Microsoft Word umidlerin izi ile son 10. 02. 2012



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə24/42
tarix01.07.2018
ölçüsü1,72 Mb.
#52556
1   ...   20   21   22   23   24   25   26   27   ...   42

 
 
93 
uzun saçlarımdan tutaraq başımı ayaqlarının arasına sıxmağa 
başladı. Bu, iyrənc və alçaldıcı idi..... Dözülməsi mümkün 
olmayan bir vəziyyət idi..... Bu yazdığım gündəlikdə  özümlə 
baş-başa olmağıma baxmayaraq, yaza bilmirəm. Təfsilatı ilə 
danışa bilmirəm. Oxuduğunuz zaman ağlınıza nə gəlirsə, bilin 
ki, onlar da mənim başıma gətirilib. Bir şeyi ki, insan özünə 
belə danışa bilmir. Heç pıçıltı ilə də danışmaq mümkün deyil. 
Bunu sadəcə qışqıraraq, gücün çatdığı qədər ucadan bağıraraq 
demək mümkündür. Elə hayqırmaq ki, özün  öz səsini 
eşitməyəsən.... 
Mən artıq ölümü gözümün qabağına almışdım. Nə edim ki, 
o məni  öldürsün,- deyə  düşündüyüm anda, remenindən 
çıxaranda tapançasının yerə  düşdüyünü xatırladım. Gözüm 
onu axtardı  və tapdı.  İndi sadəcə onu tapmaq, götürmək və 
atəş  açmaq qalırdı. Amma necə? Gücüm  çatmırdı, bir də  
tapança məndən uzaqda idi. Ağlıma gələn və  gücüm  çatan 
yeganə  şey var gücümlə onu dişləmək idi. Bütün gücümü 
yığaraq budundan dişlədim. Elə  möhkəm dişlədim ki, it kimi 
hürdü vicdansız. Başıma vurulan yumruqların heç birini hiss 
etmir, dişlərimi sıxırdım. Vaskanyan ağrıdan vəngildəyirdi. 
Amma mən dişlərimi aralamaq istəmirdim,  çünki məni nə 
gözlədiyini müəyyənləşdirə bilmirdim. Bu zaman o 
qulaqlarımdan tutaraq yuxarıya doğru dartdı. Mən də 
qulaqlarımın ağrısına dözə bilməyib dişlərimi araladım. Sol 
qulağımın cırıldığını zirzəmiyə aparılanda bildim. Məni divara 
elə  çırpdı ki, başımın divara dəyməsi ilə  gözlərimdən ildırım 
çaxdı. O, tez çarpayıya oturdu, qan axan ayağına baxdı. 
Ermənicə  söyür,  əlini yaranın  üstünə  sıxırdı. Deyəsən, 
doğrudan da möhkəm dişləmişdim. Onun ağrıdan başının 
qarışması mənə silahı yerdən götürməyə imkan yaratdı. Silahı 
götürən kimi ayağa qalxdım. İç vururdum. Silahı götürdüyüm 
üçün bir az da ürəklənmişdim. Silahı onun üstünə tutdum, 


 
 
94 
ayağa qalxmasını  tələb etdim. O, sanki yarasının ağrısını 
unutdu, mənə baxaraq güldü. Heç yerindən də qımıldanmadı. 
Amma gülüşündə bir səmimilik hiss etdim.  
– Siz türklərin bu hərəkətinə heyranam,- dedi. 
– Hansı hərəkətinə? Əsə-əsə soruşdum. 
– Belə qeyrətli olmağınıza. Başqası olsa idi, indi məni 
vurmuşdu. Amma sən vurmursan, bilirsən niyə? 
Əslində  mən dəqiq bilmirdim, niyə  öldürmürəm. Buna 
baxmayaraq ona “Niyə” sualını verdim. Deyəsən, qarğa kimi 
tülkünün hiyləsinə aldanmışdım. O qədər nifrət etdiyimə 
baxmayaraq, nəsə planlaşdıra, qərar verə bilmirdim. Bu da 
qadınlara məxsus olan bir hiss idi. Kişilər bu anı  çox yaxşı 
dəyərləndirərdi. 
– Yəqin ki məndən bacını istəyəcəksən, ya da girovları 
buraxmağımı. Hə, düz demirəm, bəlkə? 
– Düz deyirsən, bacım hardadır?-deyə  düşünmədən cavab 
verdim.  Əslində,  o, mənim adımdan qərar vermişdi. Və ya 
mənə qərar verməkdə kömək etmişdi.  
– Sən bilirsən ki, sizi qohumlarınızdan niyə ayırdıq? Ona görə 
ki, bu vəziyyətlərdə istifadə edək.  Əgər sən mənə atəş  açsan, 
sən də bacın da öldürüləcəksiniz. Üstəgəl, mənim qanım üçün 
bəlkə, bütün əsirləri də öldürdülər. 
 Əllərim  əsirdi. Bunu o da görürdü. Dediyi sözlər isə  məni 
yenə çıxılmaz vəziyyətə saldı. Gülcahanın sonuncu dəfə mənə 
baxışı yadıma düşdü. Həsrət və çarəsizlik dolu baxış idi. İndi 
isə onu qurtarmaq üçün şans var idi. O mənim əlimdə idi. O, 
həmin  şans idi ki, ona bütün  ömrümü qurban verəcəkdim və 
onu 
şanssızlığın xeyrinə  yönəldəcəkdim. Vaskanyanı 
öldürməklə onu yaşada bilməyəcəkdim, onu yaşatmalıydım ki, 
Gülcahan da yaşasın.   
Vaskanyan birdən yerində qalxdı. Mən qorxumdan tətiyi 
çəkdim. Necə  çəkdiyimi bilmədim. Axı  mən Gülcahanın 


 
 
95 
yaşaması  üçün hər  şeydən keçməyə hazır idim. Fikir o qədər 
sürətli idi ki, müddətin deyə bilmərəm, amma tətiyi axıra 
qədər  çəkdiyim zaman kəsiyində  çox  şey fikirləşdim, götür-
qoy etdim. O ölsə də, bizim hamımızı öldürəcəklər, ölməsə də. 
Amma silah açılmamışdı. Vaskanyan silahı əlimdən alıb mənə 
möhkəm bir şillə vurdu. Şillənin zərbəsindən burnumdan qan 
açıldı.  
– Sürtük, mən sizi tanımıram? Sizin necə millət olduğunuza 
bələd deyiləm? Sən bilirsən mən nə qədər türk qanı içmişəm? 
Elə bilirsən ki, tapançanı sənin yanına hazır qoyacam ki, məni 
öldürəsən? Onu bil ki, bundan sonra mənim istədiyimi 
etməsən, bacın  öləcək. Onun yaşamasını istəyirsənsə, 
əmrlərimə adam kimi tabe ol. İstəklərimi yerinə yetir. Bundan 
sonra hər axşam bura gələcəksən, məni razı salacaqsan, əgər 
belə olsa, sənə bacını göstərəcəyəm.  
Mən küncə  yıxılmış, için-için ağlayırdım. Tanrı da 
yadımdan çıxmışdı. Zülmə göz yumduğu üçün üsyan etmək də 
yadıma düşmürdü. Qadın olaraq Vaskanyanın bütün 
dediklərinə inanırdım. İnanmasa idim, nə edəcəyimi bilmirdim 
axı. İnanmağa məhkum idim.  
İnandım. Bununla da illərlə bu həyatı yaşadım.  Əzablar 
çəkdim. O gün  üçün yaşadım ki, bacımın yaşaması 
qarşılığında  vətən xaini olmağa sövq edilim.  
O gecə  mənliyimi, qürurumu itirdim. Ruhum zorlandı. 
Ramilin “göyərçini”, atam Soltanın “Xınalı  kəkliyi” uçub 
getdi. Yerində heç  nə qalmadı. Heç qara daşa da dönmədim. 
İçimdə olan mənim belə məni tərk etdi. Mən mənsiz qaldım.  
Vaskanyan hətta mənə demişdi ki, əgər siz intihar etsəniz 
belə, sizdən ayırdığımız qohumunuzu öldürəcəyik. Bizi 
qorxutmaq  üçün bunu sübut da etdi. Mən qapıdan  çıxanda 
“ağlını başına yığ”,- deyə bağırdı da. Əsgərləri məni zirzəmiyə 
gətirdi. Səhər bizi həyətə çıxaranda Qaçqınlar kəndindən olan, 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə