Microsoft Word umidlerin izi ile son 10. 02. 2012



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə31/42
tarix01.07.2018
ölçüsü1,72 Mb.
#52556
1   ...   27   28   29   30   31   32   33   34   ...   42

 
 
120 
özümə “günahım nə idi” sualını da vermək mənasızlaşırdı.  
Bəlkə  də,  günah etmək  üçün yaşayırdım, yaşadılırdım. Tanrı 
da bizim günahlar etməyimizə  ümid edirdi. O da müəyyən 
ümidlərin izi ilə kainatı idarə edirdi. O, hansı ümidlərdi? Bunu 
yalnız Allah bilirdi... Biz isə qurulmuş ssenarini oynayan 
oyunçular idik... Rolumuzu məharətlə oynayırdıq... Lap belə 
onun istədiyi kimi... Axı  nə baş verir-versin intiharı  rədd 
edirdi O... 
 


 
 
121 
 
 
 
 
 
 
 
 
 
17. Müəmmalı hadisə 
 
– Ara, bu türklərin qanını içmək lazımdır! 
– Mən qamaz-qamaz bu türklərin canını alacam, sən də 
içərsən tələsmə ara, tələsmə. 
Tatatatatat, ta, ta, ta!.. (avtomat səsi eşidilir) 
– Ara, qaçın, deyəsən türklərdir! 
– Areni vurdular! Tez gəlin, qaçıb canımızı qurtaraq! 
– Qaçmayın, qaniçənlər, qaçmayın! Hamınızı qırıb cəhənnəmə 
göndərəcəm! 
Tatatatatat, tatatatat, tatatatat!.. Avtomat səsləri daha 
yaxınlıqdan eşidilir.  İndi artıq sükutu yalnız havada sürətlə 
hərəkət edən mərmilərin atıldığı avtomatın səsi pozur. 
Qəhrəman  kəşfiyyatçı qorxmadan irəliyə doğru şığıyır. Onun 
bir amalı vardır – kəndə soxulan erməniləri öldürmək!.. 
... ... ... 
Səhnədəki məktəblilər Xocalı faciəsinin həmin dəhşətli 
anlarını  tədbir iştirakçılarına  çatdırmaq  üçün hazırladıqları 
səhnəciyi bacardıqları qədər yaxşı canladırmağa çalışmışdılar. 
Zalda oturanlar sükut içərisində səbirsizliklə bu səhnəciyin nə 
ilə bitəcəyini gözləyirdilər. Nəhayət ki qısa işıqlandırılmış bu 
döyüş  səhnəsi bitdi. Bu dəfə qalib biz idik – azərbaycanlılar! 
Deyəsən, tamaşaçıların da böyük  əksəriyyəti bundan razı 


 
 
122 
qalmışdı. Amma nədənsə dodaqların büzənlər də var idi. 
Bəlkə, onlar daha haqlı idilər. Bəlkə, o birilər heç
ümumiyyətlə, haqlı deyildilər... Hər halda məktəbin yetmiş iki 
yaşlı qocaman fiziki Hüseyn müəllim səhnəcik bitər-bitməz 
ayağa qalxıb zalı tərk edəndə son sözü bu olmuşdu: 
– Biz həmişə sözdə, kinolarda, mahnılarda qalib gəlirik onsuz 
da..! 
Amma tədbir iştirakçılarının  çoxu bu səhnəcikdən 
təsirlənmişdi. Hətta bir həftəyə  qədərdir ki, uşaqları bu 
tədbirə hazırlaşdıran Gülər müəllimə  göz yaşlarını saxlaya 
bilməmişdi. 
 Tədbir isə hələ davam edirdi. Bu dəfə Aytəkin şeir demək 
üçün  öz sinif yoldaşlarını  dəvət etdi. Artıq həyəcanı da 
keçmişdi. Arabir birinci sırada  əyləşən atasına nəzər salır, 
daha da inamlı olmağa  çalışırdı. Yəqin ki, tədbir bitəndən 
sonra atasına yaxınlaşacaq və ilk sualı  da  “ata  bəyəndin?” 
olacaqdı... 
Ramil isə  tədbirin ta ilk dəqiqələrindən o illərə 
qayıtmışdı... Cismi, özü burada olsa da, gözləri səhnədəki 
qızına baxsa da, ruhən indi o həmin illərə qayıtmışdı... 
 
*** *** *** 
   1992-ci  il...  Martın 6-sı... Arzu ilə başladığı ali təhsilini 
yarımçıq qoyub birbaşa döyüş  bölgəsinə getdi həmin gün. 
Azərbaycan özünün ən ağır illərini yaşayırdı həmin illərdə. Ən 
adi vətəndaşından tutmuş ziyalısına qədər hər kəs bu qırğının 
nə vaxt bitməsini gözləyirdi. Bacaranlar əlindən gələni edir, 
silaha sarılıb döyüşlərə gedirdilər. Amma təəssüf ki, bacardığı 
işi etməyənlər də az deyildi... 
   Həmin gün Aytəkin ilə  gəzib-dolaşdığı  bütün yerlərə 
getmiş, kəlmeyi-şəhadətini dilə  gətirən müsəlmanlar kimi son 
dəfə öz-özünə pıçıldamışdı da – “Səni tapacağam, and içirəm, 


 
 
123 
qisasını alacağam... Aytəkin!” Sonra isə vidalaşmaq  üçün 
evlərinə – ata-anasının, bacısının yanına dönmüşdü. O, 
sonralar bu vida mərasimini dəfələrlə xatırlamışdı. Xüsusilə 
bacısının onun ayaqlarına düşüb yalvarması  hər yadına 
düşəndə ürək ağrısı keçirirdi: 
– Ramil, qurbanın olum, bizi qoyub getmə. Bəs biz sənsiz necə 
dözərik, hə?! 
– Nuranə, qalx ayağa, sən uşaq deyilsən ki, niyə məni getməyə 
qoymursan? Öləndə öləcəyik, hər gün tabutu gələn şəhidlərdən 
artığıq biz?! Onların bacıları bacı deyil?! 
– Axı  sən tək oğulsan, mənim, atamızın, anamızın yeganə 
ümid yerisən. Bacın sənə qurban olsun, heç olmasa bir ay 
gözlə, sonra istəsən gedərsən... 
– “Aslanın erkəyi, dişisi olmaz”, – bunu ki həmişə  sən mənə 
deyirdin.  İndi nəyə  görə  təkcə  mən valideynlərimin  ümid yeri 
oluram?! – bunu deyib bacısını sakitləşdirmək  üçün boynunu 
qucaqlayıb zarafat etdi. 
Maraqlı idi ki, Səmayə xanım oğlunun döyüşə getməməsi 
üçün  çox da yalvar-yaxar etmirdi. Bəlkə  də, onun tərsliyinə 
bələd olduğu üçün susurdu. Amma onun nigaran baxışlarında 
daha  çox qürur hissi görmək olurdu. Yeganə  oğul övladının 
vətən uğrunda döyüşə getməsinə  dözə bilməsə  də, bunu ona 
bəlli etmək istəmirdi. Bilirdi ki, Ramil deyibsə, gedəcək. Onu 
yolundan heç 
kəs saxlaya bilməz. Qorxurdu ki, 
narahatçılığını,  ürək ağrısını  oğlu anlasa, fikri onda qalacaq
soyuq səngərdə yağı  düşmənə tab gətirməyəcək. Odur ki, 
özünü tox tutmağa çalışırdı. 
– Ay ana, qurbanın olum, barı  sən dillən!.. – Nuranə  əlacsız 
halda bu dəfə də ona üz tutdu. 
Qadın isə heç bir söz demədən qızının saçlarını oxşayır, 
onu ovundurmağa 
çalışırdı. Nəhayət, onun sakit 
olmayacağını görüb məzəmmətlə dilləndi: 


 
 
124 
– Ay qızım, bəs mən sənə  uşaqlıqdan  öyrətməmişəm ki, yola 
gedənin arxasınca ağlamazlar?! 
Bu sözlər məzəmmətlə  səslənsə  də, danlamaq üçün 
deyilməmişdi. 
– Bundansa, çay gətir qardaşın üçün, bir azdan gedəcək axı. 
Səmayənin son sözləri qızını sakitləşdirmişdi. Hiss 
olunurdu ki, “yola gedənin arxasınca ağlamazlar” məsələsi 
onun halına  əməlli-başlı  təsir etmişdi. Odur ki, başını  aşağı 
salıb qardaşına çay gətirmək üçün evə tərəf getdi... 
 
*** *** *** 
– Necəsiniz, Ramil müəllim? – bayaqdan bəri səhnədə 
şagirdlərinin yanında dayanan Gülər müəllimə indi onun 
qarşısında dikilmişdi. Tədbir də elə indi bitmişdi. Bunu Ramil 
səhnəyə ani nəzər salanda hiss etdi. Hələ ki, qızı da orada idi. 
– Salam Gülər xanım! – ani tərəddüddən sonra ayağa qalxıb 
qadınla salamlaşdı. 
– Belə tədbirə görə sizə minnətdarıq! 
– Borcumuzdur, Ramil müəllim. Biz sizin kimi qəhrəman 
döyüşçülərin şücaətləri qədər olmasa da, çalışırıq ki, əlimizdən 
gələni edək. 
– Bir daha təşəkkür edirəm. Əmin olun ki, şagirdləriniz sizinlə 
fəxr edir, – Ramil bunu deyib sağollaşdı. Qızı artıq gəlib onun 
əlindən tutmuşdu. 
– Ata, evə gedirik? 
– Hə, qızım, gedək. 
Ata-bala hər ikisi məktəbin qarşısına  çıxıb dayanacağa 
yaxınlaşdılar. Ramil bayaqkından fərqli olaraq, fikirlərində 
daha aydın və rahat idi. Bəlkə də, indi onun əlindən bərk-bərk 
tutan sevimli qızının təsirindən idi ki, özünü  çox yaxşı hiss 
edirdi. Siqaret yandırmaq istəyəndə tədbirdən əvvəl məktəbin 
qarşısındakı dayanacaqda gördüyü dilənçi oğlanı xatırladı. 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə