Microsoft Word umidlerin izi ile son 10. 02. 2012



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə19/42
tarix01.07.2018
ölçüsü1,72 Mb.
#52556
1   ...   15   16   17   18   19   20   21   22   ...   42

 
 
75 
şəkillər isə  ürəyində az da olsa, insaf olan insan övladını 
ağlatmaya bilməzdi. 
– Axı onlar bizdən nə istəyirlər, ata? – bu dəfə atasının 
məyus olduğunu görən qız  əlini onun çiyninə qoydu. Nəyə 
görə bizimkiləri bu hala salıblar? Hə, ata?! Mən Azərbaycan 
əsgəri olsaydım, onlardan heç vaxt qorxmazdım! 
Avtomatımla onların hamısını öldürərdim... 
 
*** *** *** 
– Ana, bəs mənim şokoladım hanı? – çay süfrəsi arxasında 
oturmuş Aytəkin soruşdu. 
– Bəs bu nədir bala?! – qızına yaxın qoyulan şokolad ilə 
dolu vazanı işarə edən Nərminə dilləndi. 
– Axı, bunlar hamısı qara şokoladdır. Mən bunları 
sevmirəm! – Aytəkin hazırcavablıq göstərdi. Həmişə atası  işə 
gedəndə onun üçün ağ şokolad alıb gətirməsini xahiş edən qız 
nə istədiyinə işarə etdi. 
– Hə, ağ  şokolad istəyirsən. Biz səninlə razılaşmışdıq ki, 
yadından çıxıb? 
– Yadımdan çıxıb, nəyi deyirsən ana? 
– Həkimin deyib ki, qara şokolad yemək dərslərə yaxşı 
çalışmaq  üçün beynimizə  daha faydalıdır. Sənə keçən dəfə 
bunu danışanda söz vermişdin ki, bundan sonra ağ şokoladın 
inadını etməyəcəksən. Bəs nə oldu? 
– Ay ana, vallah yadımdan çıxıb, atacanı! 
– Ramil müəllim, görürsən də  qızın necə huşsuz olub?! – 
Nərminə Aytəkin ilə  tək bacarmayacağını  görüb  üstüörtülü 
şəkildə ondan kömək istədi. Əslində qadının ərinə ünvanlanan 
bu sualının cavabı  hər ikisinə  məlum idi. Aytəkin isə  uşaq 
məsumluğu ilə atasının onu müdafiə etməsini gözləyirdi. Hiss 
etdi ki, qızının iki gözü onun bir ağzına dikilib nə deyəcəyini 
gözləyir. Bir az əvvəl  çay süfrəsinə  gələrkən  özü ilə  iş 


 
 
76 
otağından gətirdiyi kitabı  büküb kənara qoyaraq sevimli 
qızına gözucu nəzər saldı. Qızı bunu hiss edib fürsəti  əldən 
vermədi: 
– Ata, Gülər müəllimə  də  mənə  həmişə deyir ki, çox 
oxumaq lazımdır.  İndi anam da deyir ki, huşsuzam. Səncə, 
niyə? 
–  Əlbəttə ki, ağ  şokoladı  çox yediyinə  görə, - həyat 
yoldaşını daha intizarda qoymaq istəməyən Ramil qızına 
Nərminənin istədiyi cavabı verdi. Hətta fürsət tapıb hər ikisi 
gülümsədi də. Amma Aytəkin, deyəsən, bu anı qaçırmışdı. 
Çünki bir anlıq  özü  də bunun doğru olub-olmamasını 
aydınlaşdırmaq üçün beynini işə salmağa çalışmışdı. 
– Bəs, mənə daha öz şokoladımdan almayacaqsan? 
–  Əlbəttə, alacağam, amma həftədə bir dəfə. Danışdıq? – 
Ramil həkimin sözlərini xatırlayıb fikrini bildirdi. 
Poliklinikanın sahə həkimi demişdi ki, uşaq yaşlarında həddən 
artıq ağ  şokolad yemək xeyir gətirməz.  Əvəzində isə digər 
şirniyyatlardan istifadə etməyi məsləhət görmüşdü. 
– Yaxşı, ata, – Aytəkin nəhayət ki, yola gəlmişdi. İndi onun 
çöhrəsində bir az əvvəl  öz otağında ağlayarkən yaranan 
qəmgin cizgilərdən əsər-əlamət qalmamışdı. 
Ramil bundan məmnun halda qızına bir qədər tamaşa edib 
yarımçıq qalan çayını  içərək ayağa qalxdı. Bu dəqiqələrdə 
onun fikirlərini nəyinsə  məşğul etdiyi hiss olunurdu. Həyat 
yoldaşı  Nərminə xanım da, onu yaxşı tanıyan digər dostları 
da Ramilin bu halını yaxşı bilirdilər. Başa düşürdülər ki, 
müharibədə aldığı  zədə onu ayda bir neçə  dəfə narahat edir, 
səhhətində  çətinliklər yaradırdı. Belə olanda Qarabağ 
döyüşlərində  gördükləri amansız düşmən vəhşilikləri,  əsirlər, 
həmin günlər bir-bir yadına düşür, hamıdan təcrid olunaraq 
özünə qapılırdı. İndi də, deyəsən, bir az əvvəl Xocalı faciəsi ilə 
bağlı evlərində baş verən kiçik situasiyadan sonra həmin 


 
 
77 
günlərə aid nə barəsindəsə  düşünürdü. Nərminə onun bu 
halına bələd olduğuna görə ərini narahat etməyib qarşısındakı 
çayı  təzələmək  üçün mətbəxə keçdi. Ramil isə kitabı  növbəti 
dəfə  açaraq qaldığı hissəyə  gətirdi. Süfrə arxasında rahatlaşa 
bilməyəcəyini düşünüb yenidən iş otağına qayıtdı. 
   İçəri keçən kimi otağın əsas işığını söndürüb iş masasının 
üstündəki lampanı yandıraraq kitabı  vərəqləməyə başladı. 
Deyəsən həmin illəri yada salmaq, müharibəni, Xocalını, 
Qarabağı,  şəhid olanları, Aytəkini, qəhrəman Azərbaycan 
oğullarını xatırlamaq istəyirdi. Və  hər dəfə  də onları yad 
edəndən sonra vətəndaşlıq borcunu veribmiş kimi 
rahatlanardı. Necə olsa, özü  də bir qəhrəman idi. Bunu heç 
vaxt dilə  gətirməsə  də, döyüşlərdə  çox  şücaətlər göstərmişdi. 
Qızının bayaqkı sualını xatırladı...  İndilərdə simasındakı acı 
təbəssüm izləri getdikcə daha çox hiss olunurdu...  Kitabı 
növbəti səhifəyə  gətirəndə erməni terrorçusu Melkonyanın 
adını  görüb dayandı. Bu qaniçən canini öldürmək Ramilə 
nəsib olmamışdı. Yaxşı ki, o yaralanıb hospitala gətiriləndən 
sonra dostu İbad ona verdiyi sözü tutmuş, həmin məşhur 
erməni terrorçusun  ələ keçirmişdi. Nədənsə, oxuduğu kitabı 
yenə yarımçıq halda iş masasının üstünə ataraq ayağa qalxdı. 
Siqaret yandırıb iş otağından həyətin arxa tərəfindəki bağçaya 
açılan qapıya tərəf getdi. İndi həmin erməni  terrorçunun  İbad 
tərəfindən necə  zərərsizləşdirildiyini xatırladı... Ramil girov 
düşən nakam sevgilisinin axtarışı zamanı  özü də  bir  dəfə bu 
terrorçunun izinə düşmüşdü... 
 
 
 


 
 
78 
 
 
 
 
 
 
10. Qədim kişi 
 
   Mən otuza qədər adamla birlikdə qapını  döyməkdən, 
çığırmaqdan  əldən düşüb bir küncdə oturdum. Çarəsizliyimi 
indi başa düşdüm. Heç  nəyə  gücümün  çatmadığını indi 
anladım. Halbuki Gülcahanın yanında özümü güclü hiss etmiş, 
ona havadar olacağıma özümü inandırmışdım. Bu gücü bir az 
da Gülcahandan alırdım, deyəsən. Gülcahandan ayrılandan 
sonra sanki ermənilərin  əlində girov olduğumu indi hiss 
etdim. Onu bir daha görməmək qorxusu, o məsum gözlərini 
görə bilməmək dəhşəti, məni qucaqlayaraq başını sinəmə 
qoyan zaman saçlarını qoxulaya bilməmək həsrəti sanki ikinci 
dəfə atamı itirmək qorxusuna bərabər idi. Anamın  ölümü o 
qədər ani olmuşdu ki, narkoz verilmiş insan kimi heç  nədən 
xəbərim olmamışdı. Amma atam öləndə universitetə bir ay idi 
ki, qəbul olmuşdum. Atamın da ən böyük arzularından idi, 
mənim ali təhsilli olmağım. O, bunun üçün  əlindən gələni 
etmişdi. Universitetə  də ilk dəfə atamla getmişdim. Onun 
yanında universitet koridorlarını  qürurla addımlayır, 
gələcəyimin qurulması  üçün heç bir əngəl görmürdüm. O da 
mənimlə fəxr edirdi. Mənə “Siyasi tarix” fənnindən “2” yazan 
müəllimlə axıra qədər mübarizə apardı. Rektorun qəbuluna 
qədər getdi. İmtahanın yenidən keçirilməsini tələb etdi və 
buna da nail oldu. Mən də onun başını uca etdim. İkinci dəfə 
“2” aldığım imtahandan “5” aldım. Atam bunu hər gələnə 
danışır, bir özündən deyəndə, beş  də  məndən deyirdi. Birinci 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə