Microsoft Word umidlerin izi ile son 10. 02. 2012



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə15/42
tarix01.07.2018
ölçüsü1,72 Mb.
#52556
1   ...   11   12   13   14   15   16   17   18   ...   42

 
 
58 
həzz vermək üçün cinsi əlaqənin digər formalarına sövq etmək 
məqsədi güdürdü. 
Ölümü istədiyimə baxmayaraq, 
boğlumamaq  üçün tez-tez ayaqlarımı  qızmar dəmirin  üstünə 
qoyurdum. Bilmirəm bunu ölməmək  üçün edirdim, yoxsa 
boğazımın ağrısını azaltmaq üçün. Nəticədə  ölümdən 
qaçmışdım. O ölümdən ki, mən onun həsrətini çox çəkmişdim. 
Bilmirəm intihar iradəsizlikdən idi, yoxsa iradəli olmaqdan. O 
işgəncələri görəndən sonra özünə  qəsd eləməmək iradənin 
möhkəmliyindən olmalı idi. Çünki o işgəncələrə yenə qucaq 
açmaq hər  özündən deyən, iradəli, güclü,  əzmli insanın işi 
deyildi.  
Naləmiz, fəryadımız  özümüzü belə qorxudurdu. O 
vəziyyətdə  nə  qədər qalmağımızı deyə bilmərəm. Amma 
maşından endiriləndə ahıl bir kişinin havasızlıqdanmı, 
həyəcandanmı, qürur hissinin onu boğduğundanmı  ürəyi 
partlamasının bədbəxt  şahidi oldum. Elşənin anası isə qapı 
açılan kimi ermənilərin  üstünə atıldı. Bunu görən erməni 
əsgəri heç  qımıldanmadan onu da güllələdi... Bu... Bu 
inanılmaz idi... Nə  qədər acısı olan insan olursa-olsun, bunu 
edə bilməzdi. Bunu erməni etdi.  
Dünyamızda manyak insanların olduğunu eşitmişdim, 
amma bir xalqın hamısının qaniçən manyak olduğunu qəbul 
edə bilmirdim... Sən demə, var imiş... Bu xalqın adı erməni idi!  
 Bizi  keçmiş  Əsgəran Polis Şöbəsinə  gətirmişdilər. 
Hamımızı donuz kimi polis bölməsinin zirzəmisinə 
doldurdular.  Ora qaranlıq, nəmişlik iyi verən alçaq bir yer 
idi.  Çığırışmalardan içəridə bizdən də başqa girovların 
olduğunu hiss etdim. Bizim olduğumuz girov zirzəmisində iki 
gün müddətində əsirlərin və girovların sayı iki yüzü keçmişdi... 
 
 
 


 
 
59 
 
 
 
7. Şübhələr artır 
 
   
Günorta saat birə yaxınlaşırdı. Telefonuna gələn zəng 
Qüdrətovu yuxudan oyatdı. Deyəsən,  özü  də hiss etmədən  iş 
otağındakı divanın üstündə yatıb yuxuya qalmışdı. Cəld ayağa 
qalxıb  ətrafa nəzər saldı. Kompyuter açıq qalmış, printer isə 
elektron poçt  ünvanına gələn məktubu  çap edib dayanmışdı. 
Gecənin uzun sürən yorğunluğundan sonra qeyri-ixtiyari 
olaraq elə  iş otağındaca yuxuya getmişdi. Hiss etdi ki, beş 
saata yaxın yatıb. Hələ  də bitmək bilməyən telefon zəngi 
indilərdə sanki beyninin bütün hüceyrələrinə təsir edirmiş kimi 
tələsik iş masasının  üstündəki  əl telefonunu götürüb gələn 
zəngə cavab verdi. Zəng edən  öz adamı idi. Salamlaşan kimi 
dərhal mövzuya keçdi: 
– Cənab mayor, Ramillə bağlı  göndərdiyim məlumatları ala 
bildiniz? 
– Hə, almışam. İndi hardasan? 
– Maşındayam, işə tərəf gedirəm. 
– Ona nəzarət edən var? 
– Hə,  əməkdaşlardan birinə tapşırmışam.  İndi universitetdə 
mühazirədədir. Saat 3-də dərsi bitəcək. 
–  Çox yaxınlaşmağa ehtiyac yoxdur. Sən  özün diqqətli olsan, 
kifayət edər. Qaldı ki, Ramili nəzarətdə saxlayan 
əməkdaşlarına onları iki gündən bir dəyiş. Unutma ki, o, 
müəllim olmaqla yanaşı  təcrübəli kəşfiyyatçıdır. Məni başa 
düşürsən də?! 
– Əlbəttə, arxayın olun. Biz onu şübhələndirmərik. 
– Bir də, yeni xəbər olan kimi mənə  məlumat ver. 
Gecikmədən! 


 
 
60 
– Oldu, cənab mayor! 
Qüdrətov telefon danışığını bitirəndən sonra vanna otağına 
keçdi. Nədənsə Ramil haqqında ona göndərilən məktubu 
oxumaq  üçün tələsmirdi.  Əslində  işçisinin bir gün  əvvəl 
telefonla verdiyi məlumatlar və  öz  şəxsi mülahizələri orada 
nələrin yazıldığını  təxmin etmək  üçün təcrübəli  əməliyyat 
işçisinə kifayət edirdi. Amma məktubu oxumağa 
tələsməməsinin əsl səbəbi qarışıq səhər yuxuları idi. Aytəkinin 
dəftərini oxuyandan sonra sanki yuxuda həmin yerlərə  çıxır, 
yazılanların canlı şahidi olurdu. Ən pisi isə bu idi ki, yuxuda o 
düşmənlərin bu alçaqlıqlarına qarşı heç  nə edə bilmirdi. Hər 
dəfə  də hirs və  həyəcan içində yuxudan ayılırdı.  İndi başa 
düşdü ki, bir az əvvəl də yuxudan ayılmasına səbəb telefon 
zəngi deyil, elə gördüyü belə qarışıq yuxular idi. Rahat yatmış 
olsaydı, bəlkə də, zəng-filan eşitməyəcəkdi. Necə ki, adamının 
ilk zəngini eşitməmişdi. 
Güzgünün qarşısında dayanıb özünə baxdı. Bir neçə gündə 
xeyli arıqlamışdı. Çox yorğun görünürdü. Gecə də, səhər də ya 
əyani, yaxud da ki, xəyali olaraq həmin girov qadının 
dəftərini vərəqləyir, təkrar-təkrar oxuduqca Aytəkinin daxili 
dünyasına bələd olmağa  çalışırdı. Qüdrətov  çox yaxşı başa 
düşürdü ki, mərkəzin xəbəri olmadan belə bir əməliyyatı 
başlamaq doğru deyil. Xüsusilə,  əgər bu əməliyyatın 
bəhrələndiyi mülahizələrdə yanlışlıqlar, boşluqlar varsa. 
Amma nədənsə o öz  şübhələrinin doğruluğuna inanırdı... 
Mətbəxə keçib  özünə  çay süzərək iş otağına qayıtdı  və 
printerin yanında gecədən  çap olunaraq yığılmış bir neçə 
səhifəlik materialı oxumağa başladı. Ramil haqqında olan bu 
materialı onun tapşırığı ilə adamı göndərmişdi. 
 
*** *** *** 


 
 
61 
  Cənab mayor, verdiyiniz tapşırığa uyğun olaraq Ramil 
haqqında daha çox məlumat  əldə etməyə  çalışdım. Amma 
adamın maraqlı və məncə, bir az da müəmmalı keçmişi məni çox 
narahat edir. Ümid edirəm ki, indi göndərdiyim bu məlumatlar 
işinizə yarayacaq. Və bir də, bu tapşırığım bitəndən sonra sizdən 
öyrənmək istədiyim vacib bir məsələ olacaq. İki gündür, həmin 
sual beynimi qıcıqlandırır. Peşəmizə zidd olduğu  üçün tələsib 
həmin sualı sizdən soruşmasam da, bilin ki, sizinlə bağlı olan bu 
məsələnin həqiqi tərəfi mənim üçün çox maraqlıdır... Çox yəqin 
ki, nə soruşmaq istədiyimi anladınız... 
İbrahimov Ramil Mübariz oğlu, 10 yanvar 1970-ci ildə 
Bakıda anadan olub. Ata-anası ilə bir yerdə qalır. Atası 
qəzetdə  müxbir işləyir. Anası  Səmayə  və  həyat yoldaşı 
Nərminə isə evdar qadındırlar. On bir yaşlı qızları Aytəkin ilə 
ailədə beş  nəfərdirlər.  Ərdə olan Nuranə adlı bacısı var. 
Bağçada tərbiyəçi işləyir. Onun ərinin adı isə Azərdir, 
tikintidə işləyir. 
1988-ci ildə  əla qiymətlərlə universitetin tarix fakültəsinə 
daxil olub. Üçüncü kursda oxuyarkən Aytəkin adlı qızla tanış 
olub və sonradan bir-birlərini seviblər. Səfərova Aytəkin 
Soltan qızı əslən Xocalıdan olub, 26 iyul 1972-ci ildə anadan 
olub. Xocalı faciəsindən sonra onun ölümü-qalımı barəsində 
məlumat əldə edə bilməmişik. 
İbrahimov Ramil universitetin üçüncü kursunu bitirəndən 
sonra 1992-ci ildə təhsilini yarımçıq qoyub müharibəyə gedib. 
Şahidlərdən  öyrəndiklərimə  əsasən müharibədə  ən yaxşı 
döyüşçülərdən olub. Dəfələrlə yaralansa da, yenidən döyüş 
bölgələrinə qayıdırmış. Amma sonuncu dəfə 1993-cü ildə 
Ağdam rayonu uğrunda gedən döyüşlərdə başından ağır 
yaralanaraq iki ilə qədər müalicə almışdır. Atəşkəsdən sonrakı 
illərdə itkin düşən sevgilisini axtarmağa başlayıb.  Əvvəlcə 
universitet rəhbərliyinin onun üçün yaratdığı  şəraitin 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə