Microsoft Word umidlerin izi ile son 10. 02. 2012



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə36/42
tarix01.07.2018
ölçüsü1,72 Mb.
#52556
1   ...   32   33   34   35   36   37   38   39   ...   42

 
 
141 
Bu Nehrəm kəndinin xüsusiyyətlərindən biri də zarafatcıl 
olmaları, lətifələr danışmaları  və  kənddəki hər kəsə ayama 
qoymaları idi. Deyilənlərə  görə, bu kənddə ayamasız adam, 
tayfa yox idi. Əslində bizim Xocalıda da belə idi. Nənəm 
hərdən müqayisə  də edirdi. Deyirdi, siz də  Qəssab  Əli var, 
Nehrəmdə  də, sizdə  də palçıq  Əli var, bizdə  də? Sizdə  də 
Nırqız Həsən var, bizdə də. Bunu bir dəfə anamın xocalılı Tıs 
Mamed haqqında nəsə deməsindən sonra danışmışdı.  Hətta 
ona niyə Tıs Mamed deyirlər, deyə soruşmuşdu da. Onun zili 
var, o zili sürəndə maşının tez-tez çıxardığı  səsə  görə ona tıs 
Mamed deyirlər. Bu, anamın  həvəslə verdiyi cavab idi. 
Nənəm isə bizə Nehrəmdəki Tısçı  Əli haqqında danışmışdı. 
Amma həmin adama ona görə  Tısçı  Əli deyirlər ki, o tez-tez 
yalan danışarmış. Hətta nənəm Nehrəm ağsaqqalarının 
yaratdığı bir lətifəni də danışmışdı. Deyilənlərə görə, bir dəfə 
Abdulla adlı bir kişi Nehrəmdən qız alır. Bu qız ailənin tək 
övladı olduğu  üçün Abdulla öz kəndindən köçüb gəlir bura. 
Bir gün Çaylaq deyilən kənd mərkəzinə çıxır. Ağsaqqallardan 
biri soruşur ki, bala, necədi, kəndimiz xoşuna gəlir? Abdulla 
da cavab verir ki, hər  şey yaxşıdı, amma bir şey xoşuma 
gəlmir. Ağsaqqallar: “xoşuna gəlməyən nədir?”-deyə 
soruşurlar. Deyir, belə baxıram ki, bu kənddə ayamasız adam 
yoxdur, deyirəm bəlkə, mənə ayamadan, ləqəbdən heç  nə 
qoymayasınız. Arif ağsaqqallar ustalıqla deyirlər ki, nə olar, 
sən də ol Ləqəbsiz Abdulla. Elə o gündən də Abdullanın 
ləqəbi olur “ləqəbsiz”.  
 Andranik 
heç görmədiyi zərbəni  elə bu Nehrəmdə alır. 
Nehrəm böyük kənd olsa da, camaatı həmişə seçdiyi mollanın, 
yəni kənd ağsaqqalının ətrafında birləşər, nə qərar verilsə idi
onu edərdilər. Camaat belə  qərara gəlir ki, kəndin bütün 
qadınlarını yığsınlar  seyidabalara. Əgər döyüşü uduzsaydılar, 
qapının ağzında duran gözətçi bura od vurub yandıracaqdı. 


 
 
142 
Seyidaba qəbiristanlığın içində olan yeraltı  sərdabə idi. 
Nehrəm qəbiristanlığında iki seyidaba var idi. Deyilənlərə 
görə, Kəbə arzusu, Məkkə arzusu ilə ölən insanların meyidi öz 
vəsiyyətinə  görə tabutda buraya qoyulurdu, torpağa 
basdırılmırdı. Onun yaxınlarından kiməsə bu ziyarətlər nəsib 
olsa idi, onların sümüklərini aparıb orada basdırırdılar. 
Sonra hamı bir nəfər kimi döyüşə girir. Kənddə iki top 
olduğundan onları gah kəndin bu başından, gah da o 
başından atırdılar ki, erməniləri qorxutsunlar. İkinci topu 
atmağa isə Osmanlı ordusundan  yavər gəlmişdi.  Necə ki
bizimkilər Xocalı  işğal olunmamışdan  əvvəl bunu edirdilər. 
Nənəm onda deyirdi ki, bunu tarixə nehrəmlilər gətirib. 
Andranikin qoşunları  güclü olduğundan nehrəmlilər geri 
çəkilməli olur. Döyüş qəbiristanlığın ətəyində davam edir. Bir 
erməni qəbir daşının dalından qışqırır ki, ay molla, ordan bir 
qız yolla, bəlkə, səni bağışlayaq. Kənddə aynalı  tüfəngi ilə 
məşhur olan bir Müslüm var imiş. O, o qədər sərrast atıcı idi 
ki, quşu gözündən vura bilirdi. Müslüm onu  bir də  görmək 
üçün “nə?” soruşur. Elə bu zaman o, sözü təzədən təkrar edən 
erməninin dilindən vurur. Bundan sonra nehrəmlilər  şirə-
aslana dönür. Hücumu gücləndirirlər. Hətta  rəvayətə  görə, 
onlara Seyid Əqil Ağanın piri də  köməyə  gəlir. Nehrəmlilər 
deyirlər ki, guya ermənilərin atdığı toplardan biri həmin pirin 
küncünə  dəyir. Ordan da bir göy atlı, göy paltarlı  çıxır 
döyüşçülərə  kömək edir. Nənəm onu da deyirdi ki, həmin 
uçulan yer hələ  də  sökük qalır. Nə  qədər hörsələr də, uçub 
yerə tökülür.  
Arxadan da türk ordusu artıq Naxçıvana girib, Andranikin 
arxasınca gəlirmiş. Andranik Osmanlı imperiyasına xəyanət 
etdiyi  və minlərlə  türk qanı axıtdığı  üçün onu axtarırdılar. 
Hətta xəyanətinə  görə 1880-ci ildə onun qulağını da 
kəsmişdilər. “Sənin qulağını türk kəsib, bir də özündən çıxma, 


 
 
143 
ay erməni”, – deyirlər. Başını sal aşağı, adamlığını et.  
Andranik bu vəziyyəti görüb qaçmağa məcbur olur.  
Nehrəmdə bu hadisəyə Sona adlı qadın şeir də qoşmuşdu. 
Deyirdi, Nehrəmdə bunu hamı bilir. Nənəmə də ata qohumu 
olan tarix müəllimi Mehralı müəllim öyrətmişdi. Həmin Sona 
xanım Mehralı müəllimin nənəsi olub. O da nənəsinin ruhunu 
şad etmək və tarixi hadisəni gələn nəsillərə  ötürmək  üçün 
bütün imkanlardan istifadə edirdi, bu şeiri yaşatmaq üçün. 
Nənəm bu şeiri elə  həvəslə deyərdi.... Ay Samirə, gördün 
kimdir, bu Andranik? Alçağın biri olub. Onu niyə 
öldürməyiblər, bilmirəm. 
-Aytəkin,  şillə  məsələsini yadına sal, bu da onun kimidir, 
mənəvi zərbə.  
-Ay Samirə, nə  mənəvi zərbə? Bu itlər mənəvi zərbə başa 
düşəndilər? Allah rəhmət eləsin Teymurləngə, o vaxt ən 
yaxşısını eləmişdi bu ermənilərə.  
-Nə eləmişdi ki? 
-Əmr vermişdi ki, yer üzündə  nə  qədər erməni varsa, hamısı 
qırılmalıdır. Qırmağa başlamışdı da. 
-Bəs nə oldu? 
-Anası qoymadı. Dedi ki, oğul, bunları niyə qırırsan? Teymur 
da demişdi ki, çox alçaq, yalançı, oğru millətdir, ona görə. 
Qoy gələn nəsillər mənə rəhmət oxusun. Anası deyir ki, bala, 
sən bunları  qırıb  qurtarsan, gələn nəsillər bunları 
tanımayacaqlar, səni də  lənətləyəcəklər. Amma sən bunların 
bir qismini saxlasan, bunları tanıyar, sənə  rəhmət oxuyarlar. 
Bu fikir Teymuru yolundan döndərir, o da əl saxlayır. O vaxt 
qırsa idi, indi biz burda olmazdıq.  
Samirə, doğrudan, da əhli-kef qız idi. Hər  şeyi unutmaq 
üçün “hər şey” edirdi. O, atəşin içində əylənməyi də bacarırdı. 
Bu hərəkətlərini görən Qədim dayı da bəzən hərəkətlərinə görə 
ona tərs-tərs baxardı.  


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə