində bir ildən  çox idi ki, heç yaxşı hiss 
etməmişdim də. Amma bu, fərqli idi. Ürəyim bulanır, başım 
gicəllənir, yuxum gəlir, iştahım qaçırdı. Heç  özümə yer tapa 
bilmir, iyrəndiyim Vaskanyanı  görəndə  əvvəllər  ürəyim 
ağzıma gəlirdisə, indi az qalırdı bağırsaqlarım gəlib ağzımdan 
tökülsün. Həmin axşamlardan birində Vaskanyan evə bir 
həkim gətirdi. O məni müayinə etdi. Həmin an həkimin 
simasında  əvvəlcə sevinc, ani olaraq yerinə keçən nifrət 
gördüm. O, mənə elə acıqlı baxdı ki, elə bil qayınata qarnında 
bic gəzdirən gəlininə baxır. Baxışlarda erməniyə  məxsus 
çarəsiz, gücsüz bir adamın alçaldıcı  münasibətini asanca 
görmək mümkün idi. Məndən ayrılandan sonra Vaskanyana 
nəsə dedi. Son sözü aydınca eşitmişdim... Bunu eşidən 
Vaskanyanın gözləri parladı. Tez-tələsik onu yola saldı. 
Qayıdan kimi məni oturduğu otağa çağırdı.  
-Bilirsən, nə olub sənə? 
Əslində, deyəsən, bilirdim. Ağlıma heç vaxt gətirmək 
istəmədiyim bir şey olmuşdu mənə. Amma yenə  də bu fikri 
qovmaq istəyirdim  özümdən, iti qovan kimi qovmaq 
istəyirdim.  
-Nə olur-olsun,-dedim. Bundan ağır nə ola bilər ki? Girov 
olmağımı nəzərdə tuturdum. 


 
 
169 
-Bəxtin gətirib, ay Türk gözəli, bəxtin gətirib. Toyuğun qızıl 
yumurtluyub. Azərbaycanlılarla o qədər oturub durmuşdu ki, 
bütün mədəniyyətimizi bilirdi. 
Mən nə olduğunu artıq dəqiq bilirdim. Heç  nə  eşitmək 
istəmədiyim üçün otaqdan çıxmaq istədim. 
-İndiyə  qədər Gülcahan  üçün yaşayırdınsa, bundan sonra 
oğlun  üçün yaşamalısan,-deyə arxadan səsləndi və qaqqanaq 
çəkərək güldü. 
Mən hamilə idim... Həm də 4 aylıq...  Özümdən eşitdiyim 
bu söz mənə cəhənnəmin səsindən əzablı gəldi. Ola bilməz, bu, 
mümkün deyildi. Axı mənim günahım nə idi? Tanrı niyə mənə 
bu qədər əzab verirdi? Niyə bu qədər işgəncə, əzab yaşadırdı. 
Qışqırmaq istəyirdim. Bağırmaq istəyirdim. Yerə  düşməsini 
istəyirdim o Tanrının. Mənim günahımın nə olduğunu 
soruşmaq istəyirdim. Nə etmişdim axı, o mənə bu qədər ağır 
həyat yaşadırdı? Mən bilən, mənim bu həyatda bunların 
mində birini qazanacaq günahım yox idi. Əgər bu işgəncələr 
ata-anamın günahı idisə, onda bu tanrı dedikləri gözə 
görünməzin  ədalətdən xəbəri belə yox idi. Axı onların 
olmadığı bir həyatda mən niyə onların günahının  əvəzin 
verməliydim? Lap belə tutaq ki, həyatda idilər, necə ola bilər 
ki, bir insan başqasının  əvəzində  əzab və  işgəncəyə  düçar 
olsun?! Bu Tanrı dediklərinin  ədaləti bu idimi? Yaxşı, ola 
bilsin ki, mənə verilən bu əzablarla o dünya adlandırdıqları 
cənnəti qazanacaqdım. Axı o cənnətin qazanılması bu qədər 
iztirablı idisə, o cənnət kimə lazımdır?  Kimin nəyinə lazımdır 
belə cənnət? Məncə, məni yaradan Tövratın, İncilin, Zəburun, 
Quranın dediyi Tanrı ola bilməzdi. Ya o Tanrı bizi yaradıb ki, 
uşaq oyuncaqları ilə  əylənən kimi əylənsin, ya da onun 
oyuncaqlarını  məhv edən, dağıdan, amma onun gücü 
çatmadığı başqa bir tanrı vardı.  


 
 
170 
Axı atam Soltanın dilinin əzbəri olmuş “Allah adamın 
ürəyinə  görə verir” fikrini mən  çox bəyənirdim. Bu sözü 
eşidəndə ürəyimlə fəxr də edirdim. Deyirdim ki, mənim ürəyim 
qızıl kimidir, yumşaqdır, insanları sevir. Tanrı bunu nəyimə 
görə mənə “hədiyyə” edirdi. Bu nə allahlıqdı edir?  
“Mən hamiləyəm, kimdən?!” bu sözü  nə  qədər  ürəyimin 
dərinliklərində  səsləndirsəm də  bütün dağlar-daşlar duyurdu. 
İnanmıram, onlar da ağlasın halıma,  çünki onları da bu 
mərhəmətsiz Tanrı yaratmışdı.  
Bu hadisə  bütün fəlsəfələrin, dini ehkamların, deyimlərin, 
Tanrı haqqındakı ehtimalların tar-mar olub dağılması, 
süqutu,  çöküşü idi... Bundan sonra nəinki Tanrının varlığına 
inanacaq, heç adını da çəkməyəcəyimə  söz vermişdim. Ona 
nifrətlə yaşayacaqdım. Nə  qədər sübut, dəlil gətirsə idilər də, 
mənə etdiklərinə görə bağışlamayacaqdım onu.  
Bunları yaşadıqca mənə  məlum olurdu ki, Tanrı ona 
verilən qiymətlərə layiq deyil. Çünki bu dünyanı bu tərzdə bir 
Tanrı idarə edə bilməzdi. Onun şəriki vardı.  Özü  də onunla 
yola getməyən  şəriki.  Əgər O tanrı vardısa,  dinlərdə deyildiyi 
kimi, o, dünyanın inkişafını, gözəlliyini istəyirdisə, ondan 
güclü olan onun şəriki buna imkan vermirdi. Bu, Şeytan 
adlandırdıqları uydurma varlıq ola bilməzdi. Bu, bu dünyanın 
idarə edən,  ən azından bizim tanıdığımız Tanrının gücünün 
yarısına malik olan başqa bir Tanrı idi. Bunu bizim 
şüurumuzda yaratdığımız tanrı edə bilməzdi. Məni bu övladı 
dünyaya gətirəcək qədər zorlayan tanrı  mənim tanrım ola 
bilməzdi.  
Təpəgöz türk  ərinin zorladığı  mələkdən dünyaya gəlmiş 
dünyanı udacaq qədər məkrli olmuşdu. Təpəgözün nə anası, 
nə  də atası  şər idi. Bəlkə  də, anası  şər olmuşdu, amma ən 
azından atası şər qüvvə olmamışdı. Amma mənim bətnimdəki 
şərdən, zalımdan törəmişdi axı. Onun dünyaya nə  qədər 


 
 
171 
düşmən kəsiləcəyinə kim zəmanət verə bilərdi. Az qalırdım o 
şər Tanrısını tapım, deyim ki, sənə halaldı, mən də  sənin 
tərəfinə keçirəm. Mən də  sənin qulun oluram. Çünki sən 
güclüsən, çünki sən böyüksən.... 
Həmin gün bu düşüncələr məni didib-dağıtdı. Nəinki əlimi 
qarnıma yaxınlaşdıra bilmir, heç  gözucu da olsa, baxa 
bilmirdim. O qarında ki, ruhumu şər qüvvə ilə birgə  bölüşən 
körpə  böyümüşdü. Axı  mən bundan niyə  xəbərdar 
olmamışdım? Niyə bunu hiss etməmişdim? Niyə bu günə 
qədər ona canımdan can verib yaşatmışdım. Allahımı 
bağışlaya bilmədiyim kimi, özümü də bağışlaya bilmirdim.  
Cavabını tapanda isə insani hislərin mənə yenidən 
qayıtdığını hiss etdim. Axı necə biləydim, anam yanımda 
deyildi  ki, ondan bu məsələlər barəsində məsləhət alım, ərim 
yox idi ki, ona övlad vermək üçün tələsim və narahatçılıq hiss 
edəndə kimdənsə soruşum, rahat günüm yox idi ki, bir yerim 
ağrıyanda hiss edim. Axı  mən qızlıq  şərəfini itirən aciz bir 
Allah bəndəsi idim. Allah sözünü bu cür işlədəndə bir daha 
insanlığıma, acizliyimə yenidən döndüyümün şahidi oldum.  
Təkcə qarnımda ağrı, fərqli bir şey hiss etməmişdim ki, 
hamilə olduğumun fərqinə varım. Uzun müddət soyuqda 
qalmaqdan böyrəklərim, döyülməkdənsə  hər yerim ağrıyırdı. 
Əslində, bizim şəhərdə bu hamiləliyi bəxtəvərlik 
adlandırırdılar. Məndəki “bəxtəvərlik” isə bambaşqa idi. Bu 
“bəxtəvərlik” elə bir hiss idi ki, məni yalnız  ölümlə 
hədələyirdi. Bu bəxtəvərliyin son nöqtəsi yalnız və yalnız 
intiharda idi... 
Üzümü hələ də instinkt kimi alt şüuruma yerləşən tanrıma 
tutub məni bağışlamasını istədim. Bu isə o demək idi ki, 
özümün də  xəbəri olmadan onun varlığını  qəbul etmiş, onu 
bağışlamışdım... Axı niyə?! Bunun səbəbi nə idi?.. 
 


 
 
172 
 
 
 
 
 
 
 
 
 
25. Düşünülmüş qəza 
 
– Xahiş edirəm, məni  öldürmə! Yalvarıram... Ayy... Heç 
olmasa balalarıma görə yazığın gəlsin... Ayy... aaa – 
döyülməkdən ağzı-burnu qana bulaşmış adam növbəti dəfə 
ağzıüstə yerə  yıxıldı. Qüdrətov onu qaldırıb divara söykədi. 
Bu anda mayorun gözlərindəki qorxunc qəzəbi, bütün  üz 
cizgiləri ilə  əks olunan nifrəti görüb sakit nəfəs almaq bu 
adam üçün çox çətin idi. 
– Deyirsən, yadından  çıxıb hə, kim idi o?! – mayorun 
növbəti yumruq zərbəsi adamın  üzündə elə  açıldı ki, başı 
divara çırpılaraq huşunu itirdi. 
– Deməli, tanımırdın onu, hə?! Qalx ayağa, it oğlu, it. Şərikin 
gəlib, səni axtarır! – Qüdrətov növbəti dəfə onun yaxasından 
sürüyərək dəmir stolun üstünə  çəkdi. Yanındakı vedrə dolu 
buz kimi suyu başından aşağı  tökərək ayılmasını  gözlədi. 
Sonra isə bayaqdan bəri bu mənzərədə yalnız izləyici mövqeyi 
tutan Tahirə üzünü tutdu: 
– Gətir, o biri iti də buraya! 
Tahir hələ də nə baş verdiyini anlamadan sakitcə otaqdan 
çıxdı. Qüdrətovun dediyi adamı – Alekseyi qonşu otaqdan bir 
az da gec gətirsəydi, mayor həmin adamı  döyə-döyə  öldürə 
bilərdi. Tahir onu heç vaxt belə görməmişdi. 


 
 
173 
– Qasançik?! – Tahirin kürəyindən itələyərək otağa saldığı 
Aleksey içəri girər-girməz bunu dedi. Şübhəsiz ki, 
döyülməkdən inildəyən adama səslənmişdi.  O, deyəsən, elə 
indi özünə gəlmişdi. 
– Sənin ananı... – Alekseyin “Qasançik” deyib çağırdığı,  əsl 
adı isə  Həsən olan bu adam sözünü sona qədər  çatdıra 
bilməyib yenə də özündən getdi. 
– Mənim anamı neynirsən, ay bədbəxt?!  Özünə  gəl, yaxşı yer 
tapmışam, səni oraya aparacağam! – Aleksey bunu demişdi ki, 
boynunun ardından dəyən təpik zərbəsi sanki onun bütün 
dünyasını başına uçurtdu. Zərbə o qədər sarsıdıcı oldu ki, 
gülmək  üçün iyrənccəsinə  çölə  çıxardığı dili sanki dişləri 
arasında ilişib qaldı. “Öldüm, ay ana..!” o yalnız bunu deyib 
yerə sərildi. 
– Peysər oğlu! 
– Bunların ikisinin də  əllərini bağla, qoy özlərinə  gəlsinlər. 
Mən aşağıdayam, – Qüdrətov siqaret yandırıb həyətə düşdü. 
 
*** *** *** 
– Bu “Həsənçik” kimdir belə? – pilləkənləri düşmək üzrə olan 
Tahir adamın adını özünəməxsus avaz ilə səsləndirərək həyətə 
çatar-çatmaz tələsik soruşdu. Hiss olunurdu ki, məsələnin 
kökünə getməkdə o da çox maraqlıdır. Bir aya yaxın 
axtardığı, tapıb buraya gətirdiyi Aleksey kim idi axı?! Onun 
Həsən deyilən bu adamla nə  əlaqəsi var? Ümumiyyətlə, 
Qüdrətovun hələ  də heç kimə  məlumat vermədiyi bu 
əməliyyatın sonu kimə bağlıdır? Gənc leytenant bir an olsun 
vaxt itirmədən bu sualların cavabını eşitmək istəyirdi.  
 
 
 


 
 
174 
Әziz 
kitabxana.net
 portalının oxucuları! 
 
 
Qüdrətov girovluqda olan Aytəkini tapa biləcəkmi? 
 
Ramil ilə Aytəkin 20 illik həsrətdən sonra görüşə biləcəklərmi? 
 
Məxfi  şöbənin  əməkdaşı mayor Mikayıl Qüdrətov Qaniçən erməni 
zabiti Albert Vaskanyanla üz-üzə gələ biləcəkmi? 
 
Romanla bağlı bu kimi digər suallarınızın cavabını tapmaq üçün 
əsəri kitab mağazalarından soruşun. Bir daha bildirmək istəyirik 
ki, bu kitabın 1-ci nəşridir və əldə olunan vəsaitlə Xocalıdan olan 
məcburi köçkün ailələrinə yardım olunacaqdır. 
 
Milli mәsәlәdә hәr bir oxucumuzu birliyә çağırırıq! 
 
Müəlliflərdən sayğılarla 


 
 
175 
Kitabın işıq üzü görməsində zəhməti keçən bütün insanlara səmimi 
minnətdarlığımızı bildiririk.
 
 
 
Sadıqov Şәmil Kamil oğlu 
Fәrziyev Müşfiq Füzuli oğlu 
 
 
 
 
ÜMİDLӘRİN  
İZİ İLӘ 
kriminal-detektiv roman 
 
 
Rәssam 
Vaqif Ucatay 
 
Dizayner 
Teymur Azәri 
 
Redaktorlar  
Arif Әsәdov, Elxan Nәcәfov, Mәhәmmәd Xankişiyev 
 
Korrektor 
Elçin Әfәndiyev 
 
 
 


 
 
176 
 
 
 
 
 
Kitab Hәdәf Nәşrlәri MMC-dә çapa hazırlanmışdır. 
Ünvan: Xırdalan şәhәri, H.Әliyev prosp. 
Tel.: (012) 511 65 84 
 
Ümumi tiraj: 1000 
Qiymәti: 6 AZN 
 
 

Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə