Microsoft Word umidlerin izi ile son 10. 02. 2012



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə12/42
tarix01.07.2018
ölçüsü1,72 Mb.
#52556
1   ...   8   9   10   11   12   13   14   15   ...   42

 
 
46 
və yorğun gecədə qeyri-ixtiyarı olaraq qocanı  söydü  də... 
Buludların arxasında gizlənən ay sanki onun bu sözlərinə 
şahidlik etmək üçün özünə yer edib boylanaraq ətrafı öz nurlu 
işığı ilə boyadı. Addımlarını  ləngidib yaxınlıqdakı  ağacın 
yanındakı skamyada oturdu. Yəqin ki, həmin günü 
xatırlayırdı – dəftərin ona verildiyi günü... 
 
*** *** *** 
 
 
    
Bu hadisə ötən il Qüdrətov Fransada olarkən baş vermişdi. 
O vaxt Qüdrətov bunu bəlkə  də  təsadüf adlandıra bilərdi. 
Amma indi təcrübəli  əməliyyatçının fikrincə,  həmin vaxt 
dəftərin ona verilməsi, doğrudan da, planlaşdırılmış hadisə idi. 
Və  məxfi  şöbənin gizli agenti bunu təxminən altı ay sonra 
dəqiqləşdirə bilmişdi.  Əslində indi də  şübhələrində  dəqiq 
qənaətə  gəlib  çıxa bilməmişdi. Buna baxmayaraq, həmin 
dəftərin sonunda qeyd olunanları araşdırmaq  çox vacib idi. 
Və,  bəlkə  də,  Qüdrətovun  şəxsən  özünün fikirləri  əsasında 


 
 
47 
formalaşan bu əməliyyat sonda uğursuzluğa düçar olacaqdı. 
Ya da ki şübhələri boşa  çıxaraq vaxtını,  əsəblərini boşuna 
tükədəcəkdi. Həmin dəftər əlinə keçəndən sonra Bakıya qayıdan 
kimi bu barədə  rəisə  məlumat vermişdi. Bu barədə onun xüsusi 
tapşırığı da olmuşdu. Amma bu barədə aparılan araşdırma öz 
nəticəsini vermədiyinə görə dayandırılmışdı. 
O yalnız indi özündə daxili əminlikdən yaranan bir 
duyğudan  öz hislərinə bağlanmağı  və  özünə, doğru 
düşündüyünə inanmaq istəyinə nail olaraq altı ay əvvəli 
yadına sala bildi... 
   Avqust  ayı idi. O, verilən tapşırığa  əsasən Fransada  bir 
sıra yerlərdə olmalı və dövlətlərarası bir neçə  rəsmi görüşdə 
iştirak etməli idi. Tapşırığı vaxtından  əvvəl başa vurduğuna 
görə indi xeyli asudə vaxt yaranmışdı. 
Özü  üçün oteldə kirayələdiyi otaqda paltarlarını  dəyişib 
idman dəbində olan tünd göy rəngli digər paltarlarını 
geyinərək aşağı endi. Artıq dördüncü  gün idi ki, burada tək 
qalırdı. Otel böyük olduğu üçün bir neçə restoranı, əyləncə və 
istirahət mərkəzləri var idi. Nahar etmək  üçün  oteldən 
kənarda yerləşən hansısa maraqlı restoranlardan birinə 
getmək fikri ilə küçəyə çıxdı. İlk qarşısına çıxan taksi sürücüsü 
onun  əl işarəsindən sonra maşını saxladı. Arxa sağ  tərəfdən 
maşına əyləşib sürməyi xahiş etdi. 
– Müsyö, haraya gedəcəyik? – taksi sürücüsünün kişi  üçün o 
qədər də xarakterik olmayan ciyiltili səsi eşidildi. 
Qüdrətov fransızca pis bilmirdi. Sürücünün danışığındakı 
ləhcədən onun fransız olmadığını hiss etdi. 
– Yəqin başa düşdünüz ki, turist olduğum  üçün  şəhəri yaxşı 
tanımıram. Məni  çox da uzaqda olmayan restoranlardan 
birinə apara bilərsiniz? – Qüdrətov bu sözləri deyərkən 
sürücünün salonun güzgüsündən diqqətlə ona qulaq asdığını 
gördü. Deyəsən, yaxşı anlamırdı. 


 
 
48 
– Sizdən ingiliscə danışmağınızı xahiş etsəm, olar? – taksi 
sürücüsü  növbəti dəfə  məyusluqla dilləndi. Və yalnız bundan 
sonra qonağın istəyini tam anlaya bildi. Başa düşdüyünü 
bildirmək üçün tələsik əlavə etdi: 
– Hə,  əlbəttə! Mən sizi şəhərin  ən gözəl və  böyük 
restoranlardan birinə apararam. Təbii ki, siz razı olsanız. 
Çünki bir az uzaqdır.  
Qüdrətov bu dəfə razılıq  əlaməti olaraq başı ilə taksi 
sürücüsünə  işarə etdi və fikrinə aydınlıq gətirmək  üçün 
bildirdi: 
– Maraqlı olsun, yetər, narahat olmayın bir az uzaq olsa da
olar. Mən onsuz da tələsmirəm. 
 
 
*** *** *** 
Qüdrətov sifariş etdiyi çayı bu sevimli içkidən 
qəribsəyibmiş kimi sonuna qədər içib ayağa qalxdı. Və çıxışa 
tərəf yaxınlaşdı. Düşündü ki, taksi sürücüsü ingilis olmasına 
baxmayaq  şəhəri yaxşı tanıyırmış. Baxmayaraq ki, fransız 
dilində kəkələyə-kəkələyə danışırdı, zalım oğlu ağzının dadını 
yaxşı bilirmiş. Birdən girişə yaxın  əyləşmiş kişi diqqətini cəlb 
etdi. O, oğrun-oğrun Qüdrətova baxırdı. Onun haqqında nə 
isə  düşündüyü  üz cizgilərindən yaxşı sezilirdi. Mayor bu 
adamın onu izlədiyindən şübhələnərək istiqamətini dəyişdi və 
hiss etdirmədən ikinci mərtəbəyə qalxdı. Amma elə o dəqiqə 
də hiss etdi ki, kişi də oturduğu yeri kiməsə tapşıraraq tələsik 
onun dalınca gəlir. Qüdrətov ikinci mərtəbəyə qalxan kimi 
yaxınlıqdakı masalardan birinin ətrafında  əyləşdi. Oturduğu 
yerdən ikinci mərtəbəyə  açılan qapı yaxşı  görünsə  də  hələ ki, 
həmin qoca kişi gəlib  çatmamışdı. Nəhayət, bir neçə  dəqiqə 
sonra qoca özünü yetirdi. Onun əlində kitaba oxşayan nə isə 


 
 
49 
bükülü var idi. Birbaşa  Qüdrətovun  əyləşdiyi masaya 
yaxınlaşaraq rusca soruşdu: 
– Narahat etmirəmsə, sizə  çatacaq  əmanətim var, onu 
verməyə gəldim, – kişi bir qədər üzrxahlıqla dilləndi. 
Qüdrətov onu ani nəzərlə  süzərək oturmaq üçün masanın 
ətrafında olan üç boş stuldan birini göstərdi. Qoca 
minnətdarlığını bildirib onun göstərdiyi stulu altına  çəkdi və 
yubanmadan söhbətə keçdi. 
– Adım Vasyadır. 
Qüdrətov  özünü  təqdim etmədən gözlənilməz qonağın 
sözünün davamını dinləmək istədiyini hiss etdirdi. Əslində 
onun  özünə  məxsus olmayan adını  səsləndirməsinə ehtiyac 
yox idi. Çünki restorana girərkən digər turistlər kimi 
pasportunu göstərib keçmişdi. Və  əgər qoca onu restorana 
girəndən izləyirdisə, deməli, Qüdrətovun adını əzbər bilirdi. 
– Siz restorana girərkən telefon danışığınızı eşidən restoranın 
tərcüməçi işçisi “həmyerlin gəlib” deyə  mənə  söz atdı – qoca 
nəyə görə ona yaxınlaşdığını izah etmək istədi. 
Qüdrətov başa düşdü ki, kişi bir az əvvəl onun Fransadakı 
Azərbaycan səfirliyinin əməkdaşı ilə telefon danışığına işarə etdi. 
Həmin telefon söhbəti ana dilində olmuşdu. 
Kişi hiss edirdi ki, Qüdrətov o qədər də  səbirli adam 
deyil. Tez də əlavə etdi: 
– Anam fransız olsa da, atam rusdur. Atam ölənə  qədər biz 
Rusiyada yaşayırdıq – Leninqradda. Mən müharibədən 
qayıdandan sonra anamı da götürüb buraya gəldim. Onda 
atam bir ildən  çox idi ki, yatalaq xəstəliyindən dünyasını 
dəyişmişdi... 
Sovet hökumətinin vaxtında hamı mehriban idi. İnsanlar 
rahat yaşayırdılar. Mənim  üçün o vaxt daha yaxşı idi. 
Müxtəlif millətlərdən  çoxlu dostlarım var idi. Bayaq siz 
restorana girəndə telefonla danışığınızı eşidəndə başa düşdüm 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə