Microsoft Word umidlerin izi ile son 10. 02. 2012



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə40/42
tarix01.07.2018
ölçüsü1,72 Mb.
#52556
1   ...   34   35   36   37   38   39   40   41   42

 
 
157 
edilməsi mənim heysiyyatımı bu qədər tapdalamamışdı. 
Həmin gün elə bil mənə  güc gəlmişdi. Mən içkili halda olan 
Vaskanyana güc gəldim. Onu ruhumun gücü ilə itələdim. 
Səndələyən Vaskanyan bundan məmnun halda yenidən 
hücuma keçdi. Heç  nəyi düşünmədən onunla əlbəyaxa 
olmuşdum. Artıq xasiyyətinə  bələd olduğum bu alçağı yaxşı 
tanıyırdım, mən hirsləndikcə, o, ehtiraslanırdı. Amma bu 
mənim heç vecimə deyildi. Mən, sadəcə, onun məni zor 
gücünə də olsa, əldə edəcəyini bildiyim halda, əsəbimi gizlədə 
bilmir, köhnə rus maqnitofonuna doğru getməyə çalışırdım. O 
isə  məni var gücü ilə  çarpayıya yıxmaq istəyirdi. Müsiqinin 
səsi isə sanki mənim halıma ağlayırdı.  Çarəsiz tapdalanan 
Azərbaycan heysiyyatını,  şərəfini, namusunu görüb ağlayırdı. 
Birinci dəfə idi ki, mən ona qalib gəldim. Ona qadın  əli ilə 
türk şilləsi vurmağa nail oldum. Bu şillə çox sərt idi. Bir anlıq 
duruxmasından istifadə edib maqintofonu götürə bildim və 
var gücümlə  səs qutusunu yerə  çırpdım. O an özümü 
qəhrəman kimi hiss etmişdim. Hikkəmdən  əllərim  əsirdi. 
Məqsədimə nail olduğum  üçün içimdəki intiqam hissinə 
təşəkkür də etmişdim. Milli mənliyimin təntənəli qələbəsi idi... 
Ondan sonra onun nə etməsi məni heç maraqlandırmadı da. 
Hələ  də  məndə  vətən, millət, qeyrətinin yaşaması  məni 
sevindirmişdi.  Özümü  ölümə  məhkum  şərəfsiz hesab etdiyim 
günlərin hamısına qalib gəlmişdim. Hələ də bu qeyrət hissinin 
məni tərk etməməsi məni  ümidləndirmişdi... Axı  mən elə 
düşünürdüm, mənim kimi övlad nəinki vətənə, heç  vətənin 
zibilliklərinə  də lazım deyil. Amma yox, daxilimdə yatan 
mənliyin təntənəsi məni  çox ruhlandırmışdı. Bir anlıq  özümü 
Ramilə lazımlı bir insan hiss etmişdim. Ramilin bu cür 
vətənpərvər qızla fəxr edəcəyini dəqiq bilirdim. Axı  hələ  də 
mən ona xəyanət etməmişdim. Bəli, buna dəqiq  əmin idim, 
mən xəyanətkar deyildim. Nə  dünyalar qədər sevdiyim 


 
 
158 
Ramilimə qarşı, nə  də başı  bəlalı  Vətənimə qarşı... Xəyanət 
anlayışının cismani deyil, mənəvi məsələ olduğunu hamı yaxşı 
bilir. Buna xəyanət adı vermək mümkün deyildi. Amma qadın 
ləkələndisə, istər xəyanət olsun, istərsə də zorla ləkələnsin, heç 
bir fərqi yox idi. Bunu başa düşmək  üçün gərək kişilər xeyli 
dərin düşüncəli olmalı idi. Düzdür, sevgimin tüğyan etdiyi 
vaxtlardakı kimi Ramillə evlənəcəyimiz, uşaqlarımız olacağını 
planlaşdıra bilməzdim. Amma bütün bunları Ramilə danışıb 
qollarında can vermək  üçün hələ  də  ümidlərlə yaşayırdım. 
Ölən ümidlərlə... 
Musiqinin beşiyi olan qədim  Şuşa  şəhərində belə bir xalq 
musiqisini dinləmək mənə bir məlhəm idi. Amma o musiqiyə 
işğal altında olan bir Azərbaycan torpağında, girovluqda 
qulaq asmaq başqa bir tragediya idi... Xan əminin sümükləri 
sızıldayırdı indi. Pənahəli xan qəbrində yata bilmirdi. Axı 
torpaqlarımızın bu cür alçaqların əlinə keçməsinə dövlət necə 
şərait yaradırdı? Niyə bir əncam çəkilmirdi? Ax vətən!..  Başın 
bəlalar içindədir. Həmişə  müstəqil olma ərəfəsində bu Odlar 
diyarı nələr görür, nələr yaşayırdı. Mənim timsalımda vətənin 
taleyini rahatca görmək olardı.... 
Şuşanın işğalından sonra Vaskanyanın rütbəsi  də 
yüksəlmişdi. O, indi polkovnik olmuşdu.  Şuşadakı batalyona 
rəhbərlik edirdi. O, bura gələndə  məni Samirədən ayırıb  özü 
ilə  gətirmişdi. Samirə isə  Əsgəranda qalmışdı. Müharibədən 
heç bir xətər görməyən bir evdə qalırdı. Rus arvadı ilə hələ 90-
cı ildə ayrıldığından tək yaşayırdı.  Əgər məni nəzərə almasa 
idik. Həyətə isə erməni  əsgərləri nəzarət edirdi. Rusiyada 
hərbi məktəb bitirən bu alçaq hərdən deyirdi ki, böyük 
Ermənistanı qurandan sonra xaricə gedəcək. Fransada yaxşı 
dostları olduğunu dəfələrlə  görmüşdüm. Bir neçə ay idi ki, 
məni hər gün Gülcahanla görüşdürəcəyini deyirdi. Mən də bu 
ümidlə bir gün bunun baş tutacağına inanırdım. Onunla yaxşı 


 
 
159 
rəftar etməyə  çalışır, hərdən  özümü  məcbur edirdim ki, onun 
gözünə girim, Gülcahanı girovluqdan xilas edim. Hələ ki, bu 
baş tutmurdu... 
O alçaq mənə tez-tez dolma bişirtdirir, iştahla yeyirdi. 
Evdən gedəndə isə məni içində təkcə bir çarpayısı olan otağa 
qatıb, qapını da bağlayırdı. Bu, bir azərbaycanlı evi idi. Evin 
quruluşu, evdə olan əşyalar bunu deyirdi. İndi də bu musiqi. 
Elə bilirdim ki, indi anam bizi səsləyəcək: “Ay qız, Aytəkin, 
Gültəkin, gün batdı axı, nə vaxt duracaqsınız?” Anam 
Gülcahanı belə adlandırıdı. Hətta Gülcahana bu adı qoyanda 
narazılığını da bildirmişdi. Demişdi ki, Aytəkin, Gültəkin bir-
birinə çox uyur. Bu cür seçim Azərbaycanda məşhur idi. Adlar 
qoyulanda bir-birinə qafiyə olana daha çox  üstünlük 
verirdilər. Amma atamın anasının adı Gülcahan olduğu üçün 
o, israrla bu adın  üstündə durmuşdu.  Əslində, heç  mübahisə 
də etməmişdilər. Sadəcə, atam anamın narazılığını hiss etmiş, 
narahat olduğu  üçün onun qəlbini  ələ almağa  çalışmışdı. 
Anam qadın olduğu üçün etiraz etmək hüququ yox idi. Sadəcə 
qəlbində yaşada bilərdi. Axı o, azərbaycanlı idi... Axı o ərini 
sevir, ona hörmət edirdi. Etməli idi də,  çünki bu anamın  
qadınlıq borcu idi. Şərqdə belə idi. Ailə  mədəniyyəti bu cür 
formalaşmışdı Azərbaycanda. Ona görə  də Avropalı kişilər 
Azərbaycan-türk qadını alanda özlərini kişi kimi hiss 
edirdilər.  
Düyünü tökdüm qazana, 
Qaldı uzana- uzana. 
Qismətmiş qəbir qazana... 
 
Musiqinin bu yerində anam gözlərimin qarşısına gəldi, 
toy-düyün  üçün uzun illərdən bəri atamdan gizlin yığdığı 
cehizlər yadıma düşdü.  İndi anam sağ olsaydı, bizi yadına 
salıb ağlayacaqdı, hönkürəcəkdi... Bəlkə, elə bu mahnını da 
oxuyacaqdı. Oxuduqca qəhərdən sözlər qırılacaq, səsi 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə