Microsoft Word umidlerin izi ile son 10. 02. 2012



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə14/42
tarix01.07.2018
ölçüsü1,72 Mb.
#52556
1   ...   10   11   12   13   14   15   16   17   ...   42

 
 
54 
açılması ilə bir gözünü itirmişdi. Girovluqda olarkən anası 
Həlimə xala onun ermənilərin  əlinə  düşməmək  üçün  üz 
tutduqları meşədə aclıqdan və soyuqdan öldüyünü, yaşamaq 
eşqinin  üstün olduğu  üçün onu meşədə qoyub qaçdığını 
demişdi. Sonradan isə  özü girov düşmüşdü. Həmişə elə 
oradaca intihar etmədiyi üçün özünü dünyanın ən rəzil bəndəsi 
hesab edərək ağlayırdı.  
   Elşən ermənini girov götürən kimi bizi dövrəyə alan 
ermənilər silahlarını bir az da möhkəm tutaraq onu 
buraxmalarını tələb etdilər. Elşən: “Əgər camaatı buraxsanız, 
mən də bunu buraxaram”,-dedi uşaq düşüncəsiylə, 
səriştəsizcə.  
 Erməni zabitlərindən biri Elşənin bu uşaqca hərəkətinə 
güldü. Gülüşündə alçaldıcı bir ironiya vardı. Sonralar bu 
gülüşləri  çox eşidəcəkdim. Azərbaycan qızlarına qarşı zorakı 
cinsi  əlaqələrdən sonra, hər tökülən Azərbaycanlı qanından 
partladılmış bir şampanın verdiyi zövqdən həzz aldıqları kimi 
əyləndikdən sonra, ard-arda Azərbaycan torpaqlarının 
alınmasından sonra bütün ermənilərə xas olan tükürpədici 
gülüş idi bu gülüş. Azərbaycan dilini yaxşı bilən bu zabit: 
“Əgər camaatı azad etməsək, nə edəcəksən?”,-sualını verdi. 
Heç  nədən qorxmurdu. Heç  nədən  çəkinmirdi o cani. Hətta 
Elşənin nəinki girovunu, hətta onu vura bilməsindən belə 
qorxmurdu. Heç silahı yerə qoyması üçün Elşənə inandıracaq 
bircə  dənə  söz belə demədi. Yanında olan qoca bir kişini 
üzünə baxmadan güllələməsi, “hə  nə deyirsən,  öldürürsən 
əsgəri?” sözünü bitirən kimi qucağında uşaq tutmuş anadan 
körpəni alaraq soyuqqanlıqla göyə ataraq dəlik deşik etməsi 
Elşənin əllərini boşaltdı.  
 
 


 
 
55 
Yeniyetmə qorxudan tir-tir əsən əlini silahdan çəkdi.  Sanki 
“ay camaat, məni bağışlayın, bacarmadım”,- dedi. “Ya da 
düşmənləri bu qədər amansız düşünə bilməzdim,” dedi. Silahı 
yerə qoyarkən kiçik bir zaman kəsiyində o ermənilərə yox
anasına tərəf baxdı. Bu, son baxış idi. Elşən bunu hiss etmişdi. 
Sanki anasından kömək istəyirdi. Yardım istəyirdi. O 
anasından ki, indi onun  yardıma ehtiyacı daha çox idi. Həm 
də daha çox. Oğlunu xilas etmək, onu yaşatmaq, taleyini 
dəyişdirmək üçün hər kəsdən kömək istəməyə hazır idi. Hətta 
ermənidən belə. 
   Silahı yerə qoyması ilə ermənilərin onu tutması bir oldu. 
Elşəni vəşhicəsinə  döydülər. Silahın qundağı ilə vuran kim, 
botinkanın dabanı ilə başını əzən kim. Sonra da  zabitin əmri 
ilə Elşəni soyundurub cinsiyyət orqanını kəsdilər. Yenə həmin 
gülüşünü  təkrarlayan dığa “bir müsəlmanı da mən sünnət 
etdim”,- dedi. Onu saxlayan əsgərlərə isə “siz də kirvə 
oldunuz”,-deyib  əlini  çiyinlərinə vurdu. Bu vuruş sanki 
“erməni dediyin belə olar, düşmənlə bu cür davranarlar” 
mənasını verirdi.  
   Elşən o qədər döyülmüşdü ki, ağrını hiss etmədi. Elə bil 
yüksək dozalı narkoz verilmişdi ona. Ermənilər onu 
buraxdıqları zaman başı  kəsiləndən sonra son qanını axıdan 
xoruz kimi can verirdi... 
   Bizi  Xocalıdan  ələ keçirilmiş bir maşına mindirdilər. Bu 
UAZ markalı maşın idi. Hamımızın ora sığışmadığını  görən 
həmin zabit əsgərlərinə yerdə qalanları  güllələməyi  əmr etdi. 
Bu sözlər  çox soyuqqanlılıqla deyildi. Əsgərlər də haya bənd 
imişlər kimi, üstəgəl onların da payına türk  öldürmək 
düşdüyünün sevincindən bu işi sevə-sevə elədilər. O anda mənə 
uzun illər yad olacaq sevinc hissini keçirmişdim.  
 
 


 
 
56 
Bu da Gülcahanın göz qırpımında güllələnənlər  arasında 
olmaması  səbəbindən idi. Həmin anda mən  özümü 
qınamamışdım ki, elə  öldürülənlərin hər biri sənin bacın, 
qardaşındır. Amma bu tanrının bizə  bəxş etdiyi ürək daima 
real olur. Biz nə  qədər romantik olmağa, ideal olmağa 
çalışsaq da. Bir onu öyrənmişəm ki, bu girovluq həyatında 
ürəyin verdiyi hökm gerçək olur. Halbuki bu hökmü  səndən 
başqa kimsə bilmir. Sən və o bilir. Ola bilsin ki, başqa cür 
hərəkət edir, başqa cür danışırıq. Bəli, mən onda Gülcahanın 
ölməməsi  üçün sevinmişdim. Bu sevinc heç  qəlbimin 
dərinliyində deyil, lap üzdə idi. Qaranlıqda o dəhşətin içində 
mənə diqqətlə baxan olsa idi, bunu rahatlıqla görə bilərdi. Bir 
neçə saat əvvəl nifrətdən, kədərdən, qorxudan ürəyi partlamaq 
dərəcəsinə  gələn bir insan nədənsə birdən sevinc hissini 
yaşamışdı.  
Doğrudan da, əgər hər bir insanın taleyini tanrı yazırsa, 
bütün olanları o planlaşdırırsa,  çox gözlənilməz süjet 
olduğunu etiraf etməliyik.   
   Maşında  ət-ətin  üstündəydi. Nəfəs almaq mübarizəsi 
gedirdi.  İyirmiyə yaxın, bəlkə  də iyirmidən  çox adamın bu 
kiçik maşına təpiklə, süngü ilə yerləşdirilməsi çox az çəkmişdi. 
Ora minməklə sanki camaat erməni zülmündən qurtulacaqdı.  
Bu, inanılması mümkünsüz,  hər dəfə yox olması düşünülən bir 
ümid idi...  Amma ümiddən çox bir anlıq qurtuluşun ləzzətini 
yaşamağa oxşayırdı. Daima insan bəndəsi belə olub. İnsanlar 
bir anlıq qurtuluş, azadlıq, istirahətə  çox  önəm verirdilər. 
Əslində o an qədər  çəkəcək ağır işgəncəni ondan yüngülü ilə 
dəyişməyi, bəlkə də, bilmədən daha ağırı ilə dəyişməyi insanın 
rəngarəng həyata marağı ilə  də bağlamaq olar.  Tanrının bu 
cür süjetləri – yazdığı insan taleləri ən həyacanlı əsəri oxuyan 
zaman oxucunun hər sətri səbirsizliklə oxumasına bənzəyirdi.  
Biz  şərqlilər isə fatalist olaraq “Allah bilən məsləhətdir”,- 


 
 
57 
deyirik. Hələ bir məsləhətinə  şükür də edib “məsləhətinə 
şükür” ifadəsini  çarəsi olmayanlar kimi müticəsinə 
səsləndiririk.  
   Həmişə tanrının haqsızlığa niyə bu qədər səlahiyyət 
verdiyi məni düşündürürdü. Buna inanmaq istəmirdim: 
“Mənim Tanrım haqsızlığa göz yuma bilməz”, - deyirdim. 
Dünyada hansısa bir cinayət, müharibə, haqsızlıq baş 
verirdisə, bu, “şeytanın işidir” deyirdilər. Mən də düşünürdüm 
ki, bəs bizim Tanrı hara baxır. Hətta bu mövzuda nənəmlə 
mübahisəyə də girmişdim. Nənəm isə: “get Quranı oxu və dərk 
et, sonra sənə  hər  şey aydın olacaq”- demişdi. Mən Quranın 
bir neçə ayəsini oxuduqdan sonra daha da üsyankar olmuş
şeytana bu qədər imkan verdiyi üçün Tanrımı  açıq-açığına 
günahlandırmışdım da. Bu fikrimi nənəmə  açanda ilk sualı:  
“Sən Quranı oxudun?”,-oldu. Mənsə “hə” cavabını verdim. 
Nənəm soyuqqanlılıqla “Qızım, ola bilsin ki, doğrudan da, 
oxumusan, amma hələ dərk etməmisən. Bir az mütaliə et, o da 
düzələcək”. Düzdür, bu mövzuda biliyimi inkişaf 
etdirməmişəm, amma mən indi qərara gəlmişəm ki, deyəsən, 
Zərdüşt dediyi kimi, bu dünyanı iki allah – xeyir və şər allahı 
idarə edir. Bəlkə  də, bu, mənim qəlbimdə yaşatdığım tanrımı 
ləkələnməkdən xilas etmək  üçün təsəlli yolumdur. Yenə  də 
olsun. Bu, dünyanı  bir Tanrı idarə edə bilməz. Bu cür 
ziddiyyətli, bu cür kəşməkəşli dünyanı.  
 
*** *** *** 
Bir dəfə  məni boğazımdan asıb ayaqlarımın da altına 
qızmar dəmir qoymuşdular.  Əllərimi isə  açıq saxlamışdılar. 
Bu bilərəkdən edilmişdi,  çünki bu asılma mərasimi  öldürmək 
üçün deyil, dığaların  əyləncəsi  üçün edilmişdi. Məni onların 
istədiyi kimi intim münasibətə  məcbur etmək  üçün idi. 
Zorlamadan yetərincə  zövq aldıqdan sonra girovları onlara 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə