Microsoft Word umidlerin izi ile son 10. 02. 2012



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə30/42
tarix01.07.2018
ölçüsü1,72 Mb.
#52556
1   ...   26   27   28   29   30   31   32   33   ...   42

 
 
116 
O, Qədim dayını tanımasa da, Qədim dayı onu yaxşı 
tanıyırdı. Onun bir çox kişidən qeyrətli olduğunu da deyirdi. 
Qapıçı oğlanı qolundan tutaraq çıxarmaq istəsə də, 14 yaşlı 
Əli getmək istəmirdi.  İri qara gözlərində yeniyetməliyə xas 
hərəkətlilik olan Əli yenicə qanad açmaq istəyən qartal 
balasına bənzəyirdi. Zəif, cılız bədənə sahib olmasına 
baxmayaraq, gözlərində  təlatüm, böyük bir fırtınanı rahatca 
sezmək olurdu.  
Yenə Qədim dayı onun dadına çatdı. Dedi:- Oğul, qorxma 
get, səni dəyişdirəcəklər. Mən erməni dilini yaxşı bilirəm axı, 
nə danışdıqlarını da yaxşı  eşitdim. Arvad öz oğlu ilə  səni 
dəyişdirmək istəyir. Dayın kimdisə səni qaytarmaq üçün çoxlu 
pul verib. Qorxma, get. 
Uşaq sanki bizdən ayrılmaq istəmirdi. O qədər dəhşət 
görmüşdü ki, buna da inana bilmirdi. 
– Düz deyirsən, Qədim dayı, məni öldürməzlər ki? 
Yaş dolu gözlərlə Qədim dayını qucaqladı. Bu mərhəmətli 
kişi uşağı dartmaq istəyən erməniyə  tərs-tərs baxaraq, 
dizlərini yerə qoydu və onu öpdü: 
– Qorxma, bala, mənə inan. Burda da nə  görmüsən, kimlər 
yadındadır qaytarılanda hamısını danışarsan.  
Uşaq başı ilə razılığını bildirib, son dəfə bizə baxdı  və 
getdi...  
 
*** *** *** 
Bu hadisədən təqribən iyirmi gün keçmişdi. Qədim dayıya 
hörməti olan qapıçı Veneks fürsət düşən kimi, Əli haqqında 
ona danışırdı. Deyirdi ki, uşağın vəziyyəti  əladır. Jor ona 
yaman baxır. Uşaq elə  kökəlib ki, gəl görəsən. Hətta onu 
işlətmir də. Bunun da səbəbi Jorun yeganə  oğluna olan 
sevgisidir.  İndi evində  gəlini ilə birgə yaşayır. Oğlu nə  qədər 
avara olsa da, anası onu çox istəyir. Uşaqdan oğlunun iyini 


 
 
117 
alır. Hətta hərdən uşağa deyirdi ki, əgər oğlum qaytarılmasa, 
səni burda saxlayacağam. Gəlinimlə evləndirəcəyəm. Amma 
onu da deyirdi ki, əgər oğlumun qolu olmasa, qolunu 
kəsəcəyəm, gözü olmasa, gözünü  çıxardacağam.  Əli kefdədir, 
narahat olma, Qədim kişi, bir sözlə, onun vəziyyəti cənnətdəki 
kimidir. Jorun oğlunu gətirirlər Bakıdan. Bu gün axşam onu 
dəyişəcəklər. Jor mənə bir qonaqlıq da söz verib. O, 
vəzifəlilərlə əlaqəli qadındır. Həm də sözü keçən arvaddır.  
Veneksin Qədim dayıya olan bu cür isti münasibətinin 
səbəbi Qədim dayının ona etdiyi kiçik bir yaxşılıq olmuşdu. 
Qədim dayı deyirdi ki, bir dəfə atasının qəbrini götürmək üçün 
ona iki kisə sement verib. Əlində olan imkandan  istifadə edən 
bu nurani kişi ondan həmin sementin pulunu da almayıb. O, 
hərdən Qədim dayıya evdən çörək də gətirirdi. Qədim dayı elə 
bunlara görə  də pessimist ola bilmirdi. Ermənilərin içində 
yaxşıları olduğunu dəfələrlə  görmüş, bunun üçün də “insan 
övladının hamısının qəlbinə  şeytan hakim deyil”,- deyə bizi 
inandırmağa çalışırdı.  
Amma Qədim dayı bizim nə  çəkdiyimizi, nələr 
gördüyümüzü  görməmişdi. Sözün  əsl mənasında biz ölüb-
dirilirdik.  Əslində bu sözü Azərbaycanda bu vəziyyətlər  üçün 
istifadə etmirlər. Bu sözün  çox böyük hikməti var. Mən onu 
ölüb-dirildikcə başa düşürdüm... 
"Öldüm-dirildim" ifadəsinə ikrah hissi ilə yanaşanları 
qınayıram...  İnsan  ölüb-dirilə bilərmiş... Allah indiyə  qədər 
ölən heç kimə canını bəxşiş etmədi, amma ermənilər bunu bir 
gündə bir-neçə  dəfə bacardı... Hər gün  ölmək həsrəti ilə 
yaşamaq, yaşamaq arzusu ilə bizi nə vaxt dəyişdirəcəkləri 
həsrəti ilə çırpınmaq... Bunu heç kimə arzu etməzdim... 
 
 
 


 
 
118 
*** *** *** 
Axşam bizə isti yemək adlandırdıqları noxud suyu verəndə 
Qədim dayı Veneksdən uşağın taleyini soruşdu. Veneks 
hirsləndi: 
– Sizinkilər də düz adam deyil ha. Bilirsən nə oldu? Bilirsən ki, 
illərdir həsrətini  çəkdiyi oğul dağını yaşatdılar Jora. Bu 
vəhşilikdir. ... 
 Əlini də Jor öldürdü. Bilirsən niyə, çünki oğlunun meyidini 
gətirmişdilər. Jor canavara dönmüşdü. Oğlunu itirən ana necə 
olmalıdır, o qədər həvəslə  gözlədiyi oğlunun meyidinin 
gətirildiyini biləndə?  Elə sərhəddə onu öldürdü. Düz elədi də. 
Sevə-sevə uşağa baxırdı. O demişdi axı, oğlumu necə versələr, 
bunu da elə qaytaracağam.  
Qədim kişi, bu, alçaqlıqdır. Siz də  özünüzü yaxşı hesab 
etməyin. Nə edirlər, azdır. İmkanım olsaydı, sizin hamınızı da 
mən qırardım. Biz zalımıqsa, bəs siz nəsiniz? Siz bizdən də geri 
qalmırsınız. O arvada bunu etmək olardı? Yazıq o cür ki 
uşağa baxmışdı. O cür ki, ümidlə yaşayırdı.  Ümidini 
baltaladınız. Adını da qoydular avariya olub. Buna kim 
inanar?  İnanarsan, Qədim kişi? Axı  səni yaxşı adam bilirəm, 
sən inanarsan? Veneks qapını dili qurumuş  Qədim kişinin 
üzünə çırpıb “gəbərin” deyərək getdi. 
Qədim dayı başını tutdu. Dizi üstə yerə  çokdü. Bu çöküş 
sanki bir dağ  çöküşü idi. O, bunları bizə  ağlaya-ağlaya 
tərcümə etdi. O kişi ki, o qədər  əzaba dözmüşdü, dost dediyi 
insandan zərbə almışdı, qadınları-qızları  ləkələnmişdi 
ağlamamışdı, kiçilməmişdi. 
Kimi günahlandıracağını bilmirdi. Əliyə  nə  qədər 
acıyırdısa, Jorun da vəziyyətinə elə yanırdı. Bunu hər dəfə 
yazıq Əli deyəndə, yazıq Jor da deməsi göstərirdi. Sanki uşağa 
verdiyi sözü o tuta bilməmişdi. Yazıq  Əli..... deyib bir küncə 
çəkildi. Başını tutdu. Həmişə bizə dayaq olan, qeydimizə 


 
 
119 
qalan, cüssəli, hündür Qədim dayıdan əsər-əlamət qalmamışdı. 
Dərdlinin dərdini dərdli bilər. Biz onu başa düşürdük. Hətta 
biz Əli qədər Jorun da halına yanırdıq. Başımıza oyunlar açan 
millətin nümayəndəsinin halına yanırdıq. Bu isə insanın 
faciəsinə yanmaq demək idi, millətin yox. Alçağın, oğraşın, 
şərəfsizin milləti olmadığı kimi, mərhəmətin,  ürək ağrısının, 
sevginin də milləti yoxdur. Sadəcə  vəhşilik var. Bu isə  bəzi 
xalqlarda daha böyükdür.... 
Söz tapa bilmirdik deməyə. O qədər  ölümün içərisində 
Əlinin bu cür faciəli ölümü bizə daha pis təsir etmişdi.  
Beş qadın, bir də Qədim dayı olan bu dörd divar arasında 
bütün olanlar unudulmuş, bütün işgəncələr yaddan çıxmış, 
sadəcə,  Əliyə yas tutulmuşdu. Heç axşam bizi hansı kef 
məclisinə, hansı seks oyunlarına aparılacağımız da 
maraqlandırmırdı. Heç  səhər nələrin baş verəcəyi də. Hansı 
qisas proseslərinin başlanacağı da bizi qorxutmurdu. Bu 
zaman heç  nəyə  ümid də etmirdik. “Görəsən, məktublarımız 
ünvana çatdımı”- deyə fikirlər də irəli sürmür, təxəyüllümüzdə 
yaratdığımız “almanların yaxşı adama oxşadıqları mifi” də 
unudulmuşdu... 
İnsan qəribə varlıqdır.... Bunları  mənə kimsə danışsa idi, 
ya da hansısa kitabdan oxusa idim, inanmazdım. Uydurmadı, 
oxucunu  həyəcanlandırmaq üçün yazılıb deyərdim. Ona görə 
yox ki, bunlar ola bilməz, on görə ki bunları kimsə  gözü ilə 
görüb, yaşayıb. Bax bu fikrə inanmazdım. Axı az görməmiş, 
eşitməmişik ki, oğlunun  ölüm xəbərin eşidən ananın  ürəyi 
partladı, 20 Yanvar faciəsini kadrlardan izləyən neçə-neçə 
insan infarkt keçirdi. Nədənsə mən və mənim kimilər yaşayırdı 
və  görürdü. Hətta hər keçən gün dünənkini unudurdu da. 
Deyəsən, bizi yaşadan, bizə  məlhəm olan, dərdi unutduran 
yeni gördüklərimiz idi. Necə ilan vuranı ilan zəhəri ilə 
sağaldırlar, bizi də yeni faciə ilə  müalicə edirdilər. Daha 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə