Microsoft Word umidlerin izi ile son 10. 02. 2012



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə22/42
tarix01.07.2018
ölçüsü1,72 Mb.
#52556
1   ...   18   19   20   21   22   23   24   25   ...   42

 
 
86 
   İbad nə vaxtdandır ki, bir arzu ilə yaşayırdı – Avonu 
məhv etmək! Avonu ələ keçirmək  üçün indiyə kimi düşmən 
arxasında soyuqda, qarda, yağışda ac-susuz vəziyyətdə həyata 
keçirilən kəşfiyyat əməliyyatları istənilən nəticəni verməmişdi. 
Bu dəfə isə Avo mütləq zərərsizləşdirilməli idi. Bu, həm 
Ağcabədinin Qiyaməddinli kəndinin ermənilərin  əlinə 
keçməsinin qarşısını ala biləcək mühüm bir hadisə, həm də 
yüzlərlə günahsız azərbaycanlının intiqamının alınması demək 
idi.  Ürəyində “ya sənə verər Allah, ya mənə” deyib 
qardaşlarının, bütün döyüşçü yoldaşlarının xeyir-duası ilə 
gecənin zülmətində yola düşdü. Plan Avonu İbadın erməni 
işğalı altına düşmüş doğma kəndi olan Muğanlıda 
zərəsizləşdirmək idi. Səhərə yaxın kəndə  çatıb  əvvəlcədən 
müəyyənləşdirdikləri yerdə durdular. Axşama kimi gözləsələr 
də,  hədəf hələ  görünmürdü.  İbad hər qarışına  əlinin içi kimi 
bələd olduğu doğma kəndini gecə qaranlığında xeyli gəzdi. Bir 
vaxtlar sevinc, toy-büsat səsləri ucalan kənddən indi heç bir 
əsər-əlamət qalmamışdı. Hər tərəfdə  uçulmuş, yandırılmış 
evlər var idi. Ertəsi gün də  hər  şey təkrar olundu. İbad yenə 
Avonu ələ keçirə bilmədən qayıdacaqlarından yaman narahat 
idi.  
   Doğma kəndindəki kəşfiyyatında  üçüncü  gün idi. 
Uzaqdan sarı  rəngli UAZ maşını Muğanlı  kəndinə doğru 
gəlirdi. Avonun isə  üç  gündən bir təkbaşına sarı UAZ-da 
gəzərək postları, döyüş  xəttini yoxlaması  kəşfiyyatçılara 
məlum idi. Şübhə yox idi ki, UAZ-da gələn Avodur. Sürətlə 
onlara tərəf irəliləyən UAZ yoldakı dar keçiddə ilişib qaldı. 
Az keçmiş onun içindən bir nəfər düşərək piyada Muğanlıya 
doğru hərəkət etdi.  
Avonun hərəkət istiqamətini kəşfiyyatçı  dəqiqliyi ilə 
hesablayan  İbad kəndin köhnə  məktəb binasının yanında 
onunla  üz-üzə  gəldi. Bu qəfil görüşü  İbad nə  qədər 


 
 
87 
arzulamışdısa, Avo üçün də bu qarşılaşma bir o qədər 
gözlənilməz olmuşdu. Maddım-maddım  İbada baxan Avo 
azərbaycanlı  kəşfiyyatçıların ermənilərin nəzarətində olan 
kəndə soxulması, günün günorta  çağı onun qarşısını 
kəsmələrinə öz-özlüyündə hələ də inana bilmirdi. İbadın silahı 
isə  düz ona tuşlanmışdı. Artıq bir hərəkətin həyatına son 
qoyacağını yaxşı başa düşən Avo hələ  də durduğu yerdə 
donub qalmışdı.  İbad ondan çiynindəki avtomatı yerə 
tullamağı  tələb etdi, bunu həm Azərbaycan, həm də rus 
dilində təkrar etdi.  
Onu  öldürməməsi  üçün yalvarmağa başlayan, lakin qəfil 
hərəkətlə silahını işə salmaq istəyən Avonu İbadın atdığı güllə 
sinəsindən yaraladı. Aldığı yaradan qıvrılan və geriyə  dönən 
Avo yenə  də avtomatını  İbada sarı tuşlamağa cəhd edirdi ki, 
ikinci güllə onu yerə  sərdi. Ayağa qalxmağa cəhd edən Avo 
taqəti olmadığından dizləri  üstə  sürünməyə başladı. Xırıltılı 
səsinin tonundan onu öldürməməsi  üçün  İbada yalvardığı 
aydın hiss olunurdu. Girov götürdüyü azərbaycanlıları aman 
vermədən  əzazilliklə  qətlə yetirən, azərbaycanlı başı  kəsməsi 
ilə  öyünən, qan tökməkdən həzz alan Avo indi qanının 
tökülməməsi  üçün durmadan İbada yalvarmaqda davam 
edirdi. Azərbaycanlı gəncə zillənən gözlərində bir məzlumluq, 
yazıqlıq oxunurdu. Bu vəziyyətdə isə  İbadın gözləri  önündə 
Xocalı vəhşəti, Qaradağlı faciəsi canlanır, qulaqlarına zülmlə, 
işgəncə ilə  öldürülən körpələrin, qadınların, qocaların, 
uşaqların ah-naləsi, hayqırtısı  gəlirdi. Bu faciələrin baş 
verməsində rolu az olmayan, xaricdən Azərbaycana yalnız 
azərbaycanlı qanı axıtmağa gələn Avoya aman yox idi.  
Qulaqlarında günahsız yerə öldürülən azərbaycanlıların səsi 
cingildiyən, gözlərində  süngüyə keçirilən, baş  dəriləri soyulan 
körpələr, uşaqlar, Xocalıda, Qaradağlıda yüzlərlə başı kəsilən 
insanlar canlanan İbad qisas yanğısı ilə cibindən  çıxardığı 


 
 
88 
bıçağı “Avo”nun boğazına  çəkdi… 1993-cü ilin 12 iyunu… 
Xocavəndin işğal altındakı Muğanlı  kəndi… Gənc 
azərbaycanlı  kəşfiyyatçı  və onun qarşısında “ən böyük 
erməni”nin başsız bədəni… Qisas alınmışdı! Amma əsas qisas 
hələ qarşıda idi! 
 
 


 
 
89 
 
 
 
 
 
 
 
 
 
 
12. Düşmənin iyrənc ehtirası 
 
   O  gecə.... o gecə  həmin gecə idi ki, sonralar mənim  əl-
qolumu sındıracaq, taqətimi alacaq, intihar etməyimə imkan 
verməyəcəkdi. 
   Doğrudan da, kişilərlə qadınlar arasında iradə 
baxımından böyük fərq var. Tarixdə heç vaxt qadınlara qazi 
olmağa icazə verilməyib. Bunun səbəbi kimi, qadınların zəif, 
iradəsiz olmaları, qərarın verilməsinə  öz hissləri ilə 
yanaşmaları göstərilirdi.  
   O, məni öz otağına gətirdi. Ora bizim qaldığımız binadan 
aralıda idi. Hərbçilərə  məxsus binaya bənzəyirdi.  İki otaqlı, 
dağınıq vəziyyətdə olan bir mənzil idi. Divarda bir kişi  şəkli 
var idi. Sonralar bunun Andranik olduğunu  öyrəndim. Biri 
yataq otağı idi ki, dəmir çarpayı və bir də stul var idi. Qonaq 
otağı üçün nəzərdə tutulan otaqda bir köhnə divan, stol və iki 
stul var idi. Stolun üstünü xəritə və araq butulkaları bəzəyirdi. 
   İçəri girən kimi, Vaskanyan məni yataq otağına itələdi və 
qapını bağladı. Donuz iyi verən otaq o qədər natəmiz 
görünürdü ki, bir həftəyə yaxın yorğan döşək görməyən
yatmaq üçün kürəyi yerə dəyməyən bir insanın belə oturmağa 
ürəyi gəlmirdi. Pəncərə  dəmir barmaqlıqlarla  örtülmüşdü. 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə