Microsoft Word umidlerin izi ile son 10. 02. 2012



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə39/42
tarix01.07.2018
ölçüsü1,72 Mb.
#52556
1   ...   34   35   36   37   38   39   40   41   42

 
 
152 
Gələndə anamı pis vəziyyətdə  görüb  çox peşman oldum. Sən 
demə, mən gedəndən sonra yazıq arvadın  şiddətli böyrək 
ağrısı başlayıbmış. Axı  tək böyrəklə yaşayırdı anam. 
Girovluqdan qayıdandan sonra sağ böyrəyini çürüdüyünə görə 
kəsib götürmüşdülər. Heç o biri də sağlam deyildi. Tez-tez 
şiddətli ağrılardan  əziyyət  çəkirdi. Həkimlər təcili olaraq 
əməliyyat olunmasının vacibliyini desələr də, imkansızlıqdan 
mümkün olan iş deyildi bu. Elə bu xəstəlikdən  də  dünyasını 
dəyişdi yazıq... 
Bakıya gələndən sonra mənim üçün xəyal etdiyim günlərin 
əvəzində daha ağır anlar başladı. Dilənçilik etdim, 
zibilliklərdə yatıb-durdum, işləmək istədim, amma işə  qəbul 
edən olmadı... Və doqquz ildir ki, sürünürəm... Bu həyatda iki 
arzum var. Birincisi anamın məzarını tapıb ziyarət etmək... 
... ... ... 
Oğlan bu dəfə  çox kövrəldiyi  üçün sözünü sona qədər 
çatdıra bilmədi. Qüdrətov bu dəfə də əlini onun çiyninə qoyub 
təskinlik verdi. Tahirə işarə etdi ki, oğlan üçün yemək-içməyi 
hazırlasın. Deyəsən, söhbətini yekunlaşdırırdı. 
– Bəs, ikinci? – Qüdrətov onu mövzuya qaytardı. 
– O biri də əsgər olub vətənimi qorumaq! – bu sözləri o qədər 
ürəklə dedi ki, sanki bir az əvvəl kövrəlib uşaq kimi göz yaşı 
axıdan adam deyildi. 
– Bəs, anan qohumlarınızdan heç vaxt danışmırdı? – təcrübəli 
əməliyyatçı eşitmək istədiyi ən vacib məsələyə toxundu. 
– Onlar hamısı  ölüb gedib, şəhid olublar. Anam deyirdi ki, 
onlardan ən son əmim Soltanın böyük qızını görmüşdü. Anam 
dəyişdiriləndə onu verməyiblər namussuzlar! Dediyinə  görə, 
çox gözəl qız imiş... Çoxdan ölüb getmiş olar... 
– Adı nə idi həmin əmin qızının? – mayor səbirsizliklə dilləndi. 
Onun indi nə hislər keçirdiyini  özündən başqa heç kim dərk 
edə bilməzdi. Çətinliklə olsa da, nəhayət ki, on doqquz il əvvəl 


 
 
153 
baş vermiş hadisənin izinə  düşə bilmişdi. Bu hadisənin 
açılması neçə-neçə insanın ürək ağrısı, on doqquz il əvvəl bir-
birini dəlicəsinə sevən iki gəncin həyatının təlatümə  gəlməsi 
demək idi. Qüdrətov bu an olanları  çox yaxşı anlayırdı. 
Yaranan növbəti sükutu pozan cavab məxfi agenti qane 
etmədi. Hətta bir anlıq məyus oldu da demək olardı.  Çünki 
dilənçi oğlan “yadıma düşmür...” deyə cavab vermişdi onun 
sualına. 
– Yadına salmağa  çalış  Həsrət!  Çalış, xatırlayasan. Bəlkə, 
onun hansısa bacısı-qardaşı var imiş, onların adını yadında 
saxlamısan? – Qüdrətov oğlanın həmin adı xatırlaması  üçün 
sonuncu  şansından istifadə etdi. Haqqında soruşduğu qızın, 
demək olar ki, bütün taleyini vərəq-vərəq oxuyan təcrübəli 
xəfiyyə üçün bu o qədər də çətin deyildi. 
– Anam deyirdi ki, onlar iki bacı, bir qardaş idilər... 
... ... ... 
– Həəəə, bacısının adı  Gülcahan idi, indi yadıma düşdü! 
Gülcahan idi! – oğlan yeni bir şey kəşf edibmiş kimi dik atıldı. 
Elə  Qüdrətov da az sevinmədi.  Əslində  gözlədiyi cavabı 
almışdı. Amma doğru yolda olduğuna  əmin olub, bir anlıq 
rahatlıq hissi keçirdi.  İndi artıq o, dəqiq bilirdi ki, bu oğlan 
həmin gündəliyi yazan Aytəkinin doğma əmisi oğludur. Onun 
bacısının adının Gülcahan, atasının adının Soltan olması 
bunu  bir daha təsdiq edirdi. Amma təcrübəli  əməliyyatçı 
çətinliklə tapdığı bu adamdan bu qədər az məlumat almaqla 
kifayətlənmək istəmirdi. Aytəkinin sağ  və ya ölü olması 
haqqında isə hələlik dəqiq bir fərziyyəsi yox idi. Buna görə də 
oğlanı  nəzarət altında saxlamağı  düşünərək, nəhayət, ayağa 
qalxdı: 
– Həsrət, sən hələlik bizim himayəmizdəsən. Burada 
qalacaqsan. Məsləhət görürəm ki, vacib lazım olmayanda 
evdən kənara  çıxma. Yemək-içməyini və siqaretini də 


 
 
154 
artıqlaması ilə verəcəklər,  çalış siqaretini də azalt. Sonra da 
yavaş-yavaş tərgidərsən. Danışdıq? 
– Yaxşı. Amma siz demədiniz axı kimsiniz? Heç  üzünüzü  də 
görmədim. 
– Buna ehtiyac yoxdur, - evi tərk etmək üzrə olan Qüdrətovun 
ümidverici səsi eşidildi. Oğlanın başı üstündə dayanan Tahirə 
isə işarə etdi ki, bir azdan gözlərinə bağladığı qara parçanı aça 
bilər. 
 
 
 
 
 


 
 
155 
 
 
 
 
 
 
 
 
 
22. Əsirlikdən əsirliyə... 
 
Arpa çayı aşdı-daşdı, 
Sel Saranı aldı qaçdı. 
Sara gözəl, qələm qaşdı, 
Apardı sellər Saranı. 
...  .... 
Düyünü tökdüm qazana, 
Qaldı uzana- uzana. 
Qismətmiş qəbir qazana 
Apardı sellər Saranı, 
Bir ala gözlü balanı. 
Bu həzin xalq musiqisinin səsinə oyandım... Musiqi o qədər 
pəstdən oxunurdu ki, yarıyuxulu vəziyyətdə layla dinləyir 
kimi yerimdə  mürgü vurmaq istəyirdim.  Əslində, girov 
düşdüyümdən bəri Azərbaycan xalq musiqisi eşitmirdim 
desəydim, yalan olardı. Erməni dığaları  hər dəfə  əylənəndə, 
oynayanda  öz musiqiləri adlandırdıqları Azərbaycan xalq 
mahnılarına qulaq asırdılar. Hətta bir dəfə Vaskanyan 
həmişəki işini yerinə yetirmək istəyəndə xalq mahnımız olan 
“Sarı  gəlin” mahnısını qoymuşdu. Onun bu musiqini 
bilərəkdən qoyması aydın idi: məni vəhşiyə  döndərmək və 
bundan zövq ala-ala kamına  çatmaq. Desəm ki, mən daima 


 
 
156 
mübarizə aparır, onu yaxın buraxmaq istəmirdim, düzgün 
olmazdı. Daha yorulmuşdum. Get-gedə taleyimlə barışırdım. 
Samirənin dediyi kimi, bir dəfə heç bir hərəkətinə reaksiya 
vermədiyim  üçün o, ehtirasını  içində boğmuşdu. O qədər 
çılğınlaşmışdı ki, hirsindən ehtiras belə ondan üz döndərmişdi. 
Bu tipdə insanlar cinsi əlaqədən  zövq almaq üçün manyaka 
çevrilirlər. Qarşısındakı müqavimət göstərməyəndə heç nə edə 
bilmir, bundan da dəliyə dönürlər. Vaskanyan da belələrindən 
idi. Məni  o qədər döymüşdü ki, huşumu itirmişdim, gözümü 
açanda özümü donuz tövləsində tapmışdım.  
Onun həzz alması  həmişə alınmırdı. Bu onun kişilik 
problemi idi. Buna görə  də o, adətən, başqa ermənilərin 
yanında girovlarla cinsi əlaqədə olmaqdan yayınırdı. 
Problemini kimlərinsə bilməsi onu qorxudurdu. Qorxduğu 
üçün də ehtirası gizlənirdi. Hətta hiss edirdim ki, o, cinsi 
əlaqədə olanlara baxaraq daha çox zövq alırdı. O, əsl heyvan 
xarakterli insan tipi idi. Əslində heyvanda da olan 
sahiblənmək hissi ona yad idi. İstənilən bir kişi qadınına 
sahiblənər, onu kiməsə  təqdim etməzdi. Dəxli yoxdur, bu, 
fahişədir və ya sevgilisi. Bu, insan övladının xislətindədir. 
Hətta kənddəki xoruzlar belə toyuğunun başqa bir xoruzla 
yaxın olmasına icazə vermir. Amma bu Vaskanyan üçün heç 
bir fərqi yox idi... Mən ona məxsus idim. O da mənim 
razılığım olmadan sahibim idi. Sözünün keçərliliyini, 
vəzifəsinin sanbalını  nəzərə alsaq, o məni kimsəyə  təqdim 
etməyə bilərdi, buna gücü  də  çatardı. Amma o, manyak idi. 
Gülcahan daha qəşəngdir,- deyə-deyə, həm  özü, həm də 
başqaları bizi zorlayırdılar. O da bundan zövq alırdı.   
Onun istədiyi kimi olmağım  üçün həmişə yeni bir şey 
tapırdı. “Sarı gəlin” musiqisinin sədaları altında mənə təcavüz 
etmək istəməsi isə mənə girov olduğum müddətdə vurulan ən 
iyrənc zərbə idi. Heç  Həyatın itlə cinsi əlaqəyə  məcbur 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə