Microsoft Word umidlerin izi ile son 10. 02. 2012



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə2/42
tarix01.07.2018
ölçüsü1,72 Mb.
#52556
1   2   3   4   5   6   7   8   9   ...   42

 
 

Ayla maşını ilə buradan keçər.  Əslində bu hər gün baş 
vermirdi, amma professor Sabir müəllim bu qızı  həmişə 
gözləyirdi. Birinci dəfə  qız onu maşınına səsləyəndə Sabir 
müəllim  özünü itirmişdi də. Amma qızın xətrinə  dəyməmək 
üçün alimlər, müəllimlər, atalar, analar yetişdirən bu professor 
qızara-qızara maşına minmiş, mindiyi kimi də evinin 
qarşısında düşmüşdü. Çünki şən, şıltaq, parlaq gözlü bu qızın 
mini yubkasından görünən düz ayaqlarını  görməmək  üçün 
üzünü pəncərədən ayırmamışdı. Bir də ona görə mindiyi kimi 
maşından düşmüşdü ki, axı o çox az hallarda belə xarici 
maşınlara minirdi. Onun üçün də  içəridə necə davranacağını 
belə  müəyyənləşdirə bilməmişdi.  İstidənmi, xəcalətdənmi 
tərləməsinə baxmayaraq, pəncərəni də  açmamışdı. Axı necə 
açardı, qapının  üstündəki düymələrin nə olduğunu bilmirdi, 
əvvəlki sovet maşınlarında olan, şüşəni endirdiyin zaman 
cığhacığ salan pənəcəraçan bu maşında yox idi. Birinci gün 
özünü necə aparacağını bilməyən Sabir müəllim yavaş-yavaş 
buna alışmışdı.  İndi artıq bu komfortlu maşında evə getmək 
ona ləzzət edirdi. Buna necə sevinməyəydi Sabir müəllim?! 
Deyirlər, müəllimin  vicdanı təmiz olanda, cibi də təmiz olur. 
Sabir müəllimdə də belə idi. Universitet auditoriyalarında dərs 
deyərək qazandığı pul ailəsinə yetmədiyindən hər  şeyi atıb 
repetitorluqla məşğul olduğu zamanlardan cibi bir az 
çirklənmişdi. Buna baxmayaraq, Sabir müəlimin vicdanı təmiz 
idi. Bütün bu sevinci Sabir müəllimə 20 illiyini həvəslə 
gözlədiyi müstəqillik gətirmişdi...   
 
 
 


 
 

 
*** *** *** 
   “BMW” 
markalı avtomobil universitetin əsas 
darvazasının qarşısından 
ötərək mətbuat prospekti 
istiqamətindəki arxa darvazaya yaxınlaşdı. Sürücü hiss etdi ki
sol tərəfdə səkinin kənarında dayanan üç tələbə qızdan birinin 
baxışları ona tərəf yönəlib. Maşını irəli sürüb növbətçinin 
onun üçün açdığı darvazdan içəri keçdi. Maşının salonundakı 
güzgüsündən bir anlıq diqqət edəndə gənc qızın hələ də onun 
arxasınca baxdığını  gördü. Amma qız onu görmürdü. Bütün 
fikirləri “MX” seriyalı bu maşında idi. Yanındakı rəfiqələrini 
də unutmuşdu. 
   Sürücü maşını universitetin həyətinin arxa tərəfində 
yerləşən açıq dayanacaqda saxlayıb avtomobildən  düşdü. 
Əlində üz qabığına qara rəngli cild yerləşdirilmiş kitab var idi. 
Ani olaraq ətrafa diqqət yetirib inamla əsas həyətə  tərəfə 
addımladı. Bu, 30-32 yaşlarında,  əynində qara rəngli qısa 
palto olan ciddi görkəmli adam idi. Paltonun qabağı  açıq 
olduğu  üçün altındakı  səliqə ilə  ütülənmiş  ağ  köynək və bu 
rəng ahəngi ilə uyğunluq təşkil edən qara şalvar və parlaq 
qara ayaqqabı onun ciddi görkəmini tamamlayırdı. 
   Universitetin  ikinci  tədris korpusunun qarşısında  şəhidlər 
üçün qoyulmuş abidə kompleksinin yanına  çatanda bir az 
ayaq saxlayıb yenidən yoluna davam etdi. Saatına nəzər saldı. 
Tədbirin başlanmasına on beş  dəqiqəyə  qədər vaxt qalırdı. 
İndi günəş də nisbətən mülayim səhər saatlarını geridə qoyub 
buludların arxasından boylanır, sanki ölkəsinin ürəyi miskinli 
sakinlərinə təskinlik verməyə çalışırdı. Həyətdəki tələbələr iki-
iki,  üç-üç  gəzişir, müxtəlif mövzularda qızğın mübahisələrini 
davam etdirirdilər. Bir az kənardakı skamyalarda oturan 
cavanlar isə sanki həyatdan təcrid olunaraq ətrafdakı  bütün 
hadisələrə laqeyd halda əllərindəki telefonu qurdalayır, arabir 


 
 

sağ əllərinin iki barmağı ilə etinasız şəkildə tutduqları siqaretdən 
sümürməyi də unutmurdular. 
   Bir az da irəli gedib universitetin əsas binası ilə üzbəüz iri 
şam ağaclarının altındakı boş skamyalardan birində oturdu. 
Gözlərinin dərinliyindəki ifadədən onun indi hansısa mühüm 
bir məsələ haqqında düşündüyünü demək olardı. Bu, 
doğrudan da, belə idi. O, öz millətinin keçmişini  əzbər bilən, 
gələcəyini düşünən və vətəndaşlıq borcunu tam məsuliyyəti ilə 
dərk edən  vətənpərvər idi. Ətrafındakılar onu Mikayıl 
müəllim kimi tanısalar da, əslində o, milli təhlükəsizlik 
sisteminin xüsusi şöbəsinin gizli agenti Tənha Canavar ləqəbli 
mayor Mikayıl Qüdrətov idi. Bu şöbə birbaşa  ölkə 
rəhbərliyinə tabe idi və  məxfi fəaliyyət göstərirdi. Qüdrətov 
ölkəmiqyaslı sonuncu uğurlu  əməliyyatdan sonra general-
mayor Kamil Əzimovun təqdimatı  və  rəhbərliyin  əmri ilə bu 
şöbəyə keçirilmişdi. Keçmiş  şöbə  əməkdaşlarına isə onun 
dövlətin göstərişi ilə sevimli peşəsindən ayrıldığı deyilmişdi. 
Əslində isə... 
   Qüdrətov əlindəki kitabı skamyanın üstünə qoyub siqaret 
yandırdı. İndi bayaqkı fikirli gözlər yerini simasında daha çox 
hiss olunan narahatlığa vermişdi. Universitetin həyətindəki 
tələbə  gənclər,  ətrafdakı  səliqə-sahman, gözəlliklər bu gün 
diqqətini çox az çəkirdi. Bəlkə  də, o, həmişə belə idi. Yaşına 
görə çox çətinliklər görmüşdü. Həyat təcrübəsi də az deyildi... 
Saatı bir daha dəqiqləşdirdi. Təxminən beş-altı  dəqiqə sonra 
universitetin  əsas binasındakı  böyük akt zalında Xocalı 
faciəsinin 19 illiyi ilə bağlı tədbir keçiriləcəkdi... 
 
 
 
 
 


 
 
10 
 
 
 
 
 
 
 
1. Gözlənilməz təsadüf, yoxsa..? 
 
Namusunu hifz etməyə
Bayrağını yüksəltməyə, 
Cümlə gənclər müştaqdır! 
Şanlı Vətən, şanlı Vətən! 
Azərbaycan, Azərbaycan! 
 
Bayaqdan ayaqüstə dayanıb maqnitofonun yüksək sədaları 
altında dövlət himnini oxuyan tədbir iştirakçıları, nəhayət ki, 
dahi Ü.Hacıbəyovun və Ə.Cavadın yaratdıqları bu möhtəşəm 
əsəri tamamlayıb yerlərinə oturdular. Rektorun giriş sözündən 
sonra tədbir iştirakçıları növbə ilə çıxış etməyə başladılar. Çox 
rahat şəkildə demək olar ki, Xocalı faciəsindən sonra ötən bu 
19 il eyni ssenari ilə  ölkənin  əksəriyyət müəssisələrində qeyd 
edilir və bir gündən sonra həyat yenə  də adi qaydasında 
davam edirdi. Kimlər  üçün adi, kimlər  üçün  əsl faciə hesab 
olunan bu gün illər keçdikcə sanki unudulurdu... 
–Əziz həmvətənlərim! Mən  çıxışımı Bakı  Dövlət 
Universitetinin tarix fakültəsinin baş  müəllimi Ramil 
İbrahimov kimi deyil, bir zamanlar bu universitetdə 
oxuyarkən sevdiyi qızı itirən tələbə Ramil olaraq quracağam. 
Tədbirdə iştirak edən tələbələrimdən üzr diləyirəm.  
Çıxış  üçün yenicə  kürsüyə yaxınlaşan, yaşı 40-42 arasında 
olan universitet müəlliminin bu ifadəsi demək olar ki, zalda 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə