Microsoft Word umidlerin izi ile son 10. 02. 2012



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə7/42
tarix01.07.2018
ölçüsü1,72 Mb.
#52556
1   2   3   4   5   6   7   8   9   10   ...   42

 
 
27 
– Bazar günü nə iş?! Heç olmazsa axşamdan xəbər edərdin 
vaxtında oyadardım da səni.  
Nərminə bunu deyib sanki indi yadına düşürmüş kimi tez 
də əlavə elədi: 
– Axşam da gec gəlmişdin. Heç  görə bildik ki, üzünü 
soruşaq da?! Gəlib  üstüaçıq yatmısan bu soyuqda. Yaxşı ki, 
gecə baxdım. 
– Yaxşı, bir az cəld ol, mən getməliyəm. 
Nərminə ərinin kefsiz olduğunu görüb daha heç nə demək 
istəmədi. Amma düşündü ki, əri evə qayıdanda onunla 
dərdləşib  əhvalının niyə belə olduğunu  öyrənsin.  Əgər 
Nərminənin düşündüyü kimi idisə, deməli, Ramil yenə də hər 
il olduğu kimi dünən gecədən səhərə  qədər Aytəkini 
düşünmüşdü... 
Ərinin çayını süzüb yemək masasının üstünə qoydu. Özü də 
yanında  əyləşdi. Deyəsən, Ramil çayın gəlməsini də hiss 
etmədi.  Çənəsini iki ovucunun içərisinə alıb gözlərini 
divardakı hansısa naməlum nöqtəyə zilləyərək xəyallara qərq 
olmuşdu. Onun bu halı, yanında oturan həyat yoldaşına da 
təsir etmişdi. İndi Nərminə də nə barəsindəsə düşünürdü... 
 
*** *** *** 
Onlar on iki il əvvəl evlənmişdilər. Hər ikisi ziyalı olduqları 
üçün bir-birlərini yaxşı başa düşürdülər. Bir yerdə işlədiklərinə 
görə evlənməmişdən  əvvəl aralarında sevgidən daha çox 
dostluq münasibətləri var idi. Bəlkə, indi də belə idi. Hər 
halda Nərminə Ramilə ərə gələndən sonra bunu daha çox hiss 
edirdi. Sonralar qayınanası Səmayə xaladan da öyrənmişdi ki, 
Ramil onun təkidi ilə evlənib. Tələbə olanda Aytəkin adlı qızı 
sevsə də, o, Xocalıda şəhid olur. Və buna görə də Ramil onu 
unuda bilmir. Əslində  kənardan baxan üçün, bilməyən  üçün 
Ramilin Aytəkini sevməsi haqqında yalnız bu iki-üç  kəlməni 


 
 
28 
demək olardı. Amma Nərminə oxumuş, ağıllı bir qadın idi. O, 
ərini  çox yaxşı anlayır. Onu heç vaxt qınamırdı da. Hər il 
Xocalı faciəsinin ildönümü  gələndə  ərinin könlünü almağa 
çalışır, onun yanında olduğunu,  ürəyinə hay verdiyini var 
qüvvəsi ilə, bütün qəlbi ilə  sübut etməyə  çalışırdı. Sözsüz ki, 
Ramil də onu yaxşı anlayırdı. Toylarından bir il sonra, qızları 
Aytəkin dünyaya gələndə artıq aralarında sevgi hisləri  də 
cücərməyə başlamışdı. 
 
*** *** *** 
–  Çayını  təzələyim, Ramil, soyutdun, amma içmədin? – 
Nərminə sanki indi fikirlərindən ayrılıb hələ  də  xəyallar 
dünyasında olan ərinə səsləndi. 
– Yox, belə  içəcəyəm. Sən get yat, narahat olma. Bunu 
deyib onu uzaqlaşdıraraq sakit düşünmək istəyirdi, deyəsən. 
Özü isə stəkandakı soyumaq üzrə olan çayı birnəfəsə başına 
çəkərək həyətə düşdü. 
 
 
 
Dünən universitetdə Xocalı faciəsinin on doqquz illiyi ilə 
bağlı keçirilən tədbirdən sonra “Şəhidlər Xiyabanı”na 
getmişdi. Nədənsə, tək qalmaq istəyirdi. Hava qaralana qədər 
orada gəzişmişdi. Sonra isə evə  gəlmiş, yuxarı qalxmayaraq 


 
 
29 
həyətdə oturub siqaret çəkmişdi. Gəncliyini, nakam sevgisini 
düşünmüşdü. 
İndi həyətə  düşəndə  gecədən külqabıda yığılıb qalmış 
siqaret kötüklərinə  gözü sataşdı, sanki özü  də bir anlıq 
heyrətləndi. Burada gecə müddətində çəkilmiş iki qutudan çox 
siqaret kötüyü var idi. Stul çəkib həyətdəki fındıq ağacının 
yanında oturdu. Bir az əvvəl havadakı  zəif külək indi 
güclənərək, elə bil qalib olmağın məğrurluğunu yaşayırdı. 
Dünənki günü  və gecənin narahatlığı  içərisində yatdığı  qısa 
vaxt ərzində gördüyü qarışıq yuxunu xatırladı... 
 
*** *** *** 
    İndi onun xəyalları on səkkiz il əvvələ, qara xəbəri 
eşitdiyi günə qayıtmışdı. O gün Ramil dostlarından birini 
itirmişdi. Adili... Kəlbəcərdə  şəhid olmuşdu Adil. Heç 
meyitini də vermədilər ermənilər. 
   1993-cü ilin mart ayı idi. Novruz bayramı təzəcə bitmişdi. 
Heç “bitmişdi” demək olmazdı da. Amma müharibə  dövrü 
olduğu üçün indikindən fərqli olaraq, camaatda bayram əhval 
ruhiyyəsinin yerini döyüş istəyi doldurmuşdu. Ramil dostu 
Adillə  görüşüb universitet şəhərciyinə  gəldi. Bir vaxtlar onlar 
burada tanış olmuşdular. Adil biologiya fakültəsində oxusa 
da, universitetin aktiv gənclərindən olan Ramili yaxşı 
tanıyırdı. Onda Adil birinci kursda oxuyurdu. Ramildən bir 
neçə yaş kiçik olmasına baxmayaraq, bir-birlərini yaxşı 
anlayırdılar. Aralarındakı  səmimi münasibət sonralar 
dostluğa  çevrilmişdi. Bəlkə  də, bu, onların oxşar talelərindən 
irəli gəlirdi.  Çünki hər ikisi təhsillərini yarımçıq qoyub 
müharibəyə yollanmışdı. 
     Gəzə-gəzə universitetin həyətindəki skamyalardan 
birində oturdular. Çox söhbət etdilər. 


 
 
30 
–  İki-üç  gündən sonra gedirəm Kəlbəcərə. Evdə  də 
anamgilin dolanışığını  gördüm,  çox narahat oldum. 
Doğrudur, atam işləyir. Amma mən istəyirəm ki, qardaşım 
üçün kiçik də olsa, dükan kimi yer götürüm. Məktəbdən 
gələnə kimi anam baxar, qardaşım dərsdən qayıdandan sonra 
onu əvəz edər. Birtəhər dolanarlar... 
– Ay Adil, şükür Allaha, dolanırlar da. Nəyinə lazımdır? 
Sən özündən muğayat ol, yetər – Ramil onun sözünü yarımçıq 
qoydu.  
– Yox, mən istəyirəm rahat gedim. Ona görə... – sözünün 
davamını  gətirmədi. Deyəsən, pərt olmuşdu. Ramil isə necə 
oldusa, bunu hiss etmədi: 
– Hamı  sənə  kömək edir, ay Adil. Yenə  də narazısan 
vallah. Düzəlmədin də sən..! 
Əslində Ramil bir-neçə  dəfə dostu Adilə maddi baxımdan 
köməklik etmişdi. Adil də  öz növbəsində Ramilə  çox 
yaxşılıqlar etmişdi. Başqa cür ola da bilməzdi. Onlar dost 
idilər. Və  əgər dost idilərsə, deməli,  çətin günlərində  də bir-
birilərinin yanında olmalı idilər. Amma indi Ramilin bu 
sözləri Adilə çox pis təsir etdi. 
     Ramil  isə  həmin gün bunu o qədər də hiss etmədi. 
Yalnız üç gün sonra bildi əhvalatı. Günorta evə gələndə anası 
Səmayə arvadı kədərli görüb soruşdu: 
– Nə olub ay ana?! Yenə niyə kefin yoxdur? 
– Adil getdi Kəlbəcərə. Bu dəqiqə orada vəziyyət yaxşı 
deyil. Nigaran qaldım yazıq uşaqdan. Allah yazıq etməsin. 
– Ay arvad, dayan bir görək. Necə yəni getdi?! Sən haradan 
xəbər tutdun? Bəs məni görməmiş niyə gedib? Ramil sanki hər 
şeyi bir anın içərisində anlamağa  çalışıb birnəfəsə suallarını 
yağdırdı. 
– Bizimlə  görüşməyə  gəlmişdi. Dedi ki, inciyib səndən... – 
Səmayə arvad məyus halda dilləndi. Oğluna da acıqlana 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə