Microsoft Word umidlerin izi ile son 10. 02. 2012



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə17/42
tarix01.07.2018
ölçüsü1,72 Mb.
#52556
1   ...   13   14   15   16   17   18   19   20   ...   42

 
 
66 
Əsgərləri yanına  çağırıb göstəriş verdi ki, uşağı bunu 
əlindən alın, sonra da onun döşlərini kəsin.  İki erməni  əsgəri 
qadını tutdu. Amma Safaryan səbr etməyib,  öz cibindən 
bıçağı  çıxarıb qadının sinəsindən aşağıya doğru  çəkdi. Bunu 
onun paltarını soyundurmaq məqsədi güddüyünü sonradan 
gördüm. Qadının qışqırığına, iniltisinə həzz ala-ala o, qadının 
döşlərini kəsdi. Qadın  çığırırdı. Mən bunu sadəcə  eşidirdim. 
Baxa bilmirdim. Əlimdən yapışmış  Gülcahan  əsirdi. 
Qadınlarımız isə qarğış yağdırırdılar. Kişilərin  əksəriyyətini, 
xüsusən də cavanları apardıqları  üçün yerdə qalanların hər 
birini ermənilər tutub saxlamışdı. Qadın yerdə ilan kimi 
qıvrılırdı. Bundan ürəyi soyumayan Safaryan qadının 
qucağından alarkən kənara tulladığı iki aylıq körpəni qadının 
sinəsi  üstünə qoyub: “Ye, indi nə  qədər istəyirsən ye. Anan 
sənə  süd vermək istəmirdi?”-deyir, uşağın başını ananın 
döşünə basaraq “ye” deyə bağırırdı.  
Etdiyi işlə öyünən Safaryan körpənin qana bulaşmış üzünü 
bizə tərəf tutdu. Onun kürəyindən yapışmışdı. Körpə isə sanki 
gördüklərindən hər  şeyi başa düşürdü. Məsum gözlərindən 
axan yaşlar belə yanaqlarında donurdu. Günahsız bir varlıq 
olmasına baxmayaraq, səsindəki yanğını duymaq olurdu. 
 “Görürsünüz bunu, sizin hamınızı bu günə qoyacağam. 
Təkcə ananızı yox, balalarınızı da ağlar qoyacam. Heç ana 
tapmayacaqsınız  balalarınıza ağlasın”- dedi.  
 
 


 
 
67 
Mən onda qorxunun nə olduğunu hiss etdim. Bu, sonralar 
da belə olacaqdı.  Çünki hər dəfə  gördüyümüz bir-birindən 
fərqli idi. Nəyəsə alışmaq mümkün deyildi girovluq həyatında. 
Hər dəfə az qalırdım özümə sual verim ki, qorxmaq belə olur? 
Hər dəfə yeni işgəncə, hər dəfə yeni əzab görmək məni 
sarsıtmışdı. Halbuki mən dəyişikliyə meyilli adam idim. İndi 
isə bu xasiyyətimə nifrət edirdim.   
 Yüzdən çox adamın olmasına baxmayaraq, heç kimin səsi 
çıxmırdı. Hamı sadəcə nifrəti ilə baş-başa idi. Nə edəcəyimizi 
planlaşdıra bilmirdik. Girovlar baş-başa verib ağlaşırdı. 
Bayaq aparılan Azərbaycan  əsgərlərinin qohumları belə 
sakitləşmişdi. Süst olmuşduq.  Üzümüzü tutacaq, səsimizi 
eşidəcək yalnız Tanrı qalmışdı. O anlarda düşünürdüm ki, 
deyəsən, Tanrı  məsələsi də insanların  özlərinə  təsəlli verməsi 
üçün yaradılmışdı. Buna baxmayaraq, mən də  qəlbimdə ona 
dua edirdim. Bizi bu işgəncədən qurtarması üçün yalvarırdım. 
Hətta  əlacsız qalan qocalar Xocalıdakı Seyidcəlal ocağına 
nəzir-niyaz da tapşırırdılar. Camaatda belə bir inanc var idi ki, 
Seyidcəlal ocağı  müqəddəs bir pirdi, insanların arzusunu heç 
vaxt gözündə qoymur. Ona pənah gətirənləri naümid etməzdi 
Seyidcəlal piri.  
Bizi sonralar da öz vəhşi məharətləri ilə  dəhşətə  gətirəcək 
Safaryanın isə  ürəyi soyumurdu. O, körpəni ayaqlarından 
sallayaraq bir ayağını da Vaskanyanın tutmasını  tələb etdi. 
Yırtıcı canavar kimi onu iki yerə şaqqaladılar. Qan itkisindən 
son anlarını yaşayan ana isə bunu görürdü. Son dəfə “balam” 
dedi... O qəşş etdi.  
Gülcahan  özünü itirmişdi. Başını  köksümə  sıxıb ağlayan 
bacım hıçqırırdı. Məni, bəlkə  də,  Gülcahana təsəlli vermək, 
ona dayaq olmaq istəyi saxlamışdı. Bunları yazdığım anda 
belə  ürəyimin niyə o zaman dayanmadığına təəccüblənirəm. 
Bunu görmək və bununla yaşamaq insana məxsus ola 


 
 
68 
bilməzdi. Bu vəhşiliyi edənlər  nə  qədər qəlbsiz idilərsə, 
bunları görənlər də bir o qədər ürək sahibi deyildilər... 
   Sonra Safaryan qışqıraraq dedi: 
– Kimlər Dəhraz yolunda girov düşüb, qabağa çıxsın.  
Heç kimdən səs çıxmırdı. Hamı susmuşdu. Yenə bağırdı:   
– Orda girov düşənlərin hamısı qabağa çıxsın, yoxsa hamınızı 
qıracağam.  İyirmiyə  qədər qocalı-cavanlı girov qabağa  çıxdı. 
Amma ayaqları  gəlmirdi. Onları  nə  gözlədiyini bilmirdilər. 
Buna baxmayaraq, yeridilər. Cəhənnəmə gedirlərmiş kimi 
qabağa  çıxdılar. Vaskanyan adlı zabit onlardan gözəgəlimli 
kişiləri güllələdi. Ona görə ki, Safaryanın Dəhraz yolu dediyi 
həmin yerdə iki erməni meyidi tapmışdılar. Onların qisasını 
aldı. İki erməni əsgərinə qarşı ona yaxın dinc əhalini öldürdü. 
Bu girovlardan kimsə onları vurmuşdu. Sonradan mənimlə 
qismət dostu olan Samirənin dediyinə  görə onlar meşədə 
gedərkən qabaqdan iki erməni gəldiyini görürlər. Onun 
qardaşının Mehdi adlı  oğlu dayısına deyir ki, dayı, bu 
erməniləri vuracağam. Dayısı deyir ki, yox, bala, vurma cəmi 
iki gülləmiz qalıb, girov düşüb eləsək, onunla qadınlardan 
cavan olanları  öldürərik ki, ermənilərin  əlinə  düşməsinlər. 
Amma Mehdi hirsindən dözə bilmir. “Girov-zad 
düşməyəcəyik!”, deyib ermənilərin ikisini də  sərrast atəşlə 
öldürür. Arxadakı postda bunu görən ermənilər atəş açıb xeyli 
adam qırmışdılar.  
İndi isə erməniləri  ən yüksək səviyyədə  təmsil edən 
Vaskanyan  əsir düşməmək  üçün azərbaycanlılar tərəfindən 
məcbur qalıb  öldürülmüş iki erməni  üçün dinc əhalinin 
nümayəndələrini bir göz qırpımında güllələdi. Türklərin bir 
adəti var, əliyalın düşmənə silah verib mərdi-mərdanə 
öldürmək. Bu hiss həmişə qorxaq olan ermənilərə yad idi. 
Sadəcə  fürsət düşəndə  çaqqal kimi öldürmək və yenə  fürsət 
gözləmək... 


 
 
69 
Safaryan erməni dilində  nəsə dedi. Əsgərləri bunu həyata 
keçirəndə başa düşdük ki, bir neçə azərbaycanlını Azərbaycan 
tərəfə  əsir düşən ermənilərlə  dəyişdirmək və qohum olanları 
bir-birindən ayıraraq başqa yerdə saxlamağı tapşırmışdı.  
Onlar qocaları, yaralıları seçdilər. Bu hadisə isə tamamən 
insan faciəsi idi. Hər kəs bu zülmə uzaq olmaq üçün əsirlikdən 
qurtulmaq istəyirdi. Heç vaxt yadımdan çıxmaz. Təqribən əlli 
yaşında olan bir kişi girovlarla dəyişdirilməsi üçün yerdə olan 
ağacı  tələsik götürüb  özünü yaralı kimi göstərdi. Ağacı 
götürəndə biz göz-gözə  gəldik. Kişinin utandığını, xəcalətdən 
qızardığını gördüm.  
– Qızım, bağışla, mən dözə bilmirəm. Ola bilsin ki, bu bir 
kişiyə yaraşan iş deyil, amma bacarmıram, qala bilmərəm.  
İndi ananın balanı atdığı  gündür. Ermənilərə bunu demə. 
Mənə nifrət də etmə. Axı oğlanlarım ölüb, kürəkənlərim şəhid 
düşüb, nəvələrimə kim baxar?! “Bunu eləmək 
məcburiyyətindəyəm” - ifadəsini onun gözlərindən oxudum. 
Sanki kişi yalvarır və ona nifrət etməməyimi istəyirdi. Hətta 
imkan olsa idi, təsəlli  üçün deyərdi ki, sizi də qurtaracaqlar, 
qorxmayın.  
Mən Gülcahanın da dəyişdirilməsi  üçün onu erməninin 
qabağına verdim. Gülcahan getmək istəmirdi. Bunu görən 
zabit Gülcahanı  mənə  tərəf itələdi. Hırıldayaraq: hələ siz 
lazımsınız bizə, hara gedirsiniz? Bu cür maralları qaytarmaq 
olar?! Rədd ol, get kənarda dur!,-dedi və işini davam etdirdi.  
Ayırdıqları  xəstələri, qocaları bir maşına doldurandan 
sonra,  əmrin ikinci hissəsini – qohum olanları bir-birindən 
ayırmağa başladılar. Dəyişdirilənlər içində ayaqlarını don 
vurmuş hamilə  əmim arvadı da var idi. Onun getməsi bir az 
məni  ümidləndirdi. Ramilə  mənim haqqımda nəsə deyəcəyini 
düşündüm. Kimsə bizim yaşamağımız haqqında eşidəcək, bizi 
xilas etmək  üçün nə isə edəcəkdi. Amma kim?! Ramildən 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə