Microsoft Word umidlerin izi ile son 10. 02. 2012



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə16/42
tarix01.07.2018
ölçüsü1,72 Mb.
#52556
1   ...   12   13   14   15   16   17   18   19   ...   42

 
 
62 
köməkliyi ilə yarımçıq qalan bir neçə aylıq təhsilini davam 
etdirib diplomunu alıb. Sonralar isə  şəxsi səriştəsi ilə polis 
sisteminə işə düzəlib. Araşdırmalarıma görə, onun bu sistemdə 
işə  düzəlməsində  hər hansı tapşırıq olmayıb. Müharibədə 
göstərdiyi fəaliyyət polis sisteminə işə düzəlməsinə çox kömək 
edib. Fikrimcə, Ramilin məqsədli  şəkildə polis sisteminə  işə 
düzəlməsi Aytəkinin axtarılması  üçün nəzərdə tutulmuşdu. 
Bunu Ramilin sonrakı  fəaliyyəti də  göstərir. O özünün bütün 
imkanlarından istifadə edərək həmin qadının tapılması  üçün 
mübarizə aparmışdır. Müalicə aldığı  dövrdə  də – 1994-cü ilin 
yayında  əsir və girovların dəyişdirilməsi prosesində  əsas 
adamlardan biri olub. Azərbaycana qaytarılan bütün  əsirlər 
barəsində  məlumatı var. Hazırda universitetdə  müəllim işləsə 
də, keçmiş  işi ilə  əlaqələri  çox möhkəmdir. Dövlətdə onu 
nüfuzlu adam olaraq tanıyan bir çox şəxslər var. Müharibədən 
sonra Azərbaycanda olan, demək olar ki, bütün erməni əsirləri 
ilə ayrı-ayrı vaxtlarda görüşüb. Onun Aytəkini tapmaq üçün 
bütün bu etdiklərini, həqiqətən də, mübarizə adlandırmaq 
olar.  Öyrəndiyim məlumata görə, o hətta mayor Turabovun 
şöbəsinə aid olan xüsusi təcridxanadakı  əsirləri də  dəfələrlə 
danışdırıb. Maraqlısı budur ki, həmin təcridxanadakı  əsirlər 
beş  nəfər olsa da, Ramil onların hərəsini bir neçə  dəfə 
danışdırıb. Həmin təcridxanada oldum. Onlar beş  nəfər 
imişlər – Aşot, Tivan, Markar və daha iki nəfər. Mən ora 
getməmişdən bir neçə  gün  əvvəl hansısa məqsədlə onların 
ikisini digər yerə keçirmişdilər... 
 
 
 
 
 
 


 
 
63 
 
 
 
 
8. Ana südü yerinə, ana qanı əmən körpə 
 
Bizi orada neçə  gün saxladıqlarını bilmədik. Amma elə 
gəlirdi ki, aylardı, burdayıq. Aclıq, qorxu, həyəcan, uşaqların 
vahiməli çığırtısı əsl cəhənnəmi xatırladırdı. Zirzəmidə iynənin 
ucu qədər belə işıq yox idi. Qapı hərdən açılır, kortof torbası 
kimi nəsə atılır, sonra isə yenə bağlanırdı. Sonradan bu 
atılanların  əsir olduğunu bilirdik. O qaranlıqda get-gedə 
vahimə bizi bürüyürdü. Uşaqların səsini kəsməyə  çalışan 
analar isə bunu, sözsüz ki, bacarmırdı.  Çünki südəmər 
uşaqların heç  nədən xəbərləri yox idi. Və heç  nəyi də başa 
düşmürdülər.  
Gülcahan mənə  sığınmış, barmaqlarımız bir-birinə keçdiyi 
formada  əl-ələ tutmuşduq. Bir neçə  gün  ərzində - “Bacı 
qorxuram”,-cümləsindən başqa, heç  nə deməmişdi.  Üzümüzü 
də  görə bilmirdik. Amma əllərinin təmasından, bərk-bərk 
sıxmasından “mənə  güvəndiyini, məni qoru deməsini, məni 
heç vaxt buraxma, sənsiz yaşaya bilmərəm” deməsini hiss 
etmək o qədər də  çətin deyildi. Əllərin danışmasını  mən 
Ramillə ələ-ələ tutanda hiss etmişdim. Heç nə deməsə idi belə, 
əlinin hərarəti, həyəcandan tərləməsi, tez-tez barmaqlarımı 
sıxması “səni  çox, həm də  çox sevirəm” ifadəsinin təcəssümü 
idi. O zaman mən Gülcahan kimi Ramilə “məni qoru, məni 
sev” demək  üçün  əllərimdən istifadə etmişdim. Sevgimin 
möhtəşəmliyini, yenilməzliyini, sarsılmazlığını demək  üçün 
əllərinə  sığınardım.  İndi isə  Gülcahan mənə  sığınır, ona arxa 
olmağımı istəyirdi. Mən onda başa düşmüşdüm ki, artıq 


 
 
64 
ailəmizin başçısı mənəm. Nə olursa olsun, onu qorumalıyam. 
Nəyin bahasına başa gəlsə belə...  
Qaranlıq, aclıq və susuzluq get-gedə bizi dəliyə  çevirirdi. 
Hətta “nə baş verirsə, versin, amma tez bitsin bu qaranlıq 
həyat” deyə  düşünənlər də az deyildi. Zirzəmidə qaldığımız 
son gün birdən-birə atışma səsləri azaldı. Hər yer sakitliyə 
qərq oldu. Bu bir neçə saat davam etdiyi üçün girovların 
ümidləri işarmağa başlamışdı. Camaat bir ümidin izi ilə 
gedirdi bu zülmət qaranlıqda. O ümidin ki, bizimkilər  
erməniləri geri oturdub, burda camaatın olduğunu bilmirlər. 
Çünki ermənilərin də ara-sıra gələn danışıq səsləri kəsilmişdi. 
Bu xülyaya mən də inanmışdım, necə ki insan boğulanda 
saman  çöpündən yapışar. Yavaş-yavaş camaat özünü 
inandırmağa  çalışırdı ki, biz qışqırsaq, səs salsaq, bizi kimsə 
eşidər və azad edərlər. Camaatın  çoxu qışqırmağa, qapını 
döyməyə başladılar. Amma heç bir səs gəlmirdi. Bu isə 
ümidlərimizin işığında bizi ruhlandırırdı... Bəlkə bizimkilər 
gələcək... 
Qapının açılması  və ermənilərin ucadan qışqırması 
halsızlıqdan, aclıqdan gözünə yuxu gedənləri diksindirdiyi 
kimi, eyni səbəblərdən ağlayan, zarıldayan uşaqları  və 
böyükləri susdurdu. Çölə  çıxmamızı  əmr etdilər. Qaranlığa 
alışdığımız üçün çölə çıxdığımız zaman gözlərimizi aça bilmir, 
açsaq da görə bilmirdik. Bir də ki, hər yanın ağappaq qar 
olması, səhər olduğu  üçün günəş  şüalarının qarı parıldatması 
bunu daha da əngəlləyirdi.  
Sadəcə, bir birimizə yapışaraq, qamaşan gözlərimizi yavaş-
yavaş buna alışdırmağa  çalışırdıq. Yanımdan tutan botinka 
məni qarın üstünə elə atdı ki, həmin anda Gülcahanı ömürlük  
itirdiyimi hiss etdim. “Qalx” deyə bağıran erməninin səsimi, 
“bacı” deyən Gülcahanın səsimi mənim yerdən quş kimi 
qalxmağıma kömək etdi. Yerdən qalxan kimi gözlərimi qeyri-


 
 
65 
iradi olaraq açdım, Gülcahanın  əlindən yapışdım. Bu zaman 
heç bir ağrı hiss etmədim. Bizi bölmənin qarşısına yığdılar. 
Özümüzə  gəlməyə belə imkan vermədən aramızda olan 
omonları
1
 və  hərbi paltar geyən digər  kişiləri bir-bir seçib 
qabağa çıxartdılar. Safaryan adlı komandirlərinin tapşırığı ilə 
harasa apardılar. Ağlıma gələn ilk o oldu ki, öldürməyə 
aparırlar.  Çünki Safaryan onları  təpikləyə-təpikləyə  döyəndə 
“siz bizə  güllə atmısınız? Mən sizə  düşmənlə  döyüşməyi 
göstərərəm,”- deyə bağırırdı... 
 Qadınlar yalvarmağa başladı, kimi onun ayaqlarına düşür, 
kimi söyür, kimi başqa bir erməni cəlladdan kömək istəyirdi. 
Çünki bu aparılanlar ya birinin qardaşı, ya əri, ya  oğlu, ya da 
atası idi. Bu hissi ərini gözü qarşısında işgəncə ilə itirən arvad, 
ana, bacı, qızlar bilər yalnız. Təsəvvür etmək  üçünsə  xəyal 
gücünün mükəmməl olması lazımdır. Bu elə bir acı idi ki, 
qadınların hansı halda olduğu batmış  səslərindən, 
nalələrindən duyulurdu. Heç nəyə baxmayaraq, iyirmiyə yaxın 
hərbçini apardılar... 
   Safaryan  isə qan dolu gözləri ilə  düşünmədən işgəncələr 
kəşf edirdi. Qucağında iki aylıq körpəsi olan bir ana uşağı 
sakitləşdirməyə çalışsa da, bacarmırdı. Safaryan həmin qadını 
yanına gətizdirdi və dedi: “Ay qancıq, bu uşaq niyə səs salır?!” 
Qadın onun gözlərinə dik baxaraq: “Neçə  gündür, yemək 
yemir nə etməlidir?”- dedi. Bu söz elə bil Safaryanı qudurtdu:  
 
 
 
 
– Deyirsən ki, acdır bu uşaq? - deməyi ilə qadına şillə vurmağı 
eyni oldu. Mən indi onu doyduraram. Həm də sənin südünlə. 
                                                            
1
 ОМОН – Отряд Милиции Особого Назначения (Xüsusi Təyinatlı Milis Dəstəsi) 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə